Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti


Mövzu 5. Sənaye sahələrinin xammal bazası və maddi resurslarla təminatı



Yüklə 0,68 Mb.
səhifə41/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   37   38   39   40   41   42   43   44   ...   106
iqtisadiyyat nmf

Mövzu 5. Sənaye sahələrinin xammal bazası və maddi resurslarla təminatı



  1. Xammal bazası və onun tərkib hissələri.

  2. Maddi resursların qənaətlə istifadəsi edilməsi yolları.

  3. Sənaye sahələrinin yerləşdirilməsi xüsusiyyətləri.




  1. Xammal bazası və onun tərkib hissələri

Məlumdur ki, istehsal prosesinin fasiləsiz, səmərəli təşkili üçün tələb olunan material dəyərlərinin axını bir sıra texniki, iqtisadi və təşkilati səbəblərdən həmişə fasiləsiz ola bilməz. Ona görə də bir çox hallarda bu proseslərin zamana və məkana görə sinxornlaşdırılması mümkün olmur, material dəyərlərinin axınının həcmi və intensivliyi fasilələri və gecikmələri aradan qaldırmağa imkan vermir. Məhz bu səbəbdən müəssisədə və təsərrüfat subyektləri arasında material dəyərlərinin hərəkətinin tənzimlənməsinə ehtiyac vardır.


Son zamanlar inkişaf etmiş bazar iqtisadiyyatına malik ölkələrdə material dəyərlərinin axınının-nəqlinin, təchizatının, satışının, saxlanmasının və s. –təşkili və tənzimlənməsi prosesləri loqistika prosesi adlandırılır. Ancaq geniş istifadə edilməsinə baxmayaraq hələlik «loqistika» anlayışının hamı tərəfindən qəbul edilən tərifi mövcud deyildir. Müxtəlif müəlliflər bu anlayışın ayrı-ayrı konkret aspektlərini fərqləndirirlər, özü də onu həm təsərrüfat təcrübəsinə, həm də iqtisad elmləri sferasına aid edirlər. Loqistika anlayışının mahiyyəti və məzmunu haqqında müxtəlif mövqelərin, fikirlərin araşdırılması və ümumiləşdirilməsi nəticəsində loqistikanın ən azı üç konsepsiyasını fərqləndirmək olar:

  • loqistika-müəssisədə və müəssisələr arasında material dəyərlərinin (xammal, material, yarımfabrikat, hazır məhsul) fiziki hərəkətləri, eləcə də bu prosesləri əks etdirən və onların idarə edilməsində istifadə edilən informasiyaların axını prosesidir;

  • loqistika-real proseslərə (dəyərlərin hərəkətinə) sistemli yanaşmaya əsaslanan idarəetmə fəlsəfəsidir;

  • loqistika-bütövlükdə iqtisadiyyatda və onun ayrı-ayrı həlqələrində material dəyərlərinin və informasiyaların hərəkətinin qanunauyğunluqlarını və hadisələrini tədqiq edən iqtisadi bilik sahəsidir.

Qeyd etmək lazımdır ki, bu konsepsiyalar nəinki bir-birini rədd etmir, əksinə tamamlayır.
Loqistikanın mahiyyəti-material dəyərlərinin və informasiyanın hərəkətindən, material və informasiya axınının intensivliyindən, onların fasiləsizlik və sabitlik səviyyəsindən və s. ibarətdir.
Müasir iqtisadi şəraitdə material dəyərlərinin fiziki hərəkəti getdikcə daha çox mürəkkəbləşir. Bu proseslərin dəqiq, səmərəli idarə edilməsi üçün müvafiq informasiya və onun xüsusi işlənməsi, təhlili tələb olunur. Yalnız bu əsasda material dəyərlərinin hərəkətini tənzimləyən səmərəli qərarların qəbulu mümkündür.
Real həyatda material dəyərlərinin hərəkətinin fasiləsizliyini həmişə təmin etmək mümkün olmadığından istehsal prosesinin rəvan həyata keçirilməsi üçün material ehtiyatlarının yaradılması zərurəti meydana çıxır. Ehtiyatlar material dəyərlərinin hərəkətinin müxtəlif pillələrində meydana çıxır və müxtəlif funksiyaları yerinə yetirirlər. Ancaq onlar, ilk növbədə, istehsal-təsərrüfat proseslərinin sabitliyinin təmin edilməsi, başqa sözlə, konkret subyektlərin istehlak və istehsal tələbatlarının sabit ödənilməsinin təmin edilməsi funksiyasını yerinə yetirmək üçündür. Beləliklə, ehtiyatların formalaşması və saxlanması da loqistika proseslərinin tərkib hissəsi hesab edilə bilər.
Materialların hərəkəti, ehtiyatların toplanması, saxlanması, informasiyaların toplanması, işlənməsi və təhlili müəyyən fəaliyyətin həyata keçirilməsini tələb edir və onun reallaşması üçün loqistika proseslərinin infrastrukturunu təşkil edən müxtəlif texniki vasitələrin mövcudluğu tələb olunur. Bu, infrastruktur malların lazımi sürətlə hərəkətini, onların istehlak dəyərlərinin itirilməsinin qarşısının alınmasını, eləcə də, kütləvi informasiya axınından istifadə edildikdə loqistika proseslərinin səmərəli idarə edilməsini təmin etməlidir.
Loqistika proseslərinin texniki infrastrukturuna aşağıdakılar daxildir: binalar və anbar qurğuları; nəqliyyat vasitələri; yükləmə-boşaltma və nəql proseslərini həyata keçirən maşınlar və avdanlıqlar; müxtəlif növ qablayıcı vasitələr; hesablama texnikası. Müasir iqtisadiyyatda loqistika proseslərinin inkişaf etmiş infrastruktur təminatı olmadan material və informasiya axınlarının dəqiq hərəkətini təmin etmək mümkün deyildir.
Material dəyərlərinin hərəkəti, ehtiyatların saxlanması və bu məqsədlərlə kapitalın cəlb edilməsi, eləcə də texniki infrastrukturun fəaliyyəti loqistika xərclərinin meydana çıxmasına səbəb olur. Loqistikanın əhəmiyyətli kompanentləri olan bu xərclər bütövlükdə istehsal- təsərrüfat prosessinin səmərəliliyinə təsir göstərir.
Müasir loqistikanın əsas vəzifələrindən biri ehtiyatların hərəkətinə və saxlanmasına çəkilən xərclərin azaldılmasından ibarətdir. Onlar təsərrüfat fəaliyyətinə çəkilən xərclərin nəzərəçarpan hissəsini təşkil edir, buna görə də bu xərclərin azaldılması təsərrüfat subyektlərinin fəaliyyətinin səmərəliliyinin artırılmasında mühüm rol oynayır.
Loqistikanın inkişafı, digərləri ilə yanaşı, ehtiyatların hərəkətinə və saxlanmasına çəkilən xərclərin azaldılması ilə bilavasitə əlaqədardır. Müasir istehsal texnologiyası, avtomatlaşdırma, istehsalın idarə edilməsində kompyüterlərin tətbiqi istehsal xərclərinin elə səmərələşdirilməsinə imkan yaratmışdır ki, bu sahədə yeni uğurların əldə edilməsi olduqca çətinləşmişdir. Eyni zamanda loqistika proseslərinin (maddi dəyərlərin nəqli, anbarlaşdırlması, qablaşdırılması, onlara xidmət və s.) texniki təminat və təşkilati cəhətdən istehsal proseslərinin texniki təminatı və təşkilindən geri qalması xərclərin artmasına səbəb olurdu. Məhz bu cəhət son dövrlərdə material dəyərlərinin hərəkəti proseslərində müasir texnologiyaların və təşkilati metodların tətbiqini şərtləndirmişdir. Buna görə də malların və informasiyaların hərəkəti zamanı meydana çıxan xərclərin azaldılması loqistikanın əsas funksiyalarından biri hesab edilir. Beləliklə, aşağıdakılar müasir loqistikanın əsas kompanentləri hesab edilə bilər (şəkil 5.1.):

  • material dəyərlərinin fiziki hərəkəti;

  • məlumatlandırma və qərarların qəbulu prosesi;

  • maddi ehtiyatların saxlanması;

  • loqistika proseslərinin infrastrukturu;

  • loqistika xərcləri;

  • Loqistikanın strateji məqsədləri.

Məlumatlandırma və qərarların qəbulu prosesi

Maddi ehtiyatların saxlanması

Loqistika xərcləri





Loqistika






Material dəyərlərinin fiziki hərəkəti

Loqistikanın strateji məqsədləri

Müştəriyə xidmətin lazımi sə-viyyədə təşkili

Xərclərin azaldılması

Bazarlarda mövqelərin möh-kəmlənməsi, rəqabətə davam-lılıq

Loqistika proseslərinin infra-strukturu

Şəkil 5.1. Loqistika poseslərinin əsas komponentləri


Loqistika proseslərinin qeyd edilən material və informasiya kompanentləri müştəriyə (alıcıya) xidmətin lazımi səviyyədə təşkilini təmin etməlidir. Bu, öz növbəsində, istehsalçının bazarlarda müvəffəqiyyət qazanmasına, mövqeyinin möhkəmlənməsinə, rəqabət mübarizəsində tab gətirməsinə şərait yaratmalıdır.


İstehsal-təsərrüfat fəaliyyətinin məqsədi (məqsədləri) nöqteyi-nəzərindən loqistika müəyyən vəzifələri həyata keçirməlidir. Loqistikanın əsas vəzifələri aşağıdakılardır:

  • malların hərəkətinin idarə edilməsinin təkmilləşdirilməsi, xüsusilə də loqistika proseslərinin iştirakçılarının materiallara olan tələbatının tam ödənilməsi;

  • loqistika hərəkətlərinin alıcının tələblərinə uyğunlaşdırılması;

  • malların hərəkəti ilə bağlı xərclərin- loqistika xərclərinin-azaldılması, bu proseslərin səmərəliliyinin yüksəldilməsi.

Qeyd edilən vəzifələrin hamısı vacibdir, bir-biri ilə əlaqədardır və bir-birindən asılıdır. Malların hərəkətinin dəqiq təşkili, hər şeydən əvvəl, onların sonrakı təsərrüfat subyektlərinə vaxtında, tələb olunan intensivliklə elə çatdırılmasını nəzərdə tutur ki, istehsal proseslərinin sabit həyata keçirilməsini təmin edən material ehtiyatları istehsalın tələbatlarını lazımi məkanda və zamanda ödəməyə imkan versin. Bu zaman alıcı (təsərrüfat subyekti və ya fərdi istehlakçı) əsas rol oynayır və demək olar ki, loqistika prosesinin təşkili alıcıya xidmətin səviyyəsi ilə ölçülür. Eyni zamanda, malların hərəkətinin ritmik təşkilinə səmərəlilik və qənaətçillik nöqteyi-nəzərindən yanaşmaq lazımdır ki, bu da özünü loqistika xərclərinin səviyyəsində (miqdarında) büruzə verir. Malların hərəkətinin ritmik təşkili və alıcının tələbatının ödənilməsi proseslərinin minimum xərclərlə həyata keçirilməsi loqistika proseslərinin əsas vəzifəsi hesab edilə bilər. Beləliklə, loqistikanın material, informasiya və idarəetmə kompanentlərinin məcmusu məhz qeyd edilən məqsədə nail olunmasına yönəldilməlidir.
Loqistika prosesləri istehsal-təsərrüfat prosesinin tərkib hissəsi hesab edilir.
Bu proseslərin inkişaf etmiş funksiyalarının və infrastrukturunun olmaması ona gətirib çıxarır ki, loqistika prosesləri istehsal proseslərini təmin edən ikinci dərəcəli, yardımçı proseslərə çevrilir. Təbiidir ki, loqistika prosesləri yardımçı, köməkçi xarakter daşıyır, ancaq onlar ritmik təşkil edilmədən əsas istehsal, satış və s. proseslərin səmərəli təşkili və idarə edilməsi mümkün deyildir. Servis və köməkçi xarakter daşıyan loqistika prosesləri məcmu istehsal-təsərrüfat prosesinin vacib pilləsidir. İstehsal-təsərrüfat proseslərinin səmərəliliyi xeyli dərəcədə loqistika proseslərinin səmərəliliyindən asılıdır.
Material dəyərlərinin hərəkətinə müxtəlif nöqteyi-nəzərdən yanaşmaq olar. Mikroiqtisadi yanaşmada bu hərəkət, hər şeydən əvvəl, təsərrüfat subyekti-müəssisə-daxilində hərəkətdir. Müssisənin xarakterindən (istehsal, ticarət, servis və s.) asılı olaraq o sadə, mürəkkəb və ya az mürəkkəb ola bilər. Məsələn, ticarət müəssisəsində (topdansatış) onu aşağıdakı sadə sxem şəklində ifadə etmək olar (şəkil 5.2.)



Topdansatış anbar
Xarici tədarük Xarici tədarük (təchizat)
(təchizat) axını axını

Malların ehtiyatı

(alış) (satış)


Şəkil 5.2. Ticarət müəssisəsində tədarükün (təchizatın) axını


Burada satıcıdan alınan xarici tədarük (təchizat) və alıcıya (pərakəndə ticarətlə məşğul olana, istehlakçıya və s.) satılan xarici tədarük öz əksini tapır. Ticarət müssisəsinin özündə - həm «girişdə» (mallar alınanda), həm də «çıxışda» (satışda) malların ehitiyatı saxlanılır ki, bu da alqı - satqı proseslərində manupulyasiya etməyə imkan verir. Ehtiyatların toplanması təkcə malların alınmasında və satılmasında meydana çıxan problemlərlə əlaqədar deyildir. Ehtiyatların ioplanması həm də assortimentin kompleksləşdirilməsi, alıcıların tələbatının fasiləsiz ödənilməsi və s. məqsədlə həyata keçirilə bilər.


İstehsal müəssisələrində, xüsusilə də sənaye müəssisələrində, ehtiyatların formalaşması və toplanması nisbətən mürəkkəb prosesdir. Onların strukturunda malların hərəkətinin üç əsas fazasını göstərmək olar (şəkil 5.3.):
- alış (təchizat);
- istehsal;
- distribusiya (satış)
Sənaye müəssisəsində (eləcə də ticarət müəssisəsində) həm ticarət, həm də satış axınları həyata keçirilir. Məhz bu axınların nəticəsində müəssisə xarici aləmlə təmasa girir. Eyni zamanda, müəssisənin öz daxilində ehtiyatların hərəkəti, saxlanması, manipulyasiyası, qorunması prosesləri də həyata keçirilir.

Material axınının idarəet-mə mərkəzi (müəssisənin rəhbərliyi)

Təchizat (alış) fazası

İstehsal
fazası

Distribusiya (satış) fazası

Xarici təchizat Xarici təchizat


axını (təchizat) axını (satış)

Müəssisənin fəaliyyət dairəsi

materialların fiziki yerdəyişməsi


informasiyaların ötürülməsi
idarəetmə qərarlarının ötürülməsi
Şəkil 5.3. Sənaye müəssisəsində materialların hərəkəti.

Loqistika prosesləri geniş çeşiddə xammal, material, yarımfabrikat, komplektləşdirici hissələr, kənar xidmətlər və s. tələb edən mürəkəb istehsal və əmtəə strukturlarına malik olan iri sənaye müəssisələrində kifayət qədər mürəkkəbdir. Bu tipli müəssisələrdə nəinki satış fazasını əhatə edən, eləcə də distribusiya proseslərinin bütün spektrini; məsələn, satış anbarları, pərakəndə satış mağazaları, ticarət və servis xidməti nöqtələri şəbəkəsini əhatə edən loqistika prosesləri həyata keçirilə bilər.


Beləliklə, loqistika proseslərinin mikoriqtisadi aspekti, hər şeydən əvvəl, müəssisə səviyyəsində loqistikanı nəzərdə tutur.
İstehsal-təsərrüfat proseslərinə həmçinin material dəyərlərinin təbiətdə onların əmələ gəlmə mənbələrindən son istehlakçıya (alıcıya) qədər hərəkəti prosesi kimi də baxmaq olar. Bu cür yerdəyişmə bir çox mərhələlərdən keçir ki, onların özləri də ayrı-ayrı həlqələrə bölünür. Yerdəyişmənin əsas mərhələləri aşağıdakılar hesab edilir:

  • təbii mənbələrdən (yataqlardan) xammalın alınması;

  • xammalın material və yarımfabrikata çevrilməsi;

  • yarımfabrikatların, detalların və elementlərin istehsalı;

  • son məhsulların (istehsal və istehlak) istehsalı;

  • istehsal vasitələri ilə ticarət;

  • istehlak malları ilə ticarət;

  • servis, sazlama və təmir prosesləri;

  • tullantıların utilizasiyası və onların emal dairəsinə hərəkəti.

Bu proseslərin məcmusu, xalq təsərrüfatında maddi istehsal fazasını təşkil edir, bu fazanın ayrı-ayrı subyektləri arsında məhsulların hərəkəti bazarlarda alqı-satqı nəticəsində baş verir, başqa sözlə, əmtəə-pul xarakteri daşıyır. Məhsulların hərəkəti isə texniki infrastukturun-nəqliyyat vasitələrinin, binaların, anbar qurğularının, anbar və manupulyasiya avadanlıqlarının-vasitəsilə həyata keçirilir.
Loqistikanın makroiqtisadi aspekti xalq təsərrüfatında maddi dəyərlərin hərəkəti proseslərinin məcmusundan, ehtiyatların strukturundan və həcmindən, ehtiyatların hərəkəti və saxlanmasını təmin edən texniki infrastrukturdan ibarətdir.
İnformasiyaların ötürülməsi, qəbulu və qərarların qəbul edilməsi prosesləri də loqistikanın kompanentlərindən biri hesab edilir. İnformasiya maddi resursların hərəkətini və vəziyyətini əks etdirməklə yanaşı, bu hərəkətlərin idarə edilməsində də istifadə edilir. Müasir iqtisadiyyat küllü miqdarda informasiya axını formalaşdırır. Bu informasiyalar lazımi qaydada toplanmalı, saxlanmalı, işlənməli, kodlaşdırılmalı və qəraların qəbulunda istifadə edilməlidir. Buna görə də demək olar ki, informasiya prosesləri maddi dəyərlərin həm müəssisələr, həm milli iqtisadiyyat, həm də qlobal miqyasda hərəkətlərinə təsir göstərir.
Əmək tutumunun, bəzən hətta kapital tutumunun səviyyəsinə görə məlumatlandırma və qərarların qəbulu prosesi, material dəyərlərinin hərəkəti prosesinə bərabər olur. İnformasiya proseslərində məşğul olan işçilərin (təchizat, satış, marketinq, informasiyaların işlənməsi xidmətlərinin) sayı, bəzi hallarda, materialların hərəkəti proseslərində (nəqliyyatda, anbar təsərrüfatında və s.) işləyənlərdən çox olur.
İnformasiya proseslərinin fasiləsizliyi xeyli dərəcədə onların infrastruk-turundan asılıdır. Bu infrastruktur aşağıdakılardan formalaşdırılır:

  • material dəyərlərinin (xammal, material, hazır məhsul) kodlaşdırılması və təsnifləşdirilməsi sistemindən;

  • material dəyərlərinə aid sənədlərdən (hesab fakturalar, cədvəllər, yol vərəqləri, qayimələr və s.);

  • sənədlərin, müqavilələrin, müəssisənin təşkilat strukturunun elementlərinin və iş yerlərinin kodlaşdırılması sistemindən;

  • sənəd dövriyyəsi və onun təşkili üzrə təlimatlar sistemindən;

  • müxtəlif vaxt aspektrlərində informasiyaların işlənməsi, qruplaşdırılması və ayrılmasından, eləcə də müxtəlif təşkilati-paylayıcı funksiyalardan;

  • informasiyaların ötürülməsini, işlənməsini, toplanmasını və ümumiləşdirilməsini təmin edən texniki vasitələrdən (kompyüterlər, əlaqə sistemlərindən və s.).

Beləliklə, loqistikanın informasiya prosesləri, material dəyərlərinin idarə edilməsi zamanı informasiyalardan istifadəni təmin edən bütün texniki infrastrukturu ilə, resursların və axınların (göstəricilər bazasının) məcmusundan ibarətdir.
Hər bir müəssisə təsərrüfat subyekti kimi zamandan, fəaliyyət dairəsindən, predmetindən və s. asılı olaraq öz məqsədini müəyyənləşdirir. Loqistika prosesləri müəssisənin fəaliyyəti ilə sıx bağlı olduğundan onun əsas məqsədinin həyata keçirilməsinə xidmət etməlidir.
Müəssisənin məqsədini onun fəaliyyətində və əldə ediləcək nəticələrdə maraqlı olan tərəflər müəyyən edir. Müəssisənin məqsədi onun sahibi, ətrafdakılar, rəhbərlər tərəfindən müxtəlif cür təsəvvür edilə bilər. Məqsədlərin münaqişəsi, müəssisənin sahibi tərəfindən onun qarşısında qoyulan məqsədin əldə edilməsinə imkan verməzsə, bu, müəssisə rəhbərliyinin dəyişdirilməsi ilə nəticələnə bilər. Müəssisənin məqsədi (məqsədləri) kimi isə aşağıdakılar müəyyən edilə bilər:

  • bazarlarda mövqelərin möhkəmlənməsi və bunun hesabına rəqabət mübarizəsində üstünlüyün əldə edilməsi;

  • daha uzun müddət (vaxt) ərzində maliyyə nəticələrinin maksimumlaşdırılması;

  • iqtisadi potensialın artırılması;

  • səhmdarlar (sahibkalar) üçün müəssisənin dəyərinin artırılması.

Müəssisənin bu qaydada formalaşan məqsədləri bir-biri ilə ziddiyyət təşkil etmir, ancaq ayrı-ayrı məsələlərə müxtəlif aspektlərdən yanaşmağa imkan verir. Məsələn, səhmdarlar (sahibkarlar) üçün müəssisənin dəyərinin artırılması, onun bazarlarda mövqelərinin möhkəmlənməsi, müəssisənin potensialının artırılması daha uzun müddət ərzində müəssisənin maliyyə məsələlərinin maksimumlaşdırılması nəticəsində mümkün ola bilər. Bu cür yanaşma kompleks məqsədlərin müəyyən edilməsinə imkan verir ki, onun da reallaşdırılması müəssisənin əsas məqsədinin əldə edilməsinə şərait yaradır.
Müəssisənin marketinq strategiyası, hər şeydən əvvəl, alıcılara (istehlakçılara) xidmətin lazımi səviyyədə yerinə yetirilməsinə yönəldilməlidir. Bu, müəssisəyə bazarlarda mövqelərini möhkəmlətməyə və rəqabət mübarizəsində üstünlük qazanmağa, mal dövriyyəsinin həcmini artırmağa, material və ərazi strukturunun diversifikasiyasına imkan verə bilər. Loqistikanın vəzifəsi bu məqsədlərin səmərəli həyata keçirilməsini təmin etməkdən ibarətdir. Bu vəzifə alıcılara (istehlakçılara) lazım olan malların tələb olunan intensivliklə çatdırılması, bütün distribusiya şəbəkəsi üzrə ehtiyatların səmərəli formalaşdırılması və s. yollarla reallaşdıra bilər.
Xərclərin azaldılması rəqabət mübarizəsində qələbə çalmağın ən vacib şərtl-ərindən biridir. Loqistika fəaliyyəti material dəyərlərinin hərəkətinin müxtəlif həlqələrində xərclərin səmərəşdirilməsi üçün geniş imkanlar açır və bu imkanlardan istifadə edilməsi üçün bütün lazımi tədbirlər həyata keçirilməlidir.
Xərclərin minimuma endirilməsi, gəlirlərin isə maksimallaşdırılması müəssisə-nin son maliyyə nəticələrini müəyyən edən əsas istiqamətlərdir. Şəkil 5.4-də loqistika proseslərinin müəssisənin məqsədlərinin reallaşdırılması ilə ümumi əlaqəsi əks etdi-rilmişdir. Şəkil 5.4-dən göründüyü kimi loqistika proseslərinin geniş dairəsi müəs-sisənin məcmu fəaliyyətindən alınan gəlirin maksimallaşdırılmasına birbaşa təsir gös-tərir; o həm də, bu fəaliyyətin xərclərini azalda bilər. Bu iki aparıcı istiqamət həm müəssisənin maliyyə nəticələrində (onun maksimallaşdırılması yolu ilə), həm də bazarlarda mövqelərinin möhkəmlənməsində, rəqabət mübarizəsində önə çıxmaqda və mövqelərini qoruyub saxlamaqda öz əksini tapır.Öz növbəsində gəlir əldəedilməsi müəssisənin iqtisadi potensialının artmasına və onun dəyərinin yüksəlməsinə səbəb olur.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə