Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti


Yeni işə salınmış müəssisə, sex və aqreqatların istehsal gücü layihə gücünə bərabər qəbul edilir



Yüklə 0,68 Mb.
səhifə34/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   30   31   32   33   34   35   36   37   ...   106
iqtisadiyyat nmf

Yeni işə salınmış müəssisə, sex və aqreqatların istehsal gücü layihə gücünə bərabər qəbul edilir. İstehsal gücü əsas istehsalın aparıcı sexlərinin gücünə görə müəyyən edilir; çünki bu sexlərdə əsas texnoloji proseslər yerinə yetirilir və onlar hazır məhsul buraxılışının təmin olunmasında həlledici əhəmiyyətə malikdir. Müəssisənin istehsal gücü aparıcı sexlərdəki avadanlıqların sayı və məhsuldarlığından, onların ekstensiv və intensiv istifadə dərəcəsindən, istehsalın və əməyin təşkili səviyyəsindən asılıdır. Müəssisənin istehsal gücünün reallaşdırılması məqsədilə həyata keçirilən tədbirlərin tərkib hissəsindən biri ayrı-ayrı sexlərin istehsal gücləri arasındakı proporsionallığın təmin edilməsidir. Bu, bir sex tərəfindən ahəngdar şəkildə məhsul istehsalı, digəri tərəfindən isə tam və fasiləsiz şəkildə bu məhsulun istehlakı imkanını təmin edir. Məhdud imkanlı yerlərin olması, yəni buraxılış qabiliyyəti aparıcı istehsal sexlərinin gücünə uyğun gəlməyən sexlər, sahələr, avadanlıq qrupları müəssisənin istehsal gücünün azaldılması üçün əsas ola bilməz. Müəssisədə belə yerləri aradan qaldırmaq üçün texniki-təşkilati tədbirlər işləyib hazırlanmalı və həyata keçirilməlidir.
İstehsal gücü müəyyən olunarkən müəssisənin ehtiyat və təcrübə-sınaq sahələrinin avadanlıqları da hesablamaya daxil edilir. Ehtiyatda olan avadanlıqlar istehsalın vaxtlı-vaxtında hazırlığını və yeni növ məhsul buraxılışının mənimsənilməsini asanlaşdırır, istehsalın çevikliyini artırır, planın yerinə yetirilməsi gedişində meydana çıxan disproporsiyaların aradan qaldırılması problemini həll edə bilir.
Fasiləsiz istehsal prosesi əsasında işləyən müəssisələr üçün istehsal gücü - ildəki təqvim günlərinin sayı və günün uzunluğu əsasında hesablanır. Əsas sexləri iki və ya bundan az növbədə işləyən müəssisələr üçün istehsal gücü - avadanlığın ikinövbəli, bəzi müəssisələr üçün isə üçnövbəli iş rejimi əsasında müəyyən edilir.
Müəssisənin istehsal gücü hesablanarkən metodik baxımından çox da mürəkkəb olmayan bir qaydaya riayət edilir: əvvəkə aparıcı avadanlıqların istehsal gücü, sonra bunun vasitəsilə aparıcı istehsal sahəsinin və nəhayət, sonuncunun köməyilə aparıcı sexin istehsal gücü müəyyən edilir. Aparıcı sexin istehsal gücü isə müəssisənin istehsal gücü kimi qəbul olunur.
Müəssisənin istehsal gücünün bu qayda ilə hesablanması onun (istehsal gücünün) aparıcı (qabaqcıl) avadanlığa görə hesablanma metodu adlanır.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə