Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti


Dövriyyə vəsaitlərindən səmərəli istifadə göstəriciləri



Yüklə 0,68 Mb.
səhifə40/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   36   37   38   39   40   41   42   43   ...   106
iqtisadiyyat nmf

Dövriyyə vəsaitlərindən səmərəli istifadə göstəriciləri

Sənaye müəssisələrinin dövriyyə vəsaitləri daim hərəkətdədir. Daim və eyni zamanda müxtəlif formalarda mövcud olan dövriyyə vəsaitləri, hərəkətləri zamanı mütəmadi olaraq bir formadan başqa formaya keçir - xammal, əsas və köməkçi materiallardan bitməmiş istehsala və yarımfabrikatlara; bitməmiş istehsal və yarımfabrikatlardan - hazır məhsula və yolda olan məhsula; hazır məhsuldan və yolda olan məhsuldan - pul vəsaitlərinə; pul vəsaitlərindən isə yenidən - xammal, əsas və köməkçi materiallara çevrilir. Nəticədə, həm istehsal, həm də tədavül əhatə etməklə, dövriyyə vəsaitlərinin dövranı baş verir.


Dövriyyə vəsaitləri nə qədər sürətlə dövr edərsə, müəssisənin təsərrüfat -istehsal prosesinin ahəngdar həyata keçirilməsi üçün bir o qədər az vəsait tələb olunar. Deməli, dövriyyə vəsaitlərinin dövranının sürətinin artırılması, onlara olan tələbatın azalması və bu yolla da istehsal-təsərrüfat fəaliyyətinin səmərəliliyinin artırılmasının əsas göstəricilərindən biridir.
Dövriyyə vəsaitləri daim hərəkət etdiyindən və eyni zamanda bütün formalarda mövcud olduqlarından, bir dövrü digərindən ayırmaq, demək olar ki, mümkün deyil. Buna görə də dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyini müəyyən etmək üçün dolayı göstəricilərdən istifadə edilir.
Dövriyyə vəsaitlərinin dövranı vaxtla ölçülür və iki göstərici ilə xarakterizə olunur: dövriyyə vəsaitlərinin dövrlərinin sayı (il, rüb ərzində) və bir dövrün davam etmə müddəti ilə (günlə).
Dövriyyə vəsaitlərinin dövrlərinin sayı aşağıdakı formula ilə hesablanır:
; (4)
burada: n - dövriyyə vəsaitlərinin dövrlərinin sayı;
P - reallaşdırılmış məhsulun dəyəri, manatla;
Qc - nəzərdən keçirilən müddət ərzində dövriyyə vəsaitlərinin
(aktivlərin) orta dəyəridir, manatla.
Reallaşdırılan məhsulun dəyəri müəssisənin cari topdansatış qiyməti ilə müəyyən edilir. Dövriyyə vəsaitlərinin orta dəyəri hər ayın biri vəziyyətinə, dövriyyə vəsaitləri qalığının orta cəbri miqdarı kimi hesablanır.
Beləliklə, dövriyyə vəsaitlərinin dövrlərinin sayı (dövriyyə əmsalı), bir il (rüb) ərzində sərf olunmuş dövriyyə vəsaitlərinin 1 manatına düşən reallaşdırılmış məhsulun miqdarını əks etdirir. Müəyyən müddət ərzində dövriyyə vəsaitlərinin dövrlərinin sayı nə qədər çox olarsa, dövriyyə vəsaitlərinin sabit miqdarı, daha çox məhsul istehsal etməyə imkan verər. Dövriyyə vəsaitlərinin dövrlərinin artırılmasının xalq təsərrüfatı üçün əhəmiyyəti, onun iqtisadi mənası məhz bununla əlaqədardır. Dövriyyə vəsaitlərinin dövrlərinin sayını artırmaqla müəssisə, ya daha çox məhsul istehsal edə, ya da ki, qənaət edilmiş dövriyyə vəsaitlərindən başqa məqsədlə istifadə edə bilər. Dövriyyə vəsaitlərinin dövriyyə sürətinin artırılması həm də yığım üçün əlverişli şərait yaradır.
Bütün sənaye sahələrində dövriyyə vəsaitlərindən istifadə səviyyəsi qiymətləndirilərkən belə bir şərt qəbul edilmişdir ki, amortizasiya ayırmaları reallaşdırılan məhsulun tərkibinə daxil edilir. Beləliklə, dövriyyə əmsalında həm əsas, həm də dövriyyə fondlarının hərəkəti öz əksini tapır.
Qeyd edilən şərt bütün sənaye sahələrində qəbul edildiyindən uyğun dövriyyə əmsalları həm vaxta görə, həm də müəssisələr arasında müqayisə edilə bilər.
İkinci göstərici - bir dövrün davametmə müddəti - nəzərdən keçirilən dövrdəki günlərin sayının dövriyyə vəsaitlərinin dövrlərinin sayına bölünməsi yolu ilə hesablanır:
(5)
Burada: T - dövriyyə vəsaitlərinin bir dövrünün davametmə müddətidir,
günlə.
Dövriyyə vəsaitlərindən istifadə göstəriciləri onların bütöv məbləği üzrə, həm də ayrılıqda normalaşdırılan dövriyyə vəsaitləri üzrə hesablanır. Dövriyyə əmsalı nə qədər çox, bir dövrün müddəti nə qədər az olarsa, dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyi bir o qədər yüksək olur.
Neft-kimya müəssisələrində dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyi, başqa sənaye müəssisələrinə nisbətən, adətən daha yüksək olur. Belə ki, digər sənaye sahələrində dövriyyə vəsaitlərinin dövrlərinin sayı orta hesabla 5-6 olduğu halda, neft-kimya sənayesində ildə 12-15 olur.
Dövriyyə vəsaitlərinin dövriyyə göstəriciləri hesablanarkən dövriyyə vəsaitlərinin qalıq məbləğinin tərkibinə müəssisənin bankdakı hesablaşma hesablarındakı nağd pul vəsaitləri daxil edilmir, ona görə ki, dövriyyə vəsaitlərinin dövranının sürətlənməsi nəticəsində qənaət olunan dövriyyə vəsaitləri bankda akkumulyasiya olunur.
Bəzi hallarda dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyini qiymətləndirmək üçün dövriyyə vəsaitlərinin yüklənmə əmsalı göstəricisindən istifadə edilir. Bu əmsal 1 manatlıq reallaşdırılmış məhsula düşən sərf edilmiş dövriyyə vəsaitlərinin miqdarı ilə ölçülür. Bu əmsalın mütləq həcmi nə qədər az olarsa, onların dövranı o qədər sürətli olar. Dövriyyə vəsaitlərininin yüklənmə əmsalı aşağıdakı formula ilə hesablanır:
(6)
Dövriyyə vəsaitlərinin yüklənmə əmsalı, onların dövriyyə əmsalının tərsindən ibarətdir.
Dövriyyə vəsaitlərindən istifadənin yaxşılaşması həm mütləq, həm də nisbi ola bilər. Dövriyyə vəsaitlərinə olan tələbatın mütləq azalması (mütləq yaxşılaşma) o zaman baş verir ki, onların dövranının sürətlənməsi nəticəsində istehsalın əvvəlki həcmdə təkrar olunması üçün daha az dövriyyə vəsaiti tələb olunur. Dövriyyə vəsaitlərinin nisbi azalması o zaman baş verir ki, onların artım tempi, reallaşdırılan məhsulun artım tempindən aşağı olur.
Müəssisənin dövriyə vəsaitləri müxtəlif mənbələr hesabına formalaşır ki, onları da iki qrupa bölmək olar: 1) öz dövriyyə vəsaitləri və onlara bərabər tutulan dövriyyə vəsaitləri; 2) borc alınan və cəlb edilən dövriyyə vəsaitləri.
Müəssisənin öz dövriyyə vəsaitləri müəssisə istifadəyə verilən andan sahibkar tərəfindən (dövlət və ya qeyri-dövlət) onun sərəncamına verilən və daim müəssisənin ixtiyarında olan vəsaitlərə deyilir. Müəssisənin istehsal proqramını, istehsalın həcmi dəyişdikdə dövriyyə vəsaitlərinin məbləği artırıla (müəssisənin mənfəəti hesabına) və ya azaldıla (dövriyyə vəsaitlərinin bir hissəsi istehsal prosesindən çıxarıla) bilər. Müəssisə ona lazım olan dövriyyə vəsaitlərinin əsas hissəsini Nizamnamə fondu hesabına əldə edir.
Müəssisənin öz dövriyyə vəsaitlərinə müxtəlif növ sabit passivlər bərabər tutulur. Sabit passivlərə fəhlə və qulluqçulara əmək haqqı üzrə borclar, sosial müdafiə fonduna ayırmalar, gələcək dövrdə xərclənməsi nəzərdə tutulan vəsaitlər (işçilərin məzuniyyəti, təmir işləri, ilin sonunda mükafatlandırma ilə əldaqədar xərclər), elektrik enerjisi üzrə cari xərclər, telefon-rabitə xərcləri və s. aid edilir. Bu vəsaitlər formal olaraq müəssisənin olmasa da hesablaşmaların müasir sisteminə görə daim müəssisənin sərəncamında olur və müəssisə tərəfindən dövriyyə vəsaitlərinə olan tələbatın ödənilməsi məqsədi ilə istifadə edilir.
Müəssisənin dövriyyə vəsaitlərinə tələbatı daim dəyişir. Müəssisənin öz dövriyyə vəsaitləri və ona bərəbarə tutulan vəsaitlər onun bu vəsaitlərə olan minimum tələblərini ödəyir. İstehsal-təsərrüfat fəaliyyəti nəticəsində dövriyyə vəsaitlərinə olan tələbatın artması (məsələn, xammal, material, ehtiyat hissələrinin və s. yeni partiyası alınarkən, material dəyərləri üzrə normadan artıq yığıma tələbat yaranarkən) baş verərsə o, borc alınan və ya cəlb edilən vəsaitlər hesabına ödənilir. Borc alınan vəsaitlər banklardan alınan müəyyən faiz ödəməklə, qısa müddətli kreditlərdən ibarətdir. Qısamüddətli kreditlər müəyyən müddətə, məqsədə və maddi təminat əsasında verilir. Kreditə görə ödəniləcək faizin miqdarı bankla müəssisə arasında bağlanan müqavilə ilə tənzim olunur. Kredit vaxtında ödənilmədikdə bank faizinin miqdarı artırılır.
Banklar tərəfindən müəssisələrə qısamüddətli kreditlərin (müəyyən faiz müqabilində) verilməsi müəssisələri öz sərəncamlarında olan dövriyyə vəsaitlərindən daha səmərəli istifadə etməyə sövq edir.
Müəssisənin digər müəssisələrə kreditor borcları, plandankənar cəlb edilmiş (borc alınmış) dövriyyə vəsaitlərinin meydana gəlməsinə səbəb olur. Bu o zaman baş verir ki, müəssisə ya aldığı malların haqqını vaxtında ödəmir, ya da mal-material dəyərləri müəssisəyə onların haqqı ödənilməmişdən əvvəl daxil olur və s. Belə olduqda müəssisə öz dövriyyə vəsaitlərinin bir hissəsinin digər müəssisələrin dövriyyə vəsaitləri hesabına formalaşdırmış olur.
Qeyd edilənlərdən başqa dövriyyə vəsaitləri digər mənbələr hesabına, məsələn, digər müəssisədən müvəqqəti maliyyə yardımı almaq hesabına da formalaşa bilər.
Müasir şəraitdə cəlb edilən dövriyyə vəsaitlərinə müəssisənin səhmlərinin satılması nəticəsində əldə edilən vəsaitlər də daxil edilir. Müəssisənin səhmlərinin satılması vasitəsilə əlavə vəsaitlərin cəlb edilməsinin kreditləşmə ilə müqayisədə üstünlüyü vardır. Məlumdur ki, alınan kredit müəssisənin mənfəətlə işləyib- işləməsindən asılı olmayaraq faizi ilə birlikdə mütləq qaytarılmalıdır. Səhmlərin satılması yolu ilə əlavə vəsaitlərin cəlb edilməsinin üstünlüyü ondan ibarətdir ki, müəssisə səhmlər üzrə dvidentləri o vaxt ödəyir ki, mənfəətlə işləmiş olsun. Müəssisə zərərlə işlədikdə dividentlər ödəmir, müflis olduqda isə səhmdarlar qarşısında cavabdehlik daşımır (səhmlərin geri alınması nöqteyi-nəzərərindən).


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə