Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti


İstehsal tsiklinin azaldılmasının əsas istiqamətləri aşağıdakılardır



Yüklə 0,68 Mb.
səhifə17/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   13   14   15   16   17   18   19   20   ...   106
iqtisadiyyat nmf

İstehsal tsiklinin azaldılmasının əsas istiqamətləri aşağıdakılardır:
- texnologiyanın təkmilləşdirilməsi;
- təbii proseslərin süni üsulların köməyi ilə sürətləndirilməsi;
- nəqliyyat və nəzarət əməliyyatlarının texnoloji əməliyyatlarla səmərəli şəkildə əlaqələndirilməsi;
- növbələrarası fasilələrin azaldılması məqsədilə müəssisənin iş rejiminin təkmilləşdirilməsi;
- iş yerlərində əməyin elmi təşkilinin tətbiqi;
- əməliyyatların əlaqələndirilməsinin səmərəli üsullarının tətbiqi və s.
Müəssisədə istehsal prosesinin təşkili. İstehsal prosesinin təşkili dedikdə, istehsal amillərindən: iş qüvvəsi, əmək predmetləri və əmək vasitələrindən səmərəli istifadəni təmin etmək məqsədilə onların zaman və məkan baxımından düzgün əlaqələndirilməsinə yönəldilmiş texniki-təşkilati tədbirlər kompleksi nəzərdə tutulur.
İstehsal prosesinin təşkilinin əsas vəzifələrinə texnoloji əməliyyatların yerinə yetirilməsinin səmərəli üsul və fəndlərinin müəyyən edilməsi, istehsal prosesinin əməliyyatlara bölüşdürülməsi, sexlərdə və istehsal sahələrində istifadə edilən avadanlıqların düzgün yerləşdirilməsi, məhsul buraxılışının ahəngdarlığını və birqərarlığını təmin etmək üçün iş yerləri arasında qarşılıqlı səmərəli əlaqələrin təmin olunması aiddirlər.
İstehsal prosesinin təşkili müəyyən prinsiplərə söykənir və onlar aşağıdakılardır:
ixtisaslaşma prinsipi -müəssisənin ayrı-ayırı bölmələri və iş yerləri arasında əməyin peşələrə görə düzgün bölgüsünü və onların kooperasiyasını əks etdirir;
paralellik prinsipi - müəyyən məhsulun istehsalı ilə əlaqədar istehsal prosesinin ayrı-ayrı mərhələlərinin eyni zaman kəsiyində hayata keçirilməsini nəzərdə tutur;
mütənasiblik prinsipi - müəssisənin qarşılıqlı əlaqəli və biri-birindən asılı olan bölmələrinin vaxt vahidi ərzində mümkün olan bərabər məhsuldarlığını nəzərdə tutur;
düzxətlilik prinsipi - xammal, material və ya yarımfabrikatın istehsala buraxılıb hazır məhsul alınana qədər onların ən qısa yolunun təmin edilməsinə əsaslanır;

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə