Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə11/46
tarix14.07.2018
ölçüsü2,08 Mb.
#55577
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   46

  21 

işləyən proqramlar isə xarici qurğulara Windows-un köməyi ilə müraciət edir. Deməli, Windows bütün 

işləri,  yəni  konkret  xarici  qurğularla  uzlaşma  problemini  öz  üzərinə  götürdüyü  üçün  tədqiqatçırun 

konkret  xarici  qurğularla  birgə  işləməsinin  təmin  olunması  problemi  aradan  götürülmüş  olur.  Odur  ki, 

Windows proqramı konkret xarici qurğulardan asılı olmur və qurğularla o zaman əlverişli işləyir ki, bu 

qurğular  müstəqil  olaraq  Windows-la  işləyə  bilirlər.  İş  prosesi  zamanı  ən  çox  istifadə  edilən 

avadanlıqların işini lazımi səviyyədə saxlamaq üçün drayverlər Windows-un tərkibinə daxil edilir.  

- istifadəçi interfeysinin yaradılmasıiüçün avadanlıq 

Windows-a istifadəçi  interfeysinin  yaradılması  üçün lazım olan funksiyalar: pəncərələr, menyu, 

sorğular, siyahılar və s. daxildir. Buna görə də Windows-un istifadəçi interfeysi ən yaxşı nümunələrdən 

biri sayılır və bu mühitdə işləyən digər proqramlar Windows-un fıtnksiyalarından istifadə edir. 

-əməli yaddaşdan tam istifadə 

DOS-dan fərqli olaraq Windows-da kompüterin əməli yaddaşı tam həcmdə istifadə edilir. Bu isə 

həcmli proqramların qurulmasını asanlaşdırır. 

-proqramlar kitabxanasının dinamik quruluşu 

Windows-da  proqram  tərtib  edərkən,  proqramlar  kitabxanasından  Windows-un  köməyi  ilə 

istənilən proqramı götürüb istifadə etmək olur, yəni seçilmiş proqramı kompüterin yaddaşına yükləmək 

mümkündür. 



-vahid istifadəçi interfeysi 

Windows  istifadəçi  interfeysini  yaratmaq  üçün  proqramçıları  lazım  olan  bütün  ləvazimatlarla 

təmin  etdiyindən,  iş  prosesi  zamanı  proqramçılar  bu  ləvazimatlardan  tam  istifadə  edirlər.  Belə  geniş 

imkanların onlara verilməsi istifadə üçün anoloji ləvazimatlar yaratmağa sövq etmir. Nəticədə Windows 

proqramının istifadəçi interfeysi müəyyən dərəcədə daima təkmilləşir və istifadəçiyə istənilən proqramlar 

arasında  əlaqə  yaratmağa  tmkan  verir.  Bundan  əlavə,  istifadəçi  kompüterdə  istifadə  edilən  hər  bir 

proqramı ayrıca öyrənməyə ehtiyac duymur. 

-çoxlu sayda məsələlərin eyni anda həlli 

Windows müxtəlif sayda proqramların eyni zamanda həll edilməsinə və onlar arasında məlumat 

mübadiləsinə  imkan  yaradır.  Digər  tərəfdən  Windows-da  bir  proqramın  və  ya  məsələnin  həllindən 

digərinə keçmək mümkündür. 

- DOS əlavələri ilə uyğunluq 

Windows elə qurulmuş sistemdir ki, onunla işləyərkən DOS proqramlarına müraciət etmək və ya 

DOS  proqramı  ilə  işləmək  lazımdırsa,  bu  işləri  Windows-dan  çıxmadan  həyata  keçirmək  mümkündür. 

Amma onu da qeyd etmək lazımdır ki, DOS proqramları Windows-un təsiri altında icra olunarkən onlar 

aşağı sürətlə işləyirlər. 

- verilənlərin mubadiləsi buferindən (clipboard) istifadə 

Windows-un   müxtəlif proqramlan  arasında  veriənlərin   dsyişməsini aşağıdakı üsullarla tdşkil 

etmək olar: 

-  müəyyən proqramın verilənlərini buferə yerləşdirib, digər proqram üçün verilənlər lazım olarsa, 

buferdəki verilənlərdən istif adə etmək olar

-  verilənlərin  dinamiki  dəyişməsi  (Dynamic  Data  Exchange,  DDE),  yəni  başqa  proqram  üçün 

hazırlanmış  verilənlər  digər  proqram  üçün  də  istifadə  edilə  bilər.  Orijinal  proqramda  olan  verilənləri 

həmişə "təmizləmək" mümkündür; 

-  əlaqə  mexanizmi,  yəni  bir  proqramdan  digərinə  keçmək  çox  asanlıqla  başa  gəlir.  Məsələn, 

qrafik redaktor vasitəsilə displeydə alınmış şəkli Mouse-un sol düyməsini iki dəfə basmaqla başqa lazımi 

proqrama keçirmək olar. 

Windows-dan  istifadə  etməklə  istifadəçi  mürəkkəb  məsələlərin  həllini  asanlaşdırır  və  belə 

məsələlərin həlli üçün tələb olunan çoxlu sayda proqramların əvəzinə bir proqramdan istifadə etmiş olur. 

-miqyaslaşdırılmış şriftlərin əldə edilməsi 

Təcrübədə müxtəlif işləri görməkdən ötrü müxtəlif ölçülü şriftlərdən istifadə etmək lazım gəlir. 

Windows  3.1-ə  qədər  belə  işlərin  həyata  keçirilməsi  çoxlu  sayda  problemlər  ilə  bağlı  idi  və  çətinliklə 

başa  gəlirdi.  Windows-da  bu  problem  True  Type  şriftlər  formatından  istifadə  etməklə  həddindən  artıq 

asanlaşmışdır. Bu formatın göməyi ilə istənilən forma və ölçüdə şriftləri displeyin ekranına çıxarmaq və 

nəhayət, printerdə çap etmək mümkündür. 

- əlavə qurğularla əlaqənin sadəliyi 




  22 

DOS-dan fərqli olaraq Windows-da istənilən xarici qurğunu həmin qurğunun drayveri vasitəsilə 

kompüterə  qoşmaq  mümkündür  (DOS-da  bu  işləri  yerinə  yetirmək  üçün  hər  bir  qurğunun  qoşulma 

proqramını DOS-a sazlamaq tələb olunur ki, bu da istifadəçi üçün müəyyən çətinliklər əmələ gətirir). 



-multimedia imkanlari 

Windows-un  təkmilləşdirilmiş  xüsusiyyətiərindən  biri  multimedianın  saxlanmasıdır.  Yəni 

Windows-un müəyyən qurğularına mikrofon, kompakt-disk və ya MIDI sintezator, videokamera, səs ilə 

müşaiyyət  olunan  təsvirlər  qoşmaq  mümkündür.  Belə  imkanların  olması  kompüterdən  qeyri-

ixtisasçıların da istifadə etməsinə, təlim və oyun proqranüarının təşkilinə böyük imkanlar yaradır. 

-əməli yaddaıin daha səmərəli istifadəsi 

Əvvəlki  proqramlara  nisbətən  əməli  yaddaşla  iş  elə  qurulur  ki,  istifadəçi  üçün  yaddaş 

çatışmazhğı problenü aradan qalxmış olur və əlavə olaraq: 

- Windows Explorer proqramının tətbiqi qurğular və fayllarla apanlan əməliyyatları sadələşdirir 

və əyani edir; 

-  Windows  mühitində  işləyən  proqramların  idarə  olunmasının  eyniliyi  proqramların  əmrlər 

sistemini eyniləşdirir,  yəni File, Edit, View və s. menyu  əmrləri demək olar ki, bütün proqramlar üçün 

eynidir; 

-Plug  and  Play  prinsipinin  tətbiqi  kompüterə  qoşulan  qurğuların  tapılması  prosesini 

avtomatlaşdırır. 

Windows-un çatışmayan çəhətləri 

Kompüter texnikasında istifadə edilən istənilən proqramın müsbət və ya mənfi cəhətləri olduğu 

kimi, Windows proqramının da belə xüsusiyyətləri vardır: 

1.

 



Windows-un  əsas  mənfi  cəhəti  ondan  ibarətdir  ki,  yuxarıda  göstərilən  müsbət  cəhətləri  əldə 

etmək  üçün  aparat  təminatına  düşən  yükü  çoxaltmaq  lazımdır.  Qrafik  interfeys,  miqyaslı  şriftlərin  əldə 

edilməsi,  mürəkkəb  məsələlərin  həlli  və  s.  güclü  mikroprosessorun  olmasını,  əməli  yaddaşın  və  disk 

sahəsinin genişləndirilməsini tələb edir. Baxmayaraq ki, Windows ilə işləmək üçün formal olaraq əməli 

yaddaş 2 Mbayt, sərt diskdə isə tutumu 10-12 Mbayt olan 80386 mikroprosessoru kifayətdir. Həqiqətdə 

isə  bu  işi  yerinə  yetirmək  üçün  əməli  yaddaşı  4  Mbayt-dan,  sərt  diskdə  yaddaşı  40  Mbayt-dan  az 

olmayan  80486  mikroprosessorundan  istifadə  etmək  əlverişlidir.  Kompüterdə  Windows  və  Windows 

əlavəsi ilə rahat işləmək üçün əməli yaddaş 8 Mbayt, sərt disk yaddaşı isə 80-100 Mbayt-dan az olmayan 

80486 mikroprosessorundan istifadə etmək lazımdır. 

2.    Windows-un  digər  mənfi  cəhəti  DOS-a  nisbətən  istənilən  məsələnin  həllinə  vaxtı  çox  sərf 

etməsidir.  Məsələn,  DOS  proqramı  kompüterdə  məsələni  həll  etmək  üçün  Windows-dan  1.5-2  dəfə  tez 

işləyir. 

3.  Windows əslində çoxməsələli sistem deyil: 

a) Bir məsələnin həlli üçün lazım olan proqram bütün Windows proqramlarından asıh olur; 

b)  Əməli  və  disk  yaddaşın  böyük  tutuma  malik  olmasına  baxmayaraq,  Windows  3-4  sayda 

proqramı eyni vaxtda həll edə bilmir

4.    İstənilən  proqramın  xarici  qurğularla  işləməsi  birbaşa  Windows-da  həyata  keçirilir,  bəzi 

hallarda isə xarici qurğularla intensiv işləyən proqramlar üçün bu hal qəbuledilməzdir. 

Bütün  göstərilən  mənfi  cəhətlər  Windows-un  qiymətini  heç  də  aşağı  salmır  və  onu  göstərir  ki, 

Windows heç də universal proqram deyil. 

   Kompüter  işə  düşən  kimi  avtomatik  olaraq  Windows  əməliyyatlar  sistemi  yüklənir.  Ekranda 

sistemin  işçi  stolu  görünür.  Standart  vəziyyətdə  işçi  stolun  aşağıdakı  elementləri  mövcuddur.  Ekranın 

aşağı  sol  küncündə  “Start”    (Пуск)  düyməsi  yerləşir.  Bu  düymə  vasitəsilə  sistemə  aid  olan  müxtəlif 

proqramları, sənədləri yükləmək, proqramların icrasını həyata keçirmək, sənədləri yükləmək, tapşürüqları 

müəyyənləşdirmək  mümkündür.  İşçi  stolun  sağ  aşağı  küncündə  cari  vaxtı  göstərən  panel  və  dilin 

müəyyən  edilməsi  paneli  yerləşir.  Qeyd  edək  ki,  göstəricini  müəyyən  qısa  müddətdə  vaxtın  üzərində 

saxlasaq ekrana cari tarix də verilir. 

Windows  sisteminin  işçi  stolunun  əsas  elementləri  «Мой  компьютер»,  «Корзина»,  «İnternet 

explorer” və digərləridir. Bu elementlərin siyahısı istifadəçi istəyindən asılı olaraq artırıla da bilər. Əsas 

elementlərin təyinatları aşağıdakılardır. 

«Мой  компьютер»  elementinin  əsas  vəzifəsi  kompüterə  daxil  olan  qurğuların 

xarakteristikalarının verilməsi, onların məzmununa baxılması, fayllar və qovluqlarla işin təşkili. Faylların 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə