Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə40/81
tarix17.11.2017
ölçüsü3,08 Mb.
#10999
1   ...   36   37   38   39   40   41   42   43   ...   81

Nöqtələr


◘“Bəğy” tələb mənasını bildirir. Zalım həmişə başqalarının fikrini qəsb etmək fikrində olduğundan ona “Baği” deyilir.1

Bildirişlər


1. İnsan vəfasız, əhdini pozan və naşükürdür. (Ötən ayədə bildirildiyi kimi, o nicat tapsa şükür edəcəyini vəd edir, amma nicat tapdıqdan sonra qəflətə uğrayır.)

2. Xalqa zülm insanın özünə zülmüdür. Çünki hamı bir-birindəndir.2

3. Zülm-sitəmin cəzası həm dünya, həm də axirətə aiddir.

4. Zalımlar yalnız bir neçə günlük dünyada ləzzət alırlar. Bu isə qiyamət cəzası ilə müqayisədə heçdir.

5. Zülmlərin kökü insanın dünyapərəstliyidir.

6. Qiyamətin xatırlanması insanı günahdan çəkindirən amillərdəndir.

7. Allah insanın bütün işlərindən agahdır. İnsan da qiyamət günü bütün əməllərindən xəbər tutacaq.
Ayə 24:

﴿إِنَّمَا مَثَلُ الْحَيَاةِ الدُّنْيَا كَمَاء أَنزَلْنَاهُ مِنَ السَّمَاء فَاخْتَلَطَ بِهِ نَبَاتُ الأَرْضِ مِمَّا يَأْكُلُ النَّاسُ وَالأَنْعَامُ حَتَّىَ إِذَا أَخَذَتِ الأَرْضُ زُخْرُفَهَا وَازَّيَّنَتْ وَظَنَّ أَهْلُهَا أَنَّهُمْ قَادِرُونَ عَلَيْهَآ أَتَاهَا أَمْرُنَا لَيْلاً أَوْ نَهَارًا فَجَعَلْنَاهَا حَصِيدًا كَأَن لَّمْ تَغْنَ بِالأَمْسِ كَذَلِكَ نُفَصِّلُ الآيَاتِ لِقَوْمٍ يَتَفَكَّرُونَ﴾

Həqiqətən, dünya həyatı səmadan endirdiyimiz suya bənzər. Yerin insanlar və dördayaqlılar yeyən otu onunla qarışdı. Nəhayət, yer zinətləndi və yer əhli belə güman etdi ki, bütün bu nəbatatdan istifadə etmək gücündədir. (Qəfildən) gecə və ya gündüz (viranlığa) əmr gəldi. Onu elə biçdik ki, sanki dünən heç bir ot olmamışdı. Biz Öz ayələrimizi düşünən qövm üçün bu sayaq açıqlayırıq.”


Nöqtələr


◘Ötən ayə dünya matahını puç saydı. Bu ayə isə gözəl bir oxşatma ilə onu təsvir edir.

◘Bəzi rəvayətlərdə bu ayə həzrət Mehdinin (ə) zühur rəmzi sayılmışdır. Nə vaxt yer üzü zər-zibaya büründü, ilahi bir əmr və ideoloji bir inqilabla hər şey dəyişər.3


Bildirişlər


1. Ən yaxşı təbliğ və təlim üsullarından biri misaldır.

2. Ən üstün misal təbiətdən götürülmüş misaldır. Belə bir misal daim aktualdır.

3. Təbiətin maddi ünsürlərindən həm insan, həm də heyvan bəhrələnir. İnsan yalnız mənəvi dəyərlərə görə heyvandan üstündür.

4. Bitki örtüyünün insan və heyvanların ehtiyacına uyğun olması ilahi lütflərdəndir.

5. İman insanın zinətidir.1 Bitki örtüyü isə yerin zinətidir.

6. Dünya insanı aldadaraq, onu xəyallar aləminə aparır.

7. Bitki örtüyünü cücərtmək Allahın əlində olduğu kimi, onu məhv etmək də Allahın əlindədir.

8. Dünya və onun cilvələri hadisələr keşməkeşindədir.

9. İnsanın dünya ömrü bitki aləminin ömrü kimi qısa və ötəridir.

10. Allahın şiddətli qəhr-qəzəbindən sonra heç bir əsər-əlamət qalmır.

11. Quran misalları insanı düşüncəyə vadar edir. Bu misallara əhəmiyyətsiz yanaşmayaq.

12. Dünyaya bağlılıq və onunla qürrələnmək dar düşüncə, ondan qürur duymamaq isə düşüncə nişanəsidir.


Ayə 25:

﴿وَاللّهُ يَدْعُو إِلَى دَارِ السَّلاَمِ وَيَهْدِي مَن يَشَاء إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ﴾

Allah (xalqı) salamatçılıq və səadət mənzilinə çağırır və istədiyini doğru yola hidayət edir.”


Nöqtələr


◘“Behiştin adlarından biri “Darüs-səlamdır”. Çünki orada döyüş və mübahisə törədəcək kin-küdurət yoxdur.2

◘Salam Allahın adıdır. Darus-Səlam dedikdə isə ilahi rəhmət civarı və görüş salamı olan, eləcə də, Allahın salam verdiyi yer nəzərdə tutulur.3

◘Rəvayətlərdə Əmirəlmöminin (ə) və məsum rəhbərlərin vilayəti doğru yolun ən üstün nümunəsi kimi təqdim olunur.

Bildirişlər


1. İlahi dəvət Allahın Öz bəndələrinə xüsusi lütf nişanəsidir.

2. Dünya salamatçılığı ötəri, axirət salamatçılığı isə əbədidir.

3. Sirate-mustəqim, yəni doğru yol aramlıq gətirir. Bu yol axirətdən əlavə dünya həyatında insan üçün darus-səlam yaradır.

4. Sağlam həyat və cəmiyyət Allahın istəyidir.

5. Allah həm dəvət edir, həm də yol göstərir.

6. İlahi dəvət hamı üçündür. Xüsusi hidayət isə yalnız Allahın istədiklərinə aiddir.

7. Doğru yolda hərəkət üçün ilahi tövfiq, yardım lazımdır.
Ayə 26:

﴿لِّلَّذِينَ أَحْسَنُواْ الْحُسْنَى وَزِيَادَةٌ وَلاَ يَرْهَقُ وُجُوهَهُمْ قَتَرٌ وَلاَ ذِلَّةٌ أُوْلَـئِكَ أَصْحَابُ الْجَنَّةِ هُمْ فِيهَا خَالِدُونَ﴾

Yaxşılıq edənlər üçün daha yaxşı və daha artıq mükafat olacaq. Onların çöhrəsinə zillət və xarlıq tozu qonmayacaq. Onlar behişt əhlidirlər və həmişə oradadırlar.”


Nöqtələr


◘“Rəhəq” dedikdə məcburi şəkildə örtmək, “qətər” dedikdə toz, tüstü və kül nəzərdə tutulur.

◘Daha çox və ikiqat mükafatın verilməsi “ziyadə”, “zef”, “izaf” təbirləri ilə təkrar-təkrar bəyan olunmuşdur. Eləcə də, yaxşılıq edən on qat mükafat alır.1 Allah tam mükafatdan əlavə, Öz fəzli ilə onlara əta edir.2 Allah yolunda infaq müqabilində yeddi yüz qat artıq əvəz verilir.3

◘İmam Sadiq (ə) buyurmuşdur: “Bir damlası alovu söndürən göz yaşından savay hər şeyin ölçüsü var.” Sonra imam buyurmuşdur: “Allahın razılığı xatirinə göz yaşı axıdan kəs üzü qaralıq və xarlıq görməyəcək.”4

◘Bəzi rəvayətlərdə bildirilir ki, “ziyadət” dedikdə dünya nəzərdə tutulmuşdur.5 Sünnə əhlinin bir çox rəvayətlərinə əsasən, “ziyadət” Allahla görüşə işarədir.6

◘“Əhsənu” dedikdə düz əqidə, saleh əməl və yaxşı danışıq nəzərdə tutulur.

Bildirişlər


1. İlahi lütfdən xeyir əməl sahibləri faydalanırlar.

2. Allah həm əməlin mükafatını verir, həm də təşviq edir.

3. Qiyamət günü ən üstün mükafat yaxşı əməl sahiblərinindir.

4. Allahdan qeyrisinə üz tutanların heç bir üzrü yoxdur. Çünki Allah həm dəvət edir, həm yol göstərir, həm də artıqlaması ilə əvəz verir.

5. Ötəri və fani dünyadakı ehsan və yaxşılıq əbədi behişt həyatına aparır.
Ayə 27:

﴿وَالَّذِينَ كَسَبُواْ السَّيِّئَاتِ جَزَاء سَيِّئَةٍ بِمِثْلِهَا وَتَرْهَقُهُمْ ذِلَّةٌ مَّا لَهُم مِّنَ اللّهِ مِنْ عَاصِمٍ كَأَنَّمَا أُغْشِيَتْ وُجُوهُهُمْ قِطَعًا مِّنَ اللَّيْلِ مُظْلِمًا أُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ﴾

Pislik ardınca gedənlər həmin pisliklər qədərində cəzalandırılarlar. Zillət və xarlıq qubarı onları bürüyər. Allahın qəhri səbəbindən sığınacaq verənləri olmaz. Onların çöhrələri sanki qaranlıq gecə parçaları ilə örtülmüşdür. Onlar cəhənnəm əhlidirlər və orada əbədidirlər.”



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə