Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti


Konstruksiya materialları və kimyəvi məhsullar istehsalı



Yüklə 0,68 Mb.
səhifə12/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   8   9   10   11   12   13   14   15   ...   106
iqtisadiyyat nmf

1. Konstruksiya materialları və kimyəvi məhsullar istehsalı.
2. Maşınqayırma və metalemalı
3. Yüngül sənaye
4. Yeyinti sənayesı.
Bunlardan başqa sənaye sahələri aşağıdakı bir sıra xüsusiyyətlərinə görə də fərqlənirlər.
1. İstehsal etdiyi məhsulun iqtisadi təyinatına görə sənaye sahələri iki yerə ayrılır.
1. Ağır sənaye sahələri
2. Yüngül sənaye sahələri
Ağır sənaye sahələrində istehsal vasitələri istehsal olunur. Belə ki bu saneye sahələrinin istehsal etdiyi məhsullar digər sənaye sahələrinin istehsal avadanlıqlarını təşkil edir.
Yüngül sənaye sahələrində isə xalq istehlakı malları istehsal olunur.
Lakin elə sənaye sahələri vardır ki, onlar həm istehsal vasitələri və həm də xalq istehlakı malları istehsal edir. Bu zaman bu sənaye sahələrini fərqləndirmək üçün həmin sənaye sahələrinin istehsal etdikləri məhsulların xüsusi çəkisinə baxılır. Əgər istehsal vasitələri istehsalının xüsusi çəkisi böyükdüsə bu ağır sənaye sahələrinə, əks halda yüngül sənaye sahələrinə aid edilir.
2. İstifadə etdikləri xammal bazasının ümumiliyinə görə, məsələn, metal emalı müəssisələri
3. Texnoloji proseslərin ümumiliyinə görə məsələn, kimya müəssisələri
4. Öz tərkibinə çoxlu sayda sahələr daxil olan kompleks sahələr. Məsələn, kimya sənayesi.
4. Müəssisənin təşkilati-hüquqi formaları.
Müəssisənin konkret forma və növləri kortəbii yaradılmır və yaradıla da bilməz. O, elm və texnikanın inkişafı, istehsalın təmərküzləşməsi və ixtisaslaşması, səmərəli təsərrüfat əlaqələrinin qurulması, ümumiyyətlə isə, dövrün özünün tələblərinə uyğun, həmin tələblər nəzərə alınmaqla yaradılır. Bu baxımdan ölkə iqtisadiyyatının bazar münasibətlərinə keçidi ilə əlaqədar müəssisələrin idarə edilməsində, onların təşkilati-hüquqi formalarında ciddi dəyişikliklər baş vermiş və tədricən bazar münasibətlərinə uyğunlaşmışdır.
Mövcud qanunvericiliyə görə Azərbaycan Respublikasında müəssisələr təsərrüfat ortalıqları və cəmiyyətləri şəklində yaradıla bilər. Təsərrüfat ortalıqları tam ortaqlıq və kommandit ortaqhğı, təsərrüfat cəmiyyətləri isə məhdud məsuliyyətli müəssisə, əlavə məsuliyyətli müəssisə və səhmdar cəmiyyəti formalarında olur. Beləliklə, müəssisələr fərdi, şərikli (tam ortaqlı), payçı və şərikli (kommandit ortaqlıqlar), məhdud məsuliyyətli müəssisələr, əlavə məsuliyyətli müəssisə və səhmdar cəmiyyəti kimi təşkilati-hüquqi formalarda yaradıla bilər (Şəkil 1.1.). Fərdi müəssisə bir şəxs tərəfindən yaradılan tam ortaqlıqdır.



Şərikli
(tam ortaqlı)

Payçı və şərikli (komandit ortaqlı)

Fərdi







Müəssisələrin
təşkilati-hüquqi formaları

Mmm



Səhmdar
cəmiyyəti

Əlavə məsuliyyətli
cəmiyyət

Məhdud məsulittətli
cəmiyyət

Şəkil 2.1. Müəssisələrin təşkilati-hüquqi formaları


Fərdi müəssisə - sahibkarlıq fəaliyyətinin ən klassik formalarından biridir. Belə müəssisələr adətən bir şəxsin mülkiyyəti əsasında təşkil olunur. Bununla yanaşı belə müəssisələr başqa mülkiyyətlərə məxsus olan müəssisələrin satın alınması yolu ilə də yaradıla bilər. Bu tip müəssisələrin idarə olunması, adətən, sahibkarın özü tərəfindən həyata keçirilir. Bir sıra hallarda sahibkar öz müəssisəsinin idarə olunmasını menecerlərə həvalə edə bilər, lakin belə halda da müəssisənin fəaliyyəti üzərində ümumi nəzarət sahibkarın ixtiyarında qalır.
Fərdi müəssisələrin sahibkarlıq sahəsində geniş yayılması onun bir sıra üstünlükləri ilə bağlıdır. Bu üstünlüklərə aşağıdakılar aid edilir:
- təşkilin sadəliyi;
- fəaliyyət azadlığı - sahibkar öz fəaliyyəti ilə bağlı olan bütün məsələlər üzrə qərar qəbul edilməsində tam azaddır (fəaliyyət növünün və onun həcminin müəyyən edilməsində, tərəf müqabillərinin seçilməsində və s.);
- güclü iqtisadi motivin olması - xalis mənfəətin tamamilə sahibkara çatması.
Qeyd edilən üstünlüklərlə yanaşı, fərdi müəssisələrin əsas çatışmayan cəhəti müəssisənin öhdəliklərinə görə onun sahibinin öz (ailə üzvlərinin) əmlakı ilə məsuliyyət daşımasıdır. Əgər müəssisə öz əmlakı ilə öhdəliklərini yerinə yetirə bilmirsə, onda bu öhdəliklər mülkiyyətçinin əmlakı hesabına ödənilir. Aydındır ki, bu cür məsuliyyət sahibkarı yüksək riskli səviyyədə saxlayır.
Şərikli (tam ortaqlı) müəssisə ən azı iki fıziki və ya hüquqi şəxslər tərəfındən -müqavilə əsasında - təsis edilir. Şəriklər müəssisənin öhdəliklərinin yerinə yetirilməsinə görə bütün əmlakları ilə məsuliyyət daşıyırlar. Əgər fəaliyyət göstərən müəssisəyə sonradan hər hansı başqa bir şərik daxil olarsa, bu halda o, digər şəriklər kimi müəssisənin əvvəlki borclarına görə də bütün əmlakı ilə məsuliyyət daşımalı olur. Eyni zamanda müəssisədən çıxan şərik həmin vaxta kimi müəssisənin fəaliyyəti nəticəsində yaranmış borclara görə digər iştirakçılarla birlikdə bütün əmlakı ilə məsuliyyət daşıyır. Şəriklərdən biri müəssisədən çıxdıqda öz payını geri almaq hüququna malikdir. Şəriklərin razılığı ilə həmin pay müəssisənin şəriklərinə və ya kənar şəxslərə satıla, verilə bilər. Müəssisənin şərikləri payın alınmasında üstün hüquqlara malikdirlər. Pay satılmadığı halda müəssisənin nizamnamə fondunun həcmi onun məbləğinə uyğun olaraq azaldılır. Tərəfdaşlardan birinin şərikli müəssisəni müəyyən öhdəliklərlə yükləməsi ehtimalı böyük olduğu üçün, şəriklərin düzgün seçilməsi çox vacibdir. Bir çox hallarda şərikli müəssisə haqqında rəsmi saziş və ya formal razılaşma olur ki, bu da tərəflərdən hər birinin səlahiyyətlərini, mənfəətin bölüşdürülməsini, tərəfdaşlar tərəfindən müəssisəyə qoyulan kapitalın ümumi məbləğini, yeni şəriklərin cəlb olunmasını və tərəfdaşlardan hər hansının müxtəlif səbəblərdən şərikli müəssisədən çıxdıqda onun yenidən qeydiyyatı qaydalarını müəyyən edir.
Hüquqi cəhətdən şəriklərdən biri müəssisədən çıxdıqda, bu, adətən, şərik müəssisənin ləğv olunması ilə nəticələnir. Çünki belə halda bütün məsələləri tənzimləmək və şərikli müəssisəni bərpa etmək kifayət qədər çətindir. Bu səbəbdən şərikli müəssisə sahibkarhq fəaliyyətinin səmərəli təşkili formalarından deyildir. Digər tərəfdən, bu tip müəssisələrdə qərarların qəbulu çətin bir proseduradır. Əgər şərikli müəssisə haqqındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, vacib qərarlar səs çoxluğu ilə qəbul edilməlidir. Daha az əhəmiyyətli məsələlər üzrə müəssisənin fəaliyyəti bəzi tərəfdaşlar tərəfındən həyata keçirilə bilər, lakin bu barədə digər tərəfdaşlara məlumat verməlidir. Bu və ya digər tərəfdaşın hüquqları onlar arasında bağlanmış rəsmi və ya qeyri - rəsmi müqavilə əsasında dəyişə bilər.
Şərikli (tam ortaqlı) müəssisədə olan yuxarıda qeyd olunan çatışmazlıqlar onun daha təkmilləşmiş forması olan payçı və şərikli (komandit ortalıqlar) müəssisə formasında aradan qaldırılır. Belə müəssisələr həm şərikin (şəriklərin), həm də payçının (payçıların) vəsaiti əsasında formalaşır. Bir qayda olaraq, şərik müəssisənin öhdəliklərinə və borclarına görə özünün bütün əmlakı ilə, payçı isə yalnız müəssisəyə verdiyi pay həcmində məsuliyyət daşıyır. Payçı və şərikli müəssisələrdə idarəetmə, əsasən, şəriklər tərəfindən həyata keçirilir, payçıların isə idarəetmədə və təsərrüfat fəaliyyətinin aparılmasında iştirak etmək, şəriklərin bu sahədəki fəaliyyətlərinə qarışmaq hüququ yoxdur. Payçı əldə edilən mənfəətin bir hissəsini qoyduqları paya uyğun olaraq və təsis müqaviləsində nəzərdə tutulmuş qaydada almaq, ortaqlığın hesabat sənədləri ilə tanış olmaq, maliyyə ilinin sonunda ortaqlıqdan çıxmaq və təsis müqaviləsində nəzərdə tutulmuş qaydada qoyduğu payı geri almaq hüquqlarına malikdir.
Məhdud məsuliyyətli müəssisə bir və ya bir neçə fıziki və (və ya) hüquqi şəxs tərəfındən yaradılan, Nizamnamə fondu təsis müqaviləsi ilə müəyyən edilən həcmdə paylara bölünən müəssisədir. Müəssisənin təsisçiləri onun öhdəliklərinə görə ancaq nizamnamə fonduna qoyduqları payları həcmində məsuliyyət daşıyırlar. Təsisçi müəssisədən çıxdıqda öz payını alır.
Məhdud məsuliyyətli müəssisə öz öhdəliklərinə görə ona məxsus olan bütün əmlakı ilə cavabdehdir və öz təsisçilərinin üçüncü şəxslər qarşısında öhdəliklərinə görə cavabdeh deyildir.
Müəssisənin təsisçisi öz payını satarkən, digər təsisçilər bu payı almaq üçün üstün hüquqlara malik olurlar. Belə ki, öz payını və onun bir hissəsini satmaq istəyən təsisçi bu haqda məhdud məsuliyyətli müəssisənin icra orqanı məlumatlandırmalıdır. Müəssisənin icra orqanın təsisçidən öz payını satışa çıxarılması haqqında məlumat aldıqdan sonra - yeddi gün ərzində - bu barədə müəssisənin bütün təsisçilərinə xəbər verilməlidir. Üstün satınalma hüququndan istifadə etmək arzusunda olan müəssisənin təsisçisi satışa təqdim olunan payın hansı hissəsini əldə etməyə hazır olduğunu yeddi gün ərzində müəssisənin icra orqanına bildirməlidir. Əgər payın satışa çıxarılması haqqında məlumatın müəssisənin icra orqanına göndərilməsi anından etibarən bir ay müddətində pay və ya onun bir hissəsi müəssisənin təsisçiləri tərəfindən üstün hüquqdan istifadə edilməsi qaydasında alınmazsa, onda təsisçi öz payını və ya onun bir hissəsini üçüncü şəxsə satmaq hüququna malikdir.
Müəssisənin illik və ya rüblük fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin təsisçilər arasında bölüşdürülməsi ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncağın xalis mənfəətin təsisçilər arasında təmamilə və ya bir hissəsinin bölüşdürülməməsi haqqında qərar qəbul etmək hüququ vardır.
Hər bir təsisçi müəssisənin Nizamnamə fondunda və digər əmlakında payına uyğun olaraq bölüşdürülən mənfəətin bir hissəsini almaq hüququna malikdir. Müəssisənin nizamnaməsində başqa hal nəzərdə tutulmayıbsa, bölüşdürülən mənfəətdən təsisçilərə verilən məbləğ ümumi yığıncaq qərar qəbul etdikdən sonra təsisçilərə bir ay müddətində ödənilir.
Əlavə məsuliyyətli müəssisənin məhdud məsuliyyətli müəssisədən fərqi ondan ibarətdir ki, onun iştirakçıları müəssisənin öhdəliklərinə görə Nizamnamə fonduna qoyduqları paylarının nizamnamə ilə müəyyənləşdirilən və hamısı üçün eyni olan misli miqdarında subsidiar məsuliyyət daşıyırlar. İştirakçılardan biri öz payını ödəmək imkanına malik deyildirsə, bu pay digər iştirakçılar arasında onların paylarına uyğun olaraq bölünür.
Müəssisənin geniş yayılmış təşkilati – hüquqi formalarından biri də səhmdar cəmiyyətləridir. Səhmdar cəmiyyəti özünün təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə Nizamnamə fondunu səhm buraxmaq yolu ilə formalaşdıran fıziki və (və ya) hüquqi şəxslərin könüllü sazişi əsasında yaradılan müəssisədir. Belə cəmiyyətin səhmlərini alanlar onun səhmdarlarına çevrilirlər və aldıqları səhmlərin miqdarına uyğun olaraq onun mənfəətindən dividend almaq hüququ qazanırlar. Səhmdar cəmiyyəti bir fıziki və ya hüquqi şəxs tərəfındən də təsis edilə bilər. Müəssisənin öhdəliklərinə görə səhmdarlar özlərinin verdikləri pay həcmində (onlara məxsus olan səhm paketi hüdudunda) məsuliyyət daşıyırlar.
"Səhmdar cəmiyyəti haqqında" Azərbaycan Respublikası Qanununa görə (maddə 17) qapalı tipli səhmdar cəmiyyətin nizamnamə fondunun minimum həcmi 5 milyon, açıq tipli cəmiyyətin isə 10 milyon manat məbləğində müəyyən edilmişdir. Qapalı tipli səhmdar cəmiyyətinin səhmlərinin satılması zamanı onun səhmdarları satılan səhmlərin alınmasında üstün hüquqa malikdirlər. Əgər cəmiyyətin səhmdarları satışa çıxarılmış səhmlərin əldə edilməsi üzrə öz üstün hüquqlarından istifadə etmirlərsə, bu zaman cəmiyyət həmin səhmləri onların mülkiyyətçisi ilə razılaşdırılmış qiymətə özü əldə edə bilər. Səhmdar cəmiyyəti səhmləri əldə etməkdən imtina etdikdə və ya onların qiymətinə dair razılığa gəlmədikdə səhmlər üçüncü şəxsə özgəninkiləşdirilə bilər.
Qapalı tipli səhmdar cəmiyyəti səhmdarlarının sayına məhdudiyyət qoyulur. Əgər səhmdarların sayı müəyyən edilmiş həddi keçərsə, onda o, bir il ərzində qapalı tipli cəmiyyətdən açıq tipli səhmdar cəmiyyətinə çevrilməlidir.
Artıq qeyd olunduğu kimi, səhmləri müstəqil surətdə özgəninkiləşdirilə, səhmlərinə açıq abunə yazılışı keçirilə bilən cəmiyyət açıq tipli səhmdar cəmiyyət hesab edilir. Nəzərə almaq lazımdır ki, bu tip cəmiyyətin səhmdarlarına öz səhmlərini satmaq üçün heç bir məhdudiyyət yoxdur. Lakin səhmdarlara səhmlərin miqdarına proporsional olan miqdarda açıq abunə yolu ilə yerləşdirilən səhmlərin və bu cür səhmlərə çevrilə bilən qiymətli kağızların əldə olunmasında üstün hüquqların verilməsi səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutula bilər. Belə halda, bununla əlaqədar qərar və bu qərarın qüvvədə qalma müddəti səhmdarların ümumi yığıncağında qəbul edilir. Bu cür qərarların fəaliyyət müddəti adətən bir ildən artıq olmur. "Səhmdar cəmiyyəti haqqında" Azərbaycan Respublikası Qanununa əsasən açıq tipli səhmdar cəmiyyətin nizamnamə fondunun minimum həcmi, əvvəllər qeyd edildiyi kimi, 10 milyon manat müəyyən olunmuş, səhmdarlarının sayına isə heç bir məhdudiyyət qoyulmamışdır.
Səhmdar cəmiyyəti üçün maliyyə resurslarının cəlb edilməsinin əsas mənbəyi səhmlərin buraxılışıdır. Səhm - onun sahibinin (səhmdarın) səhmdar cəmiyyətin mənfəətinin bir hissəsini dividend şəklində almaq, səhmdarın cəmiyyətin idarə olunmasında iştirak etmək və o, ləğv edildikdən sonra qalan əmlakın bir hissəsini əldə etmək hüququnu təsbit edən qiymətli kağızdır.
Səhmdar cəmiyyətin Nizamnamə kapitalı adi (sadə) və imtiyazlı səhmlərin yerləşdirilməsi nəticəsində formalaşdırılır. Sadə (adi) səhmlər səhmdar cəmiyyətin Nizamnamə kapitalının 75 faizindən az, imtiyazlı səhmlər isə 25 faizindən çox ola bilməz. Adi səhm sahiblərinə - səhmdarlara - aşağıdakı hüquqları verir:
a) səhmdarların ümumi yığıncağında səsvermə yolu ilə ("bir səhm - bir səsdir" prinsipilə) səhmdar cəmiyyətin idarə olunmasında iştirak etmək;
b) dividend əldə etmək; c) səhmdar cəmiyyətin ləğv edilməsi zamanı onun əmlakının bir hissəsini almaq.
İnvestorlar adi səhm alaraq səhmdar cəmiyyətin Nizamnamə fonduna müddətsiz pay qoyurlar. Adi səhmlərin mülkiyyət hüququnun daşıyıcısı kimi əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, səhmdar verdiyi payı səhmdar cəmiyyətdən geri tələb edə bilməz. Deməli, adi səhm - müddətsiz qiymətli kağızdır.
İmtiyazlı səhmlərin sahibləri səhmdarların ümumi yığıncağında səsvermə hüququna malik olmasalar da dividend əldə etməkdə və cəmiyyət ləğv edilərkən onun əmlakından pay almaqda üstün hüquqa malikdirlər. Bir qayda olaraq, imtiyazlı səhmlərə müəyyən edilmiş sabit dividend verilir.
Bir müəssisə digərinin Nizamnamə kapitalında üstün iştirakına və ya onlar arasında bağlanmış müqaviləyə görə onun qəbul etdiyi qərarları müəyyənləşdirmək imkanına malik olursa, onda ikinci müəssisə birincinin törəmə müəssisəsi hesab edilir. Törəmə müəssisə əsas müəssisənin borcları üçün cavabdeh deyildir.
Törəmə müəssisə, baş (əsas) müəssisənin verdiyi göstərişlər əsasında bağladığı əqdlər (müqavilələr) üzrə onunla birgə məsuliyyət daşıyır. Əsas müəssisə törəmə müəssisəyə yalnız onlar arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş məcburi göstərişləri verə bilər.
Törəmə müəssisənin iştirakçıları (səhmdarları) baş (əsas) müəssisədən onun təqsiri üzündən törəmə müəssisəyə dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilərlər. Əsas müəssisə, yalnız onun verdiyi məcburi göstərişin törəmə müəssisə tərəfindən icrası nəticəsində baş vermiş zərərə görə təqsirli hesab edilə bilər.
Törəmə müəssisə əsas müəssisənin təqsiri üzündən müflis olduqda əsas müəssisə onun borcları üzrə subsidiar məsuliyyət daşıyır. Törəmə müəssisə yalnız əsas müəssisənin onun üçün məcburi göstərişini icra etməsi nəticəsində müflis olduqda, bu əsas müəssisənin təqsiri üzündən baş vermiş sayılır.
Müəssisənin Nizamnamə kapitalının iyirmi faizindən çoxu digər müəssisəyə mənsub olduqda, o, asılı müəssisə hesab edilir.
Müxtəlif sahələrə mənsub müəssisələrdə istehsal prosesi və onun həyata keçirilməsi şəraitləri bir - birindən fərqlənir. Bu səbəbdən də, ayrı - ayrı müəssisələrdə istehsalın təşkili və idarə edilməsi, əməyin və material - enerji ehtiyatlarının normalaşdırılması, əməyin ödənilməsinin təşkili və s. bu kimi məsələlər müxtəlif olur. Bütün bunlara görə də, sənaye müəssisələri aşağıdakı əlamətlərə görə təsnifləşdirilir.
Buraxılan məhsulun iqtisadi təyinatına görə bütün sənaye müəssisələri iki əsas qrupa: istehsal vasitələri və istehlak şeyləri istehsal edən sənaye müəssisələrinə bölünür. İstehsal vasitələri istehsal edən sənaye müəssisələrinə - metallurgiya, energetika, maşınqayırma, kimya sənaye müəssisələri və s. aiddirlər. Bu sahələrin müəssisələri elmi-texniki tərəqqi əsasında istehsalın səmərəliliyinin yüksəldilməsində və intensivləşdirilməsində həlledici rol oynayırlar. Başqa sözlə, həmin müəssisələr elmi - texniki tərəqqinin təminatçılarıdırlar.
Əhalinin maddi və mədəni həyat səviyyəsinin yaxşılaşdırılması, əsasən, istehlak şeyləri istehsal edən müəssisələr tərəfindən həyata keçirilir. Belə müəssisələrə misal olaraq, yeyinti və yüngül sənaye müəssisələrini göstərmək olar.
İstehsal etdikləri xammal və materialların xarakterinə görə hasiledici və emaledici sənaye müəssisələri fərqləndirilir. Hasiledici müəssisələr təbiətin vermiş olduğu sərvətləri əldə edirlər. Bu növ müəssisələr misal olaraq neft, qaz, dəmir fılizi və s. hasil edən müəssisələri göstərmək olar. Emaledici sənaye müəssisələri isə hasiledici sənayenin və kənd təsərrüfatının verdiyi xammalı emal edirlər.
İl ərzində işləmə müddətlərinə görə müəssisələr üç qrupa ayrılır: bütün il boyu fasiləsiz işləyən sənaye müəssisələri (məsələn, neft çıxarma, neft - kimya, neftayırma zavodları və s.), bütün il boyu fasiləli işləyən sənaye müəssisələri (məsələn, maşınqayırma zavodları) və mövsümi işləyən sənaye müəssisələri (məsələn, şəkər, konserv, pambıqtəmizləmə və s. zavodlar).
Fəaliyyət miqyasına görə müəssisələr kiçik, orta və iri müəssisələrə bölünürlər. Dünya təcrübəsi göstərir ki, iqtisadiyyatın inkişaf səviyyəsindən asılı olmayaraq müəssisələrin kiçik, orta və iri sahibkarlığa aid edilməsi demək olar ki, bütün bazar iqtisadiyyatı ölkələrində həyata keçirilir. Həm də bu zaman əsas meyar kimi işçilərin sayı qəbul edilir. Kiçik, orta və iri müəssisələrin müəyyən edilməsində işçilərin say həddi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 2003-2004-cü illərdə 1-49 nəfər işçisi olan sənaye müəssisələri kiçik, 50-150 orta və 150 nəfərdən artıq işçisi olan müəssisələr iri müəssisələrə aid edilirdilər. 2005-ci ildən işçilərinin sayı 40 nəfərdən və illik dövriyyəsi 200 min manatdan az olan sənaye müəssisələri kiçik, işçilərinin sayı 40 nəfər və daha çox olan və illik məhsul (xidmətlər) istehsalının həcmi 200 min manatdan çox olan sənaye müəssisələri isə iri və orta sahibkarlıq subyektləri hesab olunurlar.
İxtisaslaşdırılma dərəcəsinə görə müəssisələr ixtisaslaşdırılmış, universal və qarışıq müəssisələrə ayrılır. İxtisaslaşdırılmış müəssisələrdə hazırlanma texnologiyasına görə oxşar, konstruktiv quruluşuna görə eyni və istehsalı mütəmadi olaraq təkrarlanan məmulatlar hazırlanırsa, universal müəssisələrdə bir neçə adda məmulatlar istehsal olunur və onlar çox hallarda təkrarlanmır və ya vaxtaşırı təkrarlanır. Qarışıq müəssisələr isə hər iki növün əlamətlərini özündə əks etdirir.
İstehsal mərhələsini əhatə etməsinə görə sənaye müəssisələri üç qrupa ayrıhrlar.
a) məhsulun hazırlanmasının bir mərhələsini əhatə edən sənaye müəssisələri; belə müəssisələrə misal olaraq metaləritmə, porşen, şin, diyircəkli yastıq, reduktor, karbürator və s. bu kimi məmulatlar istehsal edən zavodları göstərmək olar;
b) məhsulun hazırlanmasının iki və ya daha çox mərhələsini əhatə edən sənaye müəssisələri; bu növ müəssisələrə əyirmə, toxuma və bəzəkvurma sexləri olan toxuculuq fabriklərini misal gətirmək olar;
c) məhsulun hazırlanmasının bütün mərhələlərini əhatə edən sənaye müəssisələri; belə müəssisələrə misal olaraq avtomobil,traktor, soyuducu və s. bu kimi tamamlanmış məhsullar istehsal edən müəssisələri göstərmək olar.
İstehsalın təşkili tipinə görə sənaye müəssisələrinin üç tipi: kütləvi, seriyalı və fərdi tipləri olur.
- kütləvi istehsal tipli müəssisələrdə həcmcə böyük, lakin həmcins və istehsah daima təkrarlanan məhsullar istehsal edilir;
- seriyalı istehsal tipli müəssisələrdə məhsullar seriyalarla buraxılır və onlar müəyyən dövrlərdən bir təkrarlamr;
- fərdi istehsal tipli sənaye müəssisələrində geniş nomenklaturada və çox hallarda onların istehsah təkrarlanmayan məhsullar istehsal edilir.
İstehsalın təşkili üsuluna görə fərdi, dəstəli və axınlı istehsal üsuluna malik olan sənaye müəssisələri fərqləndirilir.
Axınlı istehsal üsulu istehsalın təşkilinin ən mütərəqqi üsullarından biridir. Axınlı üsulla təşkil edilmiş müəssisələrə misal olaraq maşınqayırma zavodlarını, metallurgiya və kimya kombinatlarını və s. göstərmək olar.
İstehsalın təşkilinin dəstəli üsulu məmulatların istehsala partiyalarla buraxılmasını, bir iş yerinə bir neçə əməliyyatın təhkim edilməsini, ixtisaslaşdırılmış avadanlıqla yanaşı universal avadanlıqdan da geniş istifadə olunması və s. əlamətlərlə xarakterizə olunur. Müəssisədə dəstəli istehsal üsulundan seriyalı və kiçik seriyalı istehsallarda istifadə edilir.
İstehsalın təşkilinin fərdi üsulu məhsulun vahid nümunəsinin və ya kiçik partiya halında istehsalını nəzərdə tutur. O, mürəkkəb, unikal (nadir) avadanlığın, xüsusi ləvazimatın və s. istehsalında istifadə olunur.
Mexanikləşdirilməsi və avtomatlaşdırılması dərəcəsinə görə sənaye müəssisələri üç növə: qismən mexanikləşdirilmiş sənaye müəssisələri; kompleks mexanikləşdirilmiş sənaye müəssisələri və avtomatlaşdırılmış sənaye müəssisələrinə bölünürlər.
Mülkiyyət mənsubiyyətinə görə sənaye müəssisələri dörd qrupa: dövlət, xüsusi, kollektiv və qarışıq mülkiyyətə əsaslanan sənaye müəssisələrinə bölünür.
Azərbaycanın ən çox inkişaf etmiş sənaye sahələri yanacaq - enerji kompleksinə (YEK) daxil olan sahələrdir. Bu kompleksə daxil olan sənaye sahələri aşağıdakılardır:
-neft və qaz yataqlarının axtarışı və kəşfıyyatı;
-neft və qaz quyularının qazılması;
-neft və qaz hasilatı;
-neftin, qazın, neft məhsullarının nəqli, saxlanması və satışı;
-neftin, qazm emalı, neft kimya;
-neft - qaz kəmərlərinin, neft-qaz anbarlarının tikintisi;
-neft maşın və avadalıqlarının istehsalı.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə