Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə24/46
tarix14.07.2018
ölçüsü2,08 Mb.
#55577
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   46

  47 

Bu  menyuda  olan  XML  əmri  də  əvvəlki  əmrə  analoji  olaraq  verilənlərin  XML  mənbələrdən 

alınması və əlaqələrin qurulması, parametrlərin müəyyənləşdirilməsi üçün təyin olunmuşdur. 

Menyunun «Список» əmri verilənlər cədvəli əsasında onun bir hissəsindən istifadə etməklə və ya 

bütövlüklə  istifadəsi  ilə  xüsusi  cədvəllərin  yaradılması  və  bu  cədvəllərlə  işləməni  təmin  edir.  İşləmə 

dedikdə əslində menyunun imkanlarının adi cədvəllərə tətbiqi formalarını da nəzərdə tutmaq olar.  

 

 

 

 

 

MÖVZU 8: ALQORITMLƏŞDIRMƏ VƏ PROQRAMLAŞDIRMA. TURBIO PASKAL     

                     ALQORITMIK DILININ ƏLIFBASI, VERILƏNLƏR VƏ DƏYIŞƏNLƏRIN  

                     TIPLƏRI. 

 

Alqoritm, verilmə üsulları, növləri və xassələri: 

Məsələnin  həlli  zamanı  ilkin  və  aralıq  verilənlərin  emalı  prosesini  birqiymətli  təyin  edən 

yazılışların  son  ardıcıllığına  alqoritm  deyilir.  Alqoritmin  üç  verilmə  üsulu  mövcuddur.  Bunlar  nəqli, 

Qrafik  və  proqram  üsuludur.  Proqram  üsulu  ilə  alqoritmin  verilməsi  məqsədilə  alqoritmik  dillərin  hər 

hansı birində tərtib olunmuş proqramdan istifadə olunur. Alqoritmin nəqli üsulla verilməsi məqsədilə adi 

danışıq dilindən və yazılış qaydalarından istifadə olununr. Alqoritmlərin qrafik üsulla verilməsi məqsədilə 

blok-sxemlərdən  istifadə  olunur.  Blok-sxem  əvvəlcədən  ciddi  təyin  olunmuş  həndəsi  fiqurların  təsviri 

ardıcıllığıdır.  Blok-sxemlə  alqoritmi  təsvir  etmək  məqsədilə  bloklardan  istifadə  olunur.  Bloklar 

aşağılakılardır: 

                             -prosesin başlanğıcı  və  sonu bloku

-

 

 



-

 

yerinə yetirmə və ya hərəkət bloku; 



 

-

 



verilənlərin klaviaturadan daxil edilməsi bloku; 

 

                       



                        -şərti və ya məntiqi blok

        


 

-

 



dövrün başlanğıcı bloku; 

 

      



-

 

alt proqram bloku; 



 

 

-



 

çap qurğusuna çıxış bloku; 

 

 

                    



                      -monitora və ya displeyə çıxış bloku; 

 

 



Blok-  sxem  tərtib  edərkən  ayrı-ayrı  bloklar  bir-biri  ilə  istiqmətlənmiş  jxlarla  prosesin  gedişatı 

istiqamətində birləşdirilir. 

Alqoritmin üç əsas növü vardır. Bunlar xətti strukturalı, budaqlanan strukturalı və dövri strukturalı 

alqoritmlərdir. Xətti  strukturalı alqoritm  elə alqoritmə deyilir ki.  ondakı  yazılışların ardıcıllığı  ilə yerinə 

yetirmə ardıcıllığı qarşılıqlı birqiymətli uyğun olur. 

Əgər  alqoritmin  yerinə  yetirilməsi  hər  hansı  şərtdən  asılı  olaraq  şaxələnirsə  onda  belə  alqoritm 

budaqlanan alqoritm adlanır. 



  48 

Bir çox proseslərin yerinə yetirilməsi eyni parametrin müəyyən qaydada təyin edilmiş müxtəlif 

qiymətlərdə hesablanır. Buna görə də dövri proses əmələ gəlir. Dövrlər sadə. Yəni yalnız bir parametrdən 

asılı  və  bib-birindən  asılı  olan  parametrlərdən  asılı  olan  bib-birinə  daxil  olan  dövrlər  ola  bilərlər.  Belə 

proseslərə uyğun olan alqoritmlər dövri alqoritmlər adlanırlar. 

Alqoritmlərin aşağıdakı 4 əsas xassəsi var. Bunlardan birincisi müəyyənlik xassəsidir. Müəyyənlik 

dedikdə alqoritm elə tərtib olunmalıdır ki. onun təsvir etdiyi proses tamlığı ilə aydın olmalıdır. 

İkinci  xassə  alqoritmin  diskretlik  xassəsidir.  Yəni  hər  bir  alqoritm  ayrı-atrılıqda  yerinə  yetirilə 

bilən addımlardan ibarət olmalıdır. 

Alqoritmin  üçüncü  xassəsi  onun  nəticəvilik  xassəsidir.  Belə  ki,  hər  bir  alqoritm  son  nəticənin 

alınmasını təmin etməlidir. 

Dördüncü xassə alqoritmin kütləvilik xassəsidir. Yəni tərtib olunan hər bir alqoritm eyni qəbildən 

olan məsələlərin həlli üçün istifadə olunma imkanına malik olmalıdır.  

Proqramlaşdırma dilləri: 

Müxtəlif  təyinatlı  məsələlərin  həll  olunmasında  müasir  kompüterlərin  tətbiqi  məqsədilə  standart 

proqramlar  və  tətbiqi  proqramlar  paketlərinin  tətbiqi  ilə  yanaşı  hazırda  istifadəçi  tərəfindən  hazırlanmış 

proqramlardan istifadə də xüsusi əhəmiyyətə malikdir. Qeyd edək ki, istifadəçinin tərtib etdiyi proqramlar 

proqramlaşdırma dillərinin köməyi ilə həyata keçirilir.  

Proqram- proqramlaşdırma dilinin əmrləri, funksiyaları və operatorlarının köməyi ilə tərtib olunmuş 

xüsusi  yazılışlar  ardıcıllığıdır.  Qeyd  etmək  lazımdır  ki,  proqramlaşdırma  dillərinin  yaranma  tarixi  və 

inkişafı  EHM-larının  yaranma  tarixi  ilə  sıx  əlaqədar  olmuşdur.  Hal-hazırda  yüzlərlə  proqramlaşdırma 

dilləri mövcuddur. Proqramlaşdırma dilləri özlüyündə aşağı səviyyəli maşın dillərinə və yüksək səviyyəli 

alqoritmik  dillərə  bölünürlər.  Maşın  dillərindən  istifadə  hazırda  geniş  yayılmamışdır.  Belə  ki,  bu  cür 

dillərdən  istifadə  edilməsi  xüsusi  hazırlıq  və  bacarıq  tələb  edir.  Bu  proqramlarla  adətən  peşəkar 

proqramçılar məşğul olurlar. Alqoritmik dillər isə maşın dillərinə nisbətən daha sadə olub geniş istifadəçi 

kütləsini  əhatə  edir.  Proqramlaşdırma  dilləri  də  öz  növbəsində  interpretator  və  translyatorla  (kompilya-

torla) işləyən dillərə bölünürlər. İnterpretatorla işləyən dillərdə proqram tərtib edildikdə hər yeni proqram 

sətrinin  daxil  edilməsi  zamanı  həmin  sətirdə  səhvin  olub  olmadığı  yoxlanılır  və  əgər  səhv  olarsa  yerinə 

yetirmə  avtomatik  olaraq  dayandırılır.  Translayatorla  işləyən  dillərdə  isə  proqram  mətni  tam  daxil 

edildikdən  sonra  mövcud  səhvlər  haqqında  məlumat  verilir.Səhvlərin  göstərilən  nömrə  və  izahatlarına 

əsasən onlar uyğun şəkildə aradan qaldırılır. 

Alqoritmik dillərə FORTRAN, PL, Ada, C, Modula-2, COBOL, BASİC, Pascal  və s. dillərini aid 

etmək olar. Maşın dillərinə isə ASSEMBLER tipli dilləri aid etmək mümkündür. Biz alqoritmik dillərdən 

biri  olan  Paskal  dilinin  Turbo  Paskal  7.0  versiyası  ilə  tanış  olacağıq.  Bu  dil  1984-cü  ildə  Borland 

İnternational şirkəti tərəfindən yaradılmışdır. Dilin Turbo Paskal 5.0 variantı 1988-ci ildə, Turbo Paskal 

7.0 variantı isə 1992-ci ildən istifadə edilir. 

Turbo Paskal dilinin əlifbası: 

İndi isə Turbo Paskal 7.0 dilinin əlifbası ilə tanış olaq. Turbo Paskal dilinin əlifbasına hərflər, onluq 

say sisteminin rəqəmləri, onaltılıq say sisteminin rəqəmləri, xüsusi simvollar, ehtiyat sözlər və s. daxildir. 

Əlifbanın tərkib hissəsi aşağıdakı kimidir: 

1.

 

0-dan 9-a qədər ərəb rəqəmləri



2.

 

0...9, A, B, C, D, E, F –onaltılıq say sisteminin rəqəmləri və onlardan düzəldilmiş ədədlər; 



3.

 

Xüsusi işarələr: +-*/=.,;:,  <, >, [ ], ( ), { }, ^, @, $, #, &, (* *), (. .). 



4.

 

Münasibət işarələri: 



< - < 

> - > 


<= - 

 



>= - 

 



= - = 

: = - mənimsətmə operatoru. 

5.

 

Hesabi əməllər: 



+ - + 

- - - 


*- x 

/ - 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə