Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə17/46
tarix14.07.2018
ölçüsü2,08 Mb.
#55577
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   46

  33 

Вставить- sənədə cədvəlin, cədvələ sətir sütunun və xananın əlavə edilməsi; 

Удалить-  Seçilmiş  cədvəlin  cədvəllərin),  sətir  (sətirlərin),  sütun  (sütunların)  və  ya  xananın 

(xanaların) silinməsi; 



Выделить- Cədvəlin, sətir, sütun və ya xananın seçilməsi

Объединить ячейки- Seçilmiş bir neçə xananın birləşdirilməsi bir xana şəklində); 

Разбить ячейки- Seçilmiş xana və ya xanaların göstərilən qaydaya uyğun bölünməsi; 

Разбить таблицу- Cədvəlin kursor durduğu mövqedən bölünməsi

Автоформат  таблицы-  Cədvəlin  hazır  format  formalarından  istifadə  edilərək  avtomatik 

formatlaşdırılması; 



Автоподбор- Qed olunmuş ölçüyə, xana məzmununna və digər bloka alınmış sətir və sütunlara 

görə sətirin və ya sütunun ölçülərinin təyin edilməsi; 



Заголовки- Seçilmiş cədvəl məlumatlarının cədvəl başlığı kimi qəbul edilməsi

Преоброзовать-Cədvəlin adi mətnə, mətnin cədvələ çevrilməsinin təmini4 

Сортировка-  Əlamətlərə  (əlifba  sırası,  artma,  azalma  və  s.)  görə  cədvəl  məlumatlarının 

ceşidlənərək düzülməsi



Формула- Cədvəldə sadə hesablamaların (yekunların, ən kiçik və ən böyük elementin tapılması və 

s.) yerinə yetirilməsi; 



Отображать сетку- Cədvəl torunun (setkasının) əks etdirilməsi və ya ləğvi; 

Свойства  таблицы-  cədvəlin  ümumi,  sətir  .  sütun  və  xanalarının  parametrlərinin  (ölçülərinin) 

müəyyən edilməsi. 

 

VIII.


 

Окно  (Window)  menyusu:  Bu  menyunun  əmrləri  ilə  işçi  pəncərə  ilə  iş  təşkil  olunur. 

Menyunun əmrləri aşağıdakılardır: 

Новое- Yeni pəncərənin açılması; 

Упорядочить все- Açılmış bütün pəncərələrin sıralanması; 

Сравнить рядом с- Aktiv pəncərəni yanındakı digər pəncərə ilə müqayisə etmək

Разделить- Pəncərənin istifadəçi istədiyi yerdən bölünməsi; 

Son aktivləşdirilmiş pəncərələr. 

 

IX.


 

Справка  (Help)  menyusu.  Bu  menyunun  əmrləri  istifadəçiyə  redaktor  və  onun  ayrı-ayrı 

menyuları və əmrləri haqqında sorğulara cavab tapmasına, eləcə də İnternetdən yeni əlavə məlumatların 

alınmasına  kömək  edir.  Bu  menyunun  əmrləri  ilə  həm  xüsusi  köməkçinin,    həm  də    sorğu 

materiallarından istyifadə ilə müxtəlif problemləri aradan qaldırmaq olar. 

Qeyd edək ki, istifadəçi istəyi ilə yeni menyular əlavə edilə və ya mövcud olanlar silinə də bilər. 

MS Word mətn redaktorunda sənədin yaradılması üçün redaktorun işçi pəncərəsi aşıldıqdan sonra 

«Файл»  menyusunun  «Создать»  əmrini  veririk.  Sağ  tərəfdə  işçi  oblastın  yuxarı  hissəsində  yeni  açılan 

pəncərədə yaradılacaq sənədin növü seçilir( yeni sənəd, XML-sənədi, Veb səhifə və ya artıq mövcud olan 

sənəd əsasında yaradılacaq sənəd). Bundan sonra  «Файл» menyusunun  «Параметры страницы» əmrini 

veririk.  Bu  əmrin  köməyi  ilə  tərtib  olunacaq  sənədin  gələcəkdə  yerləşəcəyi  və  çap  olunacağı  səhifənin 

parametrləri verilir. Əmr verildikdən sonra açılan pəncərənin yuxarı hissəsindəki bəndlər ardıcıl seçilərək 

parametrlər müəyyən edilir. Buradakı «Размер бумаги» bəndinin seçilməsi ilə ekranda açılan pəncərədən 

kağızın ölçüləri və səhifənin vəziyyəti (kitab səhifəsi kimi, ya da albom səhifəsi kimi) müəyyənləşdirilir. 

Bundan sonra «Поля» bəndini seçərək səhifənin kənarlarından (yuxarı, aşağı, sağ, sol) mətnə qədər olan 

məsafə,  səhifə  kənarlarının  tikiləcəksə  məsafəsi,  səhifələrin  təyinatı  (adi  səhifə  şəklində,  güzgü  əksli 

səhifələr,  bir  vərəqdə  iki  maşın  səhifəsi  olmaqla,  braşura  səhifəsi  kimi)  verilir.  Növbəti  addımda 

«Источник  бумаги»  bəndini  seçməklə  parametrləri  verilmiş  ilkin  yazı  bölməsinin  hansı  səhifədən 

başlayacağını (cari səhifədən,  yeni səhifə sütunundan (əgər səhifə sütunlara bölünübsə),  yeni səhifədən, 

tək  və  ya  cüt  səhifədən)  müəyyənləşdirirlər.  Eyni  zamanda  bu  bənddə  cəhifənin  xüsusi  başlıqlarının 

(kolontitulların)  fərqləndirilməsi  və  səhifə  kənarlarından  onlara  qədər  olan  məsafə  müəyyənləşdirilir. 

Burada həmçinin yazının şaquli vəziyyətinin cəhifənin yuxarı kənarına, mərkəzinə, umumi hündürlüyünə 

və  ya  aşağı  kənarına  görə  düzləndidilməsi  müəyyən  edilir.  Qeyd  etmək  lazımdır  ki,  hər  üç  bənddə 

müəyyənləşdirilmiş  parametrləri  bütün  səhifələr  üçün,  seçilmiş  cari  bölmə  üçün  və  ya  kursor  durduğu 

mövqedən sənədin sonuna qədər tətbiq ediləcəyi təyin olunur.  



  34 

Sonuncu  bən  seçilərkən  pəncərənin  aşağı  hissəsində  olan  «Нумерация  строк»  əmri  vasitəsilə 

sənəd  sətirlərini  müxtəlif  qanunauyğunluqla  nömrələmək,  «Границы  »  əmri  vasitəsi  ilə  isə  mətn 

hissəsini, səhifəni müxtəlif çərçivələrə almaq və mətn fonunu rəngləmək mümkündür. 

Bu parametrlər müəyyənləşdirildikdən sonra  «Формат» menyusunun  «Шрифты»  əmri vasitəsilə 

sənədin  yığılması  məqsədilə  istifadə  olunacaq  şrift,  hərflərin  ölçüsü,  rəngi,  altından  xəttin  çəkilib-

çəkilməməsi və bu xətlərin tipi, hərflərin ekranda görünmə və sətrə nisbətən yerləşmə mövqeyi (indeks və 

ya  dərəcəni  göstərməsi)  verilir. Açılan pəncərənin  «Интервал»  bəndi  vasitəsilə  yazının miqyası,  hərflər 

arasındakı  məsafə  (adi,  sıxlaşdırılmış  və  ya  genişləndirilmiş)  ,  sətrə  görə  yazının  yuxarı  və  ya  aşağı 

sürüşdürülmüş olması verilə bilər. Həmin pəncərədə olan «Анимация» bəndinin əmrləri sənədin müxtəlif 

ekran görünüşlərinin təyininə xidmət edir.  

Növbəti  mərhələdə  «Формат»  menyusunun    «Абзац»  əmri  vasitəsilə  yazının  üfiqi  vəziyyətinin 

düzləndirilməsini  (sol  kənara  görə,  mərkəzə  görə,  sol  kənara  görə,  səhifə  eninə  görə),  abzasın  birinci 

sətrinin və digər hissəsinin  başlanğıcdan məsafəsini, abzaslar arasındakı məsafəni və abzasların ekranda 

yerləşməsinə aid digər parametrləri vermək olar. 

Qeyd  edək  ki,  bu  parametrləri  sənəd  yığıldıqdan  sonra  da  yerinə  yetirmək  mümkündür.  Bu 

məqsədlə  sənədi  və  ya  sənəd  hissəsini  seçməklə  (bloka  almaqla)  parametrlərin  verilməsi  mümkündür. 

Lakin  parametrlərin  sonradan  təyini  istifadəçi  üçün  sənəddə  olan  cədvəllərin,  obyekt  və  təsvirlərin 

yerləşməsində problemlər və arzuolunmaz nəticələr yarada bilər. 

Bu parametrlər təyin olunduqdan sonra mətn yığılır.Mətn yığıldıqdan sonra o, istifadəçi istəyindən 

asılı  olaraq, lazımi  yaddaş qurğusuna və bu qurğudakı  qovluğa ad verilərək  yazılır. Yaradılmış sənədin 

yaddaşda  saxlanması  üçün  «Файл»  menyusunun  «Сохранить  как»    əmrindən  istifadə  edilir.  Əmrin 

verilməsindən  sonrs  açılan  pəncərədə  «Папка»  sözü  qarşısındakı  xüsusi  sahədə  sənədin  saxlanalacağı 

qurğu və qovluq seçilərək müəyyənləşdirilir. Sonra həmin pəncərənin aşağı hissəsində olan «Имя файла» 

sözü qarşısındakı sahəyə sənədin saxlanacağı faylın adı verilir və növbəti sətirdə onun tipi də müəyyən 

edilə bilər. Qeyd edək ki, faylın tipi susmaya görə kompüter tərəfindən müəyyən oluna da bilər. Adətən 

fayla ad verilmədikdə birbaşa «Сохранить» əmrindən istifadə etdikdə ona «Документ 1» adı verilir. Bu 

pəncərədə  pəncərə  başlığında  yerləşən  «Сервис»  əmri  vasitəsilə  yeni  açılan  bəndlərdən  birini  seçməklə 

yaradılacaq faylın xüsusiyyətlərini («Свойства»), saxlanmanın təhlükəsizlik parametrlərini («Параметры 

безопасности»),  yəni  faylın  açılması  və  ya  açıldıqdan  sonra  yalnız  oxumaq  üçün  təyin  olunmasını  və 

digər parametrləri vermək olar. 

Yaradılmış  sənədin  redaktəsi  dedikdə  sənəddə  düzəlişlərin  aparılması  və  onun  tələbata  uyğun 

olaraq  tərtibatı  nəzərdə  tutulur.  Redaktə  məqsədilə  «Правка  »  menyusunun  əmrlərindən  istifadə  edilir. 

Əgər  sənədin  hər  hansı  hissəsini  ekrandan  silərək  xüsusi  yaddaş  olan  buferə  yazılması  tələb  olunarsa, 

onda qeyd olunan menyunun  «Вырезать»  əmrindən istifadə  edilir. Bəzən mətn  hissəsinin təkrarlanması 

və ya digər sənədə köçürülməsi tələb olunur. Belə halda həmin hissə seçilərək (bloka alınaraq) menyunun 

«Копировать»  əmri  ilə  buferə  yazılır.  Sonra  isə  həmin  sənəddə  və  ya  istifadəsi  nəzərdə  tutulan  digər 

sənəddə  kursor  lazımi  mövqedə  yerləşdirildikdən  sonra  «Вставить»  və  ya  «Буфер  обмена»  əmrindən 

istifadə  edilir.  Qeyd  edək  ki,  bu  əmrlərin  fərqi  ondan  ibarətdir  ki,  «Вставить»  əmri  vasitəsilə  buferə 

göndərilmiş  yalnız  sonuncu  məlumatı  əlavə  etmək  mümkündür.  «Буфер  обмена»  əmri  vasitəsilə  isə 

buferə  göndərilmiş  son  24  məlumatdan  istənilənini  seçib  əlavə  etmək  mümkündür.  Bu  əmr  verildikdə 

ekranın  sağ  tərəfində  xüsusi  pəncərədə  buferdəki  məlumatların  siyahısı  verilir.  Onlardan  istənilənini 

seçdikdə, həmin hissə sənədə əlavə olunur.  

«Правка»  menyusunun  «Специальная  вставка»  əmrinin  köməyi  vasitəsilə  sənədə  buferin 

məzmunu istifadəçi istəyindən asılı olaraq Word obyekti kimi, RTF formatlı mətn kimi, formatlaşmamış 

mətn kimi, şəkil kimi, Windows metafaylı kimi, HTML forrmatda və ya Yunikod mətli kimi əlavə edilə 

bilər.  Menyunun  digər  bir  «Вставить  как  гиперссылку»  əmri  ilə  mətn  və  ya  seçilmiş  obyekt  sənədə 

hipermüraciət kimi əlavə edilir.  

Əgər  faylın  və  ya  sənədin  hər  hansı  elementi  və  ya  hissəsinin  silinməsi  lazım  olarsa  (buferə 

yerləşdirilmədən)  onda  «Очистить»  əmrindən  istifadə  edilir.  Bu  əmrin  iki  variantından  birinə  uyğun 

olaraq seçilmiş element və ya hissənin ya məzmunu, ya da formatı ləğv edilə bilər. 

«Правка»  menyusunun  «Выделить  все»  əmrindən  istifadə  edilərək  işçi  pəncərədə  aktivolan 

sənəd bütünlüklə seçilir (bloka alınır). 

Bəzən istifadəçiyə sənədin hansısa elementinin (hərfin, sözün, söz birləşməsinin, cümlənin və s.) 

tapılması  və  dəyişdirilməsi  tələb  olunur.  Bu  məqsədlə  «Правка»  menyusunun  uyğun  olaraq  «Найти» 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə