Mövzu İqtisad elminin meydana qəlməsi və onun inkişafının əsas



Yüklə 319,32 Kb.
Pdf görüntüsü
səhifə3/11
tarix04.11.2017
ölçüsü319,32 Kb.
#8212
1   2   3   4   5   6   7   8   9   10   11

 

      İqtisadiyyatda üç qrup iqtisadi qanunlar fəaliyyət göstərir.  



Ümumi  iqtisadi  qanunlar  –  bunlar  bəşəriyyətin  inkişafının  bütün  mərhələlərində  fəaliyyət 

göstərirlər. Onlar ictimai istehsalın inkişaf prosesini əks etdirir. Bunlara tələbatın artması, əmək 

məhsuldarlığın yüksəlməsi, ictimai əmək bölgüsü qanunları aiddir.  

Əmtəə  istehsalının  qanunları    -  bunlar  məhsul  və  xidmətlərin  əmtəə  xarakteri  daşıdığı 

cəmiyyətlərdə  fəaliyyət  göstərirlər.  Dəyər  qanunu,  pul  tədavülü  qanunu,  yığım  qanunu  bu 

qəbildəndirlər.  

Spesifik  xüsüsi  qanunlar  –  bunlar  tarixən  müəyyən  təsərrüfatçılıq  formalarının  inkişaf 

qanunlarıdır. Bunlara dövrün əsas iqtisadi qanunu, dövrün bölgü qanunu aiddir.  



 

4. İqtisadi nəzəriyyənin vəzifələri.  

 

       Bütün digər elmlər kimi iqtisadi nəzəriyyə də müəyyən vəzifələr yerinə yetirir. Bunlardan ən 

mühümlüsü iqtisadi hadisə və prosesləri tədqiq etmək və onların mahiyyətini izah etməkdir.  

       İqtisadi  nəzəriyyənin  digər  vəzifəsi  digər  iqtisadi  elmlər  üçün  metodoloji  əsas  olmaqdan 

ibarətdir. Belə ki,  iqtisadi nəzəriyyə nəzəri, metodoloji elm olmaqla iqtisadi hadisə və prosesləri 

tədqiq  edir,  onların  mahiyyətini  aşkar  edir.  Digər  iqtisadi  elmlər  isə  həmin  hadisənin  öz 

sahələrində  təzahür  xüsusiyyətlərini  araşdırırlar.  Məsələn,  iqtisadi  nəzəriyyə  ümumi  iqtisadi 

qanun olan əmək məhsuldarlığının mahiyyətini, artırılması  amillərini  nəzəri cəhətdən  öyrəndiyi 

halda  sahə  iqtisadi  elmləri  bu  qanunun  öz  sahələrində  (sənaye,  kənd  təsərrüfatı,  tikinti  və  s.) 

təzahürlərini  öyrənirlər.  Məlum  məsələdir  ki,  iqtisadiyyatın  müxtəlif  sahələrində  əmək 

məhsuldarlığı amilləri xeyli müxtəlifdir. 

        İqtisadi nəzəriyyənin mühüm vəzifələrindən biri də cəmiyyət üzvlərində, daha doğrusu onu 

öyrənənlərdə  iqtisadi  təfəkkürü  formalaşdırmaqdır.  İqtisadi  təfəkkür  dedikdə  cəmiyyət 

üzvlərində  iqtisadi  hadisələr  haqqında  müəyyən  təsəvvürlərin  biliklərin  olması  və 

fəaliyyətlərində  onlardan  istifadə  etməsidir.  İqtisadi  təfəkkür  istehsal  mədəniyyəti,  istehlak 

mədəniyyəti, ekoloji mədəniyyət, vergi mədəniyyətini özündə birləşdirir.  

       İqtisadi  nəzəriyyə  cəmiyyət  üzvlərində  iqtisadi  təfəkkürün  formalaşdırmaqla  iqtisadiyyat 

qarşısında  duran  əsas  məsələni,  vəzifəni  daha  dolğun  yerinə  yetirməyə  imkan  yaradır.  Belə  ki, 

yalnız  milyon  və  on  milyonlar  iqtisadi  biliklərə  yiyələndikdə  onlar  məhsuldar  qüvvəyə 

çevrilərlər.            



 

5. İqtisadi nəzəriyyə və digər elmlər. İqtisadi nəzəriyyə və iqtisadi siyasət.    

                                                            

        İqtisadiyyat çox rəngarəng olduğu üçün iqtisadi hadisə və proseslər yalnız  iqtisadi 

nəzəriyyə tərəfindən deyil digər iqtisadi elmlər tərəfindən də öyrənilir. Digər iqtisadi elmlər 

dedikdə sahə (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, elm, səhiyyə); funksional 

(maliyyə kredit, marketinq və s.); sahələrarası (iqtisadi coğrafiya, demoqrafiya, statistika və s.) 

elmləri nəzərdə tutulur. İqtisadi nəzəriyyə bu müxtəlif sahələri tədqiq edən elmlərin metodoloji 

əsasıdır. Bu müxtəlif sahələrdəki iqtisadi hadisə və prosesləri tədqiq edən konkret elmlər iqtisadi 

nəzəriyyənin ümumi müddəalarından, göstəricilərindən istifadə edir, konkret iqtisadi elmlər öz 

sahələrində praktik fəaliyyət üçün zəruri olan qaydalar sistemini hazırlayır. 

      İqtisadi nəzəriyyə digər iqtisadi elmlərlə  yanaşı iqtisadi siyasətlə də sıx əlaqədardır. İqtisadi 

siyasət  dedikdə  nemətlərin  ictimai  istehsal  bölgüsü,  mübadiləsi  və  istehlakı  üzrə  dövlətin 

məqsədyönlü tədbirlər sistemi nəzərdə tutulur. İqtisadi siyasət ölkədə iqtisadi problemlərin həlli 

variantlarının tapılması və onların mexanizmlərinin hərəkətə gətirilməsi ilə məşğul olur. İqtisadi 

siyasət iqtisadi nəzəriyyənin ümumiləşdirmələrini nəzərə aldığı dərəcədə də uğurlu olur. İqtisadi 

siyasətin  uğurlu  olması  cəmiyyət  üzvlərinin  iqtisadi  təfəkkür  səviyyəsindən  də  xeyli  asılıdır. 

İqtisadiyyatın  əsas  vəzifəsinin  yerinə  yetirilməsi  iqtisadi  siyasətin  uğurlu  olmasından  asılıdır.               

 

 



 

                                                                                

Mövzu  3.  İqtisadiyyatın    əsasları.  İqtisadiyyatın  əsas  ünsürləri  və  baza 

kateqoriyaları. İqtisadi seçim. 


 

 



     1.Resursların məhdudluğu və tələbatların sonsuzluğu problemi. 

     2.İqtisadi tələbatlar və onların təsnifatı. İqtisadi nemət, məhsul, xidmətlər. 

     3.İqtisadi resurslar və onların növləri. 

     4.İqtisadi seçim. İstehsal imkanları əyrisi. Alternativ xərjlər. 

     5.Əmək prosesinin sadə momentləri. Məhsuldar qüvvələr və istehsal münasibətləri. 

 

1.Resursların məhdudluğu və tələbatların sonsuzluğu problemi. 



 

Hər bir iqtisadi fəaliyyət müvafiq tələbatın müəyyənləşdirilməsindən başlanır. Mövcud dövr 

çərçivəsində tələbatların nisbi və müvəqqəti ödənilməsi mütləq olaraq sonradan onlarınyenidən 

bərpası, istehsalı, genişlənməsi, mürəkkəbləşməsi (çətinləşməsi) və dərinləşməsi baş verir. Belə 

vəziyyət daimi olaraq qalır. Digər tərəfdən, tələbatların (resurslar və texnologiyalar) ödənilməsi 

üçün bizim vasitələrimiz praktiki şəkildə həmişə məhduddur. Bu məhdudluq müxtəlif ola bilər.   

      Hər  şeydən  əvvəl,  bu  təbiətdə  mövcud  olan  müxtəlif  nemətlər  miqdarının  təbii 

bərabərsizliyidir  ki,  bunlardan  da  bir  sırası  digərlərinə  nisbətən  az  yayılmışdır.  Məhdudluq, 

həmçinin insanların yaratdığı nemətləri də əhatə edir. Bu, hazırki anda nəinki nemətlərin mövcud 

növ  ehtiyatlarına,  həm  də  indiki  şəraitdə  onların  təkrar  istehsalı  üçün  mövcud  olan  imkanlara 

(deməli, həm də vasitələrə də) da aiddir. Onların ehtiyatlarını doldurmaq imkanından asılı olaraq 

nemətlər təkrar istehsal olanlara və təkrar istehsal olunmayanlara bölünür.  

Nemətlərin  əksəriyyəti  nadirdir,  yəni  bu  nemətləri  yalnız  digər  nemətlərdən  imtina  etmək 

yolu ilə əldə etmək olar. Nemətlərin nadirliyi və məhdudluğu – eyni şey deyildir. Nemət o zaman 

nadir olur ki, onlara olan tələbat bu nemətlərdən başqa onları da üstələyir.  

      Mövcud  istehlakçıda  olan  nemət  ehtiyatları  hər  hansı  bir  tələbatın  tam  ödənilməsi  üçün 

çatmaya bilər ki, bu da tez-tez baş verir. Lakin, hətta təsəvvür etsək ki, bu konkret dar çərçivədə 

müəyyənləşdirilmiş  tələbat  hazırki  dövrdə  tam  ödənilmişdir,  bu  halda  da  tam  aydın  olasaq  ki, 

nəzərdən  keçirilən  iqtisadi  subyektdə  eyni  zamanda  mövcud  olan  həmin  vəsaitlərin  istifadə 

edilməsi hesabına tam dolğun ödənmiş təlabat kimi ödənilə biləsi bütün yerdə qalan tələbatlar da 

ödənməmiş  qaldı.  Nemətlərə  olan  tələbata  nəzərən  onların  məhdudluğu  nemətlərin 

kifayətsizliyini xarakterizə edir.  

Nəticədə nadirlik və çatışmazlıq nemətlərin məhdudluğunun müxtəlif tərəfləri kimi üzə çıxır. 

Nemətlərin,  o  cümlədən  də  resurs  və  texnologiyaların  məhdudluğu  isə  insanların  iqtisadi  həyat 

fəaliyyəti sahəsinə daxil olan nemətlərin, praktiki, universal xassəsidir.   

   


2. İqtisadi tələbatlar və onların təsnifatı. İqtisadi nemət, məhsul, xidmətlər. 

 

     İqtisadiyyatın  ilkin  tərifi  ona  əsaslanır  ki,  insanların  iqtisadi  fəaliyyəti  mövcud  resursların 

istifadə edilməsi əsasında onların tələbatlarının ödənilməsinə yönəldilmişdir.  

     Təlabatlar iqtisadi fəaliyyətin ilkin nöqdəsidir, onların ödənilməsi isə – son nəticədir.   

     Təlabatları  daimi  ödəmək  zərurəti  –  insan  cəmiyyətinin,  hər  bir  insanın  xüsusiyyətidir. 

Təlabatlar cürbə-cürdürdür. Onları müxtəlif meyarlar üzrə təsnifləşdirmək olar.  

     Yaşayış  vasitələrinə,  yaxud  insanların  həyatı  vacib  təlabatlarını  ödəyən  nemətlərə  (qidaya, 

geyimə, mənzilə və s.) təlabatlar.  

      İnsan həyatının sosial-mədəni vasitələrinə (təhsilə, mədəniyyətə, asudə vaxta) təlabatlar.  

      Fəaliyyət vasitələrinə (əmtəələrin, xidmətlərin, və s. istehsalı üçün əşyalar) təlabatlar.  

      Sosial  cəhətdən  nüfuzlu  nemətlərin  (turizm  xidmətləri,  zinət  əşyaları  və  s.)  ödənilməsinə 

tələbat.  

      Digər  təsnifatlar  da  mümkündür:  tələbatların  ödənilmə  növü  üzrə  (fərdi,  kollektiv), 

ödənilmənin alternativliyi üzrə və s. 

      İqtisadiyyat nöqteyi nəzərdən tələbatların prinsipial xassəsini xüsusilə qeyd etmək vacibdir – 

cəmiyyət inkişaf etdikcə onların strukturu, keyfiyyət və kəmiyyətinin arması və daima dəyişməsi 

baş verir. Yeni tələbatların meydana çıxması ilə yanaşı köhnələr yox olub gedir, tələbat növləri 

arasında nisbət dəyişilir və i.a. Bu tələbatların artması qanununda öz əksini tapır.   



Yüklə 319,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə