Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti


Elmi-texniki tərəqqinin sürətlənməsi



Yüklə 0,68 Mb.
səhifə11/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   7   8   9   10   11   12   13   14   ...   106
iqtisadiyyat nmf

1. Elmi-texniki tərəqqinin sürətlənməsi. Məhz bu amilin təsiri ilə yeni sənaye sahələri və istehsallar yaranır. Məsələn, Elmi-texniki tərəqqinin təsiri ilə son dövrlərdə qarışıq yem istehsalı sənayesi, enerji maşınqayırma, kosmik texnikanın istehsalı və s.kimi sahələr meydana gəlmişdir.
2. Dövlətin iqtisadi siyasəti. Dövlət öz siyasətini yeridərkən iqtisadi və sosial baxımdan daha əhəmiyyətli sənaye sahələrini dəstəkləyə bilər və bununla da onların inkişaf sürətlərinə təsir edər.
3. Sənaye emalı üçün yararlı olan faydalı qazıntıların ölkədə mövcudluğu. Bu və ya başqa faydalı qazıntılarla ölkə nə qədər zəngin olarsa bütün başqa şərtlər eyni olduqda sənaye istehsalının ümumi həcmində hasilat sahələrinin payı daha çox olar.
4. Xalqın mədəni səviyyəsinin və maddi rifah halının vəziyyəti. Xalq istehlakı mallarını əldə etmək qabiliyyəti xalqın maddi həyat səviyyəsindən asılıdır ki, bu da onları istehsal edən sahələrin inkişafı üçün əsasdır. Ölkədə əhalinin orta təbəqəsinin olması uzunmüddətli istifadə mallarını istehsal edən sahələrin inkişafına yardım göstərir.
5. Ənənəvi formalaşmış ixtisaslaşma.
6. Dövlət büdcəsindən maliyyələşdirilən kapital qoyuluşlarının plan sahə quruluşu.
Sənaye sahəsini ilkin istehsal baxımdan ümumi şəkildə iki böyük bölməyə ayırmaq olar.
1. Hasilat sənayesi
2. Emal sənayesi
Hasilat sənayesinin özü də bir çox sahələrdən və yarımsahələrdən ibarətdir. Bura hər şeydən əvvəl dağmədən, meşəemalı sənayesi, dəniz mədənləri, su təchizatı, ovçuluq-mədən təsərrüfatı, bir sözlə xammal və yanacaq çıxarılması və s. aiddir. Bu sahənin məhsulunun 75%-ə qədəri ən böyük yarımsahə olan dağmədən sənayesinin payına düşür. Bu yarımsahədə isə əsas yeri neft-qaz sənayesi tutur. Qalan hissə isə kömür və filiz çıxarılması sahələrinin payına düşür. Emal sənayesi daha mürəkkəb bir kompleks olub özündə 300-dən artıq sahə və yarımsahəni birləşdirir.
Emal sənayesini qruplaşdırılmış şəkildə 4 bölməyə ayırmaq olar.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə