Mövzu İqtisad elminin meydana qəlməsi və onun inkişafının əsas



Yüklə 319,32 Kb.
Pdf görüntüsü
səhifə10/11
tarix04.11.2017
ölçüsü319,32 Kb.
#8212
1   2   3   4   5   6   7   8   9   10   11

 

19 


“İnfrastruktur”  məfhumu  latın  sözləri  infra-aşağı,  altında,  struktura  –  tikili, 

birləşmədən  əmələ  gəlib.  İnfrastruktur  dedikdə  istehsal,  sosial  və  bazar 

infrastrukturu növləri başa düşülür. 

Bazar  infrastrukturu  əmtəə  və  xidmətlərin  hərəkətlərini,  alqı-satqı  aktlarını  və 

ya  bazara  xidmət  edən  və  onun  normal  rejimdə  fəaliyyətini  təmin  etmək    üzrə 

müəyyən funksiyaları yerinə yetirən institutlar, sistemlər, xidmətlər, müəssisələrin 

cəmini əhatə edən təşkilati-hüquqi formaların məcmusudur. 

Bazar  infrastrukturunun  elementləri  içərisində  əsas  yerlərdən  birini  birjalar 

təşkil edir. Birjaların əsasən əmtəə, fond və valyuta növləri mövcuddur. 

Birjanın digər elementləri içərisində hərraclar, yarmarkalar, lizinq xidməti və s. 

xüsusi əhəmiyyət təşkil edir. 

 

 



Mövzu 7. Bazar iqtisadiyyatı subyektlərinin ümumi səciyyəsi. 

 

7.1.



 

Bazar subyektləri: ev təsərrüfatı, firma və dövlət. 

Bazar  iqtisadiyyatının  subyektləri  dedikdə  ev  təsərrüfatı,  firma  və  dövlət  başa 

düşülür. 

Ev  təsərrüfatı  bazar  iqtisadiyyatında  bir  və  ya  bir  neçə  şəxsdən  ibarət  olan, 

müstəqil  surətdə  qərarlar  qəbul  edən,  tələbətlarını  maksimal  ödəməyə  çalışan  və 

onlar  müəyyən  üstünlük  verən,  hər  hansı  bir  istehsal  amilinin  sahibi  olan  “İnsan 

kapitalı”nın istehsalını və təkraristehsalını təmin edən iqtisadi vahiddir. 

Firma istehsal amillərinin planlı kombinasiyası vasitəsilə əmtəə və xidmətlərin 

hazırlanması və reallaşdırılması yolu ilə şəxsi maraqlarını həyata keçirən təsərrüfat 

vahididir. 

Dövlət  (hökumət)  ictimai  məqsədlərə  çatmaq  üçün  təsərrüfat  subyektləri  və 

bazar  üzərində  lazım  olanda  nəzarəti  təmin  etmək  üçün  hüquqi  və  siyasi 

hakimiyyəti  həyata  keçirən  müxtəlif  hökumət  idarələri  ilə  təmsil  olunur.  Dövlət 

digər subyektlər kimi sahibkarlıqlada məşğul olur. Dövlət sahibkarlığı. 

 

7.2. Firma resurslarının istehlakçısı və hazır məhsulun təchizatçısı kimi. 

 

Firma  dedikdə  istehsal  amillərinin  kombinasiyası  vasitəsilə  məhsul  və 

xidmətlərin  hazırlanması  və  reallaşdırılması  ilə  məşğul  olan  təsərrüfat  vahidi 

nəzərdə tutulur. Hər  bir  firma  iqtisadiyyatın  ilk  quruluş həlqəsidir. O  bir  tərəfdən 

texniki  vahiddir,  digər  tərəfdən  sosial  vahiddir.  Firma  texniki  vahiddir.  Bu  o 

deməkdir  ki,  orada  müəyyən  bir  hissənin  və  ya  məhsulun  hazırlanması 

texnologiyası  başa  çatmış  olur.  Firma  sosial  vahiddir,  bu  o  deməkdir  ki,  burada 

cəmiyyətin  müəyyən  sayda  üzvləri  fəaliyyət  göstərir.  Məhsul  və  xidmətlərin 

istehsalı  ilə  əlaqədar  onlar  arasında  iqtisadi  münasibətlər  baş  verir.  Firmalar 

məqsədindən,  fəaliyyətindən  və  davranışından  asılı  olaraq  hər  bir  milli 

təsərrüfatçılığın  işgüzar  fəallığını  əks  etdirir.  Çünki  firmanın  məqsədi  bilavasitə 

onun funksional fəallığını hərəkətə gətirir. 

 



 

20 


7.3. Sahibkarlıq fəaliyyətinin mahiyyəti və vəzifələri. Biznes, sahibkarlıq 

fəaliyyəti və kommersiya. 

 

İqtisadi  subyektlərin  bazar  təsərrüfatı  şəraitində  sahibkarlıq  fəaliyyəti  xüsusi 

rola  malikdir.  Çünki  istehsal  amili  kimi  ilkin  olaraq  sahibkarlıq  fəaliyyəti  kimi 

özünü  əks  etdirən  sahibkarlıq,  istehsal  prosesinin  təşkili  və  fəaliyyəti  ilə  əlaqədar 

olaraq,  istehsal  amillərinin  birləşdirilib  hərəkətə  gətirilməsi  ilə  əlaqədar  olaraq 

xüsusi fəaliyyət növü kimi meydana gəlir. 

Sahibkarlıq  fəaliyyətinin  vəzifələri  istehsal  amillərini  bir  yerə  toplamaq, 

maksimum  mənfəət  əldə  etmək,  iqtisadi  fəaliyyətin  müxtəlif  məsələləri  üzrə 

səmərəli və düzgün qərarlar qəbul etmək və s. ibarətdir. 

Biznes mənfəət və ya şəxsi gəlir gətirən iş və ya istənilən fəaliyyət növüdür. 

Kommersiya  insanların  məhsulun  realizə  edilməsi  və  ticarət  mənfəətinin  əldə 

olunmasına yönəlmiş ticarət fəaliyyətidir. 

 

7.4. Müəssisənin əsas təşkilati iqtisadi formaları. 

 

Kiçik,  orta,  iri  müəssisələr  işçilərin  sayı  və  dövriyyə  kapitalının  həcminə  görə 

fərqlənirlər. Bazar iqtisadiyyatında xüsusi təşkilati-iqtisadi formada cəmiyyət və ya 

birliklərdən  ibarət  olan  kooperativlər  çıxış  edirlər.  Onların  fəaliyyəti  kooperativin 

üzvlərinə  yardım  göstərməyə  yönəlib.  Kredit,  satış,  istehlak,  mənzil,  istehsal 

kooperativləri  mövcuddur.  Bu  təsərrüfatlarda  kooperativin  üzvləri  adətən  həm 

əmək sərf edənlər, həm də istehsal vasitələrinin sahibidirlər. 

Müasir  inkişaf  etmiş  bazar  sistemində  təsərrüfatın  ən  çox  yayılmış  forması 

səhmdar cəmiyyətdir ki, bu məhfum altında ümumi səhmdar kapitala pul ödəyən, 

sahibkar fəaliyyətində ondan istifadə edən və birgə gəlir əldə edən və ya itki verən 

şəxslərin  birliyi  başa  düşülür.  Səhmdar  cəmiyyəti-səhmlərin  satışı  yolu  ilə  pul 

vəsaitlərinin mərkəzləşdirilməsi əsasında istehsalın təçkili formasıdır. 



 

7.5. Dövlət bazar iqtisadiyyatının subyekti kimi. Dövlət sahibkarlığı. 

 

Dövlət  müxtəlif  hökumət  təşkilatları  simasında  çıxış  edərək  iqtisadi 

subyektlərin  normal  fəaliyyətinə  təminat  verən  siyasi  və  hüquqi  hakimiyyətdir. 

Həm  iqtisadi  subyektlərin,  həm  də  bütövlükdə  cəmiyyətin  mənafelərinin  normal 

reallaşdırılmasına nəzarət edir. 

Dövlət ictimai məqsədlərə çatmaq üçün təsərrüfat subyektləri və bazar üzərində 

lazım  olanda  nəzarəti  təmin  etmək  üçün  hüquqi  və  siyasi  hakimiyyəti  həyata 

keçirən  müxtəlif  hökumət  idarələri  ilə  təmsil  olunur.  Dövləti  təmsil  edən  büdcə 

təşkilatlarının  məqsədi  mənfəət  əldə  etmək  yox,  iqtisadiyyatın  dövlət  tərəfindən 

tənzimlənməsi  funksiyasını  həyata  keçirməkdir.  Dövlət  sahibkarlığı  fəaliyyəti 

adətən  iqtisadiyyatın  ya  çox  yüksək  ilkin  kapital  qoyuluşu  tələb  olunduğu,  ya 

xərclərin  ödənilməsi  müddəti  çox  uzun  olduğu,  ya  da  cəmiyyət  üçün  zəruri 

məhsulun  istehsalının  ziyan  gətirəcəyi  qabaqcadan  məlum  olduğu  sahələri  əhatə 

edir. 


 


Yüklə 319,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə