Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə21/46
tarix14.07.2018
ölçüsü2,08 Mb.
#55577
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   46

  41 

Əslində bu görünən cədvəllər Excelin işçi vərəqləri adlandırılır. Ümumilikdə isə işçi vərəqlər 

Excel  kitabında  birləşdirilir.  İşçi  cədvəldən  sonrakı  sətirdə  Excel  cədvəl  prosessorunun  yüklənməsi  ilə 

aktiv olan işçi vərəqlərin siyahısı verilir. Onlardan hər hansı birinin seçilməsi həmin işçi vərəqin ekrana 

verilməsini təmin edir. 

İşçi vərəqin hər hansı xanasının üzərində Mous-un göstəricisini qoyaraq düymənin basılması onun 

seçilməsinin müəyyənləşdirir. İstənilən sətiri seçmək üçün ona uyğun rəqəmin üzərində düyməni basmaq 

kifayətdir. Sütunu seçmək üçün ona uyğun hərfin üzərində düyməni basmaq lazımdır. Cədvəlin bir neçə 

xanası düyməni basılı saxlamaqla hərəkət etdirməklə yerinə yetirilir. Bu seçmədə seçilmiş hissəyə aid sol 

yuxarı  küncdəki  xananın  rəngi  digər  seçilmiş  xanalardan  fərqlənir.  Əgər  istifadəçi  bütün  işçi  vərəqi 

seçmək istəyirsə sadəcə olaraq yuxarə sol küncdəki adsız xanada düyməni basmaq kifayətdir. 

İşçi vərəqin sətirlərini ölçülərini dəyişmək üçün onun aşağı sərhəddi olan xəttin üzərində duraraq, 

müəyyənləşdirici rəqəm olan xanada, düyməni basılı saxlamaqla aşağı çəkmək lazımdır. Sütunu ölçülərini 

də dəyişmək üçün sağ sərhəddə uyğun xəttin üzərində durmaqla sərhəddi çəkmək lazımdır.  

İşçi vərəqə yeni xana, sətir və sütun əlavə etmək üçün «Вставка» menyusunun uyğun  «Ячейки» 

( xanalar), «Сртоки» ( sətirlər), «Столбцы» (sütunlar ) əmrlərindən istifadə olunur. 

 Əgər  kitabın  siyahıda  verilən  vərəqlərindən  əlavə  işçi  vərəq  lazım  olarsa,  onda  yenə  həmin 

menyunun «Лист» əmrindən istifadə edilir. 

Sətir, sütun və ya xananın ləğvi üçün «Правка» menyusunun «Удалить» əmrindən istifadə edilir. 

İşçi  vərəqin  ləğvi  üçün  isə  həmin  menyunun  «Удалить  лист»  əmri  istifadə  ediləcək.  Bu  menyunun 

«переместить/  скопировать  лист»  əmrindən  istifadə  etməklə  aktiv  işçi  vərəqin  siyahıdakı  yerini 

dəyişmək  və  ya  surətini  həmin  siyaıya  əlavə  etmək  mümkündür.  İstənilən  işçi  vərəqin  adını  dəyişmək 

üşün onun adı üzərində düyməni ardıcıl olaraq iki dəfə basmaq və köhnə adı silərək, yenisini əlavə etmək 

olar. 


Cədvəl  xanalarına  adi  verilənlər  klaviatura  vasitəsilə  əlavə  edilir.  İstənilən  xananın 

formatlaşdırılması  isə  «Формат»  menyusunun  «Ячейки»  əmri  vasitəsilə  yerinə  yetirilir.  Bu  əmr 

verildikdən  sonra  açılan  pəncərədə  pəncərə  başlığında  olan  birinci  «Число»  rejimini  seçməklə  xanada 

yazılmış ədədlərin formatı müəyyənləşdirilir. Yəni burada olan ədədlər ümumi təyinatlı, sırf ədədi,  pul 

miqdarı göstəricisi, maliyyə göstəricisi, vaxt, tarix, faiz, kəsr, eksponensial, mətn tipli və digər tiplər ola 

bilər. Hər bir seçilən ədədi tip özünə uyğun formatlarda verilməlidir. 

İkinci rejim  «Выравнивание»  rejimidir. Bu rejimdəki  parametrlərlə xanada  yazıların həm  üfiqi, 

həm də şaquli yerləşmə qaydaları, məlumatların yazılma istiqaməti, eyni xanada yazı sətirlərinə keçid və 

s. müəyyənləşdirilir. 

«Шрифт»  rejimi  xanada  və  ya  seçilmiş  xanalarda  yerləşən  verilənlərin  əks  etdiriləcək  şrift, 

hərflərin ölçüsü, rəngi və s. müəyyənləşdirilir. 

«Граница»  rejimi  xana  və  xanaların  sərhədlərinin  parametrlərini,  xəttin  tipi,  qalınlığı,  rəngi 

verilir. 

«Вид»  rejimi  xana  daxilinin  formatını,  rənginin,  xana  daxili  veriləcək  naxışların  tipini 

müəyyənləşdirilir. 

«Защита»  rejimi  xananın  mühafizəsini  təmin  edir.  Lakin  bu  mühafizə  ümumi  kitab  mühafizə 

olunduqda aktivləşə bilər. 

Tərtib  olunmuş  cədvəldə  sütunların,  sətirlərin  ölçülərinin  dəqiqləşdirilməsi  də  «Формат» 

menyusunun uyğun əmrlərindən istifadə olunur. Həmin menyunun  «Усовное форматирование» əmri ilə 

seçilmiş xanaların müəyyən şərtlər daxilində formatlaşdırılmasını da aparmaq mümkündür.  

Sadə  cədvəl  hesablamalarını  aparmaq  məqsədilə  toplama  (+),  çıxma  (-),  vurma  (*),  bölmə  (/), 

qüvvətə  yüksəltmə  (^)  əməliyyatlarını  aparmaq  lazımdır.  Hesablama  əməliyyatlarında  riyaziyyatın  ilkin 

qaydalarına riayət etmək lazımdır. Hər hansı xanada hesablama aparılacaqsa əvvəlcə “=” işarəsi qoyulur 

və  daha  sonra  riyazi  hesablamaya  uyğun  ifadə  yazılır.  İfadənin  yazılışı  qurtardıqdan  sonra  Enter 

düyməsinin  basılması  ilə  nəticə  hesablanaraq  xanada  yerləşdirilir.  Lakin  qeyd  edək  ki,  nəticə  olan  xana 

seçildikdə  hesablama  düsturu  işçi  pəncərənin  düsturlar  sətrində  verilir.  Məhz  buna  görə  də  hesablama 

yazılışlarında düzəlişlərin aparılması məqsədilə həmin düsturlar sətrindən istifadə etmək lazımdır. Bunu 

misalla  göstərək.  Məsələn  A1  xanasında  3,  b1  xanasında  4,  c1  xanasında  3  rəqəmləri  yazılıb.  D1 

xanasında “=(A1+B1)/C1” yazıb Enter düyməsini bassaq D1 xanasında nəticə olan “3” yerləşəcək. xana 

seçildikdə  isə  düsturlar  sətrində  “=(A1+B1)/C1”  ifadəsi  görünəcək.  Eyni  hesablama  prosesi  A,  B,  C 

sütunlarının ardıcıl sətirləri üçün də aparılacaqsa yeni hesablama düsturlarını yazmağa gərək yoxdur. Bu 



  42 

halda D1 xanasını seçib onun üzərindəki düzbucaqlının aşağı sağ küncündəki qalın qara “+” işarəsinin 

üzərində düyməni sıxmaqla aşağı çəkmək lazımdır. Hesablamalar uyğun xanalara müvafiq hesablanaraq 

yerləşdiriləcək. 

Ümumiyyətlə,  qeyd  etmək  lazımdır  ki,  Exceı  cədvəl  prosessorunda  hesablamalar  və 

əməliyyatlarda  xanaların  adlarından  istifadə  edilməsi  onların  məzmununun  hesablama  baxımından 

əhəmiyyətli olmadığına və beləliklə də prosesin xanalar üzrə aparılmasına imkan yaradır. 

Əgər  biz  iki  və  daha  çox  yanaşı  sütunda  yerləşən  ədədlərin  həm  sətirlər,  həm  də  sütunlar  üzrə 

cəmlərini hesablamaq istəyiriksə. Onda həmin xanalar həm sağdan bir boş sütun, həm də aşağıdan bir boş 

sətir  saxlanmaqla  seçilir.  Daha  sonra  alətlər  panelində  olan  “  ∑”  işarəsini  basmaq  lazımdır.  Bu  halda 

cəmləmə avtomatik aparılaraq lazımi uyğun xanalara yerləşdiriləcək. 

Əgər  alınan  nəticənin  yuvarlaqlaşdırılması  və  ya  vergüldən  sonrakı  rəqəmlərin  dəqiqliyə  görə 

sayının artırılması alətlər panelində olan  

 düymələrlə, ya da ki, əvvəldə qeyd olunmuş «Формат» 

menyusunun «Ячейки» əmrinin «Число» rejimindən istifadə etmək olar. 

Qeyd etmək lazımdır ki, hesablamaların nəticələrini bir yerdən başqa yerə apardıqda , əgər həmin 

xanada yekun nəticə varsa və həmin nəticə digər xanalardakı məlumatlardan asılıdırsa, onda həmin nəticə 

itir. Bu nəticənin itməməsi üçün nisbi ünvanlardan deyil, mütləq ünvanlardan istifadə edilməsi lazımdır. 

Bunun  üçün,  məsələn  D1  xanasının  məlumatını  digər  yerdə  istifadə  edərkən  “=D1...”  deyil  “  =$D$1...” 

yazılışından istifadə edilməlidir. 

Nəticənin  itirilmədən  istifadəsi  üçün  istifadə  ediləcək  ikinci  qayda  xanalara  istifadəçi  tərəfindən 

adların  verilməsidir.  Bunun  üçün  nəticə  olan  xana  seçilir,  sonra  «Вставка»  menyusunun  «Имя»  əmri 

seçilir.  Həmin  əmrin  «Присвоит»  bəndini  seçməklə  xanaya  ad  verilir:  məsələn  “NN”.  Sonra  istənilən 

xanada,  hətta  digər  işçi  vərəqdə  həmin  adın  verilməsi,  onun  malik  olduğu  nəticənin  istifadəsinə  imkan 

verir.  Yəni,  əvvəlki  misala  qayıtsaq  (nəzərdə  tuturuq  ki,  D1  xanasına  “NN”  adını  vermişik)  yazılışın 

“=NN...” kimi verilməsi həmin nəticənin istifadəsinə imkan verəcək. 

Ümumiyyətlə  Excel  cədvəl  prosessorunda  istənilən  işçi  vərəqin,  kitabın  məlumatlarını  digərində 

istifadə  etmək  mümkündür.  Lakin  bunun  üçün  istifadə  mənbəyi  olan  fayl  və  ya  kitabın  adı,  işçi  vərəq. 

onun xanası mütləq göstərilməlidir. Bu belə göstərilir “=[kitabın adı] işçi vərəqin adı! xananın mütləq 

ünvanı”. 

Excel  cədvəl  prosessorunda  bəzən  xanaların  birləşdirilməsi  tələb  olunur.  Belə  halda, 

birləşdiriləcək  xanalar  seçilir  və  daha  sonra  alətlər  panelində  olan 

 işarəsi  basılır.  əgər  müəyyən 

mərhələdə  həmin  birləşdirilmiş  xanaların  yenidən  əvvəlki  vəziyyətə  qaytarılması  lazım  olarsa,  yenə  də 

həmin  xana  seçilir  və  yuxarıdakı  düymə  basılır.  Qeyd  etmək  lazımdır  ki,  xanaların  birləşdirilməsi  və 

əməliyyatların yerinə yetirilməsində xananın məzmununu tipini nəzərə almaq lazımdır.. Adətən müəyyən 

hesablama  səhvlərinə  və  eləcə  də  məntiqi  səhvlərə  yol  verildikdə  bu  haqda  ekrana  xəbərdarlıq  verilir. 

Düzgün  hesablama  aprılmayan  xanaların  sol  yuxarı  küncündə  kiçik  yaşıl  üçbucaq  verilir.  Həmin 

üçbucağın  üzərində  durub,  sağ  düyməni  basmaqla  açılan  pəncərənin  əmrlərinin  köməyi  ilə  istənilən 

səhvin  mənbəyini,  prosesin  yerinə  yetirilmə  ardıcıllığını  müşahidə  etmək  olar  ki,  bu  da  sonda  səhvin 

aradan qaldırılmasında yararlı olar. 

Müxtəlif obyektlərin əlavəsi, görünüşlə əlaqədar rejimlərin seçilməsi, yaradılmış kitabın yaddaşda 

saxlanılması, müxtəlif düzəlişlərin aparılması qaydaları Word mətn redaktorundakı ilə analoji olduğundan 

onlarla işçləmə qaydaları ilə tanışıq. 

 

 



MÖVZU 7: EXCEL CƏDVƏL PROSESSORUNUN MENYULARI 

 

Qeyd  olunduğu  kimi  Excel  cədvəl  prosessoru  müxtəlif  hesabatların  hazırlanması  və  mürəkkəb 



hesablamaların  aparılması  üçün  istifadə  olunur.  Buna  görə  də  müxtəlif  təyinatlı  funksiyalardan  istifadə 

olunması tələbatı meydana gəlir. Excel cədvəl prosessorunda funksiyalardan istifadə qaydalarının ümumi 

prinsiplərinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. 

Hər  hansı  funksiyadan  istifadə  etmək  üçün  əvvəlcə  funksiyanın  arqumenti  xanalara  daxil  edilir. 

Sonra funksiyanın nəticəsi  yerləşəcək xana seçilir və “=” işarəsi  yazılır. Funksiyanın seçilməsi üçün ya 

düsturlar sətrində sahələr arasında yerləşən 

 düyməsini, ya alətlər panelində olan həmin düyməni, ya 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə