Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti


Müəssisədə əməyin ödənilməsinin forma və sistemləri



Yüklə 0,68 Mb.
səhifə55/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   51   52   53   54   55   56   57   58   ...   106
iqtisadiyyat nmf

Müəssisədə əməyin ödənilməsinin forma və sistemləri. Müəssisələrdə əmək haqqı təşkil olunarkən aşağıdakı əsas prinsiplər nəzərə alınır: əməyin kəmiyyət və keyfiyyəti, əməyin intensivliyi, iş şəraiti, əmək məhsuldarlığı ilə əmək haqqı arasındakı nisbət, bərabər əməyə görə bərabər haqqın verilməsi, iqtisadiyyat sahələrinin əhəmiyyəti, müəssisələrin coğrafi yerləşməsi. Bu o deməkdir ki, işçilərə əmək haqqı verilərkən sözügedən prinsiplərə riayət etmək lazımdır. Əməyin ödənilməsində bu prinsiplərdən kənara çıxmaq işçilərin maddi marağının zəifləməsinə, beləliklə də, istehsalın səmərəliliyinin aşağı düşməsinə səbəb ola bilər.
Sənaye müəssisələrində əmək haqqının düzgün təşkili və tənzimlənməsi üçün əsasən onun 2 forması - işəmuzd və vaxtamuzd formaları tətbiq edilir.
Əməyin vaxtamuzd ödəniş formasında işçinin əmək haqqı onun tərəfindən istehsalda işlənmiş vaxta və müvafıq ixtisas dərəcəsinin tarif maaşına görə hesablanır.
Əməyin ödənişinin vaxtamuzd formasının, məhsul istehsalı artımının fəhlənin özündən deyil, avadanlıqdan asılı olduğu və habelə əməyin normalaşdırılmasının mümkün olmadıgı iş yerləri və sahələrində tətbiq edilməsi həm zəruri və həm də məqsədəuyğundur.
Əməyin ödənişinin vaxtamuzd formasına 2 əmək haqqı sistemi - sadə vaxtamuzd və mükafatlı vaxtamuzd sistemləri səciyyəvidir.
Əməyin ödənişinin ikinci forması işəmuzd əmək haqqıdır. Əməyin ödənişinin bu formasından məhsul və xidmətin kəmiyyət göstəriciləri əsas, həcm göstəricilərinin uçotunun dəqiq ölçülməsinin mümkün olduğu və habelə texniki cəhətdən əsaslandırılmış normaların tətbiqinə çətinlik törətməyən iş yerləri və sahələrində istifadə olunur.
İşəmuzd əmək haqqı forması işçinin öz işinin keyfiyyət tərəfindən çox kəmiyyət tərəfınə rəğbətini gücləndirir. Məhsulun keyfiyyətinin aşağı düşməsi ehtimalı artır, avadanlığa xidmət işi pisləşir, fəhlə gərgin işləmək məcburiyyətində qalır, materialdan istifadə olunmasında israfçılığa yol verilməsi ehtimalı yaranır və s.
Əməyin ödənişinin işəmuzd forması bir neçə əmək haqqı sistemlərinə bölünür və onlar aşağıdakılardır:
- birbaşa işəmuzd;
- dolayı işəmuzd;
- mütərəqqi işəmuzd;
- mükafatlı işəmuzd;
- akkord sistemi.
Əməyin işəmuzd ödəniş formasının yuxarıda göstərilən bütün sistemləri fəhlələr tərəfindən fərdi və ya kollektiv, başqa sözlə, briqadalar vasitəsilə icra oluna bilər.
Müəssisələrdə işəmuzd işləyən fəhlələrin əməyinin vaxtamuzd işləyən fəhlələrin əməyindən daha intensiv xarakterini nəzərə alaraq, vaxtamuzd işləyənlərin əmək haqqı aşağı müəyyən edilir. Lakin nəzərə almaq lazımdır ki, elmi-texniki tərəqqi fəhlələrin əməyinin intensivliyini tədricən tarazlaşdırır.
Məlumdur ki, işəmuzd əmək haqqı forması fəhlələrin ixtisasının artırılmasına, avadanlıq və alətlərdən daha yaxşı istifadə edilməsinə maddi marağı artırır. Lakin bu heç də o demək deyildir ki, işəmuzd əmək haqqını hər yerdə eyni dərəcədə tətbiq etmək lazımdır.
İşəmuzd əmək haqqı iş vaxtı məsrəfinin normaları (iş vaxtı normaları), yaxud istehsal normalarının hesablanması mümkün olan işlərdə tətbiq edilir. İşəmuzd əmək haqqı istehsal olunan məhsulun miqdarına və məhsul vahidinin hazırlanma qiymətinə əsasən müəyyən edilir. Yerinə yetiriləcək işin haqqının əvvəlcədən müəyyən edilib, fəhlələrə çatdırılmasının böyük əhəmiyyəti vardır, çünki bu halda fəhlə gördüyü iş üçün nə qədər əmək haqqı alacağını əvvəlcədən bilir və daha çox məhsul istehsal etməsində maraqlı olur.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə