Mövzu İqtisad elminin meydana qəlməsi və onun inkişafının əsas



Yüklə 319,32 Kb.
Pdf görüntüsü
səhifə6/11
tarix04.11.2017
ölçüsü319,32 Kb.
#8212
1   2   3   4   5   6   7   8   9   10   11

 

11 


       Məhsuldar qüvvələr ictimai istehsalın aparıcı tərəfidir. Məhsuldar qüvvələrin hər bir inkişaf 

mərhələsinə (marksizmə görə) onların sosial-iqtisadi hərəkət formaları kimi çıxış edən müəyyən 

istehsal münasibətləri müvafiqdir.  

        İstehsal  və  ya  iqtisadi  münasibətlər  cəmiyyətin  iqtisadi  təşkilinin  əsasını  əmələ  gətirirlər, 

məhsuldar qüvvələr ilə birlikdə isə sistemlərin spesifik forma və növlərini müəyyənləşdirirlər. 

        


                             

                                                                                                       



Mövzu 4. İqtisadi sistemlər. Qarışıq iqtisadiyyat.Milli  iqtisadiyyat. 

 

      1.İqtisadi sistem anlayışı və onun ünsürləri.  



      2.İqtisadi sistemlərin əsas problemləri.       

      3.İqtisadi sistemlərin təsnifləşdirilməsi meyarları və tipləri.  

      4.İqtisadi sistemlərin təsnifatı.  

      5.Milli  iqtisadiyyat. Qarışıq iqtisadi sistem və onun modelləri.  

 

 



1. İqtisadi sistem anlayışı və onun ünsürləri. 

 

İqtisadi sistem – maddi və qeyri-maddi nemət və xidmətlər istehsalçıları və istehlakçıları 

arasındakı xüsusi şəkildə nizamlanmış əlaqələr sistemidir. 

İqtisadi  sistemdə  təsərrüfat  fəaliyyəti  həmişə  bu  və  ya  digər  şəkildə  təşkil  olunmuş, 

əlaqələndirilmiş olur. 

İnsanların  iqtisadi  fəaliyyətinin  iki  əlaqələndirilmə  üsulunu  nəzərdən  keçirir.  Birincisi 

məcbur  etmə  ilə  müşayiət  olunan  mərkəzləşdirilmiş  rəhbərlik  və  ya  iyerarxiyadır;  ordunun, 

müasir totalitar dövlətin metodları belədir. İkinjisi fərdlərin könüllü əməkdaşlığı, və ya spontan, 

kor-təbii nizamdır; burada fəaliyyətə əsas siqnal qiymətlərdir. Resurslara və əməyin nəticələrinə 

qiymətin enməsi və ya qalxması təsərrüfatçılara hansı istiqamətdə hərəkət etmək lazım olduğunu 

göstərir. 

İqtisadi sistem anlayışı müxtəlif iqtisadçılar tərəfindən müxtəlif cür şərh edilir. 

-»İqtisadi sistem- müəyyən joğrafi ərazi hüdudlarında istehsal, gəlir və istehlakla bağlı qərarların 

qəbul  edilməsi  və  həyata  keçirilməsi  ilə  bağlı  mexanizmlər  və  institutların  cəmidir»

 



(P.Qreqori,R.Styuart)  



-»İqtisadi  sistem  -  özündə  iqtisadi  davranış  və nəticələrə  bilavasitə  və  ya  dolayısı  ilə  təsir edən 

bütün institutlar, təşkilatlar, qanun və qaydalar, ənənələr, mövqelər, dəyərləndirmələr, qadağalar 

və davranış sxemlərini əhatə edir». (F.Prayor)  

İqtisadi sistemin  

ümumi ünsürləri: 

 

 



 

 

 



        

Məhsuldar qüvvələr 

 

Təbii: təbii resurslar,   

  İctimai: istehsal vasitələri,  

   Ən ümumi: elm,  

insanın imkanları və s. 

    əmək bölgüsü  və s. 

   təhsil, mədəniyyət və s.  

 

 



 

İstehsal münasibətləri 

 

Sosial iqtisadi (mülkiyyət 

   Təşkilati - iqtisadi (təcrübə  

 Texniki - iqtisadi  

münasibətləri)  

   mübadiləsi,  marketinq,   

 

   menecment və s.) 



 

Resurslar, əmək, təbii,                        İctimai əmək bölgüsü:  

Əmək prosesi və onun  



 

12 


istehsalvasitələri, elmi-                        istehsalın məhsul hazırlan-  

tərkib hissələri: əmək,  

texniki  təhsil və s.                               ması üzrə ixtisaslaşması 

əmək vasitələri, əmək  

 

 

 cisimləri 



 

İstehsal imkanları:                              Nəticələr: maddi-əşyavi  

Səmərəlilik: nəticələrlə   

məhdud resurslardan  

        məhsul, xidmətlər                                   xərclərin nisbəti 

seçim 


 

2.

 

İqtisadi sistemlərin əsas problemləri. 

 

          Seçim probleminin mahiyyəti ondadır ki, çoxsaylı təlabatları ödəmək üçün istifadə olunan 

hər  bir  amil  məhdud  olsa  da,  ondan  alternativ  istifadə  və  istehsal  amillərinin  daha  yaxşı 

uzlaşdırılması problemi həmişə mövcuddur.                      

İqtisadiyyatın əsas problemləri:  

1.Tələbatların sonsuzluğu (Fiziki,mənəvi,sosial) 

2.Resursların məhdudluğu (əmək,torpaq,kapital) 

3. Resursların səmərəli bölüşdürülməsi və istifadəsi 

4.Seçim problemi: 

 



Nə istehsal etmək? - Müəyyən  dövrdə hər hansı iqtisadi sistemində mümkün məhsul və 

xidmətlərdən hansılar istehsal olunmalıdır.  

 

Necə istehsal etmək? - Hansı taxnologiyadan istifadə yolu ilə istehsal olunmalıdır.  



 

Kimin üçün istehsal etmək? - İstehsal olunacaq məhsul və xidmətləri kim alacaqdır.  



 Təsərrüfat  sisteminin  xüsusiyyətləri,  bir  tam  kimi,  onun  tərkibinə  daxil  olan  quruluş 

elementləri  xüsusiyyətlərinin  sadəcə  cəmi  ilə  eyni  deyil.  Yeni  keyfiyyətlər,  yeni  xüsusiyyətlər 

meydana  gəlir.  Sistem  daim  inkişafdadır  və  müəyyən  xüsusiyyətlərə  malikdir:  bütövlük, 

nizamlılıq, sabitlik, dəyişkənlik, dözümlülük, çeviklik, ziddiyyətlilik. 

                             

3. İqtisadi sistemlərin təsnifləşdirilməsi meyarları və tipləri.  

 

        İqtisad  elmi  tarixinin  göstərdiyi  kimi,  iqtisadi  sistemlərin  təsnifatlaşdırılması  müxtəlif 

meyarlar (əlamətlər) əsasında aparıla bilər. 

       Bu çoxluğun əsasında iqtisadi sistemlərin xassələrinin obyektiv müxtəlifliyi durur. 

       İriləşdirilmiş şəkildə iqtisadi sistemlərin meyarlarını üç qrupa bölmək olar: 

       1.Predmetəmələgətirən  meyarlar–  iqtisadi  nəzəriyyənin  predmetini  əmələ  gətirən  struktur 

elementlər tərəfindən meyarlardır. Belələrinə funksional iqtisadi əlaqələr, istehsal münasibətləri 

(hər şeydən əvvəl, mənimsəmə münasibətləri kimi başa düşülən), institutlar aiddir. 

Müvafiq  olaraq,  iqtisadi  sistemlər  funksional  əlaqələr,  istehsal  münasibətləri  və  institusional 

sistemlərə bölünür. 

         2.Sosial-iqtisadi  meyarlar-  iqtisadi  sistemin  başlıja  məzmun  tərəflərinin  ayrıl-masına 

əsaslanan  meyarlardır.  Onların  arasında:  istehsal  və  istehlakın  birləşməsi  üsulu  (iqtisadi 

fəaliyyətin koordinasiyası üsulu); bilavasitə istehsalçıların istehsal vasitələri ilə birləşməsi üsulu 

(mülkiyyətin tipi); sosial-mədəni amilin rolu, sənaye və iqtisadi əsasların inkişaf dərəcəsi. 

Müvafiq  olaraq,  iqtisadi  sistemlər  təsərrüfatçılıq  formaları,  eləcə  də  formasiya,  sivilizasiya  və 

texnoloji əlamətləri üzrə bölünür. 

       3.Həcm və dinamik meyarlar– sistemin mürəkkəbliyi və onun dəyişkənliyini səciyyələndirən 

meyarlardır.  Onların  arasında  sistemin  eyniliyi  və  ya  müxtəlifliyi,  sistemin  statikliyi  və  ya 

dinamikliyi vardır. 

Müvafiq olaraq, iqtisadi sistemlər «xalis» və «qarışıq», statik və tarixən inkişaf edənlərə bölünə 

bilər. 

 



Yüklə 319,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə