Mövzu İqtisad elminin meydana qəlməsi və onun inkişafının əsas



Yüklə 319,32 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix04.11.2017
ölçüsü319,32 Kb.
#8212
1   2   3   4   5   6   7   8   9   10   11

 

17 


milliləşdirmə adlanır. Dövlət mülkiyyət formasında xüsusi və ya kollektiv mülkiyyət formalarına 

keçid özəlləşdirmə adlanır.   

     Özəlləşdirmə  müxtəlif  üsullarla  aparılar  bilər:  dövlət  mülkiyyətinin  əvəzsiz  və  ya  pulla 

(adətən  hərraclar  yolu  ilə)  müəssisələrin  səhmdarlaşdırılması,  çek  özəlləşdirilməsi  və  s.  yolla 

xüsusi mülkiyyətə verilməsi.  

      Özəlləşdirmə  inzibati  –  amirlik  sistemindən  bazar  tipli  iqtisadiyyata  keçidi  prosesində 

mühüm  mərhələdir.  Azərbaycanda  özəlləşdirmə  prosessi  1995-ci  ildə    qəbul  edilmiş  Dövlət 

özəlləşdirmə  Proqramı  əsasında  keçmişdir.  Azərbaycan  Respublikasında  özəlləşdirmənin 

səciyyəvi  xüsusiyyəti    bu  olmuşdur  ki,  o  əhaliyyə  özəlləşdirmə  çeklərinin  verilməsi,  həmçinin 

hərraclarda (istər çek, istərsə də   həmçinin pul) müəssisələrin satışı yolu ilə baş vermişdir. 2000 

–ci  ildə    ikinci  özəlləşdirmə  proqramı  fəaliyyətə  başladı.  Dövələt  özəlləşdirmə  Proqramına 

uyğun  olaraq    orta  və  iri  müəssisələrin  özəlləşdirilməsi  zamanı  səhmdar  cəmiyyətinin  səhmləri 

aşağıdakı satış tipləri üzrə  belə bölünmüşdür:  

-kollektivə  güzəştli satış-15%; 

-çek hərracları (investisiya müsabiqələri və sövdələri -55%  dən  olmamaqla).  

     Kiçik  müəssisələrin  özəlləşdirilməsi  zamanı  obyektin  dəyərinin  -15%-i  əmək  kollektivinin 

üzvlərinə  özəlləşdirmə çeklərilə  satılmışdır, 85% -i açıq pul hərraclarına çıxarılmışdır.          

      Azərbaycanda özəlləşdirmənin ən səciyyəvi cəhətlərindən biri onun aparılması modelləri ilə 

bağlıdır.  

       Azərbaycanda özəlləşdirmənin xüsusiyyətlərinə onun kənd təsərrüfatından başlanmasını aid 

etmək olar. 

       Azərbaycanda  özəlləşdirmənin  xarakterik  cəhətlərinə  özəlləşdirmənin  dünya  ölkələrinin 

üzünə açıq olmasıdır.  

       Azərbaycanda  özəlləşdirmə    modelinin  fərqləndirici  cəhətlərindən  biri  də  dövriyyəyə 

buraxılan özəlləşdirmə çeklərinin nominal qiymətə malik olmasıdır.  

 

 



Mövzu 6. Bazar və bazar iqtisadiyyatı. 

 

6.1.



 

İctimai təsərrüfatın əsas formaları: natural təsərrüfat, əmtəə 

təsərrüfatı, sadə əmtəə təsərrüfatı, kapitalist əmtəə təsərrüfatı. 

 

Natural  təsərrüfat  qapalı  təsərrüfatdır.  Burada  maddi  nemətlər  və  xidmətlər 

birbaşa  istehlak  etmək  üçün  istehsal  olunurlar.  Məhsullar  bazara  girmədən 

istehlaka daxil olur. 

Natural  təsərrüfatın  maddi  əsasını  aşağı  səviyyədə  olan  ictimai  əmək  bölgüsü 

təşkil edir. Əmtəə təsərrüfatı forması natural təsərrüfatın əksi kimi əvvəlcə icmalar 

arasındakı münasibətlərdə yaranır, sonra isə onların daxilinə nüfuz edərək tədricən 

natural təsərrüfatın cəmiyyətin ictimai həyatında 2-ci dərəcəli və aradan qalxmaqda 

olan elementinə çevrilir. 

Sadə  əmtəə  təsərrüfatı  istehsal  vasitələri  üzərində  xüsusi  mülkiyyətə  və 

mülkiyyətçinin  şəxsi  əməyinə  əsaslanır.  O  özünün  istehsal  etdiyi  məhsulları 

satmaqla  istehsal  prosesini  davam  etdirməyə  və  öz  ailəsinin  yaşayışını  təmin 

etməyə çalışır. 

Kapitalist əmtəə təsərrüfatı isə istehsal vasitələri üzərində xüsusi mülkiyyətə və 

muzdlu  işçilərin  əməyinə  əsaslanır.  Burada  məqsəd  mülkiyyətçinin  varidatını 

artırmaqdan ibarətdr. Gəlir götürməkdir. 

 

6.2. Bazarın meydana gəlməsinin tarixi şərtləri. Bazarın fünksiyaları. 



 

18 


 

Bazarın  meydana  gəlməsinin  tarixi  şərtləri  içərisində  ictimai  əmək  bölgüsü  və 

ixtisaslaşma mühüm əhəmiyyət kəsb edir. Ictimai əmək bölgüsü əmək fəaliyyətinin 

müxtəlif növlərinin həyata keçirilməsi və ictimai formada diferensiallaşması ilə baş 

verən müxtəliffəaliyyət növlərinin ayrılmasının, möhkəmlənməsinin, dəyişməsinin 

tarixi prosesidir. 

İxtisaslaşma  isə  istehsalçıların  əmək  bölgüsü  əsasında  ayrı-ayrı  məhsullar  və 

onların hissələrinin hazırlanmasına yönümlənməsidir. 

Digər  bir  şərt  istehsalçıların  iqtisadi  cəhətdən  təcrid  olması,  əlahiddələşməsi, 

transaksion  xərclər  və  istehsalçının  müstəqilliyidir.  Bazarın  iqtisadi  mahiyyəti  öz 

əksini  onun  funksiyalarında  tapır.  Bu  funksiyalar  dedikdə  birləşdirmə, 

tənzimləyici,  həvəsləndirici,  qiymətəmələgəlmə,  nəzarət,  vasitəçilik,  informasiya, 

qənaətçilik və s. təşkil edir. 

 

6.3



 

. Bazarın tipologiyası. 

 

Bazarın  tipologiyası  dedikdə  inkişaf  etməmiş,  azad,  tənzimlənən  və 



deformasiya  edilmiş  bazar  başa  düşülür.  İnkişaf  etməmiş  bazarda  bazar 

münasibətləri  təsadüfi,  əsasən  əmtəə  (barter)  səciyyəlidir.Burada  cəmiyyət 

üzvlərinin təbəqələşməsi və digər əmtəənin istehsalına maraq güclənir.  

Azad (klassik) bazar özünü tənzimləmə  mexanizmi əsasında fəaliyyət göstərir. 

Burada  tələb  əsasında  qiymətlər  vasitəsilə  istehsala  kapital  qoyuluşu 

istiqamətləndirilir.  

Tənzimlənən  bazar  cəmiyyətin  sivilləşməsi  və  humanistləşməsinin  nəticəsidir 

ki, bu zaman dövlət cəmiyyətin ayrı-ayrı üzvlərinin maraqlarına bazarın zərbəsini 

zəiflətməyə çalışır. Dövlət müəyyən dərəcədə bazarın fəaliyyəti üçün şərait yaradır 

və  onun  bazar  münasibətlərinə  həddən  artıq  qarışması  onların  deformasiyası  ilə 

nəticələnir. İnzibati amirlik iqtisadi sistemində bazar deformasiyaya uğrayır. 

 

6.4.



 

Bazarın strukturu. Bazarın növləri.  

 

Bazarın  strukturu  dedikdə  bazarın  ayrı-ayrı  elementlərinin  daxili  quruluşu, 



yerləşməsi, düzülüşü, onların bazarın ümumi həcmində xüsusi çəkisi başa düşülür. 

Bazarın obyektləri üzrə strukturu aşağıdakı bazar növlərini yaradır. 

Əmtəə və xidmətlər bazarı, iş qüvvəsi bazarı, istehsal vasitələri bazarı, qiymətli 

kağızlar  və  valyuta  bazarı,  innovasiya  bazarı,  informasiya  bazarı,  lisenziyalar 

bazarı və s. 

Subyektlərinə görə bazar strukturu aşağıdakı bazar növlərini yaradır. Bura alıcı 

bazarı,  satıcı  bazarı,  dövlət  təşkilatları  bazarı,  aralıq  satıcı-vasitəcilər  bazarı 

daxildir. 

 

6.5.  Bazar infrastrukturu. 

 



Yüklə 319,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə