Mövzu İqtisad elminin meydana qəlməsi və onun inkişafının əsas



Yüklə 319,32 Kb.
Pdf görüntüsü
səhifə5/11
tarix04.11.2017
ölçüsü319,32 Kb.
#8212
1   2   3   4   5   6   7   8   9   10   11

 

keçirilməsindən sonra yox olurlar. Bununla əlaqədar olaraq onlar seçim nəticəsində yarana bilən 



xərclər deyil, seçimi şərtləndirən xərclərdir. 

       Alternativlik  prinsipinin  təzahür  edilməsinin  və  bununla  bağlı  xərclərin  əyani  təsviri 

aşağıdakı  şəkildə  verilən  istehsal  imkanlarının  modeli  ola  bilər.  İqtisadiyyatı  biri  istehsal 

vasitələrini,  digərisi  isə  –  istehlak  əşyalarını  istehsal  edən  iki  bölmə  şəklində  təsəvvür  edək. 

Məhdud  resurslara  malik  olaraq,  iqtisadiyyat  hər  bir  mövcud  dövrdə  istehsal  vasitələri  və 

istehlak  əşyalarının  yalnız  müəyyən  miqdarının  buraxılışını  həyata  keçirə  bilər.  Bütün  mövcud 

resursların  tam  istifadəsi  zamanı  onun  istehsal  imkanlarının  sərhədləri  ABCDE  əyrisi  ilə  əks 

olunacaq.  İstehsal  imkanlarının  sərhədi  onların  istifadə  edilməsinin  mövcud  texnologiyaları 

zamanı  nadirliyin  iqtisadi  probleminin  təsviri  metodu  olaraq,  bütün  resursların  tam  istifadəsi 

şərtilə  nemətlərin  buraxılmasının  maksimal  dərəcədə  nail  oluna  bilən  həcmlərini  göstərir. 

Əyrinin  özü  istehsal  imkanlarının  sərhədlərini    əks  etdirdiyi  zaman,  bu  əyridə  hər  bir  nöqtə 

istehsal edilən nemətlərin müəyyən dəstini əks etdirəcək. Hazırkı istehsal imkanları çərçivəsində 

istehsal  edilən  nemətlərin  dəstləri  müxtəlif  ola  bilər,  məsələn;  Y

istehsal  vasitələrini

 

  və  X



1   

istehlak  əşyalarını  daxil  edən  D,  yaxud    Y



2

  istehsal  vasitələrini  və  X



2     

istehlak  əşyalarını 

əşyalarını daxil edən

  



C.  

        Bu  və  ya  digər  dəstin  seçimi  –  hazırki  dövrdə  cəmiyyətin  subyektiv  üstünlüklərini  əks 

etdirən qərardır. Ona diqqət yetirmək vacibdir ki, istehsal vasitələrinin istehsalının Y

1

- dən   Y



2

-ə  

kimi  artırılması  yalnız  istehlak  əşyaları  istehsalının    X



1

-dən

     



X

2

-ə    kimi  azaldılması  şərtilə 

mümkündür. Başqa sözlə, istehsal vasitələri buraxılışının 



Y= Y

2 __ 

Y

1

 

qədər artırılması istehlak 

şeyləri buraxılışının  

    X=X



1  __

X

2

  kimi ixtisarı ilə  şərtlənmişdir ki,  bunu da istehsal  vasitələri 

buraxılışının artırılması naminə qurban vermək lazım gəlir. İstehlak şeyləri istehsalı həcminin  

 

X



 

qədər  ixtisarı  –  istehlak  şeyləri  həcminin  bəzi  ixtisarları  şəklində  xərclər  formasını  alan 

istehsal  vasitələri buraxılışının artırılmasının alternativ xərclər kəmiyyətidir. Bu xərclər istehsal 

vasitələri  buraxılışının  artırılması  ilə  bağlı  resursların  sərf  edilməsi  deyil,  istehlak  şeylərinin 

həcmidir.  ki,  bunlar  da  istehsal  vasitələrinin  istehsalına  yönəldilən  resurslar  hesabına  istehsal 

edilə bilərdi.     

 

 

 



 

 

 



 

 

 



 

 

       


          

 

          



İki nemət istehsalının eyni zamanda artması, məsələn, D nöqtəsindən  nöqtəsinə keçmə 

iki  üsulla  mümkündür:  tətbiq  edilən  resurs  həcminin  artırılması  (yeni  torpaqların 

mənimsənilməsi,  qazıntıların  yeni  yataqlarının  istismara  verilməsi,  əlavə  işçi  qüvvəsinin 

istehsala  cəlb  edilməsi),  eləcə  də  bu  resursların  istifadəsi  üzrə  daha  təkmil  istehsal  aparatının 

tətbiq  edilməsi  yolu  ilə  (daha  səmərəli  texnika  və  texnolojiyaların  tətbiq  edilməsi).  Bu  istehsal 

imkanları sərhədinin, məsələn, MKN–ə kimi genişlənməsində istifadə olunacaq.   

    

5. Əmək prosesinin sadə momentləri. Məhsuldar qüvvələr və istehsal münasibətləri. 

 

        İstehsal  prosesində  məhsulun  yaradılması  üçün  resursların  (əməyin,  istehsal  vasitələrinin, 

texnologiyaların,  torpağın)  istifadəsi  baş  verir.  İstehsal  prosesində  resurslar  istehsal  amilləri, 

yaxud məhsulun yaradılması amilləri kimi çıxış edir.   




 

10 


       Əmək prosesinin əsas elementləri bunlardır: əmək, əmək cisimləri və əmək vasitələri.  

       Əməyin  ümumi  məzmunu  insanların  onlardan  səy,  iradə  və  enerji  məsrəfləri  tələb  edən 

şüurlu, məqsədəuyğun istimai fəaliyyətindən ibarətdir.  

       Əmək insanın öz iş qüvvəsinin cəmiyyətə xas olan müxtəlif tələbatlarını ödəmək məqsədilə 

təbiətin formalarının dəyişdirilməsinin məqsədəuyğun  sərfidir.  

       Əməyin özü və əmək qabiliyyəti yalnız insana xasdır, lakin bunlar müxtəlif anlayışlardır və 

onları qarışdırmaq olmaz. Hər bir insan iş qüvvəsinə malikdir. Lakin o həmin qüvvədən istifadə 

etməzsə, onda əmək prosesi baş verməz.  

       İş qüvvəsi  insanın məhsul hazırlanması və ya maddi nemətlər istehsalı üçün istifadə olunan 

fiziki və mənəvi qabiliyyətlərinin xüsusi məcmusudur.  



      Əmək  cisimləri    insanın  əməyi  yönəldilən  şeylərdir  və  məhz  bu  da  gələcək  hazır  məhsulun 

maddi əsasını təşkil edir. Əmək cisimləri ya təbiətin özü tərəfindən verilir (məsələn: filiz yatağı), 

yaxud  əvvəlki  əməyin  məhsulu,  yəni  xammal  kimi  olur.  Sonuncu  özündə  əsas  xammalı 

(bilavasitə  istehsal  vasitələrinin  hazırlandığı  cisimlər)  və  yardımçı  materialları  (məhsulun 

hazırlanmasında istifadə olunan şeylər, məsələn, tikiş sənayesində bunlar rənglər, saplar və s. ola 

bilər) ehtiva edir.  

       Elmi-texniki  tərəqqi  nəticəsində  insan  əvvəlcədən  verilmiş  xassələri  olan  və  təbiətdə 

mövcud  olmayan  əmək  cisimləri  hazırlayır.  Təbiət,  torpaq,  yerətrafı  məkan  da  daxil  olmaqla 

geniş  mənada  bütövlükdə  bizi  əhatə  edən  aləm  ümumi  əmək  cismini  təşkil  edirlər.  Xammalın 

istehsalda rolu artır, lakin əmək cisimlərinin ilkin əsası yenə də torpaqdır.  

      Təbiiət  maddəsinin  hazır  məhsula  çevrilməsi  üçün  o  bir  və  ya  bir  neçə  mərhələdə  emal 

olunmalı, yarımfabrikata çevrilməlidir. Hazır məhsuldan (əməyin bitkin, istehlaka hazır nəticəsi) 

fərqli olaraq,  yarımfabrikat istifadəyə  yararlı hazır məhsul olmaq üçün hələ emal olunmalı olan 

əmək məhsuludur.  



      Əmək  vasitələri    insanın  özü  ilə  əmək  cismi  arasında  yerləşdiyi  əşya  və  ya  əşyalar 

kompleksi; hazır məhsulu  yaradarkən insanın  əmək cisiminə təsir  etdiyi  şeylər; əmək vasitələri 

istehsalın inkişaf səviyyəsinin ən mühüm göstəriciləridir.  

      Maddi  əmək  vasitələri  təbii  (torpaq,  dəyənək,  daş  və  s.,  əhliləşdirilmiş  ev  heyvanları,  üzvi 

gübrələr,  həmçinin  işçinin  bədən  üzvləri)  və  texnikiyə  (yəni  insan  tərəfindən  süni  yaradılanlar) 

bölünürlər.  

       Texniki  əmək  vasitələrinə  əmək  vasitələri  –  müxtəlif  maşınlar,  mexanizmlər,  qurgular, 

alətlər,  mühərriklər,  ötürücü  qurgular  daxildir.  Maşın  istehsalı  şəraitində  mexaniki  əmək 

vasitələri  üç  tərkib  hissədən:  işçi  maşın,  mühərrik,  ötürücü  qurğudan  ibarət  maşın  sisteminə 

çevrilmişlər.  Elmi-texniki  inqilab  (ETİ)  maşın  sisteminə  dördüncü  hissəni  –  maşın  sisteminin 

idarə edilməsi üzrə zehni əmək vəzifəsini yerinə yetirən idarəedici qurğunu əlavə etdi. Get-gedə 

kibernetik adlandırılan texnika tətbiq olunur ki, onun bütün başqa maşınlardan əsas fərqi ondadır 

ki,  o,  enerjini  (fiziki  maşınlar  kimi)  və  ya  maddəni  (kimyəvi  kimi)  deyil,  informasiyanı  emal 

edir.  Robototexnika  geniş  yayılır.  İstehsalın  kompyuterləşməsi  və  avtomatlaşdırılması  insanın 

rolunu dəyişir.: o tədricən bilavasitə istehsal prosesindən çıxış və onunla yanaşı dayanır.  

       Vəhdətdə  götürülən  əmək  vasitələri  və  əmək  cisimləri  istehsal  vasitələrini  təşkil  edir. 

İstehsalın  bütün  mövcud  amillərinin  qarşılıqlı  təsiri  nəticəsində  məhsulun  yaradılması 

texnologiya ilə, yəni informasiya imkanlarını daxil etməklə məhsul istehsalı üsulları və istehsalın 

idarə edilməsinin xüsusi sistemini nəzərdə tutan istehsalın təşkili ilə vasitəlidir.  

       İstehsalın  nəticə  etibarilə  səmərəliliyi  resursların  keyfiyyətindən,  onların  kombinasiyası  və 

istehsalın təşkili formalarından asılıdır. İstehsalın nəticə etibarilə səmərəliliyi nöqteyi-nəzərindən 

resurslar məhsuldar qüvvələr kimi səciyyələnir.  

       Məhsuldar  qüvvələr  -  məhsul istehsalının  yaradılması  və  artırılmasının cəmiyyətin mövcud 

resurslarında  olan  imkanlarıdır.  Məhsuldar  qüvvələrin  inkişafı  –  məhsul  və  sərvətin  daimi 

artmasının əsasıdır. 

      Həyat fəaliyyəti prosesində insanlar arasında iqtisadi, siyasi, hüquqi, sosial, etik münasibətlər 

yaranır  ki,  bunlar  da  cəmiyyətin  sistemli  qarşılıqlı  əlaqələrini  əks  etdirirlər.  İstehsal 

münasibətlərə  maddi  nemət  və  xidmətlərin  istehsalı,  bölgüsü,  mübadiləsi  və  istehlakı  ilə  bağlı 

münasibətlər daxildir.  



Yüklə 319,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə