Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti


Əmək məhsuldarlığının ehtiyatları onun konkret amillərinin təsiri ilə əlaqədardır



Yüklə 0,68 Mb.
səhifə51/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   47   48   49   50   51   52   53   54   ...   106
iqtisadiyyat nmf

Əmək məhsuldarlığının ehtiyatları onun konkret amillərinin təsiri ilə əlaqədardır. Bu amillərə aşağıdakılar daxildir.
Əmək məhsuldarlığını yüksəltməyin maddi-texniki amillərinə: elmi-texniki tərəqqinin əsasında istehsalın mexanikləşdirilməsi, avtomatlaşdırılması, robotlaşdırılması; yeni texnikanın tətbiqi və mövcud avadanlıqların modernləşdirilməsi; hissənin, konstruksiyanın və digər parametrlərin dəyişdirilməsi; yeni texnoloji proseslərin işlənməsi və tətbiqi, məhsulun keyfiyyətinin yüksəldilməsi aiddir.
Təşkilati amillərə isə istehsalın təmərküzləşmə və ixtisaslaşma səviyyəsi; onun fasiləsizlik, ahəngdarlıq və proporsionallıq dərəcəsi; istehsalın idarə edilməsinin təkmilləşdirilməsi; iş yerlərinin səmərəli təşkili; istehsal sahəsində məşğul olan ayrı-ayrı kateqoriya işçilərin say nisbəti; sağlam, təhlükəsiz və estetik cəhətdən əlverişli əmək şəraitinin yaradılması daxildir.
İqtisadi amillərə kollektivin və ayrı-ayrılıqda hər bir işçinin əmək məhsuldarlığını yüksəltmək üçün ən əlverişli maliyyə və digər iqtisadi stimulların yaradılması aiddir.
Sosial amillərə gəlincə, bunlara kadrların mədəni-texniki və mənəvi səviyyəsi; ixtisası; əmək məhsuldarlığının artımının mənəvi cəhətdən stimullaşdırılması dərəcəsi və formaları aid edilir.
Əmək məhsuldarlığının yüksəldilməsinin ehtiyatları tükənməzdir, bu və ya digər formada və kəmiyyətdə təkrar olunur. Bu, elmi-texniki tərəqqinin fasiləsizliyi ilə bağlıdır. Elə buna görə də elmi-texniki tərəqqi istehsalın inkişafı və əmək məhsuldarlığının yüksəldilməsinin həlledici amili hesab olunur. Yeni maşın və mexanizmlərin tətbiqi, mütərəqqi material növlərinin istifadəyə verilməsi, istehsalın kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması, yeni texnoloji istehsal üsullarının tətbiq olunması - bütün bunlar istehsalın inkişafı üçün əsasdır. Sadalanan tədbirlərin səmərəliliyi isə kadrların ixtisasını artırmadan mümkün deyildir. Çünki yeni texnikadan istifadə və yeni texnoloji proseslərin idarə olunması yalnız yüksək ixtisaslı kadrlar tərəfindən həyata keçirilə bilər.
Sənayenin bir sıra sahələrində, xususilə hasiledici sənayedə əmək məhsuldarlığına təbii-coğrafı mühit də təsir göstərir. Hasilat sahələrində əmək məhsuldarlığı maşın və avadanlıqların özü, tətbiq edilən texnologiyanın xarakteri, əməyin təşkili xeyli dərəcədə təbii-geoloji şəraitdən asılı olur.
Əmək məhsuldarlığına təsir edən amilləri araşdıraraq onun yüksəldilməsi ehtiyatlarını aşkara çıxarmaq üçün iş vaxtından istifadə səviyyəsinin təhlilinin böyük əhəmiyyəti vardır. Əmək məhsuldarlığının artırılmasının müəssisədaxili mühüm ehtiyat mənbələrindən biri iş vaxtı itkilərinin azaldılmasıdır. İş vaxtı itkiləri iki növə - bütün günü və növbədaxili iş vaxtı itkilərinə ayrılır. Bütün günü iş vaxtı itkilərinə aşağıdakılar aiddir:
- xəstəlik üzündən;
- müdiriyyətin icazəsinə görə;
- bütün günü boşdayanma;
- üzürsüz səbəbdən işdən yayınma.
Növbədaxili iş vaxtı itkiləri isə istehsalın təşkilati-texniki şəraitindən və işçinin özündən asılı olan itkilərə ayrılır. Növbədaxili iş vaxi itkilərinin təşkilati-texniki səbəbləri əsasən aşağıdakılardan ibarət olur: texnoloqun, ustanın, iş naryadının, tapşırığın, iş alətlərinin qaldırıcı-nəqliyyat vasitələrinin gözlənilməsinə gedən vaxt; materialların, alətlərin, yanacağın, enerjinin olmaması; cari təmir və yaxud avadanlığın saz halda olmaması; işin müvəqqəti olaraq olmaması.
Növbədaxili iş vaxtı itkilərinin işçidən asılı olan səbəbləri növbənin başlancığında və nahar fasiləsindən sonra işə gec başlamaq; nahar fasiləsindən qabaq və növbənin axırında işi tez qurtarmaq; iş yerində kənar danışıqlara aludəçilik və s.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə