Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti


Tarif sistemi üç tərkib hissədən - 1) tarif maaşından, 2) tarif cədvəlindən (şəbəkəsindən) və 3) tarif-ixtisas məlumat (sorğu) kitabçasından ibarət olur



Yüklə 0,68 Mb.
səhifə54/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   50   51   52   53   54   55   56   57   ...   106
iqtisadiyyat nmf

Tarif sistemi üç tərkib hissədən - 1) tarif maaşından, 2) tarif cədvəlindən (şəbəkəsindən) və 3) tarif-ixtisas məlumat (sorğu) kitabçasından ibarət olur.
Tarif sisteminin tənzimləyicilərindən biri olan Vahid Tarif cədvəlində əməyin ödənilməsi dərəcələri və tarif əmsalları vasitəsilə sənaye-istehsal heyətinin mühüm qrupu olan fəhlələrin əmək haqqı müəyyən edilir.
Əhəmiyyətinə və məsuliyyətinə görə fərqlənən işləri icra edən yüksək ixtisaslı fəhlələrin tarif maaşları kollektiv (müştərək) müqavilələr əsasında müəyyən edilir.
Tarif maaşları iş şəraitindən asılı olaraq ayrı-ayrı sahə müəssisələri üzrə əmək haqqı forması və habelə bu və ya digər fəhlə qrupunun istehsal prosesində oynadıqları rola görə differensiallaşdırılır. Lakin müəssisələr öz maliyyə imkanları çərçivəsində həmin variantlardan hər hansı birini seçməkdə sərbəstdirlər.
Tarif maaşı əmək haqqının ölçüsünü vaxt vahidi - saat, gün, ay ərzində müəyyənləşdirir. Fəhlələr üçün o, gün ərzində (gündəlik) və ya saat ərzində (saatlıq) I dərəcəli əmək haqqı şəklində müəyyən olunur. Yüksək tarif dərəcələrinə aid edilən işlər üçün əmək haqqının miqdarı I dərəcənin əmək haqqını tarif dərəcələri üzrə müvafiq tarif əmsalına vurmaqla müəyyənləşdirilir.
Mürəkkəb və müxtəlif texnoloji prosesli müəssisələrdə I dərəcənin üç növ əmək haqqı olur:
a) normal şəraitdə işiəyənlər üçün;
b) ağır şəraitdə işləyənlər üçün;
c) isti və zərərli sahələrdə işləyənlər üçün.
Hər bir dərəcənin tarif maaşı elə müəyyən edilir ki, onların arasında ibtidaidən aliyə yüksəlmək şərtilə optimal ölçüdə fərq yaransın. Hər bir dərəcənin tarif maaşımn I dərəcənin tarif maaşına nisbətinə tarif əmsalı deyilir; ən yüksək dərəcənin tarif maaşının I, dərəcənin tarif maaşına nisbətinə isə tarif cədvəlinin (şəbəkəsinin) diapozonu deyilir.
Adətən, II qrupda çalışanların əmək haqqı I qrupa nisbətən 5-10 faiz, III qrupda isə bu fərq 15-30 faiz artıq olur.
Fəhlələr arasında ixtisası artırmaq marağını gücləndirmək üçün mövcud olan VI dərəcə ilə I dərəcə arasında fərq 2-5 dəfə arasmdadır.
Beləliklə, tarif cədvəlləri yüksək ixtisasa malik fəhlənin əməyinin ödənilməsinin uçotunu aparmaq və habelə müxtəlif ixtisas səviyyəsinə malik fəhlələrin əmək haqlarının ödənişindəki nisbəti müəyyən etmək üçün tətbiq olunur.
Tarif cədvəlində dərəcələr arasındakı artım fərqi nə qədər çox olarsa, fəhlə bir dərəcədən digərinə keçməkdə maddi cəhətdən daha çox maraqlı olar, öz ixtisas səviyyəsini artırmağa cəhd göstərər, onun əmək məhsuldarlığı və gördüyü işin keyfiyyəti yüksələr və nəticə etibarilə iştehsalın səmərəliliyi təmin edilmiş olar.
Bütün tarif sisteminin əsası olan "Tarif-ixtisas məlumat" kitabçasının hər bir ixtisas dərəcəsi və vəzifəni səciyyələndirən "Vəzifə borcları" adlanan birinci bölməsində ixtisas və vəzifənin tapşırıldığı şəxsin tam və ya qismən yerinə yetirəcəyi funksiyaların xarakteristikası verilir.
“Bilməlidir” adlanan ikinci bölmədə işçinin ixtisas üzrə biliklən qarşısında qoyulan tələblər göstərilir, öz işinin icrası üçün ona lazım olacaq qanunvericilik aktları, təlimat və normativ sənədlər verilir. O, bunlardan və yenə də həmin bölmədə tövsiyə olunan metod və vasitələrdən istifadə edərək öz vəzifə borcunu icra etməlidir.
“Əməyin ödənişi üzrə ixtisas dərəcələrinə tələblər” bölməsində işçinin ona həvalə olunmuş və yerinə yetirəcəyi vəzifələr üçün zəruri olan xüsusi hazırlığının səviyyəsi və profıli müəyyən edilir. Bir sözlə, "Tarif-ixtisas məlumat" kitabçasında sənaye müəssisələrində yerinə yetirilən bütün işlər peşə və ixtisaslara görə sistemləşdirilir, işin mürəkkəbliyi və dəqiqliyindən asılı olaraq, onların hər birinə dərəcə müəyyən edilir. Bununla yanaşı məlumat kitabçasında, artıq qeyd olunduğu kimi, hər ixtisasdan olan fəhlə və işçilərin qarşısında qoyulan tələblər verilir; bunun üçün istifadə olunan avadanlığın və texnoloji əməliyyatların xüsusiyyətləri və iş şəraiti mütləq nəzərə alınır.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə