Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti


Kiçik xidmətedici heyətin sayı bir nəfər işçinin xidmət normasına görə hesablanır



Yüklə 0,68 Mb.
səhifə48/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   44   45   46   47   48   49   50   51   ...   106
iqtisadiyyat nmf

Kiçik xidmətedici heyətin sayı bir nəfər işçinin xidmət normasına görə hesablanır. Məsələn, 1 nəfər xadimənin 1 növbədə xidmət edəcəyi meydança müəyyən edildikdən sonra, bütövlükdə xadimələrin sayına tələbat, meydançanın ümumi sahəsi nəzərə alınmaqla hesablanır.
Müəssisədə işçilərin həqiqi və siyahı sayı fərqləndirilir. Həqiqi say dedikdə, gün ərzində faktiki olaraq işləyənlər başa düşülür. İşçilərin sıyahı sayına isə bütün daimi və müvəqqəti işçilər daxildir və müəssisədə onların sayının dəyişməsini (işə götürülmə, işdən-çıxarılma və s.) əks etdirir. Əgər planlaşdırma zamanı işçilərin həqiqi sayı hesablanarsa, onların siyahı sayı planlaşdırılan işə çıxmaları nəzərə alan əmsalın işçilərin həqiqi sayına vurulması yolu ilə aparılır.
İstehsal heyətinin hər kateqoriyası üzrə tələbatın müəyyən edilməsi işçilərin müəssisəyə işə qəbulu üçün ilkin şərt və ya meyar rolunu oynayır. Heyətin qəbulu, toplanması isə onun idarə edilməsinin mühüm mərhələsi hesab olunur.
İstehsal heyətinin hər bir kateqoriyası üzrə kadrların seçilməsi və işə qəbul edilməsi öz-özlüyündə çox mürəkkəb, müəssisə üçün isə məsuliyyətli məsələdir. Çünki istehsalın bütün problemlərini - iqtisadi, sosial, texnoloji, idarəetmə və s. yalnız kadrlar həll edirlər. Bu məsələdə yol verilmiş səhv sahibkarı, müəssisəni və onun istehsal heyətini sonradan pis vəziyyətdə qoya bilər.
İstehsal heyətinin idarə edilməsinin mühüm məsələlərindən biri də onun peşə hazırlığının təşkilidir.
Müəssisənin normal işini təmin etmək üçün mövcud fəhlə kadrların ixtisaslarını mütəmadi olaraq artırmaqla yanaşı, müəssisəyə yeni ixtisaslı kadrlar hazırlamaq lazım gəlir.
Fəhlə kadrların ixtisaslarının yüksəldilməsi və yeni fəhlə kadrlar hazırlanması iki yolla - texniki-peşə məktəblərində (litseylərində) və bir də müəssisələrin özlərində həyata keçirilir.
Nəhayət, istehsal heyətinin idarə edilməsi məsələlərindən biri də müxtəlif kateqoriyalara aid işçilərin ixtisas səviyyələrinin yüksəldilməsi, onların yenidən hazırlanmasıdır.
İstehsal heyətinin ixtisas səviyyəsinin yüksəldilməsi vaxtaşırlığı elmi-texniki tərəqqinin həmin sferanın iş yerləri üçün inkişaf tempindən bilavasitə asılı olur. Çünki elmi-texniki tərəqqi, məsələn, fəhlənin istismar etdiyi avadanlığın texniki xüsusiyyətlərinə yeni keyfiyyətlər gətirdiyindən, onun əvvəlki bilik və vərdişləri müəyyən qədər ya itir və ya da köhnəlir. Fəhlə yeni avadanlığın lazımi səviyyədə istismarı, başqa sözlə, onun texniki imkanlarını gerçəkləşdirmək üçün yeni biliklərə yiyələnməli, mahiyyətcə yeni vərdişlərə nail olmalıdır.


  1. Yüklə 0,68 Mb.

    Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə