Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti


Mükafatlı işəmuzd əmək haqqı sistemində



Yüklə 0,68 Mb.
səhifə57/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   53   54   55   56   57   58   59   60   ...   106
iqtisadiyyat nmf

Mükafatlı işəmuzd əmək haqqı sistemində fəhlə birbaşa əmək haqqından əlavə işin konkret kəmiyyət və keyfiyyət göstəricilər: üzrə tapşırıqların yerinə yetirilməsi və artıqlaması ilə yerinə yetirilməsi üçün müəyyən məbləğdə mükafat alır.
Sənaye müəssisələrində, bəzi hallarda, işəmuzd əmək haqqı formasının akkord sistemindən də istifadə edilir. Akkord əmək haqqı sistemindən əsasən tikintidə və nəqliyyatda istifadə olunur. Akkord, əmək haqqı briqadanın icra edəcəyi iş üzrə bütövlükdə hesablanılır. Akkord ış qiymətləri müəyyən edilərkən kompleks akkord işlərinə daxil olan mövcud normalar və ayrı-ayrı iş vahidinin (həcminin) qiymətləri əsas götürülür. Əməyin akkord sistemi üzrə ödənilməsində akkord tapşırıqlarının keyfiyyətlə və vaxtından əvvəl yerinə yetirilməsi üçün mükafatlandırma qaydası da müəyyən edilir. Mükafat, əmək haqqına akkord qaiməsi üzrə əlavə olunur və həmin müəssisədə mövcud olan mükafatlandırma qaydası əsasında verilir.
Sənaye müəssisələrində işləyən fəhlələrin müəyyən hissəsi üçün vaxtamuzd əmək haqqı forması tətbiq edilir. Yəni onların əmək haqqı buraxılan məhsulun miqdarına görə deyil, işlənmiş vaxta görə hesablanır. Vaxtamuzd əmək haqqı formasında əmək haqqının miqdarı fəhlənin ixtisas dərəcəsindən və sərf etdiyi iş vaxtından asılıdır.
Vaxtamuzd əmək haqqı forması istehsalın xüsusiyyətindən asılı olaraq texniki cəhətdən əsaslandırılmış istehsal normalarının müəyyən edilməsi mümkün olmayan işlər üzrə, habelə işəmuzd əmək haqqı sisteminin tətbiq edilməsi iqtisadi cəhətdən sərfəli olmayan sahələrdə tətbiq edilir.
İstehsal prosesləri avtomatlaşdırıldıqca vaxtamuzd əmək haqqının payı müntəzəm surətdə artır. Fəhlələrdə yüksək iş və xidmət keyfiyyətinə maddi maraq yaratmaq, işin texniki-iqtisadi göstəricilərini yaxşılaşdırmağı stimullaşdırmaq üçün vaxtamuzd mükafatlı əmək haqqı tətbiq edilir. Əmək haqqının hər bir formasının tətbiq olunma tələbləri və şərtləri vardır.
İşəmuzd əmək haqqı formasının tətbiq olunma şərtləri aşağıdakılardır:
a) əməyin normalaşdırılmasının mümkünlüyü, sadəliyi və istehsalın həcminin uçota alına bilməsi;
b) iş yerlərində əmək məhsuldarlığının və istehsalın həcmini yüksək sürətlə artırmaq zəruriyyəti;
c) istehsal olunan məhsula fəhlənin fəal təsir edə bilmə imkanı;
e) məhsul istehsalında fəhlənin əmək fəaliyyətinin son nəticələrinin əks oluna bilməsi;
f) iş vaxtı itkilərinin aradan qaldırılmasına imkan verən əməyin təşkilinin müvafıq səviyyəsinin təmin olunması.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə