Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti


Əmək məhsuldarlığı və onun hesablanması



Yüklə 0,68 Mb.
səhifə49/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   45   46   47   48   49   50   51   52   ...   106
iqtisadiyyat nmf

Əmək məhsuldarlığı və onun hesablanması

İqtisadiyyatın sahələrində insanın məqsədyönlü fəaliyyətinin nəticəsi, səmərəsi onun müəyyən vaxt ərzində yaratdığı maddi nemətlərin kəmiyyəti ilə xarakterizə olunur. Başqa sözlə, əməyin səmərəlilik səviyyəsi onun məhsuldarlığı ilə müəyyən olunur.


Əməyin məhsuldarlığı konkret əmək növünün vaxt vahidi ərzində az və ya çox məhsul istehsal etmək qabiliyyəti ilə səciyyələnir. Onun səviyyəsinin yüksəldilməsi vaxt vahidi ərzində istehsal edilən məhsulun kəmiyyətcə çoxaldılması və yaxud məhsul vahidinin istehsalına sərf olunmuş vaxtın miqdarının azaldılması ilə mümkündür.
Əmək məhsuldarlığının artmasının əhəmiyyəti hər şeydən əvvəl onda təzahür edir ki, o, istehsalı genişləndirməyin, ictimai sərvəti artırmağın başlıca şərti kimi çıxış edir. Məlumdur ki, istehsalın həcmi ya işləyənlərin sayını çoxaltmaq yolu ilə, ya da mövcud işçilərin əmək məhsuldarlığını yüksəltmək yolu ilə artırıla bilər. Əmək məhsuldarlığının yüksəldilməsi milli gəlir kütləsinin artırılması və əhalinin maddi rifah halının yaxşılaşdırılmasının başlıca və həlledici amillərindən biri hesab edilir.
Müəssisə iqtisadiyyatı üçün əhəmiyyəti və rolıı baxımından əmək məhsuldarlığının yüksəldilməsi, istehsal həcminin genişləndirilməsilə yanaşı, onun məhsulunun dəyərini ucuzlaşdırır və keyfiyyət göstəricilərini yüksəldir.
Əmək məhsuldarlığının artım tempi orta əmək haqqının artım tempinə nisbətən daha yüksək olmalıdır. Bu, geniş təkrar istehsal prosesinin zəruri şərtidir. Əmək məhsuldarlığının yüksəldilməsi nəticəsində əmək haqqı məsrəflərinə qanaət olunması, istehsal həcminin artırılması və istehsal gücündən istifadənin yaxşılaşdırılması hesabına məhsul vahidinə düşən şərti sabit xərclərin azaldılması ilə məhsulun maya dəyərini aşağı salmağa imkan verir. Mütərəqqi texnikanın tətbiqi nəticəsində əmək məsrəflərinin azalması adətən maddi ehtiyatlara qənaətlə müşayiət olunur ki, bu da bütün xərc maddələri üzrə məhsulun maya dəyərinin aşağı düşməsi ilə nəticələnir.
Fəhlənin iş vaxtından səmərəli istifadə, nəticə etibarilə, istehsalın səmərəliliyini, xüsusilə əmək məhsuldarlığının yüksəldilməsini təmin edən güclü amil kimi çıxış edir. İstehsalın həcmi genişləndikcə iş vaxtına qənaətin əhəmiyyəti daha da artır, çünki eyni vaxt vahidi ərzində daha çox məhsul istehsal etmək mümkün olur.
Müəssisədə əmək məhsuldarlığının səviyyəsini xarakterizə edən göstəricilərə aşağıdakılar daxildir:
Ət= ; ƏMt=
Burada, Ət - məhsulun əmək tutumu;
ƏMt - əmək məhsuldarlığı;
N - istehsal edilmiş məhsulun həcmi;
T - məhsul istehsalı üçün iş vaxtı məsrəfidir.
Əməktutumu - məhsul vahidinin hazırlanması üçün zəruri olan iş vaxtının miqdanrıdır.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə