Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti



Yüklə 0,68 Mb.
səhifə15/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   11   12   13   14   15   16   17   18   ...   106
iqtisadiyyat nmf

Fərdi istehsal təkrar istehsalı, əsasən, nəzərdə tutulmayan bircinsli məmulatların buraxılışının kiçik həcmi ilə xarakterizə olıınur. Fərdi istehsalda təhkimetmə əmsalı adətən 40-dan yüksək olur.
Seriyalı istehsal dövri olaraq istehsalı vaxtaşırı təkrar edilən, fərdi deyil, müəyyən partiyalarla məhsul istehsalı ilə xarakterizə olunur. Partiyadakı, məmulatların sayından və təhkimetmə əmsalının qiymətindən asılı olaraq seriyalı istehsal özü də kiçik, orta və iri seriyalı istehsallara bölünür.
Kiçik seriyalı istehsallar üçün təhkimetmə əmsalı 21 - 40, orta seriyalı üçün 11 -20, iri seriyalı üçün isə 1 - 10 arasında olur.
Kütləvi istehsal uzun müddət ərzində fasiləsiz istehsal edilən məmulat buraxılışının böyük həcmi ilə xarakterizə olunur ki, bu zaman hər bir iş yerində yalnız bir əməliyyat yerinə yetirilir və elə buna görə də kütləvi istehsal üçün əməliyyatların təhkimetmə əmsalı 1 - dən çox olmur.
İstehsalın təşkili üsuluna görə istehsal prosesləri axınlı, dəstəli və fərdi proseslərə bölünür. Bunlardan iqtisadi cəhətdən ən səmərəlisi axınlı istehsal prosesləridir, çünki belə istehsal üsullarının tətbiqi istehsalın kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması üçün həlledici şərt olur.
İstehsalın təşkilinin axınlı üsulu aşağıdakı əlamətlərlə xarakterizə olunur:
- istehsal prosesinin böyük sayda əməliyyatlara bölünməsi;
- ayrı-ayrı əməliyyatların icrası üçün iş yerlərinin dəqiq ixtisaslaşması;
- avadanlıqların texnoloji xəritəyə müvafıq olaraq yerləşdirilməsi;
- istehsal prosesinin fasiləsizliyinin səviyyəcə yüksək olması;
- əmək predmetlərinin bir iş yerindən digərinə verilməsi üçün əməliyyatlararası xüsusi nəqliyyatın mövcud olması.
Axınlı istehsal üsulunun əsas struktur vahidi axın xəttidir. Axın xətti texnoloji prosesin gedişi üzrə yerləşdirilmiş, təhkim olunmuş əməliyyatların yerinə yetirilməsi üçün nəzərdə tutulmuş və əməliyyatlararası nəqliyyat vasitələrilə əlaqələndirilən iş yerlərinin məcmusunu əks etdirir.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə