Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti


Sənaye istehsalının əsas xüsusiyyətləri



Yüklə 0,68 Mb.
səhifə10/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   6   7   8   9   10   11   12   13   ...   106
iqtisadiyyat nmf

3. Sənaye istehsalının əsas xüsusiyyətləri
Xalq təsərrüfatı bır çox sahələrdən: sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, rabitə və s. ibarətdir. Lakin xalq təsərrüfatının əsasını, bünövrəsini sənaye təşkil edir.
Sənaye iri maddi istehsal sahəsi olub, əmək alətlərinin və xalq istehlakı mallarinin istehsalı ilə məşgul olur. Sənayedə maşın və avadanlıgın bütün növləri, bina və qurğular üçün konstruksiyalar yaradılır, faydalı qazıntılar (yanacaq, filiz, duz, qeyri-filiz materialları) hasil edilir, bitki və heyvandarlıq xammalı emal olunur, istehlak əşyaları hazırlanır.
Sənaye xalq təsərrüfatının aparıcı sahəsi olub özünün bir sıra xarakterik xüsusiyyətlərinə görə xalq təsərrüfatının digər sahələrindən fərqlənir.
Sənayeni xalq təsərrüfatının digər sahələrindən fərqləndirən əsas xüsusiyyətləri aşagıdakılardır.
1. Sənayenin, xüsusilə onun elektroenergetika, maşınqayırma və kimya sənayesi kimi sahələrinin inkişafı bütünlükdə xalq təsərrüfatında elmi-texniki tərəqqinin sürətləndirilməsi üçün əsasdır.
2. Sənaye, xüsusilə ağır sənaye, bütün iqtisadiyyatın özülü, ölkənin bütün subyektlərinin ıqtisadi inkişafının və geniş təkrar istehsalının əsasıdır.
3. Ölkənin müdafiə qabiliyyəti xeyli dərəcədə sənayenin inkişafı səviyyəsi ilə müəyyən edilir.
4. Ölkə vətəndaşlarının xalq istehlakı malları ilə təminatı yüngül və yeyinti sənayesinin inkişafından asılıdır.
Sənaye bir-birilə qarşılıqlı əlaqədə olan çoxlu sayda sahələrdən ibarətdir.
Sənaye sahəsi istehsal olunan məhsulun iqtisadi təyinatının vəhdəti, istehlak olunan materialların həmcinsliyi, texniki bazanın və texnoloji proseslərin ünumiliyi, kadırların xüsusi peşə tərkibi və xüsusi iş şəraiti ilə səciyyələnən müəssisələrin məcmusundan ibarətdir.
Sənayenin sahə quruluşu buraya daxil olan sahələrin və komplekslərin tərkibini, sənaye istehsalının ümumi həcmində onların payını əks etdirir. Senayenin sahə quruluşu həmişə hərəkətdədir, dəyişmədədir, daha doğrusu, mühüm struktur dəyişiklikləri baş verir. Sahə quruluşunun formalaşmasına bir sıra amillər təsir edir. Həmin amillər aşagıdakılardır.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə