Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə22/46
tarix14.07.2018
ölçüsü2,08 Mb.
#55577
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   46

  43 

da  «Вставка»  menyusunun  «Функция»  əmrindən  istifadə  edirik.  Əmr  verildikdən  sonra  açılan 

pəncərədən Kateqoriya sahəsindən funksiyanın tipi müəyyənləşdirilir. Exceldə istifadə olunan funksiyalar 

aşağıdakı kateqoriyalardan birində yerləşmiş olur: 

-10 yaxınlarda istifadə olunmuşlar; 

- Tam əlifba siyahısı; 

- Maliyyə; 

- Tarix və vaxt; 

- Riyazi; 

- Statistik; 

- İstinadlar və massivlər; 

- Verilənlər bazası ilə iş; 

- Mətn üçün; 

- Məntiqi; 

- Xüsusiyyətlərin və qiymətlərin yoxlanılması. 

Bu  kateqoriyalardan  lazım  olunanı  seçildikdən  sonra,  növbəti  sahədə  seçilmiş  kateqoriyaya  aid 

olan  funksiyaların  siyahısı  verilir.  Siyahıdan  hesablamada  istifadə  ediləcək  funksiya  seçilir.  Funksiya 

seçildiyi  an  açılmış  pəncərənin  aşağısında  onun  təyinatı,  ümumi  yazılış  forması  və  verəcəyi  nəticə 

haqqında  məlumat  verilir.  “Ok”  düyməsini  basmaqla  növbəti  mərhələyə  keçirik.  Bu  mərhələdə 

arqumentin  qiymətinin  və  ya  qiymətlərinin  verilməsi  tələb  olunur.  Arqument  üçün  ayrılmış  sahəyə  ya 

birbaşa qiymət yazılır, ya da sahənin sağ tərəfində qırmızı rəngli düymə basılaraq ilkin cədvələ qayıdılır. 

Verilənin  yerləşdiyi  xana  və  ya  verilənlərin  yerləşdiyi  diapazon  seçilir,  yenidən  sahə  göstəricisinin 

sağındakı düyməni basmaqla arqumentlərin təyini pəncərəsinə qayıdırıq. Burada hesablanmış qiymət və 

onun  haqqında  məlumat  verilir.  “Ok”  düyməsini  basmaqla  yenidən  ilkin  cədvələ  nəticənin  yerləşdiyi 

xanaya qayıdırıq. 

Qeyd etmək lazımdır ki, triqonometrik funksiyaların hesablanması zamanı arqumentlər dərəcə ilə 

deyil radianla verilir. Məhz buna görə də hesablamadan əvvəl və ya hesablama vaxtı dərəcə ilə verilmiş 

arqumentin  radiana  mevrilməsini  təmin  etmək  lazımdır.  əgər  funksiya  təyinatından  asılı  olaraq  bir  neçə 

şərtə uyğun olaraq alınan məntiqi nəticələrə istinadən işləyirsə, hər bir mərhələ mötərizələr və ya Nöqtə 

vergüllə bir-birindən ayrılır. Belə funksiyalara şərti keçidlə hesablama funksiyasını misal göstərmək olar.  

İf  (  məntiqi  ifadə;  nəticə  doğru  olanda  alınan  nəticə  və  ya  hesablanacaq  ifadə;  nəticə  yalan 

olduqda alınan nəticə və ya hesablanacaq ifadə...) 

Qeyd  etmək  lazımdır  ki,  funksiyalardan  istifadə  zamanı  bir  funksiyanın  daxilində  digərindən 

istifadə  imkanı  vardır.  Belə  ki.  əgər  tələb  olunubsa  ki,  A4  xanasındakı  ədədin  mütləq  qiymətinin 

sinunsunu hesablayıb C4 xanasına yazmaq lazımdır, onda C4 xanasında belə bir yazılış etmək olar: 

“=SİN (ABS(A4))” 

Əgər  istifadəçi  funksiyanın  dəqiq  yazılış  qaydasını  bilirsə  və  arqumentin  daxil  edilməsi 

qaydalarına  riayət  edə  bilərsə,  onda  nəticə  yerləşəcək  xananın  seçilməsindən  sonra  o,  birbaşa  həmin 

funksiyanı klaviaturadan daxil edə bilər. 

Qeyd  edək  ki,  funksiyalardan  istifadə  etdikdə  istifadəçinin  işlədiyi  cədvəl  prosessorunun  hansı 

dildə  olan  əmrlərdən  istifadə  etməsini  də  nəzərə  almaq  lazımdır.  Belə  ki,  əgər  menyular  və  əmrlər  rus 

dilində istifadə edilirsə. Onda funksiyaların da rus dilində daxil edilməsi tələb olunur. Əks halda dil kimi 

ingilis  dili  istifadə  edilirsə  onda  yaxşı  olar  ki,  funksiyalar  ingilis  dilindəki  variantda  daxil  edilməlidir. 

Bəzən bu şərt ödənmədikdə funksiyanın ona aid olan hesablamanı yerinə yetirə bilməməsi ilə rastlaşılır. 

Funksiyalardan  istifadə  edilərkən  ona  uyğun  arqumentin  istifadəçi  tərəfindən  araşdırılaraq 

verilməsi həyata keçirilməlidir. Əks halda nəticənin əldə olunması və ümumiyyəltə funksiyanın fəaliyyəti 

arzuolunmaz nəticələr verə bilər. 

Funksiyalardan da istifadə zamanı adi hesabatlarda olduğu kimi riyazi qanunauyğunluqlara riayət 

olunması  tələb  olunur.  Əgər  fuynksiyanın  yazılışında  səhv  varsa  bu  haqda  məlumat  verilir.  Səhvin 

düzəldilməsi üçün isə düsturlar sətrində düzəlişlərin aparılması daha düzgün olar. 

Funksiyalar  və  müxtəlif  hesablama  qaydaları  və  imkanlarından  istifadə  ilə  yanaşı  Excel  cədvəl 

prosessoru  göctəricilərin,  asılılıqların  və  funksiyaların  uyğun  qrafik  və  dioqramlarının  da  qurulması 

imkanını  verir.  Bu  məqsədlə  alətlər  panelindəki 

 düyməsinin  basılması  ilə  və  ya  «Вставка» 

menyusunun  «  Диаграмма»  əmrindən  istifadə  edilir.  Əmr  verildikdən  sonra  yeni  açılan  pəncərədə  tip 



  44 

sahəsindən qurulacaq diaqramın və  ya qrafikin tipi seçilir. Avtomatik olaraq onunla  yanaşı sahədə bu 

tipə  aid  olan  növlər  göstərilir.  Növlər  içərisindən  də  tələbata  uyğun  olanı  seçilərək  növbəti  mərhələyə 

keçilir.  Növbəti  mərhələyə  keçid  üçün  ilkin  pəncərənin  aşağısında  verilmiş  «Далее»  düyməsinin 

basılması ilə keçilir. Növbəti pəncərədə diapazon sahəsinə verilənlərin cədvəl diapazonu daxil edilir. Bu 

məqsədlə verilənlərin cədvəl sahəsinin yuxarı sol küncü ilə aşağı sağ küncündə yerləşən xanaların mütləq 

ünvanlarının  göstərilməsi  lazımdır.  Ya  da  diapazon  sahəsinin  sağında  olan  düyməni  basmaqla  cədvələ 

qayıdılaraq verilənlərin olduğu hissə seçilir, sonra həmin düymənin basılması ilə geri qayıdılır. Qeyd edək 

ki,  açılmış  pəncərədə  qurulacaq  qrafik  və  ya  dioqramların  sətirlər  və  ya  sütunlar  üzrə  aparılacağı  da 

müəyyənləşdirilir. 

Növbəti  mərhələyə,  daha  doğrusu  qrafik  və  diaqramların  qurulmasının  3-cü  mərhələsinə  keçidlə 

açılan  pəncərədə  pəncərə  başlığında  verilmiş  rejimlər  ardıcıl  olaraq  seçilərək  onlara  uyğun  parametrlər 

istifadəçi  tərəfindən  müəyyənləşdirilir.  Burada  verilmiş  «Подписи  данных»  rejimi  ilə  qrafik  və  ya 

dioqramın  verilənlərinin  müəyyənləşdirilməsi  məqsədilə  onun  qrafik  təsviri  üzərində  yazılışlar  ekrana 

verilir. Bu yazılışlar verilənlərin cədvəl ardıcıllığı. Qiymətləri və ya kateqoriyaları ola bilər. 

İkinci  rejim  «Таблица  данных»    qurulmuş  qrafik  və  dioqramla  yanaşı  verilənləri  əks  etdirən 

cədvəlin də təsvir hissəsində əks etdirir. 

«Заголовки» rejimi ilə diaqram və ya qrafikə ad verilir, koordinat oxlarının adları daxil edilir. 

 «Оси» rejimi ilə koordinat oxları, onlar üzərindəki bölgülər, bu bölgülərə uyğun olan qiymətlərin 

verilib-verilməməsini müəyyənləşdirir. 

«Линии  сетки»  rejimi  qrafik  və  ya  diaqramın  yerləşdiyi  sahədə  əsas  və  köməkçi  tor  xətlərinin 

verilib verilməməsini müəyyənləşdirir. 

«Легенда» rejimi eyni koordinat sistemində əks etdirilən müxtəlif göstəricilərə uyğun qrafik və ya 

diaqramların  bir-birindən  fərqləndirilməsi  üçün  rəng  və  ya  təsvir  formalarının  müxtəlifliyini 

müəyyənləşdirən şərti işarələr cədvəlinin əsas hissənin hansı tərəfində verilməsini müəyyənləşdirir. 

Növbəti  4-cü  sonuncu  addımda  artıq  tərtib  olunmuş  diaqram  və  ya  qrafikin  ayrıca  ,  yoxsa 

verilənlərlə eyni bir işçi vərəqdə əks etdirilməsini müəyyənləşdirməyə imkan verir. 

 Beləliklə  Excel  cədvəli  verilənlərinə  uyğun  olan  qrafik  və  diaqramlar  qurulur.  Qeyd  edək  ki, 

qurma  qurtardıqdan  sonra  müəyyən  düzəlişlərin  həyata  keçirilməsi,  tərtibat  dəyişikliklərinin  həyata 

keçirilməsi  üçün  obyekt  seçilir  və  sağ  düymənin  basılması  ilə  açılan  kontekst  menyunun  əmrlərindən 

istifadə edilir. Bu  əmrlər  əslində  yerinə  yetirilən  mərhələlər ardıcıllığına  uyğun olan  əmrlərdir. Bunlarla 

yanaşı  qrafikin  və  ya  diaqramın  istənilən  elementini  seçməklə  onun  kontekst  menyusundan  istifadə 

etməklə dəyişikliklər aparmaq olar. Elementlər dedikdə, koordinat sisteminin əsas oxları, torun köməkçi 

və əsas xətləri, qrafikin yerləşdiyi əsas oblast və yalnız verilənlərə uyğun təsvirlərin olduğu oblast, eləcə 

də diaqram və ya qrafikin ad sahəsi, koordinat oxlarının ad sahələri qəbul edilir. 

Diaqram  və  qrafiklərin  qurulmasında  uyğunluğun,  verilənlərin  ardıcıllığının  nəzarətdə 

saxlanılması, ümumi gedişatın prinsiplərinə riayət edilməsi tələıb olunur.  

Qeyd  edək  ki,  diaqramların  verilməsində  həm  ikiölçülü  koordinat  sistemindən,  həm  də  üçölçülü 

sistemdən istifadə edilir. Bu müxtəliflikdən istifadə edilməsi istifadəçi tərəfindən müəyyənləşdirilir.  

Excel  cədvəl  prosessorunda  funksiyalar,  müxtəlif  əməliyyatlardan  istifadə  inmkanları  ilə  yanaşı 

verilənlərlə işin təşkili də mümkündür. Verilənlərlə işləmə zamanı bir çox qaydalara riayət olunması tələb 

olunur. Bunlara verilənlər  yerləşmiş  cədvəldə  xanaların  birləşdirilməməsi.  eyni  sütunda  yalnız eyni tipli 

verilənlərin olması, verilənlərlə işin asanlaşdırılması və müxtəlif problemlərdən uzaq olmaq üçün  hər bir 

sütunun  adlandırılması,  başqa  sözlə  eyni  sütunda  olan  verilənlərin  adlandırılması  tələb  olunur. 

Verilənlərlə  işləmənin  bu  ilkin  şərtləri  qəbul  edildikdən  sonra  onlar  cədvəl  kimi  tərtib  edilirlər. 

Verilənlərlə  işləmə  üçün  istifadə  olunan  əmrlər  Excelin  «Данные»  menyusunda  verilmişdir.  İndi  isə 

həmin əmrlərlə işləmə qaydaları ilə tanış olaq.  

Verilənlərin  çeşidlənməsi  üçün,  «Данные»  usunun  «Сортировка»  əmrindən  istifadə  edilir. 

Əvvəlcə  çeşidləmə  aparılacaq  verilənlər  cədvəli  seçilir.  Daha  sonra  əmr  verilir.  Əmr  verildikdəb  sonra 

açılan pəncərədə çeşidləmənin hansı sütun üzrə aparılması müəyyənləşdirilir. Sütunların istifadəçi verilən 

adından,  ya  da  cədvəlin  hərflərlə  verilən  adlarından  istifadə  etmək  olar.  Bunun  təyin  olunması  üçün 

pəncərənin  sonunda  verilmiş  «Идентицировать  диапазон  данных  по»  sözündən  sonra  verilmiş 

rejimlərdən  istifadəçi  istəyinə  uyğun  olanı  seçmək  lazımdır.  Daha  sonra  çeşidləmənin  aparılacağı  sütun 

adı birinci sahədən seçilir. Sonra isə çeşidləmənin artma və ya azalmaya uyğun olacağı müəyyənləşdirilir. 

Əgər  verilənlər  mətn  tipli  olarsa,  onda  çeşidləmə  əlifba  sırasına  görə.  ədədi  tipli  olarsa  artma  və  ya 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə