Mövzu İqtisad elminin meydana qəlməsi və onun inkişafının əsas


 İqtisadi sistemlərin təsnifatı



Yüklə 319,32 Kb.
Pdf görüntüsü
səhifə7/11
tarix04.11.2017
ölçüsü319,32 Kb.
#8212
1   2   3   4   5   6   7   8   9   10   11

 

13 


4. İqtisadi sistemlərin təsnifatı. 

İqtisadi  ədəbiyyatlarda  təsərrüfat  (iqtisadi)  sistemlərinin  inkişaf  təmayüllərinə  baxışlar 

müxtəlifdir.  İqtisadçıların  bir  qismi  hesab  edir  ki,  sistemin  inkişafının  həlledici  təmayülü 

eyniliyə, bütün quruluş elementlərinin unifikasiyasına yönümlənmiş inkişafdır. 

Müasir dünya ən müxtəlif iqtisadi sistemlərin mövcudluğu ilə səciyyələnir, onlar bu və ya 

digər  tarixi  şəraitdə  yaranaraq  dəyişilməz  qalmayıb,  daim  inkişaf  etmişdilər.  Cəmiyyət 

həyatındakı bu və ya digər hadisəni daha yaxşı başa düşmək üçün onu hər hansı bir xalqda və hər 

hansı  bir  dövrdə  deyil,  tarixi  prosesdə  nəzərdən  keçirmək,  yəni  onu  dəyişkən,  formalaşan, 

müəyyən inkişaf fazaları, mərhələləri keçən bir şey kimi aydınlaşdırmaq lazımdır. 

Müasir  dünya  cəmiyyətin  təbii  tarixi  inkişafının  nəticəsidir.  Tarixi  prosesin  ayrı-ayrı 

iqtisadçı  alimlər  tərəfindən  dərki  fərqlidir  və  bu  həmin  prosesin  xarakteristikası  üçün  müxtəlif 

meyarlardan istifadə olunmasıdır. 

Bizə ən çox məlum olan ictimai həyatın hadisə və proseslərinin əsasında duran formasiya 

yanaşmasıdır. V.Zasuliçə məktubunda K.Marks üç böyük formasiya olduğunu göstərir: 

1)   ilkin (arxaik), o bura ibtidai-icma və Asiya istehsal üsullarını aid edirdi; 

2)

 



ikinci, xüsusi mülkiyyətə söykənən (quldarlıq, təhkimçilik, kapitalizm);  

3)

 



kommunist. 

Formasiya  yanaşması  cəmiyyətin  tarixi  inkişafında  qanunauyğun  mərhələləri 

aşkarlamağa və həlledici rolun bilavasitə istehsal prosesinə və ya istehsal üsulüna məxsus olması 

fikrinə  əsaslanaraq  maddi  istehsalın  beş  üsulunu  (ibtidai-icma,  quldarlıq,  feodal,  kapitalist  və 

kommunist) fərqləndirməyə imkan verdi. 

XX  əsrin  əvvəllərində  K.Byuher  (1906)  jəmiyyətdə  istehsalla  istehlak      arasındakı 

əlaqənin xarakteri əsasında aşağıdakıları fərqləndirirdi: 

-

 



qapalı  ev  təsərrüfatı  –  yaradılan  nemətlərin  hamısı  mübadiləsiz  təsərrüfatın 

özündə istehlak olunur; 

-

 

şəhər  təsərrüfatı  –  bilavasitə  mübadiləyə  yer  var,  nemət  istehsalçı  təsərrüfatdan 



istehlakçı təsərrüfata keçir; 

-

 



xalq təsərrüfatı – istehlaka çatmazdan öncə nemət əmtəə-pul mübadiləsi əsasında 

bir sıra təsərrüfatdan keçir. 

Dünya iqtisadi  ədəbiyyatında təsərrüfat  sistemlərinin iki  əlamətə  görə  təsnifatı  daha 

geniş yayılmışdır: 

-

 

istehsal vasitələrinin mülkiyyət fomasına; 



-

 

iqtisadi fəaliyyətin koordinasiya və idarə edilməsi üsuluna görə. 



Bu əlamətlərə əsasən fərqləndirirlər: 

-

 



amirlik  (komanda)  və  ya  totalitar  iqtisadiyyat,  burada  müəssisələrin  çoxu  dövlət 

mülkiyyətində  olur  və  öz  fəaliyyətini  dövlət  direktivləri  əsasında  həyata  keçirir:  cəmiyyətdə 

nemətlər və  xidmətlərin istehsalı, bölgüsü, mübadiləsi  və  istehlakı  barədə  bütün qərarlar dövlət 

tərəfindən qəbul olunur. Bura SSRİ, Albaniya və b. aiddir; 

-

 

bazar  iqtisadiyyatı  və  ya  azad  rəqabət  dövrü  kapitalizmi  –  resurslar  üzərində 



xüsusi  mülkiyyətlə,  bazar  və  qiymətlər  sistemindən  iqtisadi  fəaliyyəti  tənzimləmək  və  idarə 

etmək  üçün istifadə  ilə  səciyyələnir.  Azad bazar  iqtisadiyyatında resursların bölüşdürülməsində 

dövlət heç bir rol oynamır, bütün qərarlar bazar subyektləri tərəfindən, bütün məsuliyyəti özləri 

daşımaqla,  müstəqil  qəbul  edilir.  Bazar  iştirakçıları  öz  şəxsi  maraqlarından  çıxış  etsələr  də, 

onların  fəaliyyəti,  A.Smitin  sözlərinə  görə,  başqa  insanların  və  bütövlükdə  cəmiyyətin 

maraqolarını  realizə  etmək  üçün  «gözə  görünməz»  əllə  (yəni  rəqabətlə)  istiqamətləndirilir. 

Buraya bu gün, məsələn, Honkonqu aid etmək olar

-

 



qarışıq  iqtisadiyyat,  burada  bütün  resursların  və  maddi  nemətlərin  istehsalı, 

bölgüsü,  mübadiləsi  və  istehlakında  dövlət  bölməsi  də,  özəl  bölmə  də  (müəssisələr  və  ev 

təsərrüfatı)  mühüm  rol  oynayırlar;  burada  dövlət  bazar  iqtisadiyyatına  müdaxilə  edir,  lakin 

bazarın tənzimləyiji rolunu heçə endirəcək dərəcədə yox. Bura inkişaf etmiş ölkələri, o cümlədən 

ABŞ, İngiltərəni, Fransanı, Almaniyvanı və b. aid edirlər. 

 

 




 

14 


5. Milli  iqtisadiyyat. Qarışıq iqtisadi sistem və onun modelləri. 

 

Milli  iqtisadiyyat,  yaxud  milli  iqtisadi  sistem  –  ölkənin  iqtisadi  sistemidir  ki,  bu  da 

amillərin  (daxili  Milli  iqtisadiyyat  və  xarici,  iqtisadi  və  qeyri-iqtisadi)  bütün  kompleksini  və 

onun  inkişaf  və  fəaliyyət  məqsədlərini  əks  etdirir  və  onlarla  şərtləndirilmiş  ümumi  iqtisadi 

qanunauyğunluqların reallaşma xüsusiyyətlərindən ibarətdir. 

Milli  iqtisadiyyatın  inkişaf  və  fəaliyyətinin  spesifik  amillərinə  təbii-iqlim,  iqtisadi-

coğrafi, texnoloji, sosial-mədəni xarakterli amilləri aid etmək lazımdır. Onlar, bir qayda olaraq, 

sabitlik  və  uzunmüddətliliklə  fərqlənir  və  sürətli  dəyişikliklərə  məruz  qalmırlar.  Onların 

nəticələri iqtisadiyyat və ictimai məhsulun bu və ya digər strukturu, mülkiyyətin bu və ya digər 

strukturu,  dövlətin  bu  və  ya  digər  rolu,  iqtisadiyyatın  xarici  aləmə  açıqlığının  bu  və  ya  digər 

dərəcəsi, cəmiyyətdə sosial ədalətin bu və  ya digər şəkildə anlaşılması, iqtisadi siyasətdə bu və 

ya digər prioritetlər və i.a.-dır. 

Milli iqtisadiyyat hər hansı bir təsərrüfat forması, formasiya ilə və  ya sənaye inkişafının 

dərəcəsi ilə əlaqədar deyil. O, daha çox bu və ya digər lokal sivilizasiyasının xüususiyyətlərinin 

iqtisadi  ifadəsi  olaraq,  cəmiyyətin  müxtəlif  inkişaf  mərhələlərində  həyata  keçirilir.  İqtisadi 

cəhətdən  inkişaf  etmiş  dövlətlərin  müasir  şəraitdə  milli  iqtisadiyyatı  qarışıq  iqtisadiyyatın  milli 

modelləri formasında çıxış edir.  

İki  son  əsrin  hüdudunda  meydana  çıxan  və  sonralar  geniş  yayılan  qarışıq  iqtisadiyyat 

ideyaları  sosial-iqtisadi  həyatda  xüsusilə  müharibədən  sonrakı  dövrdə  güclənən  real 

dəyişiklikləri  əks  etdirirdi.  Bu  dəyişikliklər  bazarla  iqtisadiyyatın  dövlət  tərəfindən 

tənzimlənməsinin,  xüsusi  sahibkarlıq  və  sosiallaşma  prosesinin  qarşılıqlı  təsir  formalarının 

mürəkkəbləşməsində, eləcə də postsənaye (postiqtisadi) özüllərin ictimai sistemlərin strukturuna 

getdikcə daha nəzərəçarpacaq dərəcədə nüfuz etməsində təzahür edirdi. 

       «Qarışıq  iqtisadiyyat»  termininin  özünün  birmənalı  şərhi  yoxdur.  Onun  ilk  və  ən  geniş 

yayılmış  şərhi  iqtisadiyyatın  (xüsusi  və  dövlət)  müxtəlif  bölmələrinin  uyğunlaşmasına  va 

mülkiyyət formalarının müxtəlifliyinə istinad edir. Keynsçilikdən təkan alan ikinci mövqe bazar 

(bazar mexanizmini) və dövlət tənzimlənməsinin uyğunluq problemini ön plana çəkir. Müxtəlif 

sosial-  islahatçı  cərəyanlarla  təşəbbüs  əldə  edən  üçüncü  mövqe  kapitala  (xüsusi  sahibkarlıq) 

sosiallığın  (ictimaisosial  zəmanətlərin)  uyğunlaşmasına  əsaslanır.  Nəhayət,  daha  birn  mövqe 

müasir  cəmiyyət  strukturunda  iqtisadi  və  qeyri-iqtisadi  zəminlərin  nisbəti  probleminə  diqqəti 

cəlb edir.                                                        

Müasir  şəraitdə  qarışıq  iqtisadiyyatın  göstərilən  şərhləri  biri-birinə  zidd  deyil:  onlar 

yalnız  inkişaf  etmiş  iqtisadiyyatın  müasir  tipinin  forma-əmələgətirməsinin  bir  neçə  xətlərinin 

mövcudluğunu  və  onların  vəhdətini  əks  etdirir.  İnkişaf  etmiş  ölkələrin  qarışıq  iqtisadiyyatı  bu 

gün  göstərilən parametrlərin eyni  zamanda uyğunluğudur, məhz iqtisadiyyatın xüsusi və  dövlət 

bölmələrinin,  bazar  və  dövlət  tənzimlənməsinin,  kapitalist  elementləri  və  həyatın 

sosiallaşdırılması, iqtisadi və qeyri-iqtisadi zəminlərin uyğunluğudur. 

 

İqtisadiyyatın  qarşılıqlığı  onun  tərkibində  nəinki  müxtəlif  struktur  elementlərinin 



mövcudluğunu,  həm  də  real  iqtisadiyyatda  onların  uyğunluğunun  konkret  formalarının  əmələ 

gəlməsini xarakterizə edir.  Buna misal xüsusi dövlət səhmdar müəssisələri, dövlət orqanlarının 

xüsusi firmalarla müqavilə sazişləri, sosial tərəfdaşlıq və i.a. ola bilər. 

Qarışıq  iqtisadiyyatın  modelləri.  Amerika  modeli–  xüsusi  mülkiyyətin,  bazar  rəqabət 

mexanizminin, kapitalist motivasiyalarının üstün rolunu, eləcə də sosial diferensiasiyanın yüksək 

səviyyəsini  nəzərdə  tutan  liberal  bazar  –  kapitalist  modelidir.  Alman  modeli  –  rəqabət 

zəminlərinin  genişləndirilməsini  bazar  və  kapital  qüsurlarını  yumşaldan  sosial  infrastrukturun 

yaradılması, 

sosial 

siyasət 


subyektlərinin 

çoxtəbəqəli 

institusional 

strukturunun 




Yüklə 319,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə