Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə13/46
tarix14.07.2018
ölçüsü2,08 Mb.
#55577
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   46

  25 

Qeyd  edək  ki,  adətən  hər  bir  çriftin  4  müxtəlif  yazılış  üslubu  olur.  Ona  görə  də  hər  hansı  əlifbanin 

əlavəsi 4 sriftin əlavəsini tələb edir. 

Windows əməliyyatlar sistemində vaxt və tarixin nizamlanması üçün İdarəetmə panelinin «Дата и 

время»  əmri istifadə edilir. Əmr verildikdən sonra açılmış yeni pəncərədən əvvəlcə saat qurşağı seçilir 

(Bizim üçün Bakı, Tbilisi, Yerevan qurşağı). Bundan sonra solda verilmiş pəncərədə əvvəlcə il, sonra ay, 

daha sonra gün verilir. Bu sadəcə olaraq uyğun qiymətin siyahıdan seçilməsi ilə həyata keçirilir. Sonra isə 

sağ tərəfdə verilən saatın sferblatının içərisindəki saat, dəqiqə və saniyə göstəriciləri müəyyən edilir. 

Qryd  edək  ki  vaxt  və  tarixin  verilməsi  qaydası  bu  əmrdən  başqa  həm  də  İdarəetmə  panelinin 

«Языки  и  стандарты»    dil  və  uyğun  standartlar  əmrinin  təyinatından  asılıdır.  Belə  ki,  bu  standartlara 

uyğun  olaraq  vaxt  iki  və  ya  üç  göstərici  ilə,  tarix  də  həmin  qaydada  verilə  bilər.  Vaxt  və  tarixin 

standartlara  uyğun  seçilməsinin  düzgünlüyü  şəbəkəyə  və  internetə  qoşulmuş  istifadəcilər  üçün  xüsusi 

əhəmiyyətə  malikdir.  Çünki  məhz  bu  proses  alınan  və  ötürülən  məlumatların  vaxt  və  tarix  dəqiqliyini 

müxtəlif qurşaqlar üçün müəyyən etməyə imkan verir. 

Windows  əməliyyatlar  sistemində  çap  qurğularının  –  printerlərin  nizamlanması  məqsədilə 

İdarəetmə panelinin « Принтеры и факсы» əmrindən istifadə olunur. Əmr verildikdən sonrs yeni açılmış 

pəncərədə nizamlama rejimi seçilir. Bu rejim verildikdən sonra ekranda açılan yeni pəncərədə sol tərəfdə 

printer  istehsalçıları  olan  şirkətlərin  adı,  sağda  isə  bu  şirkətlərin  printerlərinin  adı  və  seriyası 

göstərilir.Əgər  istifadəçinin  kompüterinin  şirkəti  və  buşirkətin  printerinin  markası  siyahıda  varsa  (  tam 

dəqiqliklə)  onda  həmin  ad  seçilərək  sonrakı  addıma  keçid  əmri  verilir.  Bu  qayda  ilə  sona  qədər  icra 

olunaraq qurğu nizamlanır. Əgər verilən siyahıda printerin markası və uyğun seriyası yoxdursa qurğu ilə 

birlikdə  verilən disklərdən istifadə  olunur. Bu diskin  yerləşdiyi  qurğunun  adı  göstərilərək proses  analoji 

olaraq  davam  etdirilir.  Qeyd  edək  ki,  eyni  bir  kompüterə  bir  neçə  printer  nizamlamaq  olar.  Lakin  belə 

halda istifadə zamanı printeri mütləq seçmək tələb olunur. Əks halda printerə müraciət avtomatik olaraq 

susmaya görə müəyyən edilən printerə müraciət kimi qəbul olunacaq. 

Windows  əməliyyatlar  sistemində  yeni  proqramların  əlavəsi  və  ləğvi  əvvəlki  sistemlərdən  fərqli 

olaraq  daha  sadə  və  optimaldır.  Yeni  proqramların  əlavə  olunması  və  ya  ləğvi  məqsədilə  İdarəetmə 

panelini açdıqdam sonra ekrana verilən siyahıdan « Установка и удаление программ»  bəndini seçərək 

düyməni basmaq lazımdır. Bundan sjnra açılan yeni pəncərədə istifadəçi lazımi əməliyyatı seçir. Adətən 

proqramın ləğvi məqsədilə əvvəl pəncərədə verilmiş adlar içərisindən ləğv olunacaq proqramın adı seçilir 

və  ləğv  etmə  əmri  verilir.  Ləğv  etmə  zamanı  ekrana  avtomatik  verilən  sorğular  istifadəçi  tərəfindən 

cavablandırılaraq növbəti addıma keçilir və proqram ləğv olunur. 

Yeni proqramın əlavəsi  və nizamlanması üçün uyğun əlavə əmri, daha doğrusu nizamlama əmri 

verildikdən  sonra  proqramın  yerləşdiyi  qurğu  göstərilir.  Nizamlama  prosesində  ardıcıl  olaraq  ekrana 

gələn bütün sorğular düşünülərək cavablandırılır və növbəti addıma keçməklə sona qədər yerinə yetirilir. 

Proqrama uyğun olan piktoqram istifadəci istəyindən asılı olaraq işçi stoa da verilə bilər. Qeyd edək ki, 

bu qayda ilə təkcə yehi proqramı əlavə etmək deyil onu yeniləmək də mümkündür. 

Idarəetmə panelində olan «Экран» bəndindən istifadə etməklə işçi stolun mövzusunu, ekranda əks 

olunan  təsviri,  kompüterdə  istifadəçi  uzun  zaman  işləmədikdə  uyğun  parametrləri  və  həmin  müddətdə 

ekrana  veriləcək  təsviri  dəyişmək  olar.  Eyni  zamanda  işçi  stolun  və  işçi  pəncərələrin  tərtibatını,  daha 

döğrusu  fonunun  rəngini,  pəncərə  başlıqlarının  ölçülərini,  yazılış  üslubunu,  rəngini  və  s  dəyişmək 

mümkündür . bu bəndin açılmış pəncərəsində xüsusi bəndin köməyi ilə ekranın əksetdirmə parametrlərini 

və rəngvermə qabliyyətini də istifadəçi öz istəyinə görə müəyyənləşdirə bilər. 

Qeyd  edək  ki,  İdarəetmə  panelinin  «Специальные  возможности»  elementlərinin  köməyi  ilə 

istifadəçi çatışmamazlıqları olanlar üçün qurğuların parametrlərini (klaviaturanın, ekranın, MOUS-un və 

s) və işləmə rejimlərini dəyişə və yenidən müəyyənləşdirə bilər.  

Burada 

olan 


digər 

elementlər 

uçot  yazılarının  dəyişdirilməsi  və  istifadəçilərin 

müəyyənləşdirilməsi,  skaner  və  kameralarla  işin  təşkili,  e-mail-lə  işin  təşkili,  verilənlərlə  işləmə 

qaydalarının müəyyənləşdirilməsini və s. həyata keçirə bilər. 

Windows  əməliyyatlar  sistemində  fayl  və  qovluqlarla  işləmə  qaydalarını  nəzərdən  keçirək. 

İstənilən  qurğuda  yeni  qovluğun  yaradılması  üçün  ekranın  yuxarı  hissəsində  olan  «Файл»  menyusunu 

açırıq.  Həmin  menyunun  «Создать»  əmrini  verərək  ekranda  yeni  yaranan  qovluq  işarəsinin  altındakı 

«Новая  папка»  sözünü  silərək  həmin  yerə  qovluğun  adını  yazıraq  Enter  düyməsini  basmaqla  yeni 

qovluğu yaratmış oluruq. Hər hansı faylı və ya qovluğu bir qurğudan digərinə köçürmək üçün həmin fayl 

və  ya  qovluq  üzərində  durmaqla  sağ  düyməni  basaraq  kontekst  menyunu  açırıq.  Həmin  menyuda  olan 



  26 

«Отправить»  düyməsini  basmaqla  kompüterdə  olan  qurğuların  siyahısını  görürük.  Lazımi  qurğunu 

seçərək düyməni basırıq və beləliklə fayl və ya qovluğu həmin qurğuya göndərmiş oluruq. Əgər faylı eyni 

qurğu  daxilində  bir  yerdən  digərinə  köçürmək  lazımdırsa  yaxşı  olar  ki,  işçi  stolun  «Мой  компьютер» 

elementinin  «Проводник»  bəndindən  istifadə  edərək  ikitərəfli  pəncərənin  açılmasını  təmin  edirik.  Sağ 

tərəfdə  köçürüləcək  fayl  və  ya  qovluğu  seçərək,  MOUS-un  sol  düyməsini  basılı  saxlamaqla  onu 

köcürüləcək  və  solda  yerləşən  qurğunun  və  ya  qovluğun  üzərinə  gətirdikdən  sonra  düyməni  buraxırıq. 

Əgər  ekranda  ardıcıl  yerləşən  bir  neçə  ardıcıl  fayl  və  ya  qovluğu  köcürmək  lazımdırsa  onda  ilk  faylı 

seçirik daha sonra sonuncu faylı SHİFT düyməsini basmaqla seçərək yuxarıdakı prosesi yerinə yetiririk. 

Əgər pəncərədə fayllar müxtəlif mövqelərdə yerləşibsə, onları CTRL düyməsini basılı saxlamaqla seçib 

lazımi əməliyyatı yerinə yetiririk.  

Fayl  və qovluqları ləğv  etmək üçün onu seçdikdən sonra kontekst  menyunun  «Удалить»  əmrini 

veririk.  Kontekst  menyunun  «Переименовать»    istifadə  edərək  isə  seçilmiş  fayl  və  ya  qovluğun  adını 

dəyişmək mümkündür. 

Ümumiyyətlə  fayl  və  qovluqlar  üzərində  müxtəlif  təyinatlı  əməliyyatların  yerinə  yetirilməsini 

pəncərənin menyularının əmrləri və ya kontekst menyunun əmrləri ilə həyata keçirmək mümkündür. 

Windows  əməliyyatlar  sisteminin  özünə  məxsus  olan  əlavələri-proqramları  mövcuddur.  Bu 

əlavələr  sistemin  yüklənməsi  ilə  artıq  kompüterdə  işləmə  qabliyyətinə  malik  olur.  həmin  əlavələrdən 

istifadə  üçün  «Пуск»  düyməsini  basdıqdan  sonra  açılan  pəncərədən  «Стандартные»  bəndini  seçirik. 

Yeni  açılmış  pəncərədə  Windows  sisteminin  əlavələrinin  siyahəsə  bəndlərlə  verilir.  Bu  əlavələrin  hər 

birinin təyinatı ilə tanış olaq. 

1.  «Развлечение»-əyləncə  üçün  qurğuların  parametrlərinin  müəyyənləşdirilməsi  və  onlardan 

istifadə imkanlarının əldə olunması. 

«Громкость» səs qurğularında səsin nizamlanması (artırılıb, azaldılması) imkanınını verir.  

«Звукозапись»    kompüterə  qoşulmuş  qurğular  vasitəsilə  (mikrofonla)  müxtəlif  mənbəələrdən 

səsin yazılması parametrlərini müəyyənləşdirməyə imkan verir.  

 «Проигрыватель Windows Media Player» Windows-un proiqrıvatelinin işçi pəncərəsinin ekrana 

çağrılmasını və ondan istifadə imkanını verir. 



2.

 

«Связь»- kompüterlə əlaqədar müxtəlif təyinatlı əlaqələrin qurulması və nizamlanması. 

-Hyper  Terminal-  digər  kompüterlərə,  Telnet  və  İnternet  qovşaqlarına,  habelə  modemlər  və 

kabellər vasitəsilə digər interaktiv xidmətlərə qoğulma üçün istifadə edilir. 

- Мастер беспроводной сети- Ev və ofis üçün simsiz şəbəkənin sazlanması; 

- Мастер настройки сети- Ev və kiçik şəbəkənin qurulması; 

-  Мастер  новых  подключений-  İnternetə,  şəxsi  şəbəkəyə  ev  və  ya  ofis  şəbəkəsinə  yeni 

qoşulmanı təmin edir. 

- Подключение к удаленному рабочему столу- digər kompüterdə olan uzaqlaşdırılmış işçi stola 

qoşulmanı və həmin kompüterdəki proqramın işə salınmasını təmin edir; 

- Сетевые подключение- Digər kompüterə, şəbəkəyə, İnternetə qoşulmanı təmin edir. 



3. Служебные- sistemlə əlaqədar xidməti proqramlar. 

-  Активация  Windows-  Windows-un  kompüterdə  olan  surətinin  aktivləşdirilməsi  və  əgər  onun  

şəbəkə əlaqəsi varsa, bu surətin piratçılıqdan qorunması: 

-  Архивация  данных-  Kompüterdə  olan  verilənlərin  təsadüfi  itirilməsinin  qarşısının  alınması 

məqsədilə onların arxivləşdirilməsini təmin edir. Əmr verildikdən sonra yeni aşılan pəncərədə iki imkan 

təklif  edilir.  Bunlardan  birincisi  verilənlərin  arxivləşdirilməsini,  ikincisi  isə  artıq  mövcud  olan  arxidən 

verilənlərin  çıxarılaraq  lazımi  yerə  bərpasını  təmin  etmək  imkanıdır.  Lazımi  imkan  seçildikdən  sonra 

hansı  verilənlərin  arxivləşdiriləcəyi  müəyyənləşdirilir.  Bu  verilənlər  “Мои  документы»  qovluğundakı 

fayllar və kompüterin sazlama parametrləri, kompterdə olan və bütün istifadəçilərin verilənləri və sazlama 

parametrləri,  kompüterdə  olan  bütün  verilənlər,  ya  da  istifadəçi  istəyinə  uyğun  seçilmiş  verilənlər  ola 

bilər.  Sonuncu  variantda  növbəti  pəncərəyə  kompüter  qurğuları  və  həmin  qurğulardakı  fayllar  və 

qovluqların  siyahısı  verilir.  İstifadəçi  tərəfindən  lazım  olanlar  seçilir.    Arxivləşdiriləcək  obyektlər 

müəyyənləşdirildikdən  sonra  növbəti  mərhələdə  arxivin  saxlanacağı  qurğu  və  arxivə  veriləcək  ad  daxil 

edilir. Avtomatik olaraq arxiv yaradılır. Sonuncu pəncərədə proses haqqında məlumat verilir. Daha geniş 

hesabat  almaq  üçün  sonuncu  pəncərədəki  «Отчет»  əmrindən  istifadə  etmək  olar.  Əgər  arxivləşdirilmiş 

verilənləri  bərpa  etmək  lazım  gələrsə  prosesi  analoji  ardıcıllıqla  lakin  ilkin  pəncərədəki  ikinci  imkanı 

seçməklə həyata keçirmək lazımdır. 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə