Mövzu giRİŞ Plan: Fənnin predmeti, məqsədi və vəzifələri Ə L v a n m e t a L l a r d a n


Dolayısı üsulla qızıdırlan bişirmə aparatları



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə49/54
tarix22.03.2024
ölçüsü5,03 Kb.
#184255
1   ...   46   47   48   49   50   51   52   53   54
Sah-m-ssis-l-rinin-avadanl-qlar-

2.Dolayısı üsulla qızıdırlan bişirmə aparatları 
Tutumu 100 l dən az olan aparatlar birinci xörəklərin, həlimlərin, 
qarnirlərin, həmçinin sous, kompot, kisel vəs. hazırlanması üçün təyin edilmişdir. 
Tutumu 100 l dən çox olan aparatlarda da həmin məqsədlər üçün istifadə olunur, 
lakin həcmi böyük olduğu üçün onlarda üçüncü xörəklər və souslar bişirilmir. 
KПЭ-60 tipli aparat
. Aparat çəngəlşəkilli içiboş çuqun çatıya iki 
sapfanının köməyi ilə söykənmiş gövdədən ibarətdir. Sapfalar çatının söykənəyinə 
bərkidilmiş çıxarıla bilən yastıqların içərsində fırlanır. Onlardan biri bişirmə 
qabını döndərmək üçün sonsuzvint mexanizmi ilə təchiz edilmişdir, ona görə də 
aparat çevrilən adlanır. 
Dayağın daxilindən, içiboş sapfadan xüsusi boru keçir, boru gövdəninin 
buxar-su boşluğunu həmin borunun ikinci xarici ucuna bərkidilmiş armaturla 
əlaqələndirilmişdir. Armatur aşağıdakı qurğulardan ibarətdir: elektrokontakt 
manometr (ЭКМ-1),doldurucu qıf və qoruyucu klapan. 
İkinci dayağın içiboş sapfası vardır, elektrik cərəyanıni aparatın qızıdırıcı 
elementlərinə (ieq-lərə) vermək üçün sapfadan elektrik xətti keçirilir. Dayağa 
xaricdən supaylayan ventilli qısaorusu və aparatın qapağını götürərkən asmaq üçün 
kronşteyni olan su kəməri borusu bərkidilmişdir.
Aparatın gövdəsi az karbonlu və leqirlənmiş poladdan hazırlanmış xarici və 
daxili qazandan ibarətdir. Xarici və daxili qazan arasındakı boşluq buxar –su 
köynəyi adlanır. 
Aparatda buxar yaranması üçün xarici qazanının dibinə üç qızıdırıcı 
element quraşdırılmışdır. Yanmış ieq-lər dəyşirilərkən təmirin rahatlığı üçün 
aparatın dibi çıxarıla bilən disk kimi düzəldilir. 


Aparatın gövdəsi polad örtüklə qapanmışdır və qapağı çıxarıla biləndir. 
Örtüyün aşağı hissəsində, buxar-su köynəyində su səviyyəsi kranı vardır.avtomatik 
idarə stansiyası metal qutuda, sxemin divarında aparatla yanaşı asılmışdır. Qutuda 
iki maqnit işəsalıcısı, elektrik lampası, dəyişən cərəyan relesi və digər idarə 
elementləri vardır. 

Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə