Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti


Mövzu 6. Əmək resursları və əməyin ödənilməsi



Yüklə 0,68 Mb.
səhifə45/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   41   42   43   44   45   46   47   48   ...   106
iqtisadiyyat nmf

Mövzu 6. Əmək resursları və əməyin ödənilməsi



  1. Kadrların tərkibi, strukturu və hazırlanması

  2. Əmək məhsuldarlığı və onun hesablanması

  3. Əməyin ödənilməsinin təşkili




  1. Kadrların tərkibi, strukturu və hazırlanması

Müəssisənin səmərəli fəaliyyəti onun kadrlarından, orada çalışan işçilərin səriştələrindən, peşəkarlıq və ixtisas səviyyələrindən bilavasitə asılı olur.


Hər hansı bir müəssisənin istehsal proqramını yerinə yetirmək üçün zəruri sayda işçilər tələb olunur. Sifarişlər portfelindəki öhdəlikləri yerinə yetirmək üçün lazım olan işçilərin sayı mücərrəd anlayiş olmayıb, onların müəyyən qruplar üzrə konkret sayını nəzərdə tutur. Bunun üçün müəssisənin kadrları funksional tərkibinə görə təsnifləşdirilir.
Müəssisənin kadrları, ilk əvvəl, istehsal heyəti və qeyri-istehsal heyəti kimi qruplaşdırılır.
İstehsal heyəti icra etdikləri funksiyaların xarakterinə görə rəhbərlər, mütəxəssislər, qulluqçular və fəhlələr kateqoriyalarına bölünurlər.
İstehsal heyətinin əsas tərkib hissəsi olan fəhlələr qrupuna bilavasitə məhsul yaradılmasında iştirak edən və habelə istehsal prosesinin normal gedişatını təmin edən işçilər aid olunurlar.
İcra etdikləri işin xarakterindəki fərqlərə görə fəhlələr kateqoriyasını 4 əsas qrupa bölmək olar:
l. Texnoloji prosesdə iştirak edən, əmək predmetini emal etmək yolu ilə bilavasitə hazır məhsula çevirən fəhlələr. Lakin bunlardan əlavə, avtomatlaşdırılmış istehsallarda fəhlə-nizamlayıcılar da bu qrupa daxil edilirlər, çünki onlar avadanlıqların normal işini təmin edirlər;
2. Xammal, material və hazır məhsulun, yarımfabrıkatların daşınması, anbarlaşdırılması və qorunması ilə məşğul olan fəhlələr;
3. Əsas fondların təmirini, istehsal avadanlıqlarının profilaktikasını həyata keçirən, təmir üçün hissə və tərtibatlar istehsal edən fəhlələr;
4. Hazır məhsulun keyfiyyətinə nəzarət işini icra edən fəhlələr.
Birinci qrupa daxil olan fəhlələr əsas, digər qruplara aid edilənlər isə köməkçi fəhlələr hesab olunurlar.
Rəhbər işçilər kateqoriyasına istehsala bilavasitə rəhbərlik işini həyata kecirən işçilər aid olunurlar. Əqli əmək nümayəndələri olan bu kateqoriya işçilər istehsala rəhbərliyi həyata keçirirlər. Bu kateqoriya işçilərə müəssisənin rəhbərləri, menecerlər, baş mütəxəssislər, sex (sahə, növbə) rəisləri və s. daxildirlər.
Mütəxəssislər isə istehsalın və onun təşkilinin konstruktor, texnoloji, təşkilati-texniki və sırf istehsal məsələləri ilə məşğul olurlar. Bu kateqoriya işçilərə müəssisənin bütün sahələri üzrə mütəxəssislər, o cümlədən mühəndislər, mexaniklər, ektktriklər, iqtisadçılar və s... daxildir.
Qulluqçular kateqoriyasına maliyyə, uçot, təchizat-satış, dəftərxana və bəzi inzibati-idarə işçiləri aid olunurlar.
İnzibati-idarə binalarına qulluq edən xadimələr, süpürgəçilər, minik avtomo-billərinin sürücüləri, kuryerlər, paltarasanlar və s. işçilər fəhlələr kateqoriyasına daxildirlər.
Mühafizə işçiləri, müəssisənin gözətçiləri və yanğından mühafizə işçiləri də fəhlələr kateqoriyasına aid edilirlər.
Müəssisələrin qeyri-istehsal sahələrində çalışan işçilər istehsal heyətinə aid edilmir. Bu qəbildən olan işçilərə yaşayış binalarına, səhiyyə məntəqələrinə, uşaq bağçalarına, klublara, yardımçı təsərrüfatlara xidmət edən işçilər daxil olunurlar. Bundan məqsəd istehsalı icra edən işçilərilə istehsal xarakterli işləri icra etməyənlər arasındakı optimal say nisbətini müəyyən etməkdir.
Fəhlələr ixtisas dərəcələrinə görə dörd qrupa bölünür: ixtisassız (ixtisas dərəcəsi olmayan), az ixtisaslı, ixtisaslı, yüksək ixtisas dərəcəli.
Öz-özlüyündə aydındır ki, xüsusi hazırlıq tələb etməyən işlərin icrası ixtisas dərəcəsi olmayan, başqa sözlə, ixtisassız fəhlələr tərəfindən icra olunmalıdır.
Az ixtisas dərəcəli fəhlənin xüsusi hazırlıq keçmə müddəti cəmisi bir neçə həftə ərzində baş verə bilər. Bu qəbildən olan fəhlələrin icra etdikləri iş o qədər də mürəkkəb olmur.
İxtisas dərəcəli, başqa sözlə, ixtisaslı fəhlələrin hazırlanması 2-3 il müddətində vaxt tələb edir.
Yüksək ixtisas dərəcəli fəhlələrin hazırlanmasında, onlarda nəzəri biliklərlə yanaşı müəyyən iş təcrübəsinin formalaşması da zəruri əhəmiyyət daşıyır. Belə fəhlələr isə nisbətən daha uzunmüddətli vaxt ərzində formalaşır.
İstehsal sahəsində elmi-texniki tərəqqinin təsiri altında, tədricən olsa da, yuxarıda göstərilən ixtisas dərəcələri arasında ixtisassız fəhlələrin sayı azalmağa doğru meyl edir, yüksək ixtisas dərəcəli fəhlələrin sayı isə artır.
Hər hansı bir istehsal sahəsində ixtisas dərəcəsi aşağı olan fəhlələrin sayca çox olması o deməkdir ki, həmin sahədə elmi-texniki tərəqqinin nailiyyətləri lazımınca tətbiq olunmur, köməkçi işlərin, yükləmə-boşaltma, təmir və s.-nin mexanikləşdirilmə səviyyəsi aşağıdır.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə