Mövzu giRİŞ Plan: Fənnin predmeti, məqsədi və vəzifələri Ə L v a n m e t a L l a r d a n


İstilik avadanlıqlarının ümumi quruluş prinsipi və təsnifatı



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə46/54
tarix22.03.2024
ölçüsü5,03 Kb.
#184255
1   ...   42   43   44   45   46   47   48   49   ...   54
Sah-m-ssis-l-rinin-avadanl-qlar-

1.İstilik avadanlıqlarının ümumi quruluş prinsipi və təsnifatı 
Qida istehsalı texnologiyasının müxtəlif sahələrində qida məhsullarının 
emalı prosesində müxtəlif təyinatlı istilik mübadiləsi aparatlarından geniş istifadə 
olunur. 


İstilik aparatlrının təyinatından və onların növündən asılı olmayaraq 
ümumi əsas aşağıdakı hissələrdən ibarətdir: 
Işçi kameradan, qızdırma qurğusundan, gövdədən, istilik izolyasiyasından, 
örtükdən və nəzrət-ölçü cihazından. 
Müxtəlif forma və ölçülərə malik olan işçi kamerad qida məhsullarının isti 
emal prosesləri aparılır. Işçi kameralar tərpənən və tərpənməz ola bilər. 
Qızdırma qurğusunda müxtəlif növ enerjinin istiliyə çevrilməsi nəticəsində 
yaranmış istilik işçi kameranın divarına verilir. Qızdırma qurğusu istilik 
mənbəyindən asılı olaraq bərk və qaz yanacaqla işləyən aparatlarda –ocaqlıq, buxar 
aparatlarında – buxar köynəyi, elektriklə işləyən aparatlarda-buxar generatoru 
adlanır. Bir neçə aparatlarda (məsələn, elektrik qızartma şkaflarında) qızdırm 
qurğusu bilavasitə işlək kamerada yerləşir. 
Gövdə-aparatın əsas hissəsi olub, bütün qovşaq və hissələri quraşdırmaq 
üçündür. Bəzən çatı gövdə ilə birlikdə bütöv hazırlanır. 
Istilik izolyasiyası istiliyin ətraf mühitə itgisinin azaldılması və aparatda 
qulluq edən heyətin yanmadan mühafizəsi üçün xidmət edir. 
Örtük hissəsi izolyasiya materialını zədələnmədən qoruyur və aparatın 
xarici görünüşünə gözəllik verir. 
Ölçü-nəzarət cihazları aparatın işə qoşulması, dayandırılması və düzgün 
istismarı üçün təyin edilmişdir. Bunlara klapan-turbin, ikiqat qoruyucu klapan, 
manometr, səviyyə kranı, boşaltma qısaborusu olan kran daxildir. 
Emal və kütləvi qidalanma müssisələrində tətbiq olunan istilik 
avadanlıqları texnoloji təyinatından asılı olaraq universal və xüsusi təyinatlı 
ixtisaslaşıdırlmış avadanlıqlara bölünürlər. Universal apartalarda misal olaraq 
pilətələri göstərmək olar və bu tip aparatlarda demək olar ki, qida məhsullarının 
mövcud olan isti emal üsullarını həyata keçirmək mümükündür.
İxtisaslaşdırılmış avadanlıqlar bişirmə, qızartma və köməkçi avadanlıqlara 
ayrılırlar. Bişirmə avadanlıqlarına qazanlar, avtoklavdalar, vakkum aparatlar və s. 
daxilidir. Qızartma avadanlıqlarına tavaları, frityur aparatlarını,şkafları misal 
göstərmək olar. Köməkçi avadanlıqlara isə marmitlər, istilik dayaqları və s. 
daxildir. 
Istilik avadanlıqları qızdırlma üsulundan asılı olaraq kontakt və səthi istilik 
mübadiləsi aparatlarına bölünürlər. Səthi istilik mübadiləsi aparatları öz 
növbəsində bilvasitə və vasitəli üsulla qızdırılma aparatlarına ayrılırlar. Bu 


aparatlarda istilik “isti” axından, yəni temperaturu yüksək olan mühitdən “soyuq” 
axına, yəni temperaturu aşağı olan mühitə, onları ayıran metal divarın istilik-
mübadilə səthi vasitəsilə verilir. Istilik mübadiləsi qurğularının quruluşu və 
təsnifatı xüsusi ədəbiyyatlarda verilir. 
Enerji mənbəyini növündən asılı olaraq müəssisələrdə tətbiq olunan istilik 
avadanlqıları dörd qrupa bölünürlər: 
1.elektrik; 2. qaz; 3buxar; 4.bərk və maye yanacaqlarla işləyən aparatlar. 
Elektriklə qızdırlan aparatların əsas elementlərindən biri elektrik 
qızdırıcılarıdır. Bu qrup aparatlardan müəssisələrdə geniş istifadə edilməsi ilk 
növbədə istilik rejiminin tənzimlənməsi mümkünlüyü, sanitar-gigiyenik şəratitin 
yaxşı olması, həmçinin enerji sərfinin dəqiq hesablanması, aparatların 
konstruksiyasının sadə olması və s.ilə bağlıdır. 
Qazla qızdırılan istilik avadanlığının bərk yanacaqla işləyən aparatlara 
nisbətən əhəmiyyətli üstünlükləri vardır. Həmin aparatlarda istilik emalı prosesi 
avtomatlaşdırılmışdır, bu isə qaz sərfini azaldır və xidmətçi heyətin işini 
yüngülləşdirir. Bu apartaların əsas hissəsi qaz odluqlarıdır. 
Buxar ilə qızdırılan aparatlarda nəm doymuş buxar işlədilir, çünki yaxşı 
istilikvermə qabiliyyətinə malikdir və soyuyarkən ondan çoxlu istilik ayrılır. Nəm 
doymuş buxar, buxar köynəyinə və ya buxarla qızıdırılan aparatların spiral 
borusuna daxil olaraq soyuyur, suya çevrilir və aparatın içərisindəki məhsulu 
qızdırır. 
Bərk və maye yanacaqla işləyən avadanlığın yanacaq yandırmaq üçün 
ocaqlığı vardır. Ucuz yerli bərk və maye yanacaqla zəngin olan yerlərdə belə 
avadanlığın tətbiqi iqtisadi cəhətdən əlverişlidir. Lakin bu avadanlıqlar müasir 
texnoloji və texniki tələblərə, habelə sanitariya tələblərinə cavab vermir. 
Istilik avadanlıqlarının istismarı təcrübəsi göstərmişdir ki, bu aparatların 
iqtisadi səmərələliyi ilk növbədə onların istehsalatda yerləşdirilmə prinsipindən 
asılıdır. Bununla bağlı hazırda sənayemiz texnoloji təyinatlı müxtəlif xətlərin 
komplektəlşdirilməsi üçün seksiyalı modullaşdırılmış avadanlıqların istehsalata 
tətbiqinə xüsusi fikir verir. Modullaşmış seksiualı avadanlıqların tətbiqi aparatların 
qovşaq və detallarının standartlaşmasını və unifikasiyasını asanlaşdırır, bu isə öz 
növbəsində onların istismarını, təmirini və quraşdırılmasını sadələşdirir. 

Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə