Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə20/46
tarix14.07.2018
ölçüsü2,08 Mb.
#55577
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   46

  39 

Belə ki, MS Equation-a aid olan menyuların bəzilərinin əmrləri digər proqram vasitələri ilə eyni olsa da 

fərqli  olanlar  da  var.  Bular  «Стиль»  və  «Размер»  menyularıdır.  Birinci  menyunun  əmrləri  ilə  müxtəlif 

tipli daxil edilən işarə və ifadələrin yazılış üslubları təyin olunur. İkinci menyu isə daxil edilən simvol və 

işarələrin ölçülərinin müəyyənləşdirilməsinə imkan verir. Qeyd edək ki, bu təyinetmədə hər iki menyunun 

«Определитель»  əmrinin  xüsusi  əhəmiyyəti  vardır.  Belə  ki  həmin  əmr  verildikdən  sonra  açılan 

pəncərədəki  sahələrin  məzmunu  istifadəçi  istəyi  və  tələbata  uyğun  olaraq  dəyişdirilə  və  lazımi  effektlər 

əldə oluna bilər. 

Qeyd edək ki, düstur sənədə xüsusi obyekt kimi əlavə olunur. İş qurtardıqdan sonra yenidən Word 

redaktorunun  işçi  pəncərəsinə  qayıdılır.  Əgər  düsturda  hansısa  dəyişikliyin  aparılması  lazım  gələrsə, 

düstur  olan  obyekt  aktivləşdirilir  və  kontekst  menyunun  əmrlərindən  uyğun  olanı  seçilərək  lazımı 

düzəlişlər, əlavələr və ya hansısa elementin dəyişdirilməsi həyata keçirilir. 

MS  Word  mətn  redaktorunda  digər  obyektlərlə  yanaşı  cədvəllərin  tərtibi  və  onlardan  istifadə 

edilməsi imkanları da mövcuddur. Cədvəllərin yaradılması iki üsulla: alətlərin köməyi ilə (qələm, pozan 

və  s.)  və  əmrlərlə  yerinə  yetirilə  bilər.  Birinci  halda  adətən  «Таблица»  menusunun    «Нарисовать 

таблицу»  əmri  verilir.  Ekrana  əgər  yoxdursa  alətlər  paneli  gəlir.  Paneldəki  qələmdən  istifadə  etməklə 

cədvəl  xətlərinin  tipi,  qalınlığı,  rəngi  seçilərək  ekranda  cədvəlin  ümumi  konturu,  daha  sonra  sətir  və 

sütunlar çəkilir. Cədvəlin hər hansı xəttinin silinməsi məqsədilə paneldəki pozandan istifadə edilir. 

İkinci  halda  cədvəlin  ekrana  əlavəsi  üçün  həmin  menyunun  «Вставить»  əmrinin  «Таблица» 

bəndi seçilir. Əmr verildikdən sonra ekranda açılan yeni pəncərədəki uyğun sahələrdə sütun və sətirlərin 

sayı,  sütunların  eninə  uyğun  parametrlər,  dəyişməyən  en,  daxil  ediləcək  məzmuna  görə  en,  pəncərənin 

aktiv  hissəsinin  görə  en  variantlarından  biri  veriliur.  Parametrlərə  uyğun  cədvəl  kursor  duran  mövqeyə 

əlavə edilir. 

Cədvəl xanalarına  yazılar daxil edilərkən  yazıların xanada üfiqi  yerləşməsi adi sənəd  yazılarında 

olduğu kimi həyata keçirilir. Lakin  yazıların şaquli yerləşməsini müəyyənləşdirmək üçün  yerləşməsinin 

«Таблица»  menusunun    «Свойства  таблицы»  əmrindən  istifadə  etmək  lazımdır.  Bu  əmrin  «Ячейка» 

bəndində verilən parametrlərlə yazının xanada yerləşməsini təyin etmək olar. Qeyd edək ki, menyunun bu 

əmrindən həm də sətir və sütunların da dəqiq ölçülərini vermək mümkündürş 

Cədvəlin  sətir  və  sütunlarının  ölçülərinin  nizamlanması  üçün  lazımi  sərhəd  xəttinin  üzərində 

durmaq. Ikitərəfli ox şəkli alındıqdan sonra düyməni basılı saxlamaqla hərəkət etdirməklə lazımi ölçünü 

əldə etmək olar. 

Cədvələ  yeni  sətir,  sütun,  xana  əlavə  etmək  üçün  «Таблица»  menyusunun  «Вставить»  əmrinin 

uyğun bəndlərindən istifadə etmək lazımdır. Qeyd edək ki, xana əlavə edildikdə sürüşdürülmə istiqaməti 

də soruşulur. 

Cədvəlin  və  onun  elementləri  olan  sətir,  sütun  və  xananın  silinməsi  «Таблица»  menyusunun 

«Удалить»  əmrinin  uyğun  bəndləri  vasitəsilə  həyata  keçirilir.  Əlbəttə  ləğv  etmə  seçmə  olmadıqda 

kursorun içərisində durduğu cədvələ. Sətirə, sütuna və ya xanaya aid edilir. Əgər bir neçə elementin ləğvi 

və  ya  ölçülərinin  dəyişdirilməsi  nəzərdə  tutularsa,  onda  onları  seçmək  lazımdır.  Bu  adi  mətn  seçildiyi 

kimi də həyata keçirilə bilər, ya da  menyunun «Выделить» əmrinin bəndlərinə uyğun da həyata keçirilə 

bilər.  


Əgər cədvəlin bir neçə xanasını birləşdirmək lazımdırsa onda birləşdiriləcək xanalar seçildikdən 

sonra «Таблица» menyusunun «Объединить ячейки» əmrini veririk. Əgər bir xananın bölünməsi gərək 

olarsa həmin xanada kursoru yerləşdirərək menyunun «Разбить ячейки» əmrini veririk. əmr verildikdən 

sonra xananın bölünəcəyi sətir və sütunların sayı verilir və əmr yerinə yetrilir. 

Cədvəlin özünü də bölmək olar. Bu məqsədlə cədvəl daxilində kursoru yerləşdirərək  «Таблица» 

menyusunun  «Разбить  таблицу»  əmrini  veririk.  Cədvəlləri  birləşdirmək  üçün  isə  onlar  arasındakı 

məsafənin seçilərək ləğvi kifayətdir. 

Cədvəlin  formatlaşdırılmasının  mövcud  cədvəl  formalarından  hər  hansı  birinə  uyğun  yerinə 

yetirilməsi  üçün  menyunun  «Автоформат»  menyusundan  istifadə  edilir.  Əmrin  verilməsindən  sonra 

ekranda  müxtəlif  formatda  olan  cədvəllərin  variantları  verilir.  İstifadəçi  istəyinə  uyğun  variantı  seçir, 

onun dəyişəcək və dəyişməz qalacaq parametrlərini müəyyənləşdirərək yerinə yetirmə verilir. 

Cədvəl  sütunlarını  və  sətirlərini  ölçülərinə  görə  eyniləşdirilməsi  məqsədilə  «Таблица» 

menyusunun «Автоподбор» əmrindən istifadə edilir. Bu əmrin variantlarına görə eyniləşdirmə məzmuna. 

Aktiv pəncərənin eninə, qeyd olunmuş enə, seçilmiş elementlərin ümumi ölçülərinin elementlərin sayına 

bölünməsi ilə alınacaq. 



  40 

Menyunun  «Загаловки»  əmri  ilə  adətən  seçilmiş  sətir  və  ya  sütun  (adətən  birinci  sətir  və  ya 

birinci sütun) başlıqlar sətiri və ya başlıqlar sütunu kimi qəbul edilir. Bunun mahiyyəti ondan ibarətdir ki, 

menyunun  əmrlərindən  istifadə  edərək  seşmə,  müəyyən  hesablamaların  aparılması  və  digər  uyğun 

əməliyyatlarda başlıqlar nəzərə alınmır. 

«Таблица»  menyusunun  «Переобразовать»  əmrinin  köməyi  ilə  seçilmiş  cədvəli  mətnə  və 

seçilmiş mətni təyin olunmuş şərtlərlə cədvələ çevirmək mümkündür. 

Menyunun  «  Сортировка»  əmri  cədvəlin  daxilindəki  verilənlərin  seçilməsinin  və  ya 

çeşidlənməsini  həyata  keçirir.  Belə  ki,  əgər  cədvəl  məlumatları  hərflərdən  ibarətdirsə  onlar  ya  əlifba 

sırası,  ya da  əks sıra ilə düzülür, əgər məlumatlar rəqəmlərdən ibarətdirsə onda məlumatlar arma və  ya 

azalma sırası ilə düzüləcək.. Əmr verildikdən sonra əvvəlcə seçmə aparılacaq sütun müəyyən edilir, daha 

sonra seçmə obyektinin mətn və ya ədəd olduğu müəyyənləşdirilir və nəhayət seçmə əlaməti (artma və ya 

azalma) verilir.  Qeyd edək ki, bu seçmə ardıcıl bir necə sütuna görə də aparıla bilər. Lakin şərtlərin hər 

biri əvvəlkini inkar etməməlidir.   

Əslində  Word  mətn  redaktorunda  sənədə  əlavə  olunan  cədvəllər  hesablanan  cədvəllər  olmurlar. 

Lakin  bəzən  cədvəllərdə  bəzi  sadə  hesbatların  aparılması  tələbatı  yaranır.  Bu  məqsədlə  menyunun 

«Формула» əmrindən istifadə edilir. Əvvəlcə nəticə yerləşdiriləcək xana müəyyənləşdirilir. Bu adətən ya 

sonuncu sətirin, ya da sonuncu sütunun xanası olur. Sonra əmr verilir. Açılan pəncərədə istifadə ediləcək 

funksiya  «Вставить  функцию»  sahəsində  verilən  variantlar  içərisindən  seçilir.  Nəticənin  adətən  ədəd 

olduğunu  nəzərə  alaraq  «Формат  числа»  sahəsindən  ədədin  formatı  müəyyənləşdirilir.  Bundan  sonra 

«Формула»  sahəsində  “=”  işarəsindən  sonra  yazılmış  funksiyanın  arqumenti  göstərilir.  Əməliyyatları 

əksəriyyəti cədvəl diapazonları üçün aparıldığından burada adətən xanalar diapazonu göstərilir. Məsələn, 

C1:C6 və ya B1: D1. qeyd edək ki, diapazonların göstərilməsində sütunların fikrən latın hərfləri ilə əlifba 

sırası ilə nömrələndiyi, sətirlərin isə rəqəmlərlə ardıcıl olaraq nömrələndiyi nəzərdə tutulmalıdır. 

İstifadə  edilən  funksiyalara  gəldikdə,  buarad  maximumun,  minimumun  tapılması,  diapazonda 

elementlərin  sayı,  ədədin  yuvarlaqlaşdırırlması,  cəmin  hasilin  hesablanması.  Mütləq  qiymətin  və  tam 

hissənin, qalıq hissənin verilməsi və s. funksiyalar vardır. 

Cədvəldə  cədvəl  torunun  ekranda  görünüb-görünməməsinin 

«Таблица»  menyusunun 

«Отображать  сетку»  əmri  ilə  yerinə  yetirmək  olar.  Lakin  qeyd  edək  ki,  bu  məqsədə  nail  olmaq  üçün, 

daha  döğrusu  cədvəl  torunun  ekranda  görünməməsi  üçün  onun  xətlərinin,  yəni  çərçivə  xətlərinin 

əvvəlcədən seçilərək rəngsizləşdirilməsini həyata keçirmək lazımdır. Bu halda cədvəl xərləri böz rənsdə 

olacaq. Belə halda cədvəl torunun ekranda görünməməsini təmin etmək olar. Bütün bu qeyd olunanların 

həyata keçirilməsi üçün menyunun «Свойства таблицы» əmri verilərkən açılan pəncərədəki «Границы и 

заливки» əmrindən istifadə etmək lazımdır. 

Qeyd  edək  ki,  «Свойства  таблицы»  əmrini  verərkən  açılan  pəncərənin  aşağıcında  olan 

«Параметры»  əmri  vasitəsilə  cədvəl  daxilində  xanalarda  işlək  sahələrin,  verilənlər  sahələrinin  cədvəl 

xanalarının kənarlarına görə yerləşməsini də müəyyənləşdirmək mümkündür. 



 

MÖVZU 6. ELEKTRON CƏDVƏLLƏR. EXCEL CƏDVƏL PROSESSORU. İŞÇI KITAB,  

                    IŞÇI VƏRƏQ, SƏTIR, SÜTUN VƏ XANA. 



 

Müxtəlif  hesablamaların  aparılması,  cədvəl  verilənlərinin  işlənməsi,  müxtəlif  fəaliyyət  növlərinə 

uyğun  məlumatların  hesabatlar  şəklində  tərtibi  xüsusi  proqram  vasitələrindən  istifadə  ilə  xeyli 

asanlaşdırılır.  Belə  vasitələrdən  biri  də  Excel  cədvəl  prosessorudur.  Excel  cədvəl  prosessoru  ofis 

proqramlarından  olub  «Пуск»  düyməsini  basdıqdan  sonra  açılan  siyahıdakı  «Программы»  bölməsinin 

seçilməsi və yeni açılan pəncərədə Microsoft Offise bəndinin açılmasından sonra ardıcıllıqdan Microsoft 

Office Excel-lə yüklənir. Yüklənmədən sonra ekranda Excel-in işçi pəncərəsi görünür. Pəncərənin birinci 

sətrində  cədvəl  prosessorunun  və  sənədin  adı  göstərilir.  İlkin  variantda  sənədin  adı  «Книга  1»  kimi 

verilir. Lakin istifadəçi istəyindən asılı olaraq bu ad dəyişdirilə bilər. Sonrakı sətirsə Excelin menyularının 

adları,  formatlaşdırma  və  standart  alətlər  panelləri  yerləşir.  Word      mətn  redaktorundan  fərqli  olaraq 

növbəti sətid düsturlar sətridir. Belə ki, sətrin ilk sahəsində aktiv olan xananın ünvanı, sonrakı sahədə isə 

onun məzmunu göstərilir.. daha sonra xanalardan ibarət olan Excel işçi cədvəli görünür.  

Excel cədvəli rəqəmlərlə nömrələnmiş sətirlərdən və hərflərlə adlandırılmış sütunlardan ibarətdir. 

Belə  sütunların  sayı  256-dır.  Hər  bir  xana  sətir  və  sütunun  kəsişməsi  olduğundan  şahmat  taxtasındakı 

kimi A1, G5, İ45 və s. kimi adlandırılır. 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə