Mövzu İqtisad elminin meydana qəlməsi və onun inkişafının əsas



Yüklə 319,32 Kb.
Pdf görüntüsü
səhifə2/11
tarix04.11.2017
ölçüsü319,32 Kb.
#8212
1   2   3   4   5   6   7   8   9   10   11

 

      Ekonomiya  –  yunan  sözləri oykos  – ev , təsərrüfat  və  nomos  –  məharət,  qanun sözlərindən 



yaranmışdır. Təsərrüfatın məharətli idərə edilməsi, aparılması mənasını verir.   

      Ekonomika  (iqtisadiyyat)  –  iqtisadiyyatın  bir  sistem  halında,  onun,  elementlərinin  əlaqəli 

şəkildə öyrənilməsi haqqında elmdir. 

      Siyasi iqtisad – yunan sözləri politeyya – dövlət quruluşu, oykos və nomos sözlərindən əmələ 

gəlib, dövlət təsərrüfatının bacarıqla, məharətli idarə edilməsi mənasını verir.     

       Ekonomiks  –  XIX  əsrin  sonunda  məhdud  iqtisadi  resurslardan  istifadə  haqqında  iqtisad 

elminin adı kimi istifadə edilmişdir. Bu dövrdə dövlətin iqtisadiyyata müdaxiləsinin əksinə çıxış 

edən  neoklassiklər  «Siyasi  iqtisad»  adından  birinci  hissəni  «politeyya»  sözünü  (dövlət) 

görünməklə «ekonomiks» adına üstünlük vermişlər.  

        İqtisadi  nəzəriyyə  –  təsərrüfatın  aparılması,  idarə  edilməsi  haqqında  mühüm  nəzəriyyələri 

birləşdirən elm kimi müasir dövrdə iqtisad elminin adıdır. 

«Ekonomika»  (İqtisadiyyat),  «siyasi  iqtisad»,  «ekonomiks»«  və  «iqtisadi  nəzəriyyə» 

məfhumlarının  təkamülü  tarixi  səbəblərlə  şərtlənib,  mahiyyət  etibariləisə  bunlar  daim  inkişafda 

olan  və  iqtisadi  hadisələri,  təsərrüfatçılıq  proseslərini  müxtəlif  qarşılıqlı  əlaqə  və  qarşılıqlı 

asılılıq səviyyələrində tədqiq edən eyni bir elmin adlarıdır. İfadəolər, yanaşmalar dəyişir, elm və 

ayrı-ayrı  adamların,  qrupların  və  bütövlükdə  cəmiyyətin  iqtisadi  həyatı  haqqında  elm  olaraq 

qalır.   

 

 



Mövzu 2.  İqtisadi nəzəriyyənin

 

predmeti və metodu 

 

1.İqtisadi nəzəriyyənin

 

predmeti.                    

2.İqtisadi proseslərin tədqiqat metodları.      

3.İqtisadi qanun və kateqoriyalar.                  

4.İqtisadi nəzəriyyənin vəzifələri.                   

5.İqtisadi nəzəriyyə və digər elmlər. İqtisadi nəzəriyyə və iqtisadi siyasət.          

                      

1.İqtisadi nəzəriyyənin

 

predmeti. 

 

         Hər  bir  elm  kimi  iqtisadi  nəzəriyyənin  də  öz  predmeti,  tədqiqat  sahəsi  vardır.  Onun 

predmeti, tədqiqat obyekti haqqında nəzəriyyəçilərin fikirləri müxtəlifdir. Belə ki, iqtisadi hadisə 

və proseslərin ilk tədqiqatçıları olan klassik məktəblərinin nümayəndələrinə görə iqtisad elminin 

predmeti  milli  sərvətdir.  Milli  sərvət  anlayışında  da  baxışlar  müxtəlifdir.  Merkantelistlərə  görə 

pul  (qızıl,  gümüş)  milli  sərvət  hesab  olunur.  Fizokratlara  görə  kənd  təsərrüfatı  məhsulları  milli 

sərvət  hesab  olunurdu.  Klassik  ingilis  siyasi  iqtisadın  nümayəndələrindən  olan  A.Smit  milli 

sərvət anlayışını genişləndirərək sənaye kənd təsərrüfatı, tikinti meşə təsərrüfatı və s. sahələrini 

ehtiva  edən  maddi  istehsalın  məhsulunu  milli  sərvət  hesab  edirdi.  Bu  məktəbin  digər 

nümayəndəsi  D.Rikardo  iqtisadi  nəzəriyyənin  predmetinə  milli  sərvətlə  yanaşı  onun  bölgüsünü 

də daxil etmişdir.  

        Marksizmə  görə  isə  iqtisadi  nəzəriyyənin  predmeti  əsasını  mülkiyyət  münasibətləri  təşkil 

edən  istehsal  münasibətləridir.  İstehsal  münasibətləri  həyat  nemətlərinin  istehsalı,  mübadiləsi, 

bölgüsü və istehlakı prosesində insanlar arasında obyektiv yaranan münasibətlərdir.  

       Marjinalistlər  iqtisadi  nəzəriyyənin  predmetinin  fərdlərin  və  sosial  institutlarının  (firma, 

qrup  və  s.)  davranışı,  onların  öz  məqsədlərinə  çatma  yolları  və  vasitələrinin  təhlili  olduğunu 

bildirirlər.  

      Klassik  siyasi  iqtisadın  və      marjinalizmin  əsas  müddəalarını  sintez  etməyə  cəhd  etmiş, 

A.Marşall  ekonomiksin  predmetini  insan  cəmiyyətinin  normal  həyat  fəaliyyətinin  tədqiqi  kimi 

müəyyən etmişdir.  

      Rol  Saumelson  «  Ekonomiks»  dərsliyində  iqtisadi  nəzəriyyənin  çoxsaylı  təriflərini  verir  və 

göstərir ki, ekonomiks insanların gündəlik işgüzar həyatı və fəaliyyəti haqqında elmdir.  

       Müasir iqtisadi  ədəbiyyatlarda iqtisadi nəzəriyyənin predmetinin resursların məhdudluğunu 

öyrənən  elm  olması  fikirləri  də  yayılmışdır.  İqtisadi  nəzəriyyənin  predmetinə  baxışlarının 



 

müxtəlifliyini  davam  etdirmək  də  olar.  Bütün  bü  müxtəlifliklər  iqtisadi  hadisə  və  proseslərin 



dinamikliyi,  iqtisadiyyatın  mürəkkəbliyi,  insanlar  arasında  iqtisadi  münasibətlərin  müxtəlifliyi 

ilə əlaqədardır.         



 

2.  İqtisadi proseslərin tədqiqat metodları.  

 

           Hər  bir  elm  öz  predmetini  tədqiq  etmək  üçün  və  vasitələrdən  istifadə  edir.  Bu  üsul  və 

vasitələrdən istifadə edir. Bu üsul və vasitələr məcmusu tədqiqat metodlarını təşkil edir. Bəziləri 

mikroskopdan,  digərləri  arxiv  materiallarından  və  s.  istifadə  edir.  İqtisadi  nəzəriyyədə  iqtisadi 

hadisə  və  prosesləri  öyrənmək  üçün,  əsasən  elmi  abstraksiya  (təcrit  etmə,  sərf  nəzər  etmə) 

metodundan  istifadə  edir.  Bu  zaman  tədqiq  olunan  hadisə  digərlərindən  təfəkkürümüzdə  sərf 

nəzər  olunur  və  öyrənilir.  Bu  zaman  həmin  hadisəyə,  prosesə  təsir  edən  digər  şərtlər  nəzərə 

alınmır.  Məsələn,  qiymət  tədqiq  olunarkən  onun  səviyyəsinə  təsir  edən  tələb,  rəqabət  və  s. 

amillər nəzərə alınmır.  

         İqtisadi  hadisələr prosesləri öyrənmək  üçün bu metodla  yanaşı  analiz və  sintez, induksiya 

və  deduksiya,  tarixi  və  məntiqi,  iqtisadi-riyazi  modelləşdirmə,  iqtisadi  təcrübə  və  s. 

metodlarından da istifadə olunur. Universal metod olan analiz öyrənilən hadisənin xəyalən tərkib 

hissələrə  parçalamaq  və  onların  hər  birinin  ayrı-ayrılıqda  öyrənilməsi  deməkdir.  Məsələn, 

bazarın  elementləri  olan  tələb,  təklif,  qiymət,  rəqabət,  inhisar  ayrı-ayrılıqda  öyrənilir.  Bunlar 

öyrənildikdən sonra sintez yolu ilə bazar haqqında vahid bitkin fikir  yürüdülür. İnduksiya ayrı-

ayrı  faktlardan  ümumi  nəticənin  çıxarılması  deduksiya  isə  ümumidən  xüsusiyə  hərəkətdir. 

Məsələn,  ayrı-ayrı  məhsulların  qiymətlərinə  əsasən  qiymətlərin  ümumi  səviyyəsinin  müəyyən 

edilməsi.  

         İqtisadi  problemlərin  öyrənilməsində  tədqiqatçının  əsaslandığı  metodologiya  da  mühüm 

əhəmiyyət  kəsb edir.  İqtisadi  nəzəriyyənin  metodologiyası iqtisadi hadisələri  öyrənən metodlar 

haqqında  elmdir.  İqtisadi  nəzəriyyənin  metodologiyasında  bir  neçə  yanaşma  mövcuddur. 

Subyektivçi,  neopozitiv-empirik,  rasionalist  və  dialektik  materialist.  Subyektivçi  yanaşmada 

iqtisadi  hadisələrin  təhlilində  çıxış  nöqtəsi  kimi  təsərrüfatçı  subyekt  götürülür.  Neopozitivist-

empirik yanaşmada əsas yerdə tədqiqatın texniki aparatı durur. Rasionalist yanaşmada əsas fikir 

cəmiyyətin «təbii», rasionalist qanunlarını tapmağa verilir. Dialektik-materialist yanaşmada əsas 

diqqət  hadisələrin  gerçəklikdə  mövcud  olan  və  onların  inkişafında  olan  daxili  əlaqələrin 

öyrənilməsinə yönəldilir. İqtisadi problemlər və hadisələr daim hərəkətdədir.                

 

 

3.  İqtisadi qanun və kateqoriyalar.  



 

        İqtisadi hadisələrin tədqiqi nəticəsində onların mahiyyətinin  açılmasına səbəb olur. Bu  da 

real  iqtisadi  gerçəkliyi  az-çox  dərəcədə  dolğun  əks  etdirən  anlayışların  formalaşmasına  səbəb 

olur.  İqtisadi  həyatın  ümumi  və  mühüm  tərəflərini  əks  etdirən  məntiqi  anlayışlar  iqtisadi 

kateqoriyalar adlanır. İqtisadi kateqoriya, iqtisadi hadisə və proseslərin elmi adıdır. Məsələn, biz 

gündəlik fəaliyyətimizdə paltar geyir, yemək yeyir və sair. Bütün bunlar iqtisad elmində istehlak 

adlanır. İnsanlar gündəlik fəaliyyətində çoxlu miqdarda iqtisadi kateqoriya ilə qarşılaşar. Bunlara 

pul,  qiymət,  kredit,  tələb,  təklif,  bazar,  mənfəət,  istehsal,  əmtəə  və  s.  göstərmək  olar.  İqtisadi 

hadisələrinin  tədqiqi  bəzi  hallarda  bu  və  ya  digər  iqtisadi  qanunun  kəsb  edilməsinə  səbəb  olur. 

Təbiətdə  və  ictimai  həyatın  digər  sahələrində  olduğu  kimi  iqtisadiyyatında  da  ilk  nəzərdən 

görünən  hərcmərclik  və  təsadüflər  silsiləsi  arxasından  inkişafın  zəruriliyi,  qanunauyğunluğu 

özünə  yol  açır.  Hər  bir  cəmiyyətdə  iqtisadi  prosesləri  onlara  xas  olan  daxili  qanunlar,  iqtisadi 

qanunlar idarə edir.  

      İqtisadi qanun iqtisadi hadisələrin, proseslərin, mahiyyətidir. İqtisadi qanun iqtisadi hadisə və 

proseslərə  daxilən  xas  olan  mühüm,  zəruri,  təkrarlanan  səbəb  və  əlaqələrini  özündə  əks  etdirir. 

İqtisadi  qanunlar  da  təbiət  qanunları  kimi  obyektiv  xarakter  daşıyır.  Belə  ki,  onların  fəaliyyəti 

insanların onları istəyib-istəməmələrindən  asılı deyildir.  İnsanlar iqtisadi  qanunları dəyişə, ləğv 

edə  bilməzlər.  İnsanlar  öz  fəaliyyətlərini  iqtisadi  qanunların  tələblərinə  müvafiq  qursalar  daha  

böyük nailiyyətlər əldə edə bilərlər.  



Yüklə 319,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə