Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti


Sənaye sahələrinin yerləşdirilməsi xüsusiyyətləri



Yüklə 0,68 Mb.
səhifə43/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   39   40   41   42   43   44   45   46   ...   106
iqtisadiyyat nmf

3.Sənaye sahələrinin yerləşdirilməsi xüsusiyyətləri
Sənayenin yerləşdirilməsi dedikdə mövcud müəssisələrin və yeni müəssisələrin ölkənin cografi ərazisində səmərəli yerləşdirilməsi başa düşülür. Sənayenin yerləşdirilməsi ölkə iqtisadiyyatında mühüm əhəmiyyətə mlikdir. Cəmiyyət inkişaf etdikcə bu məsələ özünü daha qabarıq şəkildə göstərir. Ölkənin bütün regionlarinda iqtisadiyyatın hərtərəfli inkişaf etdirilməsi sənayenin yerləşdirilməsindən əhəmiyyətli dərəcədə asılıdır. Bütün bunları nəzərə alaraq sənayenin yerləşdirilməsinin bir neçə prinsiplərini qeyd edək.
1. Sənayenin enerji, xammal, sənaye məhsulunun istehlakı mənbələrə yaxınlığı, yeni energetka bazalarının, iri sənaye mərkəzlərinin nəqliyyat qovşaqlarına yaxınlığı
2. Mümkün qədər sənayenin ölkənin rayonları üzrə bərabər səviyyədə yerləşdirilməsi, kənd təsərrüfatı əməyinin sənaye əməyinə mümkün qədər yaxınlaşdırılması
3. Milli azlıqların və ölkənin uzaq rayonlarının inkişaf tempinin başqa ərazilərə nisbətən yüksəkliyini təmin etmək
4. Ölkənin iqtisadi rayonları üzrə əmək ehtiyyatlarının səmərəli bölüşdürülməsi. Bu zaman əmək resuslarından, təbii resurslardan ölkənin xalq təsərrüfatının inkişafı üçün istifadə edilməsi nəzərdə tutulmalıdır.
5. Yeni güclü yanacaq enerji müəssisələrinin, metallurgiya müəssisələrinin ölkənin daha vacib rayonlarında yerləşdirilməsi. (təbii sərvətlərdən mükəmməl və daha səmərəli istifadə etmək üçün)
6. Ölkənin hərbi qüdrətinin artırılması məqsədi ilə müdafiə sənayesinin inkişafı üçün müdafiə sənayesi müəssisələrinin ölkə daxilində səpələnməsi
7. Beynəlxalq əmək bölgüsündə iştirak, ixrac və idxal əməliyyatlarını aparmaq üçün sənaye sahələrini ölkənin əhəmiyyətlı rayonlarında yerləşdirilməsi.
İqtisadiyyatın inkişafının muasir mərhələsində sənayenin yerlədirilməsinin mühüm əhəmiyyəti vardır. Ölkənin sosial-iqtisadi inkişafını elmi-texniki tərəqqi əsasında sürətləndirmək sahəsində qarşida duran vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi müyyən mənada sənayenin səmərəli yerləşdirilməsindən asılıdır. Sənayenin səmərəli yerləşdirilməsi isə öz növbəsində cəmiyyətin inkişafının mühüm ictimai-iqtisadi problemləri ilə qaşılıqlı əlaqədədir.
Sənayenin səmərəli yerləşdirilməsi ictimai istehsalın dinamizminin, səmərəliliyinin artırılmasını təmin edir. Bununla yanaşı sənayenin səmərəli yerləşdirilməsi ictimai əməyə qənaət olunmasını, əmək ehtiyyatlarından və digər imkanlardan məqsədəuygun istifadə edilməsi yolu ilə hər bir regionun kompleks qaydada və yüksək səmərəli inkişafını təmin edir, zəhmətkeşlərin maddi rifah halının yüksəldilməsi, şəhərlə kənd, zehni əməklə fiziki əmək, mədəni-məişət xidməti səviyyəsinə görə rayonlar arasındakı fərqlərin aradan qaldırılmasında mühüm rol oynayır. Ona görə də ictimai istehsalın ərazi strukturunun təkmilləşdirilməsinin, hər bir respublikada və iqtisadi rayonda iqtisadi və sosial inkişafın səmərəli əlaqələndirilməsinin təmin edilməsinin, xalq təsərrüfatı kompleksində onların qarşılıqlı fəaliyyətinin yaxşılaşdırılmasının, ərazi-istehsal komplekslərinin və sənaye qovşaqlarının formalaşdırılmasının genişləndirilməsi və təkmilləşdirilməsinin, sahə və ərazi səpkilərində iş yerlərinin sayının mövcud əmək ehtiyyatlarına uyğunluğunun təmin edilməsinin əhəmiyyəti çox böyükdür.
Sənayenin yerləşdirilməsinin muasir formaları təsərrüfatın ərazi üzrə təşkilinin təkmilləşdirilməsinə və regionların iqtisadiyyatının formalaşmasına dərin təsir göstərir. Təsərrüfatın regional strukturu bunun əsasında daim dəyişir, istehsal və sosial infrastrukturu yenidən qurulur və genişlənir. İstehsalın müasir sahələrinin tərkibinin genişləndirilməsi əsasında ixtisaslaşdırmanın daha da inkişaf etdirilməsi regionların iqtisadiyyatının strukturunun keyfiyyətcə dəyişməsinə gətirib çıxarır. Eyni zamanda rayonlararası və rayondaxili istehsal əlaqələri genişlənir. Müxtəlif səviyyəli ərazi istehsal birləşmələrinin miqdarı artır. Bir sözlə respublikaların iqtisadi və sosial inkişafındakı dəyişikliklər idaretmə orqanları qarşısında yeni-yeni vəzifələr qoyur. Bu zaman iqtisadi və sosial inkişafın intensivləşdirilməsinin obyektiv şərti və amili kimi sənayenin yerləşdirilməsinin və istehsalın ərazi üzrə təşkilinin optimallaşdırılmasının əsas problem və qanunauyğunluqlar öyrənilməlidir.
Cəmiyyətin inkişafının muasir mərhələsində ictimai istehsalın səmərəlliyinin yüksəldilməsi tələbi ilə əlaqədar olaraq, ayrı-ayrı regionların təsərrüfatlarının kompleks inkişafı, müxtəlif miqyaslı ərazi-istehsal komplekslərinin formalaşması və inkişafı probleminin aktuallıgı getdikcə artır. Müstəqil Respublika və iqtisadi rayonların təsərrüfatlarının kompleks inkişaf etdirilməsi malik olduqları resuslardan və imkanlardan daha səmərəli ıstifadə edilməsi əsasında onların inkişafı qarşısında duran bir sıra mühüm sosial-iqtisadi problemlərin həllinin sürətləndirilməsini nəzərdə tutur. Sənayenin səmərəli yerləşdirilməsi göstərilən problemlərin həlli üçün əlverişli şərait yaradır.
Xalq təsərrüfatının ərazi üzrə təşkili müəyyən qanunauygunluqların təsiri altında təşəkkül tapır ki, onlardan da idarəetmə prosesində istifadə olunur. Həmin qanunauygunluqlar isə aşagıdakılardan ibarətdir.
1. İstehsalın planauyğun və proporsional yerləşdirilməsi məhsuldar qüvvələrin planauyğun proporsional inkişaf qanunu ilə əlaqədardır.
İqtisadiyyatın planlı inkişafı ictimai əməyə maksimum qənaət olunması və təkrar istehsal prosesinin sürətləndirilməsi naminə istehsalın planauyğun bölgüsünü təmin edir.
Sənayenin ərazi üzrə təşkilinin əsas ideyalarından biri bundan ibarətdir ki, ərazinin hər yerində, bütövlükdə respublikada, rayonlarda, şəhərlərdə və qəsəbələrdə iqtisadi potensial planauyğun şəkildə daim artırılmalıdır. İstehsal sahələrindən, təbii ehtiyatlardan və əmək ehtiyyatlarından təqribən eyni səviyyədə istifadə olunmalıdır. Məsələn, ev təsərrüfatında məşgul olanların xüsusi çəkisini azaltmaq və ya maşınqayırma zavodlarında əmək məhsuldarlıgını artırmaq sahəsində vahid siyasət yeridilməlidir.
2. Respublikaların və iqtisadi rayonların təsərrüfatinin kompleks qarşılıqlı əlaqədə inkişafı.
Bu qanunauyğunluq xalq təsərrüfatının kompleks inkişafı, ümumidövlət əhəmiyyətinə malik olan və bu ictimai əməyin ərazi bölgüsü sistemində iqtisadi rayonların ixtisaslaşmasını müəyyən edən istehsalın qarşılıqlı surətdə əlaqədar sahələrinin məcmusunun ahəngdar inkişafını, respublikanın və rayonun ərazisində yerləşən müəssisələrin təlabatını iqtisadi cəhətdən səmərəli ödəyən istehsal sahələrinin eyni vaxtda inkişafını nəzərdə tutur.
Ərazi-istehsal komplekslərinin bu cür inkişafı istehsal vasitələri və istehlak vasitələri istehsalı arasında, sənaye və kənd təsərrüfatı, istehsal və bütün nəqliyyat növləri ilə daşımalar arasında, xalq təsərrüfatı ilə xammal və əmək ehtiyyatları arasında düzgün nisbətlər yaranmasını təmin edir. Habelə ictimai istehsalın səmərəlliyinin yüksəlməsinə kömək edir.
Hazırda inkişaf etmiş xalq təsərrüfatı kompleksləri ölkənin iqtisadi rayonlarının əsasını təşkil edir. Bu halda komplekslik aşagıdakı vəzifələrə tabedir.
a)iqtısadi rayon daxilində əlverişli təbıi və iqtisadi şəraitə malik olan sənaye və kənd təsərrüfatı sahələrinin inkişafını təmin etmək.
b)rayonun əmək ehtiyyatlarından səmərəli istifadə etmək.
c)iqtisadi rayonun əhalisinin sosial ehtiyyaclarını maksimum təmin etmək.
d)təbiətin muhafizəsi vəzifələri təmin olunmaqla ərazinin təbii ehtiyyatlarından səmərəli istifadə etmək.
Ərazi-istehsal komplekslərinin formalaşdırılması rayonların kompleks inkişafının səmərəsini yüksəldir. Həmin komplekslərdə təsərrüfat qarşılıqlı əlaqədə inkişaf edir, təbiətin muhafizəsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsi vəzifələri yerinə yetirilır.
3. Respublikaların və rayonların sosial-iqtisadi inkişaf səviyyələrinin bir-birinə yaxınlaşması şəhər ilə kənd arasında mühüm fərqlərin ləgv edilməsi xalq təsərrüfatinin ərazi üzrə təşkilinin əsas qanuna uygunluqlarından biridir.
Burada söhbət təkcə iqtisadi səmərədən deyil həm də sosial-iqtisadi səmərədən gedir. Tərəzinin gözünə xalis iqtisadi fayda ilə yanaşı əhalinin həyat şəraitinin yaxşılaşması bütün yaşlardan olan əhalinin məşgullugunun tamamilə təmin edilməsi, mövcud mənzil fondunun istismarının məqsədəuyğunluğu qoyulur. Buna görə də bir sıra hallarda güzəştlərə getmək lazım gəlir.
Uzun müddət belə hesab edilirdi ki, məskunlaşma avtomatik olaraq istehsala doğru meyl edir. Buna görə də istehsal harada gəldi yerləşdirilə bilər. Lakin tədricən məlum oldu ki, məskunlaşmanı bir çox qeyri-xammal istehsal sahələrinin, işçi qüvvələrinin cəmləşdiyi yerlərdə yerləşdirmək daha məqsədəuygundur. Bir çox hallarda yeni sənaye müəssisəsinin yerləşdiyi yeri dəyişmək və lazımı yarımfabrikatları daşıyıb gətirmək əhalinin onun tikildiyi yerə cəlb etməkdən daha asan olurdu. Bu zaman sosial cəhətlər əhalinin xidmət sahəsi müəssisələri ilə təmin olunması mühüm rol oynayır. Elə buna görə də hazırda demoqrafiq şərait elədir ki, əhali iqtisadiyyatın inkişaf etdirildiyi rayonlarda yerləşdirilir, həm də adambaşına düşən sənaye məhsulu istehsalının səviyyəsi əsas götürülür, sənaye planlı qaydada həmin səviyyənin aşagı oldugu rayonlarda yerləşdirilir.
Sənayenin yerləşdirilməsi təsərrüfatın yerləşdirilməsinə və onun ünsürlərinin qarşılıqlı fəaliyyətinə həlledici təsir göstərən obyektiv prosesləri əks etdirir.
a)istehsalın yerləşdirilməsi şəraitinə təsir göstərən və hətta onu dəyişdirən elmi-texniki tərəqqi ilə baglı texniki-iqtisadi amillər.
b)təbii ehtiyyatların kəşfi və təbii şəraitlə əlaqədar olan və ətraf mühitin muhafizəsi ilə baglı təbii amil
c)keçmişin əmək vərdişlərinin məskunlaşma xüsusiyyətini əks etdirən tarixi amillər.
d)sosial (əhalinin həyat şəraiti ilə bağlı) habelə siyasi, hərbi, strateji və başqa amillər.
Xalq təsərrüfatının ərazı strukturuna təsir xüsusiyyətlərinə görə bütün amilləri (texniki-iqtisadi, təbii, tarixi, sosial-iqtisadi) şərti olaraq ətalətli və dinamiklik amillərinə bölmək olar. Eyni zamanda ərazi strukturunun inkişafının özü əməyin cografi bölgüsünün dərinləşməsi təsərrüfatın ərazi təşkilinin mürəkkəbləşməsi ilə səciyyələnir. Buna görə də dinamiklik amillərini öz növbəsində intensiv amillərə və ekstensiv amillərə bölmək olar.
Xalq təsərrüfatının ərazi üzrı təşkili təkcə onun ünsürlərinin yerləşdirilməsi deyil həm də qarşılıqlı fəaliyyəti qarşılıqlı surətdə bir-birini tamamlaması və bərabər tabeliyidir.
Qarşılıqlı fəaliyyət amilləri xammaldan, ərazidən nəqliyyatdan əmək ehtiyatlarından tullantılardan birgə istifadə edən istehsalın ərazicə bir-birinə yaxınlaşmasının iqtisadi səmərəsini müəyyən edir, yəni təsərrüfatın ünsürlərinə, arasında əlaqələrin xarakterinə və intensivliyinə təsir göstərir.
Eyni rayonlar bəzən müxtəlif sahələrin bir çox sənaye müəssisələrinin yerləşdirilməsi üçün əlverişli olurlar. Lakin bir sıra resurslar (su, enerji, yanacaq, əmək və s.) məhdudluq təşkıl edə bilər. Bu bütün istehsal sahələrinin rayonda yerləşdirilməsi imkanlarını müəyyən dərəcədə məhdudlaşdırır. Eyni zamanda yeni yataqların kəşf edilməsi sənaye sahələrinin rayonda əlavə yerləşdirilməsi üçün həlledici amilə çevrilə bilər. Buna görə də ayrı-ayrı amillərin təsiri çoxcəhətli müxtəlif istiqamətli ola bilər. Bu hər şeydən əvvəl mürəkkəb kompleks amillərə aiddir.
Təbii amil mühüm çoxcəhətli kompleks amildir. Təbii şəraitin və ehtiyyatların nəzərə alınması və onlardan istifadə edilməsi cəmiyyətin tarixi inkişafının bütün mərhələlərində böyük əhəmiyyətə malik olmuşdur.
Ekoloji amil təbii ehtiyyatlardan kompleks istifadənin yeni amilinə və stimuluna çevrilir. Ekoloji problem muasir dövrün ən mühüm təbii-elmi və sosial-iqtisadi problemlərdən biridir. Bəşəriyyətin rifahı xeyli dərəcədə onun düzgün həllindən asılıdır. Bu problemın vacibliyi və kəskinliyi təbii ehtiyyatların daha çox tükənməsı və ətraf mühitin çirklənməsi prosesi ilə müəyyən edilir. Təbii tarazlıgı saxlamaq məqsədi ilə tullantısız istehsalat yaratmaq zərurətə çevrilmişdi. Həmin istehsalat təbii xammaldan kompleks istifadə olunması və onun emalı ilə əlaqədardır. Bununla birlikdə ekoloji amil torpaqdan səmərəli istifadə olunmasını və onun rekultivasiyasını tələb edir. Ekoloji amil nəzərə alınmaqla hasilat miqyasları təbii şəraitdən və təbii ehtiyyatlardan istifadə olunma məhdudlaşdırılır, bəzi halda hətta onlardan istifadə olunması tamamilə qadagan edilir.
Ərazi amili hazırda və xüsusən perspektivdə xüsusi əhəmiyyət kəsb edir. Onun təsiri çoxcəhətlidir. Bir halda o məhdudlaşdırma amili, başqa bir halda fəallaşdırma amilidir. Persektivdə bu amil ölkənin əsas rayonlarının inkişafının intensiv yolunu stimullaşdıracaq ərazidən istifadə olunmasının bu və ya digər variantının məqsədəuygunlugunu müəyyən etmək üçün diqqətlə hesablamalar aparılmasına və həmin varianta qiymət verilməsini tələb edəcəkdir.
Sənaye sahələrinin muasir dövrdə yerləşdirilməsinin ən mühüm amili əhalidir, xüsusən əmək ehtiyyatlarıdır. Əhalinin ləng artımı elmi-texniki ınqilab dövründə əmək ehtiyyatlarına onların təhsil səviyyəsinə və peşə hazırlıgına tələblər səviyyəsini yüksəlməsi insan əməyini daha qiymətli edir.
Sənaye müəsisələrinin yerləşdirilməsinə istehsalın təşkilinin ictimai formalarına aiddir: təmərküzləşmə, ixtisaslaşma, kooperasiyalaşma, kombinələşmə.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə