Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti


Əsas fondların istifadəsinin yaxşılaşdırılması yolları



Yüklə 0,68 Mb.
səhifə37/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   33   34   35   36   37   38   39   40   ...   106
iqtisadiyyat nmf

Əsas fondların istifadəsinin yaxşılaşdırılması yolları

Müəssisədə əmək vasitələrindən istifadənin yaxşılaşdırılması iki: ekstensiv və intensiv istifadə yolları ilə həyata keçirilir.


Əmək vasitələrindən ekstensiv istifadənin əsas istiqamətləri onlara texniki xidmətin səmərəli təşkili, keyfiyyətli təmir, təmir müddətinin azaldılması, boşdayanmaların (günərzi, növbəboyu və növbədaxili) minimuma endirilməsi və s-dir.
Əmək vasitələrindən intensiv istifadə isə prosesə az canlı əmək tətbiq etmək yolu ilə vaxt vahidi ərzində istehsal edilən məhsulun (görülən işin həcminin) və xidmətin miqyasca çoxaldılmasıdır. Bu halda əmək vasitəsinin texniki parametrlərindən - gücündən, sürətindən - yüksək səviyyədə istifadə olunur.
Qeyd etmək lazımdır ki, ekstensiv və intensiv istifadə yollarını qarşı-qarşıya qoymaq olmaz; onlardan heç biri "təmiz" şəkildə olmur; ilin müəyyən vaxtlarında üstünlük intensiv və ya da ekstensiv yola məxsus olur. Hər iki yoldan kompleks istifadə istehsal avadanlıqlarının inteqral səmərəlilik səviyyəsini yüksəldir.
Avadanlıqlardan ekstensiv istifadə dedikdə, avadanlığın işləmə müddətinin uzadılması, onlardan vaxta görə istifadənin yaxşılaşdırılması nəzərdə tutulur. Buna aşağıdakılar aiddir:
- avadanlığa səriştəli texniki qulluq olunması, onun vaxtında və keyfiyyətlə təmir edilməsi, iş yerinin materiallarla fasiləsiz təchizi, texnoloji prosesin düzgün təşkili. Bütün bunlar boşdayanmalara, qəzalara yol verməməyə, avadanlığın işləmə vaxtını artırmağa imkan yaradır;
- müəssisələrdə ayrı-ayrı istehsal sexləri və sexlər arasında aşkar edilən uyğunsuzluqların vaxtında aradan qaldırılması;
- hazırlıq-tamamlama işlərinə və köməkçi əməliyyatlara vaxt sərfinin azaldılması.
Avadanlıqlardan gücə görə istifadə avadanlığın iş intensivliyinin artırılmasına əsaslanır. Avadanlıqdan istifadənin intensivlik göstəricisi vaxt vahidində hər bir avadanlıq üzrə istehsal olunan məhsulun miqdarı, başqa sözlə, yerinə yetirilən işin kəmiyyətidir. Vaxt vahidində avadanlıqdan daha intensiv istifadəyə aşağıdakı yollarla nail olmaq olar:
- texnologiyanı təkmilləşdirmək və fasiləsiz axın istehsalını təmin etməklə;
- avadanlığın birdəfəlik yükünü, məsələn, blüminqdə yayılan külçənin çəkisini, dəzgahda metal emalı zamanı kəsici alətin irəliləmə sürətini artırmaqla;
- material emalının sürətini, məsələn, domna və marten sobalarında posa materiallarının əridilmə, metalın mexaniki emalında onun kəsilmə sürətini artırmaqla;
- xammal və materialları istehsala hazırlamaqla, onların keyfiyyətinin texnoloji prosesin tələblərinə və hazırlanan məhsulun keyfıyyətinə uyğun gəlməsini təmin etməklə;
- istehsal prosesinin qrafık üzrə sabit və müntəzəm, boşdayanma hallarına yol vermədən ahəngdar və birqərarda getməsini təmin etməklə.
İstehsal əsas fondlarından istifadənin səmərəliliyinin yüksəldilməsi yollarından biri onların strukturunun təkmilləşdirilməsidir. Məlumdur ki, müəssisənin istehsal gücü aparıcı sexin aparıcı sahəsinin aparıcı avadanlıqlarının mexaniki gücləri vasitəsilə müəyyən edilir. İstehsal əsas fondlarının strukturunda maşın və avadanlıqların payının artırılması əlavə əsaslı vəsait qoyuluşları həyata keçirmədən müəssisənin məhsul istehsalını artırmağa imkan verir ki, bu da məhsul vahidinə düşən amortizasiya ayırmalarının aşağı düşməsinə səbəb ollur.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə