Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti



Yüklə 0,68 Mb.
səhifə53/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   49   50   51   52   53   54   55   56   ...   106
iqtisadiyyat nmf

3. Əməyin ödənilməsinin təşkili

Əmək haqqı işçiyə özünün maddi və mənəvi ehtiyaclarını ödəmək üçün əməyin kəmiyyəti, daha doğrusu, onun iş qüvvəsinin dəyəri və keyfiyyəti müqabilində ictimai məhsuldan ayrılan və pul ifadəsində verilən hissədir. Müəssisədə əmək haqqının təşkili prinsipinin əsasında iş qüvvəsinin dəyəri və əməyin keyfiyyəti dayandığından, o hər bir işçinin şəxsi marağı ilə ictimai istehsalın inkişaf etdirilməsindəki dövlət və habelə sahibkarın maraqlarını uzlaşdırmağa imkan yaradır.


Bazar münasibətləri şəraitində fəaliyyət göstərən müəssisələrdə əmək haqqının düzgün müəyyən olunması, həm muzdlu fəhlənin əməyinin ədalətli qiymətləndirilməsi və həm də sahibkarın iqtisadi maraqlarının təmin olunması baxımından çox vacibdir.
Əmək kəmiyyət və keyfiyyətinə görə düzgün ödənildikdə hər bir işçi bütün istehsal imkanlarından dolğun istifadə etmək, öz mədəni-texniki səviyyəsini və ixtisasını yüksəltmək, iş vaxtından düzgün və səmərəli istifadə etmək üçün maddi cəhətdən maraqlı olur. Buna görə də onu müəyyən edən prinsip və amillər elmi əsaslara söykənməlidir.
Əmək haqqının həcmi müəssisə rəhbərliyinin və işçilərin və ya həmkarlar ittifaqının razılığı əsasında müəyyən olunur. Əmək haqqı digər müəssisələrin ödədiyi əmək haqqının səviyyəsi, ödəmə imkanı, yaşayışın dəyəri, əmək məhsuldarlığının səviyyəsi kimi meyarlar üzrə müəyyən olunur.
Bazar iqtisadiyyatı şəraitində əmək haqqının səviyyəsi aşağıdakı amillərin təsiri altında formalaşır:
1. Əmək bazarında mövcud olan konyunktura. Buraya iş qüvvəsinə olan tələblə onun təklifi arasında tarazlıq dərəcəsi, ölkədə işsizliyin səviyyəsi və s. daxildir.
2. Dövlətin sosial siyasəti, müəyyən edilmiş sosial normativlər -minimum əmək haqqı, minimum istehlak dərəcəsi və s.
3. İşin xarakteri ilə əlaqədar amillər - işin mürəkkəbliyi, əmək şəraiti, əməyin təhlükəsizlik dərəcəsi, işin icrası üçün məsuliyyətin səviyyəsi, tələb edilən iş təcrübəsi və vərdişlər, fəhlənin ixtisası və s.
4. Firma ilə bağlı amillər - mülkiyyət mənsubiyyəti, əmək məhsuldarlığının səviyyəsi, müəssisənin gəlirliyi, həmkarlar və digər fəhlə təşkilatlarının mütəşəkkilliyi və s.
5. İstehsal heyəti ilə əlaqədar amillər - işə qəbulun miqyası və müddəti (fərdi əmək müqaviləsinin şərtləri).
Bu amillərin bəziləri əmək haqqının ümumi səviyyəsinə, digərləri isə ayrı-ayrı kateqoriyadan olan işçilərin əmək haqqına təsir edirlər.
Bazar münasibətləri şəraitində əmək münasibətləri işə götürən və işçilər tərəfindən bağlanmış kollektiv və fərdi müqavilələr əsasında tənzimlənir. İstənilən əmək müqaviləsinin əsas bölmələrindən biri əmək haqqının həcminin müəyyən edilməsidir. Bu müqavilələrdə həm də əmək şəraiti, işdən azad olunma, işdən azad olunanlara verilən müavinətlərin həcmi və s. ilə bağlı məsələlər öz əksini tapır. Müəssisələrdə əmək haqqının tənzimlənməsi və bu sahədə müəyyən sistemlilik yaratmaq üçün, yəni ixtisaslı və ixtisassız, ağır və yüngül, ziyanlı və ziyansız şəraitdə çalışanların arasında əmək haqqı üzrə nisbətlərin düzgün müəyyən olunması məqsədilə tarif sistemindən istifadə edilir.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə