Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə25/46
tarix14.07.2018
ölçüsü2,08 Mb.
#55577
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   46

  49 

div – tam bölmə 

6.

 

Məntiqi əməllər: 



and- və 

or – və ya 

not – inkar 

xor – ləğvedici və ya 

Turbo  Paskal  dilinin  əlifbasında  bir  çox  ehtiyat  sözlər  də  mövcuddur.  Bu  sözlərdən  dəyişən  və  ya 

sabitlərin  adlandırılmasında  istifadə  edilməməlidir.  Bu  sözlərdən  bəzilərini  qeyd  edək:  absolute,  begin, 

case,  const,  div,  do,  downto,  else,  end,  external,  file,  for,  forward,  function,  goto,  if,  in,  implemation, 

inline,  interface,  interrupt,  label,  mod,  nil,  not,  of,  packed,  procedure,  program,  record,  repeat,  set,  shl, 

shr, string, then, to, type, unit, until, uses, var, while, with, və s. 

Turbo  Paskal  dilində  sabit,  dəyişən,  nişan,  tip,  prosedur,  funksiya,  modul,  proqram  və  yazı 

sahələrinin  adlandırılması  məqsədilə  identfikatorlardan  istifadə  edilir.  İdentifikator  ixtiyari  uzunluğa 

malik,    ilk  simvolu  hərf  olan  simvollar  ardıcıllığıdır.  Proqram  daxilində  identifikatorun  yalnız  ilk  63 

simvolu nəzərə alınır. 

Turbo Paskal dilinin sabit və dəyişənləri və onların tipləri: 

Turbo Paskal dilində sabit və dəyişənlərin proqramda istifadəyə qədər tipləri müəyyən olunmalıdır. 

Verilənlərin, başqa sözlə sabit və dəyişənlərin tipləri 5 əsas tipə bölünürlər: 

1.sadə tiplər;   2.struktur tipi;   3. göstərici tipi;   4. sətir tipi;   5. prosedura tipi. 

Öz növbəsində sadə tiplər: nizami tiplərə və həqiqi tipə bölünürlər. 

 Nizami tiplər aşağıdakılardır: 

      tam tip;  məntiqi tip;  simvol tipi;  sadalanan tip;  diapazon tipi. 

Struktur tipli verilənlərin isə aşağıdakı növləri mövcuddur: 

      massivlər;  yazılar;   çoxluqlar;   fayllar. 

Tam tipli sabit və dəyişənlərin qiymətləri diapazonu ( qiymətlərin yerləşmə aralığı) onların tutduğu 

yaddaş hissəsinin həcmindən asılıdır. Aşağıdakı cədvəldə tam tipli sabit və dəyişənlərin yaddaşda tutduğu 

hissənin baytlarla ölçüsü və qiymətləri diapazonu verilmişdir: 

 

Yaddaşda tutduğu yer, 



baytla 

Tipin adı 

Qiymətlər diapazonu 

byte 



0 ... 255 

shortint 



-128 ... 127 

word 



0 ... 65535 

integer 



-32768 ... 32767 

lonqint 



-2147483648 ... 2147483647 

 

Məsələn, A, B, C, D dəyişənləri 



Var 

  A, B: integer; 

  C, D : byte: 

kimi    elan  edilibsə  onda  A  və  B  dəyişənləri  yaddaşda  2  baytlıq  yer  tutaraq  -32768-dən  +32768-ə 

qədərki  aralöqda  qiymət  ala  bilərlər,  C  və  D  dəyişənləri  isə  yaddaşda  1  baytlıq  yer  tutaraq  0-dan 

255-ə qədərki aralıqda qiymət ala bilərlər. 



Məntiqi tipli verilənlər BOOLEAN kimi elan edilir və onların ala biləcəyi qiymətlər FALSE (yalan) 

və ya TRUE (doğru) ola bilər. 

Sadalanan tip elan edilərkən dəyişənin ala biləcəyi qiymətlər mötərizədə göstərilməlidir. Məsələn, 

Type 

   İxtisaslar= (menecment, marketinq, mühasibat uçotu, informasiya sistemləri, iqtisadçı-mühəndis); 

Bu o deməkdir ki, ay adlı identfikator proqram daxilində mötərizədəki 5 ixtisasın adlarından birini 

ala bilər. 

Simvol  tipli  verilənlər  CHAR  tipi  kimi  göstərilir.  Bu  tipə  aid  olan  sabit  və  dəyişənlərin  qiymətləri 

dürnaq    arasında  verilir:  məsələn  X=’a’.  Qeyd  etmək  lazımdır  ki,  hər  bir  simvola  0  ...255  arasında  bir 

ədəd kod kimi uyğundur. 0...31 arasındakı kodlar xidməti kodlardır. Əsas simvollara (klaviaturaya uyğun 



  50 

simvollara)  uyğun  kodlar  32  ...  127  arasılığında  yerləşir.  Məcələn  4  rəqəminin  simvol  kodu  52,  A 

hərfinin simvol kodu 65, a hərfinin (kiçik və baş hərflərin kodları fərqlidir) simvol kodu 97- dir. 

Həqiqi tipli verilənlər üç hissədən ədədin işarə dərəcəsindən, eksponensial hissədən və mantissadan 

ibarət olur. Həqiqi tipli sabit və dəyişənlərin növləri aşağıdakı cədvəldə verilmişdir: 

Qeyd  edək  ki,  COMP  tipindən  böyük  tam  ədədlərlə  işləmək  məqsədilə  də  istifadə  etmək 

mümkündür. 

Turbo  Paskal  dilində  riyazi  funksiyalarla  işlədikdə  ən  çox  tam  tipli  verilənlər  üçün  İNTEGER, 

həqiqi tipli verilənlər üçün isə REAL tipləri istifadə edilir. 

Qeyd edək ki, istifadəçi özü də  yeni tiplər müəyyənləşdirə bilər. Yəni əvvəldə tipi verilən sabit və 

ya  dəyişəni  sonra  yeni  dəyişənin  tipi  kimi  göstərə  bilər.  Bu  halda  mütləq  TYPE  sözü  yazılır  sonra  isə 

dəyişənlərin siyahısı və tip kimi qəbul edilən artıq elan olunmuş dəyişən ümumi qaydalara uyğun verilir. 

 

Yaddaşda tutduğu yer, 



baytlla 

Tipin adı 

Rəqəmlərin sayı 

Onluq tərtibin 

diapazonu 

single 



7 ...8 

-45 ... +38 

real 


11 ...12 

-39 ... +38 

double 


15 ... 16 

-324 ... +308 

10 

extended 



19 ... 20 

-4951 ... 4932 

comp 


19 ... 20 

-2

63



+1 ... +2

63

+1 



 

MÖVZU 9: ALQORITMIK DILIN STANDART FUNKSIYALARI. PROQRAM QURULUŞU  

                    VƏ ALQORITMIK DILIN OPERATORLARI: SADƏ OPERATORLAR. 

 

Turbo Paskal dilinin standart funksiyaları: 

Turbo Paskal dilində digər alqoritmik dillərdə olduğu kimi standart funksiyalar da mövcuddur. Bu 

standart funksiyalar aşağıdakılardır: 

 

Riyazi yazılış 



Alqoritmik dildə yazılış 

Yerinə yetirilən hərəkət 





 

ABS(x) 


x-in mütləq qiyməti 

x

 

SQRT(x) 



x-in hesabi kökü 

x

2



 

SQR(x) 


x-in kvadratı 

[x] 


İNT(x) 

x-in tam qiyməti 

{x} 

FRAC(x) 


x-in kəsr hissəsi 

e



EXP(x) 

x-in eksponensialı 

sinx 

SİN(x) 


x-in sinusu (x- radianla verilir) 

cosx 


COS(x) 

x-in kosinusu (x- radianla verilir) 

arctanx 

ARCTAN(x) 

x-in arktangensi (x- radianla verilir) 

lnx 


LN(x) 

x-in natural loqarifmi 

 

Pİ 



 ədədi, 


=3,141592653... 

verilmiş aralıqda təsadüfi 

ədədlər generatoru 

RANDOM(x) 



  i  <  x  aralığından  təsadüfi  ədədi 

seçib nəticə kimi verir 

təsadüfi ədədlər generatoru 

RANDOMİZE 

təsadüfi  seçilmiş  ixtiyari  ədədi  seçib 

nəticə kimi verir 

 

DEC(x,i) 



x-in  qiymətini  i  qədər  azaldır  (x  və  i 

tam  ədədlər  olmalıdırlar).  Əgər  i 

verilməyibsə  onda  x-in  qiyməti  1 

vahid azaldılır 

 

İNC (x,i) 



x-in  qiymətini  i  qədər  artırır  (x  və  i 

tam  ədədlər  olmalıdırlar).  Əgər  i 

verilməyibsə  onda  x-in  qiyməti  1 

vahid artırılır. 

 

ODD(x) 


əgər  x  ədədi  tək  ədəddirsə  TRUE, 


Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə