Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə26/46
tarix14.07.2018
ölçüsü2,08 Mb.
#55577
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   46

  51 

cütdürsə  FALSE  məntiqi  qiymətini 

qaytarır ( X tam ədəd olmalıdır. 

 

CHR(x) 



x tam ədədinə uyğun simvolu verir. 

 

Digər  riyazi  funksiyaların  hesablanması  məqsədilə  riyazi  çevirmələrdən  istifadə  edilir.  Bunlardan 



bir neçəsini göstərək: 

x

cos

x

sin

tgx



x

sin

x

cos

ctgx

,  



loqa

loqb

loq

b

a

,  X



n

- exp(n*ln(x)),  



n

m

x

x

n

m

 



Turbo Paskal dilində Proqram tərtibinin qaydaları və standart modullar: 

Turbo Paskal dilində tərtib edilən proqramın ümumi quruluşu aşağıdakı kimi olmalıdır: 

 PROQRAM proqramın adı

  USES standart modulların adları

    CONST 

         Sabitlrin elan edilməsi və tiplərinin göstərilməsi



     VAR 

          Dəyişənlərin elanı və tiplərinin göstərilməsi



     BEGİN 

           Operator və funksiyalarla proqramın yazılmış əsas gövdəsi

      END. 

Proqramın  hər  bir  sətrinin  sonunda  “;”  qoyulmalıdır.  Eyni  zamanda  ifadələrin  yazılışında  əgər 

sətirin  uzunluğu  kifayət  etmirsə  və  yeni  sətrə  keçilirsə  yeni  sətirdə  sonuncu  işarənin  təkrarən  yazılması 

düzgün  deyil.  Proqramın  adı  kimi  ixtiyari  identifikator  istifadə  edilə  bilər,  lakin  ad  hərflə  başlamalı  və 

adın  tərkibində probeldən istifadə edilməməlidir. Proqram  tərtibində eyni simvol  və  ya identifikatordan 

həm dəyişən, həm də sabit kimi istifadə etmək olmaz. Proqramın əsas hissəsi mütləq BEGİN operatoru ilə 

başlayaraq  END  ilə  qurtarmalıdır.  Proqram  daxilindəki  END  operatorlarının  yalnız  sonuncusunun 

axırında nöqtə qoyulur, qalanlardan sonra isə nöqtəli vergül qoyulmalıdır. Eyni tipli sabit və dəyişənləri 

bir sətirdə vergüllə ayırmaqla göstərmək olar.  

Əgər  istifadəçi  proqram  daxilində  müəyyən  şərhlər  vermək  istəyirsə  onda  (*  *),  {  }işarələrindən 

istəfadə etməlidir. Məsələn: 

(* Bu proqram Turbo Paskal dilində tərtib edilib!*) 

və ya 


{Mənim birinci proqramım} 

Proqram  daxilində  dəyişənlərin  qiymətlərini  birbaşa  və  klaviaturadan  verməklə  daxil  etmək 

mümkündür.  Birbaşa  daxil  etmədə  mənimsəmə  operatorundan  istifadə  edilir.  Məsələn  Y  dəyişəninə  3 

qiymətini mənimsətmək istəyiriksə bunu aşağıdakıkimi yazırıq: 

   Y



3; 

Əgər dəyişənin qiymətini klaviaturadan daxil edəcəyiksə onda 

   READ (Y); 

 və ya 

  READLN(Y); 

yazırıq.  READ  standart  prosedurasından  istifadə  etdikdə  dəyişən  daxil  edildikdən  sonra  yeni  dəyişənin 

daxil  edilməsi  həmin  sətirdə  gözlənilir,  READLN  istifadə  edildikdə  isə  yeni  dəyişənin  qiyməti  növbəti 

sətirdə, yəni yeni sətirdən daxil edilməlidir. Bu proseduranın ümumi yazılışı aşağıdakı kimidir: 



READ (daxil ediləcək dəyişənlərin adlarının siyahısı); 

READLN (daxil ediləcək dəyişənlərin adlarının siyahısı); 

Əgər bu proseduraların yazılışı aşağıdakı şəkildədirsə 



READ (fayl dəyişəni, daxil ediləcək dəyişənlərin adlarının siyahısı); 

READLN (fayl dəyişəni, daxil ediləcək dəyişənlərin adlarının siyahısı); 

onda dəyişənin qiyməti fayl dəyişəni ilə adlandırılmış fayldan və ya məntiqi qyrğudan daxil edilir. 

Proqramın  nəticələrini,  eləcə  də  sabit  və  dəyişənlərin  qiymətlərini  ekrana  çıxarmaq  məqsədilə 

aşağıdakı standart proseduralardan istifadə edilir: 



WRİTE (sabit və dəyişənlərin siyahısı); 

WRİTELN (sabit və dəyişənlərin siyahısı); 


  52 

Bunlarda  fərq  ondan  ibarətdir  ki,  birincidə  siyahıdakı  sabit  və  dəyişənlərə  uyğun  qiymətlər    bir 

sətrə  çıxarılır  və  növbəti  dəfə  bu  proseduraya  müraciətdə  də  yeni  qiymətlər  də  həmin  sətrə  çıxarılacaq. 

İkinci prosedura yerinə yetirildikdə isə göstərilən sabit və dəyişənlərə uyğun qiymətlər ekrana verildikdən 

sonra, növbəti müraciətdə nəticələr avtomatik olaraq yeni sətrə keçilərək verilir. 

Əgər  nəticələrin  hər  hansı  fayl  və  ya  məntiqi  qurğuya  (diskə,  printerə  və  s.)  çıxarılması  nəzərdə 

tutulubsa onda qaydalar eyni ilə qalmaqla aşağıdakı yazılışdan istifadə edilir: 

WRİTE (fayl dəyişəni, sabit və dəyişənlərin siyahısı); 

WRİTELN (fayl dəyişəni, sabit və dəyişənlərin siyahısı); 

Qeyd edək ki,  proqramın  yerinə  yetirilməsində  proqram  dilinin imkanları  və daxili  ehtiyatlarından 

yararlanmaq  məqsədilə  dilin  standart  modullarından  istifadə  edilir.  Bu  istifadə  edilən  modulların  adları 

USES  sözündən  sonra  aralarında  vergül  qoyulmaqla  göstərilir.  Turbo  Paskal  dilinin  standart  modulları 

aşağıdakılardır: 

SYSTEM- Turbo Paskalın  bütün  standart funksiya və  proseduralarını  özündə  saxlayır.  Bu modulu 

göstərmək lazım deyil, çünki o avtomatik yüklənir.; 

CRT-  Bu  modulun  köməyi  ilə  ekranın  mətn  rejiminin  idarə  edilməsinin  standart  funksiya  və 

proseduraları işçi vəziyyətə gətirilir, adətən bu bütün proqramlarda göstərilir: 

PRİNTER- printerə çıxışı təmin edir. Printerə çıxış üçün modul göstərildikdən sonra çıxış proseduru 

olan WRITE və ya WRİTELN daxilində LST fayl dəyişəni göstərilməlidir. Məsələn x dəyişənini qiymətini 

çap etmək üçün  



WRİTELN (LST, X:8:2); 

 yazılır.  Burada  x-  həqiqi  tiplidir,  onun  qiymətindəki  ümumi  rəqəmlərin  sayı  8,  vergüldən  sonrakı 

rəqəmlərin sayı isə 2-dir. 

GRAPH-  Ekranın  qrafik  rejiminin  standart  prosedura  və  funksiyalarını  özündə  saxlayır  və  qrafik 

rejimdə işləyərkən onon göstərilməsi məcburidir

TURBO3  və  GRAPH3-  Turbo  Paskalın  əvvəlki  versiyaları  ilə  uyğunlaşmanı  təmin  edir  (uyğun 

olaraq adi proqram və qrafik rejimlərdə): 

DOS- PS DOS (MS DOS) sisteminin proqramlarına çıxışı təmin edir; 

OVERLAY- Bu modul proqramlaşdırmada overleylərdən istifadəyə imkan verir. Adətən overleylər 

iri  həcmli  proqramlarla  işləyərkən  lazım  olur.  Proqram  həcmcə  iri  olduqda  yaddaş  çatışmamazlığı 

problemi ilə qarşılaşmaq olar. Əgər OVERLAY modulunun imkanlarından istifadə olunsa proqram yerinə 

yetirilərkən  yalnız  əməli  yaddaşa proqram  daxilində  olan və  cari vaxtda  istifadəsi  tələb olunan proqram 

cağrılır.  Ona  müraciət  qurtardıqda  avtomatik  olaraq  geriyə  qaytarılaraq  yeni  cağrilan  funksiya  və  ya 

prosedura əməli yaddaşa yüklənir. Beləliklə yaddaş çatışmamazlığı aradan qaldırılır. 

  Turbo Paskal dilinin mənimsəmə, şərti və şərtsiz keçid, seçmə operatorları: 

Turbo Paskal dilində dəyişənlərə qiymətlərin mənimsədilməsi məqsədilə mənimsəmə (mənsubetmə

operatorundan istifadə edilir. Operatorun ümumi yazılışı aşağıdakı kimidir: 

Dəyişənin adı 



 qiymət və ya qiyməti mənimsədiləcək ifadə; 

Burad dəyişənin adı- dilin düzgün identifikatorudur; sağ tərəfdə isə həmin dəyişənə mənimsədiləcək 

məlum qiymət və ya qiyməti hesablanacaq ifadə durur. 

Turbo  Paskal  dilində  budaqlanan  strukturalı  alqoritmlərin  proqramlaşdırılması  zamanı  hər  hansı 

şərtdən asılı  olaraq hesablama və  ya  yerinə  yetirilmə prosesi  şaxələnir. Başqa sözlə şərtdən asılı  olaraq 

proqram  daxilində  keçidin  yerinə  yetirilməsi  baş  verir.  Bu  keçidin  həyata  keçirilməsi  dilin  şərti  keçid 

operatorları vasitəsilə yerinə yetirilir. Şərti keçid operatorunun ümumi şəkli aşağıdakı kimidir: 



İF şərt THEN operator1 ELSE operator2 

Burada:  İF,  THEN,  ELSE  (  əgər,  onda,  əks  halda)  dilin  ehtiyat  sözləri  olub  operatoru  müəyyən 

edirlər; 

Şərt- məsələnin qoyuluşundan asılı məntiqi tipli ifadə olan şərtdir

Operator1 və operator2 Turbo Paskalın ixtiyari operatoplarıdır. 

Əvvəlcə  şərti  ifadə  hesablanır,  əgər  şərt  ödənilirsə  onda  operator1  yerinə  yetirilir  və  operator2 

buraxılaraq  yerinə  yetirmə davam  etdirilir, əks halda idarəetmə operator2-yə verilir və operator2 yerinə 

yetirilir.  Burada  operator2  verilməyə  də  bilər.  Belə  halda  şərt  ödənmədikdə  yerinə  yetirmə  növbəti 

mərhələyə keçir. Qeyd edək ki, operator2 əvəzinə şərtsiz keçid operatorunun öxü də iştirak edə bilər, yəni 

..................................... 

İF A >B THEN  Y:=2 ELSE IF A=B THEN  Y:=5  ELSE Y:=3; 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə