Mövzu 12 Türkiyə XVIII əsrin I yarısından XXI əsrin əvvələrinədək XVII-XVIII əsrlərdə Türkiyədə tənəzzül və böhran, Avropa dövlətləri tərəfindən "Şərq probleminin" hazırlanması


Yeniçərilərin məhv edilməsi və orduda yeni islahatlar



Yüklə 143,99 Kb.
səhifə8/33
tarix19.05.2023
ölçüsü143,99 Kb.
#111434
1   ...   4   5   6   7   8   9   10   11   ...   33
Movzu-12-Turkiyə

Yeniçərilərin məhv edilməsi və orduda yeni islahatlar
Yunan məsələsi haqqında hələ danışıqlar aparıldığı bir vaxtda Türkiyədə çox böyük əhəmiyyəti olan bir hadisə baş verdi və hakimiyyətə qarşı üsyan qaldırdılar. Sultan üsyançı gənclərə qarşı qəddar tədbirlər həyata keçirdi və yeniçərilər məhv edildi. Yunanıstandakı müharibə, Məhəmmədəliyə yardım üçün müraciət etmək məcburiyyəti, ordunun döyüş bacarığının aşağı olması III Səlimin islahatlarının bir çox əleyhdarlarına göstərdi ki, Türkiyənin yeni qaydada təşkil edilmiş nizami orduya nə qədər böyük ehtiyacı vardır. Sultan yeniçərilərdən xüsusilə narazı və onlara qarşı qəzəbli idi. Yeniçərilər daha ordu deyil, yalnız qiyam, qətl və qarətlə məşğul olan quldurlar dəstəsinə çevrilmişdi. Bundan başqa yeniçərilərin çoxu ev-eşik və ailə sahibi olub sənətkarlıq və ticarətlə məşğul olmaqla yanaşı, kazarmalarda qalanlar isə dələduzluq edir, tüfeyli həyat tərzi keçirirdilər.
Odur ki, zaman göstərdi ki, təkcə yeniçərilər deyil, bütün türk qoşunu yararsız vəziyyətdədir. Belə hesab olunurdu ki, müharibə dövründə türk ordusu sıralarında 400 min canlı qüvvə olmalıdır. Əslində isə orduda 170 mindən artıq əsgər yox idi, çünki timar və ziyamət sahiblərinin əksəriyyəti hərbi xidmətdən boyun qaçırırdı. Eyni zamanda bu 170 min nəfərdən yalnız 60 min nəfəri silahlı əsgər idi, qalanını köməkçi heyət o cümlədən mehtərlər, sudaşıyanlar, yerqazanlar, müxtəlif ustalar və sairə təşkil edirdi.
Ordunun yenidən qurulması məqsədilə 1826-cı il mayın 28-də sultan nizami ordu yaradılması haqqında ali fərman (xətti-şərif) imzaladı. Fərmanda tələb olunurdu ki, hər bir yeniçəri polkundan yeni orduya 150 adam göndərilsin.
Yeniçərilər başa düşdülər ki, bu tədbir onların korpusunun fəaliyyətinə son qoyur və əsgər həmrəyliyi qəsdən pozulur, buna görə də onlar açıq şəkildə öz narazılığını bildirməyə başladılar. Bunun üstündə onların bəzilərinin boynu vuruldu və yeniçərilərin edam edilməsi qiyama səbəb oldu. Xatırladaq ki, Osmanlı ordusu Avropanın Şərqində, xüsusilə Balkan yarımadasında hərbi yürüşlərdə olan zaman xristian mənşəli çoxlu qadın və uşağı əsir kimi Türkiyəyə gətirmiş, hərbi hissələrdə, kazarmalarda yerləşdirmişdilər. Həmin uşaqlar indi üsyan edirdi. İyunun 15-i gecəsi 10 min yeniçər İstanbul meydanlarından birinə toplaşaraq sultandan öz fərmanını ləğv etməyi tələb etdilər. Lakin II Mahmud yəniçəriləri aldatmağa nail oldu. O, üsyançıları nizami hissələr və toplarla mühasirəyə alıb, onların məhv edilməsi haqqında əmr verdi. Yeniçərilərlə üzbəüz durmuş toplar, onları yaxın məsafədən atəşə tutdu. Sultanın əmri ilə yeniçərilərin kazarmaları, burada gizlənmiş qiyamçılarla birlikdə yandırıldı. Müxtəlif məlumata görə, bir neçə gün ərzində 7 mindən 16 minə qədər yeniçəri məhv edildi. Yeniçərilərin qalan hissəsini isə paytaxtdan qovdular və sürgün etdilər, başqa hissələrə göndərdilər.
Eyni zmanada hiddətlənmiş sultan II Mahmud yeniçərilərlə sıx bağlı olan bektaşi müsəlman təriqətinə, yanğınsöndürənlərə, yeniçərilərə həmrəylik göstərənlərə də divan tutdu. Sonra o, hərbi xidmətdən boyun qaçıran len sahiblərindən timar və ziyamət torpaqlarının geri alınmasına əmr etdi. Beləliklə, III Səlimdən fərqli olaraq, II Mahmud nizami ordu yaradılması üçün qılınc və qanla lazım olan hər cür əməllərə əl atmalı oldu. Lakin nizami ordu yaradılması, təxminən 30 il keçəndən sonra nəzərə çarpacaq nəticələr verdi. Bu vaxt ərzində isə Türkiyə hərbi cəhətdən hələ də geri qalmaqda idi. Bu da danılmaz faktlardan idi ki, Avropa dövlətləri Türkiyəyə qarşı açıqca düşmən münasibət bəsləyirdilər. III Sultan Mahmud Misir hakimi İbrahim paşanın qoşunlarına və Yunanıstan məsələsində dövlətlər arasındakı ixtilaflara ümid bağlayaraq Yunanıstanda müharibəni davam etdirirdi. Lakin onun layihələşdirdiyi mülahizələr düz çıxmadı və özünü doğrultmadı. Yunanıstandakı müharibə Balkanlardakı mövcud vəziyyət tezliklə Rusiya ilə müharibəyə səbəb oldu.



Yüklə 143,99 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə