Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti



Yüklə 0,68 Mb.
səhifə62/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   58   59   60   61   62   63   64   65   ...   106
iqtisadiyyat nmf

2. Mənfəətin bölüşdürülməsi
Mənfəətin kəmiyyətinə bir çox amillər təsir edir. Bu amillər daxili və xarici amillərə bölünür. Daxili amillərə istehsal (ekstensiv və intensiv) və istehsaldan kənar amillər daxildir. Xarici amillər isə təbii şəraiti, qiymətin tənzimlənməsini, tarifləri, faiz, vergi dərəcələrini və s. əhatə edir.
Hazırda müəssisənin sərəncamında qalan mənfəətin bölüşdürülməsi sisteminə qoyulan başlıca tələb ondan ibarətdir ki, o, istehlak və yığıma yönəldilən vəsaitlər arasında optimal nisbətlərin müəyyən edilməsi əsasında geniş təkrar istehsalın maliyyə resurslarına tələbatı təmin etməlidir.
Mənfəətin bölüşdürülməsi, ondan istifadənin əsas istiqamətlərinin müəyyən edilməsi zamanı, hər şeydən əvvəl, rəqabət mühitinin - vəziyyəti nəzərə alınmalıdır, çünki bu, müəssisənin istehsal potensialının əhəmiyyətli dərəcədə genişləndirilməsi və yeniləşdirilməsi zərurətini diqtə edir. Buna: uyğun olaraq mənfəətdən istehsalın inkişafı fondlarına ayırmaların miqyası müəyyən edilir. Bu fondun resurslarından kapital qoyuluşlarının maliyyələşdirilməsi, dövriyyə vəsaitlərinin artırılması, elmi-tədqiqat fəaliyyətinin təmin edilməsi, yeni texnologiyaların tətbiqi, əməyin mütərəqqi metodlarına keçilməsi və s. üçün istifadə olunur. Müəssisənın mənfəətinin bölüşdürülməsinin ümumi sxemi şəkil 2-dəki kimidir:

Ehtiyat
fondu

Yığım
fondu

Xalis
mənfəət



İstehlak
fondu
fondu


= -- -

Şəkil 2. Müəssisənin xalis mənfəətinin bölüşdürülməsi


Yığım fondu - istehsal və qeyri-istehsal təyinatlı əsas fondların alınması və inşası, habelə digər əsaslı vəsait qoyuluşu (qaytarılacaq) üçün istifadə olunur. Eyni zamanda bu fond hesabına qaytarılmamaq şərtilə aşağıdakı xərclər maliyyələşdirilir:


- elmi-tədqıqat işlərinin aparılması;
- təbiəti mühafizə tədbiriəri;
- vergi ödənişi üçün maya dəyərinə daxil edilməsi normalarından artıq xərclərin ödənilməsi (ixtisasın artırılması, ezamiyyət xərcləri, kredit üçün faizlər və s.);
İstehlak fondu - qiymətli kağızların buraxılışı üçün xərclər;
- başqa müəssisələrin yaradılması üçün xərclər;
- mənfəətin gizlədilməsi üçün cərimə sanksiyalarının ödənilməsi və s.
İstehlak fondu - işçilərin sosial ehtiyaclarının ödənilməsinin və maddi həvəsləndirilməsinin maliyyələşdirilməsi üçün sərf olunur. Buraya istehsal göstəriciləri ilə əlaqədar olmayan (çoxillik əmək, yubiley və s.) mükafatların verilməsi; maddi yardımın göstərilməsi; putyovkaların, müalicənin, işçilər və onların ailə üzvləri üçün dərmanların dəyərinin, faizlərin və s. ödənilməsi daxildir.
İstehlak fondundan çəkilən xərclər qaytarılmır.
Ehtiyat fondu təbii fəlakətlər nəticəsində baş vermiş itkilərin və balans zərərlərinin ödənilməsi üçün istifadə olunur.
Müəssisənin hər bir təşkilati-hüquqi forması üçün onun sərəncamında qalan mənfəətin bölüşdürülməsinin qanuna müvafiq mexanizmi müəyyən edilmişdir.
Hər bir müəssisədə bölüşdürmə obyekti müəssisənin balans mənfəətidir. Mənfəətin bölüşdürülməsi dedikdə, mənfəətin büdcəyə yönəldilməsi və müəssisədə istifadənin maddələr üzrə paylaşılması başa düşülür. Mənfəətin yalnız vergilər şəklində müxtəlif səviyyəli büdcələrə daxil olan və digər məcburi tədiyyələrin ödənilməsinə yönəldilən hissəsinin bölüşdürülməsi qanunla tənzimlənir. Müəssisənin sərəncamında qalan mənfəətin xərclənməsi istiqamətləri, ondan istifadə maddələrinin strukturu müəssisənin səlahiyyətindədir.
Mənfəətin bölüşdürülməsi üzrə dövlət heç bir normativ müəyyən etmir, lakin vergi güzəştlərinin verilməsi qaydası mənfəətin istehsal və qeyri-istehsal xarakterli kapital qoyuluşlarına, xeyriyyəçilik məqsədlərinə, təbiəti mühafizə tədbirlərinin maliyyələşdirilməsinə, qeyri-istehsal sferası obyektlərinin və təşkilatlarının saxlanması xərclərinin ödənilməsinə və s. yönəldilməsini stimullaşdırır. Qanunvericilik müəssisənin ehtiyat fondunu məhdudlaşdırır, şübhəli borclar üzrə ehtiyatın formalaşması qaydasını tənzimləyir.
Mənfəətin bülüşdürülməsi və istifadəsi qaydası müəssisənin nizamnaməsində qeyd olunur, iqtisadi və maliyyə xidmətlərinin müvafıq bölmələrinin hazırladıqları əsasnamə ilə müəyyən edilir və müəssisənin rəhbər orqanları tərəfindən təsdiq olunur.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə