Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti


Birbaşa işəmuzd əmək haqqı sistemi



Yüklə 0,68 Mb.
səhifə56/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   52   53   54   55   56   57   58   59   ...   106
iqtisadiyyat nmf

Birbaşa işəmuzd əmək haqqı sistemi əmək haqqının ən çox yayılmış formasıdır. Bu formada hazırlanmış bütün məhsul üçün fəhlələrə əmək haqqı yerinə yetirilmiş işin həcmi və iş vahidi üçün müəyyən edilmiş sabit qiymətlərə vurulması əsasında hesablanaraq verilir. Bu sistemdə istehsalın artması ilə fəhlənin faktiki gəliri (məvacibi) arasında birbaşa əlaqə mövcud olur.
Sənaye müəssisələrində bəzi hallarda dolayı işəmuzd əmək haqqı sistemindən də istifadə edilir. Dolayı işəmuzd əmək haqqı sistemində fəhlənin aldığı əmək haqqı onun xidmət etdiyi əsas fəhlələrin əmək haqqından və ya istehsal etdiyi məhsulun miqdarından birbaşa asılı olur. Bu sistem çox hallarda əsas fəhlələrə xidmət edən köməkçi fəhlələrin də əmək haqqının təşkilində tətbiq olunur. Bir sıra müəssisələrdə avadanlıq sazlaşdırıcıları dolayı işəmuzd sistemi üzrə əmək haqqı alırlar. Dolayı işəmuzd əmək haqqı sistemində hər hansı bir iş yerinə xidmət edən fəhlənin əmək haqqı əsas işəmuzdçu fəhlənin istehsal etdiyi məhsulun həcmindən asılı olaraq müəyyən edilir. Ona görə də köməkçi fəhlə iş yerləri və iş sahələrinə fasiləsiz və keyfiyyətli xidmət etməkdə maddi cəhətdən maraqlı olur.
Mütərəqqi işəmuzd əmək haqqı sistemində normadan artıq hazırlanmış hər məhsul üçün norma daxilində olan iş qiymətlərindən yüksək qiymətlə haqq verilir.
Normaların artıqlaması ilə yerinə yetirilməsi səviyyəsindən asılı olaraq məhsul vahidinin hazırlanma qiymətlərinin yüksəldilməsi dərəcəsi hər bir konkret halda xüsusi şkalalar vasitəsilə müəyyən edilir.
Mütərəqqi işəmuzd əmək haqqı sistemi əmək haqqının kütləvi və dəyişilməz forması ola bilməz, çünki bu, bəzi hallarda əmək məhsuldarlığına nisbətən əmək haqqının daha sürətlə artması ilə nəticələnə bilər. Bu isə yolverilməzdir, çünki əmək haqqının artım tempi əmək məhsuldarlığının artım tempini qabaqlamamalıdır.
Mütərəqqi işəmuzd əmək haqqı sistemi, adətən, texniki cəhətdən əsaslandırılmış normalarla (əməyin texniki normalaşdırılması əsasında) işləyən işəmuzdçu fəhlələr üçün tətbiq edilir. Bu sistemdən istifadə edilməsi isə əlavə maddi maraq yaranmasına səbəb olur.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə