Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti


Azərbaycan Respublikasında sənaye sahələrinin yerləşdirilməsi xüsusiyyətləri



Yüklə 0,68 Mb.
səhifə44/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   40   41   42   43   44   45   46   47   ...   106
iqtisadiyyat nmf

Azərbaycan Respublikasında sənaye sahələrinin yerləşdirilməsi xüsusiyyətləri
Respublikanın ərazisi müxtəlif təbii şəraitə malikdir, təbii sərvətlərlə (neft, qaz, filizlər, kimyəvi xammallar, inşaat materialları, mineral sular, mualicə palçıqları və başqa qiymətli sərvətlər) zəngindir. Burada filizli sərvətlərdən- dəmir, alunit, mis, sink, qurguşun, kobalt, molibden və başqa sərvətlərin ehtiyyatları vardır.Göstərilən sərvətlərin bir çoxunun xalq təsərrüfatı dövriyyəsinə cəlb edilməsi nəticəsində respublikamızda uyğun istehsallar yaradılmışdı.
Hal-hazırda Azərbaycanda sənaye müəssisələrinin ərazi strukturunun təkmilləşdirilməsi qarşıda duran vacib məsələlərdəndir. Bu işin əsas istiqamətlərindən biri perspektivdə sənaye potensialının agırlıq mərkəzinin respublikanın qərb və mərkəz rayonlarına dogru irəliləməsini təmin etməkdən ibarətdir. Bu, nəqliyyat-iqtisadi əlaqələrin səmərələşdirilməsinə, təbii və əmək ehtiyyatlarının xalq təsərrüfatı dövriyyəsinə cəlb edilməsi üçün daha əlverişli şərait yaradılmasına imkan verər. Bu zaman Bakı və Sumqayıt şəhərlərində yeni sənaye müəssisələrini nəinki məhdudlaşdırmaq, həm də Bakı şəhərində fəaliyyət göstərən bir sıra müəssisələri respublikanın digər rayonlarına köçürmək məsələsinə baxılmalıdır.
Vacib məsələlərdən biri də şəhər və rayonların sənaye strukturunun təkmilləşdirilməsidir. Hazırda respublikanın bir çox şəhər və rayonlarında başlıca olaraq kənd təsərrüfatı və ya mineral xamallarının ilkin emalına əsaslanaraq sənaye hələ də birtərəfli inkişaf etdirilir, əmək tutumlu sahələrdə, ən əvvəl maşınqayırmada kifayət qədər iş yerləri yaradılmır. Bunun nəticəsi olaraq respublikanın rayonlarının əksəriyyətində işləməyənlərin xüsusi çəkisi yüksəkdir.
Respublikanın rayonlarında sosial infrastruktur sahələri kifayət qədər inkişaf etməmişdir. Bunun başlıca səbəbi odur ki, son 15 il ərzində Azərbaycan üzrə sosial infrastruktur sahələri üçün ayrılmış vəsaitin ümumi həcminin təqribən 35-38 faizi yalnız Abşeron iqtisadi rayonunun payına düşmüşdür. Halbuki əhalinin adambaşına düşən pullu və pulsuz xidmətlərin həcmi bu rayonda orta respublika səviyyəsindən 1.8-2.2 dəfə çoxdur.
Beləliklə də, xalqın həyat səviyyəsində olan mövcud ərazi diferensiasiyası daha da dərinləşmişdir. Qeyd etmək lazımdır ki, ilkin emal edildikdən sonra mineral xammal və kənd təsərrüfatı ehtiyyatları yenidən emal olunmaq və hazır məhsul kimi istehsal olunmaq məqsədi ilə respublikanın şəhər və rayoonlarının əksəriyyətindən Abşeron iqtisadi rayonuna və respublikadan kənara aparılır. Məsələn, kimya və neft kimyası, əlvan metallurgiya məhsullarının, pambıq lifinin, çirkli yunun, fermetləşdirilmiş tütünün və sənaye məhsullarının əksəriyyəti daşınır. Halbuki, yerlərdə məhsulları hazırlıq səviyyəsinə çatdıran muvafiq istehsalların yaradılması bu rayonların iqtisadiyyatının kompleks inkişafına, nəqliyyat daşımalarının azaldılmasına və bununla əlaqədar olaraq xammal və yarımfabrikatların itkisinin azaldılması hesabına məhsulun maya dəyərinin aşagı salıınmasını təmin edə bilər. Bu həmçinin respublikada məhəlli ərazi-istehsal komplekslərinin, sənaye qovşaqlarını və regional sahələrarası kompekslərin formalaşması və inkişaf prosesinin xeyli sürətləndirə bilərdi.
Əgər yanacaq-enegetika, kimya və nef-kimya, maşınqayırma, investisiya və digər kompleksləri təmsil edən müəssisələrin qeyri-bərabər yerləşməsi müəyyən dərəcədə obyektiv səbəblərlə əlaqədardırsa bunu aqrar-sənaye kompleksləri müəssisələri haqqında demək olmaz, çünki bu müəssisələr, demək olar ki, respublikanın bütün rayonlarında yerləşdirılmişdir.
Deməli, respublikanın regional sahələrarası komplekslərinin daha da inkişaf etdirilməsinin əsas vəzıfəsi aşagıdakılardan ibarətdir.
1. Respublikanın xalq təsərrüfatı kompleksinın səmərəli fəailiyyət göstərməsi mənafelərindən çıxış edərək yeni müəssisələr hesabına onların tərkibini artırmaq lazımdır. Bu muvafiq xammalın yenidən emalını xeyli dərinləşdirilməsinə imkan verir.
2. Sahələrarası komplekslərin daxilində və arasında elə ərazi nisbətləri yaradılmalıdır ki, bu respublikanın bütün regionlarında yerli imkanlardan daha səmərəli istifadə edilməsinə və onların inkişafı qarşısında duran sosial-iqtisadi problemlərin həllinə kömək etmiş olsun.
Ərazi-istehsal komplekslərinin, sənaye qovşaqlarının və regional sahələrarasi komplekslərin formalaşması və inkişafı prosesinin sürətləndirilməsi həm məhsuldar qüvvələrin yerləşdirilməsinin göstərilən formalarına xas olan səmərənin həyata keçirilməsinə həm də şəhər və rayonların inkişafı, onların inkişaf səviyyələrinin tarazlaşdırılması kimi mühüm sosial-iqtisadi problemlərin həlli proseslərinin sürətləndirilməsinə kömək edəcəkdir. Bundan başqa bu əmək qabiliyyətli əhalinin böyük bir qisminin Bakı və Sumqayıt şəhərlərinə axınını dayandırar və əmək ehtiyyatlarının məşgul olmayan hissəsini ictimai istehsala cəlb edilməsi problemini həll etmək imkanı verər.
Əmək ehtiyyatlarından istifadə olunması probleminin isə məlum oldugu kimi, Azərbaycan üçün son dərəcə mühüm əhəmiyyəti vardır. Azərbaycan əmək qabiliyyətli əhalinin artımının MDB səviyyəsindən yüksək oldugu azsaylı ölkələrdən biridir. Lakin tikinti bazarlarının imkanlarının və ehtiyyatların məhdudlugundan hazırda, əmək qabiliyyətli əhalinin artımının heç də hamısı ıçtimai istehsala cəlb olunmur. Bir sözlə əmək qabiliyyətli əhalinin, xüsusilə qadınların müəyyən hissəsi ev təsərrüfatı ilə, şəxsi yardımçı təsərrüfatla məşgul olur. Bununla əlaqədar olaraq respublikanın rayonlarında yeni iş yerləri yaradılarkən sosial inkişaf məsələlərinə diqqət yetirilməlıdir.
Ərazi nisbətlərinın ardıcıl olaraq təkmilləşdirilməsi ayrı-ayrı rayonların inkişaf səviyyələrınin tarazlaşdırılması üzrə vəzifələrin müvəffəqiyyətlə həll olunmasında respublikada sənaye müəssisələrinin filiallarının geniş şəbəkəsinin yaradılmasının rolu böyükdür.
Respublikanın şəhər və rayonlarında sənaye müəssisələrinin filiallarının yaradılmasının məqsədəuygunlugu bir də onunla şərtlənir ki eyni profilli iri müəssisələrə nisbətən filiallar daha az əsaslı vəsait sərf etməklə əhalinin məşgulluq səviyyəsini yüksəltməyə imkan verir.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə