Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti


Əmək məhsuldarlığının öyrənilməsində əməyin nəticəsini xarakterizə edən natural, şərti-natural, əmək və dəyər göstəricilərindən istifadə edilir



Yüklə 0,68 Mb.
səhifə50/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   46   47   48   49   50   51   52   53   ...   106
iqtisadiyyat nmf

Əmək məhsuldarlığının öyrənilməsində əməyin nəticəsini xarakterizə edən natural, şərti-natural, əmək və dəyər göstəricilərindən istifadə edilir.
Natural ifadədə məhsul buraxılışı həcmi (məsələn, litr, metr, ton və s.) istehsal fəaliyyətinin nəticəsini daha dəqiq səciyyələndirir, lakin bu göstərici ilə əmək məhsuldarlığı müəyyən edildikdə bəzi qeyri-dəqiqliyə yol verilir. Natural göstəricilər həmcins məhsul buraxan (məsələn, kömür hasilatı, poladəritmə və s.) müəssisələrdə tətbiq oluna bilər. Lakin bir çox hallarda müəssisələr müxtəlif növ məhsullar istehsal edirlər. Buna görə də istehsal fəaliyyətinin ümumi həcmini və əmək məhsuldarlığını müəyyən etmək üçün natural göstəricilərin tətbiq olunma dairəsi nisbətən məhdudlaşır.
İstehsal edilən məhsulun həcmi, həmçinin şərti-natural göstəricilər ilə də ölçülür. Şərti-natural göstərici kimi, adətən eyni iqtisadi təyinat alan məhsul növlərindən biri, bir qayda olaraq digərlərini təmsil edən məhsul kimi seçilir. Bu metodda müəyyən məhsul növü - fıziki ölçüsündən asılı olmayaraq - vahid kimi qəbul edilir və başqa məmulatlar onların istehlak xassələrinə və ya əmək tutumuna görə həmin şərti ölçü vahidinə adekvat kimi qəbul edilir (şərti yanacaq, şərti banka və s.).
İstehsal fəaliyyətinin nəticəsinin natural, şərti-natural və əmək tutumuna görə ölçülməsi - mötəbər məlumata malik olmaq nöqteyi-nəzərindən çox faydalıdır. Bununla belə, qeyd edilən göstəricilərdən istifadə imkanları məhduddur. Bu göstəricilər sahə üzrə istehsal fəaliyyətinin nəticələrini ümumiləşdirmək işini çətinləşdirir və həm də müxtəlif müəssisələrin istehsal nəticələrini müqayisə etməyə imkan vermir.
Qeyd edilən qüsurları dəyər göstəricisindən istifadə etməklə aradan qaldırmaq mümkündür. Əməyin nəticəsinin dəyər ölçüsündə öyrənilməsində ümumi, əmtəəlik, emalın normativ dəyəri, şərti xalis məhsulun həcmi göstəricilərindən istifadə edilir. Dəyər göstəricisindən istifadə müəssisələrin fəaliyyət göstəricilərini sahə üzrə ümumiləşdirməyə imkan verir. Məhsul buraxılışının dəyər ifadəsində müəyyən olunmasının əsas üstünlüyü həm onun asanlığında, həm müxtəlif növ məhsul buraxan müəssisələrin və həm də ümumən müəssisələr qrupu üzrə istehsal həcminin dinamikasını müəyyən etmək imkanı verməsindədir. Bıı zaman planlaşdırma və təhlil imkan genişlənir, müxtəlif dövrlərdə hər bir tədqiq olunan qrup müəssisələr üzrə göstəricilərin müqayisəsinə imkan yaranır.
Müəssisələrdə əmək məhsuldarlığının planlaşdırılması və uçotu mütəmadi olaraq həyata keçirilir. Əmək məhsuldarlığının səviyyəsi istehsal olunmuş məhsulun miqdarını onun istehsalına sərf edilən vaxta bölmək yolu ilə hesablanır.
Məhsul istehsalına sərf edilən vaxt istehsal işçilərinin orta siyahı sayı ilə hesaba alınır. Onun tərkibinə əsas və köməkçi fəhlələr, mühəndis-texnik işçilər, qulluqçular, kiçik xidmətedici heyət, şagirdlər, mühafızə işçiləri daxil edilir. Buna görə də, bu metodla hesablanmış əmək məhsuldarlığını "ümumi əmək məhsuldarlığı", "istehsal heyətinin əmək məhsuldarlığı" adlandırmaq olar. Belə bir "ümumilik" həmin göstəriciyə konkretlik deyil, mücərrədlik mahiyyəti verir. Bundan əlavə, əmək məhsuldarlığının səviyyəsi fəhlənin məhsul istehsalına sərf etdiyi adam-günlərin və habelə adam-saatların miqdarına görə də hesablanır; bu fəhlənin əmək məhsuldarlığı göstəricisi hesab edilir. Bunu istehsalın "baş agenti"nin əmək məhsuldarlığı da adlandırırlar.
Əmək məhsuldarlığının göstəriciləri və ölçülmə metodları ayrı-ayrı istehsal sahələrinin xüsusiyyətini nəzərə almalıdır.
Məlumdur ki, məhsulun dəyər uçotu həm maddiləşmiş, həm də canlı əmək məsrəflərinin məcmusunu səciyyələndirir. Lakin bu ümumi məsrəflər əmək məhsuldarlığının səviyyəsini müəyyən edən zaman yalnız istifadə olunmuş canlı əmək məsrəfləri ilə müqayisə olunur. Müxtəlif müəssisələrdə əmək məsrəflərinin xüsusi çəkisi müxtəlifdir. Buna görə də əmtəəlik (ümumi) məhsul üzrə dəyər ifadəsi ilə hesablanmış əmək məhsuldarlığı göstəriciləri sənayenin müxtəlif müəssisələrində müqayisəyə gəlmir. Bu onunla əlaqədardır ki, əmtəəlik (ümumi) məhsul göstəricisi müəssisələrin strukturunun dəyişilməsindən və ya müxtəlifliyindən, istehlak olunan xammalın dəyərindən, buraxılan məhsulun çeşidindən, ümumi istehsal həcmində kooperasiya yolu ilə alınmış dəstləşdirici məmulatların xüsusi çəkisindən asılı olaraq dəyişkən olur.
Əmək məhsuldarlığını hesablamaq üçün məhsulun həcmi kimi xalis məhsul göstəricisindən də istifadə edilə bilər. Xalis məhsul (maddi məsrəflərdən təmizlənmiş ümumi məhsul) göstəricisinin tətbiqi əmək məhsuldarlığının səviyyəsini təhrif etmir, çünki bu halda təkrar uçot, eyni bir məmulatın hazırlanması zamam işlədilən materialların dəyərinin, kooperasiya yolu ilə alınmış məhsulların müxtəlif xüsusi çəkilərinin təsiri aradan qalxmış olur. Bununla yanaşı, bu göstərici də müxtəlif sahələrə məxsus müəssisələrdə əmək məhsuldarlığının səviyyələrini müqayisə oluna bilən ölçüyə gətirə bilmir. Qeyd edilən göstəricilərdən istifadə təhlilin konkret məqsədindən asılı olur. .
Müəssisədə əmək məhsuldarlığı hesablanarkən iş vaxtı vahidi olaraq saat, gün, ay, il götürülə bilər və buna uyğun olaraq əmək məhsuldarlığının səviyyəsi orta hesabla bir adam-saat, adam-gün və adam-il ərzində istehsal olunmuş məhsulun miqdarı ilə ifadə edilir. Əmək məhsuldarlığının bütün bu göstəriciləri müəssisələrdə bir nəfər orta siyahı sayı işçi üçün hesablanır. İstehsal heyətinin bir işçisinə görə yalnız orta aylıq, orta rüblük və orta illik əmək məhsuldarlığı müəyyən edilir. Həmin göstəricilər aşağıdakı düsturlarla hesablanır:
ƏMa= ; ƏMg= ; ƏMS=
Burada, ƏMa, ƏMg, ƏMS - aylıq (rüblük, illik) əmək məhsuldarlığı;
N - məhsulun həcmi;
İS - işçilərin orta siyahı sayı;
Tg - fəhlələrin sərf etdikləri adam-günlərin miqdarı;
TS - fəhlələrin sərf etdikləri adam-saatların miqdarı.
Bir adam-saat üçün hesablanmış əmək məhsuldarlığı faktiki iş vaxtı ərzində əmək məhsuldarlığının səviyyəsini xarakterizə edir. İş vaxtı vahidi iriləşdirilərkən hesablamaya faktiki iş vaxtı ilə yanaşı, boşdayanmalar da daxil edilir.
4. Əmək məhsuldarlığının artırılması ehtiyatları və amilləri
Müəssisədə əmək məhsuldarlığının düzgün planlaşdırılmasında və əməyə qənaətin ehtiyat mənbələrinin tam aşkar edilib reallaşdırılmasında əmək məhsuldarlığına təsir edərı amillərin elmi əsaslarla təsnifləşdirilməsinin böyük əhəmiyyəti vardır.
Əmək məhsuldarlığının yüksəldilməsi bütün istehsal ehtiyatlarının səfərbərliyə alındığı təqdirdə müvəffəqiyyətlə həll edilə bilər. Bunun üçün elmi-texniki tərəqqinin tətbiqi ilə yanaşı, maddi, əmək və maliyyə ehtiyatlarından daha qənaətlə və səmərəli istifadə etmək, artıq xərclərə yol verməmək və itkiləri ləğv etmək lazımdır.
Müəssisədə əmək məhsuldarlığının artırılması ehtiyatları elmi-texniki tərəqqi, müəssisənin düzgün yerləşdirilməsi, müəssisədə yeni texnika və texnologiyanın tətbiqi, mövcud avadanlıqların modernləşdirilməsi, istehsalın təmərküzləşdirilməsi və ixtisaslaşdırılması, rəqabətqabiliyyətli müvafıq sahələrin inkişaf etməsi və s. ilə əlaqədardır.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə