Mövzu İqtisad elminin meydana qəlməsi və onun inkişafının əsas



Yüklə 319,32 Kb.
Pdf görüntüsü
səhifə4/11
tarix04.11.2017
ölçüsü319,32 Kb.
#8212
1   2   3   4   5   6   7   8   9   10   11

 

      Nemət – özündə müəyyən müsbət məna daşıyan, insanın bu və ya digər tələbatını ödəyən və 



onların  maraqları,  məqsədləri  və  səylərinə  cavab  verən  hər  bir  şey:  əşya,  hadisə,  əmək 

məhsuludur.  

       İqtisadi  ədəbiyyatda  nemətin  başqa  tarifləri  də  var.  Məsələn,  nemət  deyəndə,  A.Marşall 

bizim istədiyimiz hər bir şeyi və ya insanın təlabatlarını ödəyən əşyaları başa düşürdü. Bu tərifdə 

nemətlər yalnız əşyalar, predmetlərlə məhdudlaşır.  

       Bəzən  nemətlər  faydalılığın  təzaşürü  kimi  nəzərdən  keçirilir  ki,  bu  da  yalnız  əməyin 

məhsulu deyil, həm də təbiətin barı ola bilər.  

       İnsanlara lazım olan və rolu get-gedə artan nemətlər arasında xüsusi yeri xidmətlər tutur.  

       Xidmətlər  –  nəticəsi  faydalı  effekt  olan,  insanın  hər  hansı  tələbatlarını  ödəyən 

məqsədəuyğun insan fəaliyyətidir.  

       Nemətlərin başa düşülməsində onların təsnifatının böyük əhəmiyyəti var.     

 Nemətlərin müxtəlif qruplara (növlərə) bölünməsi üçün çoxlu meyarlar var.  

 Nemətlərin maddi və qeyri-maddilərə bölünməsi daha geniş yayılmışdır.  

 Maddi nemətlər – təbiətin təbii bəxşişləri(torpaq, hava, iqlim), istehsal məhsullarıdır (ərzaq 

məhsulları,  tikililər,  maşınlar,  alətlər  və  s.).  Maddi  nemətlərə  hərdən  maddi  nemətlərin 

mənimsənilməsilə  əlaqədar  olan  münasibətlər  də  (patentlər,  müəllif  hüququ,  girov  kağızı)  aid 

edilir  (məsələn  A.Marşall).  Bununla  da  bir  qrupda  müxtəlif  səciyyəli  nemətlər  –  bir  qismi 

faydalılığına görə – birləşdirilir.  

      Qeyri-maddi  nemətlər  –  insanın  qabiliyyətlərinin  inkişafına  təsir  edən  nemətlərdir,  onlar 

qeyri-istehsal sahələrində: səhiyyə, təhsil, incəsənət, kino, teatr, muzeylər və b.k. yaradılırlar.  

      Qeyri-maddi nemətlər iki yarımqrupa bölünür:  

      Daxili   –  insana təbiət  tərəfindən verilmiş  və insanın  öz iradəsiylə    özündə  inkişaf etdirdiyi 

(səs – oxuma, deklamasiya; musiqi duyumu – musiqiçi; elmə qabiliyyət və b.k.); 



     Zahiri  -    bu,  tələbatları  ödəmək  üçün  zahiri  aləmin  verdikləridir  (imic,  işgüzar  əlaqələr, 

himayə və s.)  

     Qeyd olunan nemətlər qruplarından başqa cari və gələcək, bilavasitə və dolayı, uzunmüddətli 

və qısamüddətli və s. nemətlər də nəzərdən keçirilir. 

     Nemətlərin iqtisadi və qeyri-iqtisadiyə bölünməsinin xüsusi əhəmiyyəti var.  

     İqtisadi  nemətlər  (bu  məfhum  iqtisad  elminin  subyektivçilik  məktəbinə,  onun  nümayəndəsi 

məşhur İtaliya iqtisadçısı A.Rezentiyə məxsusdur) iqtisadi fəaliyyətin obyekti və ya nəticəsidir, 

yəni ödənilməsi tələbatdan məhdud həcmdə alınması mümkün olanlardır. Qeyd edək ki, iqtisadi 

nemətlərin  məhdudluğu  (nadirliyi)  şəraitində  insanın  müvafiq  davranışını  (təsərrüfatçılıq, 

istehsal fəaliyyəti) müəyyənləşdirən nemətin nadirliyi problemi ilə bağlıdır. 

     Qeyri - iqtisadi (havayı) nemətlər təbiət tərəfindən insan səy göstərmədən verilir. Bu nemətlər 

insanın  müəyyən  tələbatlarını  (hava,  su,  işıq  və.b.k.)  tam  və  daim  ödəmək  üçün  kifayət  qədər 

təbiətdə «azad» mövcuddur. 

     Beləliklə,  məhz  nemətə  olan  təlabat  (və  ya  Avstriya  məktəbinin  görkəmli  nümayəndəsi 

K.Mengerin  sözlərilə  «gərəklik»)  və  onun  əldə  oluna  biləcək  miqdarı  arasındakı  nisbət  onu 

iqtisadi və ya qeyri-iqtisadi edir.    

               

3.  İqtisadi resurslar və onların növləri. 

 

      Tələbatların  artması  və  dəyişilməsi  onların  ödənilməsi  üçün  nəzərdə  tutulan  nemətlərin 

yaradılması üçün güclü sövqedici motivdir.  

      Tələbatların  daimi  ödənilməsi  üçün  imkanlar  ölkə,  cəmiyyət,  ayrı-ayrı  insanlarda  məhz 

resursların olması səyəsində yaranır.  

      Resurslar – nemətlərin yaradılması və tələbatların ödənilməsi üçün olan imkanlardır.  

      Resurslar cürbəcürdür və müxtəlif cür təsnifləşdirilə bilər.  

      Təbii  resurslar,  yəni  cəmiyyətdə  faydalı  qazıntı  ehtiyatları,  kənd  təsərrüfatı  üçün  əlverişli 

şərait, sərfəli coğrafi vəziyyət.  

       İstehsal  fəaliyyəti  və  istehlak  üçün  əvvəlki  nəsillər  tərəfindən  yaradılmış  və  toplanmış 

resurslar, (maddi resurslar)  yaxud mövcud müəssisələr, nəqliyyat sistemləri  yaşayış evləri və s. 




 

Maddi resurslara istehsal prosesinin (əmək vasitələri və əmək predmetləri) nəticəsi olan istehsal 



vasitələri daxildir.  

       Özünün  təcrübə,  ixtisas,  təhsil  səviyyəsi,  eləcə  də  sahibkarlıq  qabiliyyətləri  olan  insan 

resursları.  

        Yuxarıda  göstərilən  resurs  növləri  tarixən  daha  qısa  adlanırdı:  torpaq,  kapital,  əmək  və 

sahibkarlıq qabiliyyətləri. 

        Maliyyə  resursları  cəmiyyətin  istehsal  prosesini  həyata  keçirmək  üçün  ayırdığı  pul 

vəsaitləridir.  Onların  mənbələrinə  investisiya  vasitələri,  qiymətli  kağızlar,  pul  yığımları,  dövlət 

istiqrazları daxildir.  

       İnformasiya  resursları  -  avtomatlaşdırılmış  istehsalın  fəaliyyəti  və  onun  kompyuter 

texnikasının köməkliyi ilə  idarə edmək üçün zəruri olan məlumatlardır.  

        Resursların digər təsnifatı da mümkündür, məsələn, hazırki dövrdə onların istifadə edilməsi, 

qarşılıqlı əvəz edilməsi, tükənməzlik və qeyri-tükənməzlik imkanlarının alternativliyi üzrə və s. 

Lakin  təsnifat  tipindən  asılı  olmayaraq  bütün  resurslar  ümumi  cəhətə  malikdir:  onlar  iqtisadi 

fəaliyyətin çıxış və əsas ilk zəminini səciyyələndirirlər: zəruri kefiyyətli və müxtəlif resursların 

olması nemətlərin yaradılması və deməli, tələbatların ödənilməsi üçün ilkin şərtdir.   

       Təbii,  material  və  əmək  resursları  hər  bir  cəmiyyətə  xasdır.  Bazar  iqtisadiyyatı  onlara 

maliyyə  resurslarını  əlavə  edir.  Müasir  postsənaye  bazar  iqtisadiyyatı  elmi-texniki  inqilab 

şəraitində mühüm rol oynayan informasiya resursları mövcud ola bilməz.  

       İqtisadi  nəzəriyyədə  resursların  mütləq  və  nisbi  məhdudluğu  fərqləndirilir.  Mütləq  

məhdudluq  dedikdə,  eyni  zamanda  cəmiyyət  üzvlərinin  bütün  tələbatlarının  ödənilməsi  üçün 

istehsal resurslarının kifayət olmaması başa düşülür. Lakin tələbatlar dairəsi azaldılarsa, mütləq 

məhdudluq  nisbi  məhdudluğa  çevrilir,  çünki  məhdud  tələbatlar  üçün  resurslar  nisbətən 

tükənməzdir. 

       Mütləq    məhdudluq  əsasən  təbii  və  əmək  resursları  üçün  nisbi  isə  maddi  ,  maliyyə, 

informasiya resursları üçün səciyyəvidir.  

 

 



4.İqtisadi seçim. İstehsal imkanları əyrisi. Alternativ xərjlər. 

       Tələbatların  ödənilməsi  vasitələrinin  məhdudluğu  zamanı  tələbatların  müxtəlifliyi  ona 

gətirib  çıxarır  ki,  əslində  onların  heç  də  hamısı  və  çox  ehtimal  ki,  tam  səviyyədə  ödənilə 

bilməyəcək.  Deməli,  hər  bir  iqtisadi  fəaliyyət  faktiki  olaraq  hazırkı  anda  ödənilməli  olan 

tələbatın  –  bütün  mümkün  olanlarından  birinin,  yaxud  bir  neçəsinin  seçilməsi  deməkdir.  Eyni 

zamanda  artan  tələbatların  ödənilməsi  möcud  resurs  texnologiyalarla  məhdudlaşır.  Bu  o 

deməkdir ki, iqtisadi qərarların qəbul edilməsi problemi, əslində iqtisadi fəaliyyətlərin alternativ 

variantlarından  birini  seçmə  problemidir.  Bu,  yalnız  o  halda  yaranır  ki,  indiki  iqtisadi  subyekt 

üçün nəinki real imkan, həm də alternativ variantlar arasında seçmək zərurəti mövcud olur.  

      Eyni  zamanda  həmin  fəaliyyət  hazırki  vəziyyətdə  bütün  yerdə  qalan  tələbatların 

ödənilməsindən  imtina  etmək  deməkdir.  Bununla  yanaşı  hər  bir  iqtisadi  fəaliyyət  məhdud 

resursların  ehtiyatlarının  müəyyən  hissəsinin  sərfi  və  deməli,  yerdə  qalan  tələbatların  ödənilmə 

imkanlarının ixtisarı deməkdir. Deməli, müəyyən tələbatların ödənilməsinə resursların müəyyən 

miqdarının  ayrılması  bu  resursların  digər  tələbatların  edənilməsi  üçün  istifadə  edilməsindən 

imtina  ilə  və  həm  də  mövcud  tələbatların  ödənilməsinin  bəzi  məhdudiyyətləri  ilə  əlaqədardır. 

Beləliklə, seçmə  probleminin  əks  tərəfi qənaət  və  səmərəlilik  –  hazırkı  iqtisadi  subyektin digər 

tələbatlarının  ödənilməsi  imkanının  təmin  edilməsi  ilə  mövcud  tələbatın  ödənilməsinə  vəsaitin 

məhdud və düşünülmüş şəkildə ayrılması problemidir.  

       Variantlardan  birini  seçərək,  biz  faktiki  olaraq  digər  (alternativ),  daha  yaxşı  variantdan 

imtina  edirik.  Ona  görə  də  seçim  həmişə  müəyyən  qurbanlarla  bağlıdır  ki,  bunlarda  alternativ 

xərclər  adlandırılır.  Alternativ  xərclər  –  mövcud  resursun  istifadə  edilmə  imkanlarının  seçimi 

nəticəsində  rədd  edilənlərdən  ən  dəyərlisinin  qiymətləndirilməsidir.  Rədd  edilən  variantın 

subyektiv  qiymətləndirilməsi  şəklində  çıxış  edərək,  alternativ  xərclər  yalnız  seçimi  həyata 

keçirən  şəxsin  şüurunda  mövcud  olur.  Onlar  –  dəyərdir  ki,onu  daha  böyük  dəyərə  görə  qurban 

vermişlər.  Alternativ  xərclər  yalnız  seçim  anında  mövcud  olur  və  bu  seçimin  həyata 



Yüklə 319,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə