Mövzu: 1 İnnovasiya menecmentinin məqsəd və vəzifələri


Daxil olmuş ideyaların sistemləşdirilməsi,yeni məhsul ideyalarının hazırlanması



Yüklə 0,98 Mb.
səhifə30/57
tarix14.05.2023
ölçüsü0,98 Mb.
#110231
1   ...   26   27   28   29   30   31   32   33   ...   57
C fakepathinnovasiya menecmenti mühazir iv 2023

Daxil olmuş ideyaların sistemləşdirilməsi,yeni məhsul ideyalarının hazırlanması

  • Eyni məhsulun iqtisadi səmərəliyinin təhlili,marketinq proqramının hazırlanması.

  • Yeni məhsulların hazırlanması.

  • Bazarda testləşdirmə aparılması.

  • Istehsalatda yeni məhsulun tətbiqi barədə qərar qəbul edilməsi.

    Beləliklə,innovasiya prosesinin son məqsədi yeni məhsulun kommersiya qabiliyyətinin yüksəldilməsi və kütləvi istehsalının təşkilidir.



      1. İnnovasiya proseslərinin nəticələri.

    XX əsrin son onilliklərindən hal-hazıradək insan cəmiyyətində çox sürətli dəyişikliklər getmişdir. Bütün bu dəyişikliklərin əsası innovasiya iləəlaqədardır. Elektronika, radiofizika, optoelektronika, lazer texnologiyaları, müasir materialşünaslıq, kimya və kataliz, müasir aviasiya və kosmonavtika sahələrində müəyyən edilən, bir sıra texnoloji və fundamental ixtiralar və kəşflər, müasir informasiya texnologiyalarından istifadə edilməsi, mikro və makroelektronika sahələrindəki alınmış nəticələr, habelə, nanotexnologiyalar elmtutumlu məhsulların yaranmasına səbəb oldu. Belə məhsulların alınmasını təmin edən texnologiyalar elmtutumlu texnologiyalar adlandırıldı.
    Elmi biliklər, məlumatlar, kəşflər istehsalın səmərəliliyini, rəqabət qabiliyyətini, müəssisə və sahələrin iqtisadi artım dinamikasını müəyyənləşdirir. İnnovasiya prosesinin nəticəsinin artan əhəmiyyəti onun öyrənilməsinin, mahiyyətinin, kommersiyalaşdırma metodlarının öyrənilməsinin zəruriliyini müəyyənləşdirir.
    İnnovasiya prosesi mahiyyətcə öz strukturunda iki mərhələdən ibarət olduğundan, innovativ məhsul kimi aşağıdakılar çıxış edə bilərlər:
    - yeni biliyə malik olan informasiya;
    - innovasiya prosesinin son məhsulu - yenilik və ya yüksək texnoloji məhsuldur.
    Yüksək tenoloji məhsulun əlamətləri bunlardır:
    - R & D (ETTKİ) xərclərinin maya dəyərinin bir hissəsi kimi olması (inkişaf etmiş ölkələrdə istehsal maya dəyərində innovativ xərclərin payı orta hesabla 15-18%-dir);
    - Patent qabiliyyəti;
    - yüksək fondtutumu;
    - mütəxəssislərin yüksək peşəkar səviyyəsi;
    - məhsulların texniki mürəkkəbliyi;
    - məhsul istehsalında texnoloji innovasiyalardan istifadə;
    - istifadə olunan materialların yeniliyi və proqressivliyi;
    - istehsalın təşkilati mürəkkəbliyi.
    Elmi müzakirə yalnız yeni məhsulların müəyyənləşdirilməsi ətrafında aparılır. Müzakirə zamanı yeni məhsulların müəyyənləşdirilməsinə dair aşağıdakı yanaşmalar formalaşmışdır:
    - parametrlərinə görə dünya nümunələrinə uyğun və ya onları üstələyən məhsullar yeni hesab edilə bilər;
    - məhsulların yeniliyi bu məhsulu əldə etmək üçün istifadə olunan keyfiyyətcə yeni texnologiyaların tətbiqi ilə müəyyən edilə bilər;
    - satış müddətində istehsalçı artıq qazanc əldə etdiyi müddətdə məhsul yeni hesab edilir;
    - Amerika praktikasında məhsulların yeniliyinin meyarı maksimum satış anıdır (bu həddə qədər məhsullar yeni hesab olunur);
    - məhsul, istehlakçılar tərəfindən qəbul edildiyi müddətdə yeni hesab edlilir (məlumat aspekti, təcrübə və bazarda mövcudluluq müddətini nəzərə alınmaqla).
    Yenilikçi bir məhsul olaraq yeni bilikləri ehtiva edən informasiyalar daha çox maraq doğurur. İnformasiya eyni vaxtda müxtəlif yerlərdə realizə olunan bir neçə istehsal və istehlak prosesində istifadə edilə bilər, müəyyən bir maddi məhsul isə yalnız bir dəfə istifadə edilə bilər. Eyni informasiya bir neçə dəfə satıla bilər, eyni zamanda mülkiyyət hüququ onun ilkin sahibində saxlanıla bilər.
    Bazar və innovasiya subyekti arasında informasiya əlaqələrinin olmaması innovativ məhsulun satışından gəlir əldə etməyə imkan vermir və əksinə, yeni biliklərin istehsalata yönləndirilməsinə kömək edən informasiya yeni bir məhsulun ortaya çıxmasına imkan yaradır. Beləliklə, innovasiya prosesində informasiya axınları pula çevrilir.
    İnnovasiya məhsulun xərc quruluşu, əksər mal və xidmətlərin xərc quruluşundan fərqlidir. Xərclərin əksəriyyəti hazırlıq dövrünə düşür, buna görə prototipin və ya yeni məhsulun ilk nüsxəsinin istehsal dəyəri sonrakıların maya dəyəri ilə müqayisədə qeyri-mütənasibdir.
    Yeni biliyə malik informasiya innovasiya məhsuludur, əsas xüsusiyyətləri -tükənməz və məhv edilməzdir. Məlumatların oğurlanması ehtimalı (əldən-ələ ötürülməsi, məhsulların kopyalanması) onun ötürülməsi üçün müəyyən şərtlərin formalaşmasını tələb edir. Hüquqlarını etibarlı şəkildə qorumaq üçün innovasiya yaradıcıları onu əsas rəqib və sənayeləşmiş ölkələrdə patentləşdirməyə çalışırlar ki, bu da yenilik inhisarını 5-10 il saxlamağa imkan verir. Bunun səbəbi, innovasiyanın kritik həyat dövründə - bazara giriş mərhələsində çox sayda simulyasiya-təşkilatların (imitasiya) meydana çıxmasıdır.

    Yüklə 0,98 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   26   27   28   29   30   31   32   33   ...   57




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə