Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti


Digər bir metod plan tapşırıqlarının yerinə yetirilməsi üçün işçilərin sayının hesablanmasıdır



Yüklə 0,68 Mb.
səhifə47/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   43   44   45   46   47   48   49   50   ...   106
iqtisadiyyat nmf

Digər bir metod plan tapşırıqlarının yerinə yetirilməsi üçün işçilərin sayının hesablanmasıdır. Bunun üçün aşağıdakı düsturdan istifadə olunur:
İibƏip
Burada, İb - bazis ilində işçilərin sayıdır;
Əip - plan ili üçün istehsal proqramının artması əmsalıdır.
Sonuncu metod nöqsanlıdır. Çünki plan ili üçün hesablamada bazis ilinin işçilərinin sayının müəyyən edilməsində yol verilən səhvlər və onlardan (işçilərdən) necə istifadə olunması, daha doğrusu, həmin sayın keçən il üçün nə qədər real olub-olmaması plan ili üçün (keçmişdə yol verilən səhvlər) bir növ qanuniləşdirilir.
Normalaşdırılması mümkün olan və olmayan işlər üçün iş qüvvəsinə tələbatın hesablanması qaydaları biri-birindən fərqlənir.
Normalaşdırılan işlərdə məşğul olacaq istehsal işçilərinə tələbatın hesablanması - müəyyən peşə və ixtisaslar üzrə - iş vaxtının sərfı əsasında aparılır. Normalaşdırılan vaxt məsrəfi istehsal proqramında istehsalı nəzərdə tutulan hər məmulat növü üzrə ayrı-ayrılıqda hesablanır, onlar sonradan cəmlənir. Bununla yanaşı vaxt sərfi norması müəyyən edilərkən, plan ilində əmək məhsuldarlığının yüksəldilməsi, fəhlələrin sayına tələbatı azaldan bir amil kimi nəzərə alınır.
Normalaşdırılan işlərin icrası üçün fəhlə kadrlara tələbat (Fs) aşağıdakı düsturun köməyilə hesablanır:

Burada, N - bir məmulatın istehsalına vaxt sərfi norması;
Ip - istehsal proqramı üzrə məmulatların sayı;
B- 1 fəhlənin faydalı iş vaxtı fondudur.
Normalaşdırılmayan işlərin yerinə yetirilməsi üçün fəhlə kadrlara tələbatı planlaşdırılan istehsalın həcmi üçün zəruri olan iş yerlərinin sayını, növbəlilik əmsalı və iş yerlərinə xidmət normaları əsasında hesablayırlar. Bu metod "iş yerləri ştatına görə hesablama qaydası" adlanır. Hesablama peşə və ixtisas dərəcələri üzrə aparıhr.
Mühəndis-texniki işçilərə və qulluqçulara tələbat ştat cədvəli üzrə hesablanır. Ştat cədvəli isə müəssisələrin quruluşu və ölçüsü, xüsusi bölmə və şöbələrin sayı, onların istehsalda düzgün yerləşdirilməsi əsasında müəyyən edilir.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə