Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti



Yüklə 0,68 Mb.
səhifə59/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   55   56   57   58   59   60   61   62   ...   106
iqtisadiyyat nmf

Maya dəyərinin növləri

Məhsulun maya dəyərinin növləri:
1)Texnoloji maya dəyəri
2)Sex maya dəyəri
3)İstehsal maya dəyəri
4)Tam (kommersiya ) maya dəyəri
5)Fərdi maya dəyəri
6)Orta sahə maya dəyəri
7)Plan maya dəyəri
8)Faktiki maya dəyəri
Texnoloji maya dəyəri - bilavasitə texnolji proseslərin (əməlyyatların ) yerinə yetirilməsi ilə əlaqədar sex məsrəflərinin məbləğini özündə əhatə edir və müxtəlif texnolji proseslərin içərisində ən səmərəlisini seçmək üçün tətbiq edilir.
Sex maya dəyəri - sexin müəyyən məhsulunun istahsalı ilə əlaqədar olan bütün məsrəfləri, yəni əsas və köməkçi materiallar, yanacaq, enerji məsrəflərini, istehsal fəhlələrinin əmək haqqını, avadanlığın saxlanması və istismarı xərclərini və sexin idarə edilməsi ilə əlaqədar olan sex xərclərini özündə cəmləşdirir.
İstehsal maya dəyəri – məhsul növünün istehsalı üçün müəssisənin ümumi məsrəflərini səciyyələndirir. O, sex maya dəyərindən və ümumzavod xərclərinin cəmindən ibarətdir.
Tam ( kommersiya ) maya dəyəri – məhsulun istehsalı və realizəsi ilə əlaqədar olan bütün məsrəfləri əhatə edir və ona görə də müəssisənin istehsal fəaliyyətinin son nəticələrini səciyyələndirir. O, sex maya dəyərindən, ümumzavod xərclərindən və istehsaldankənar xərclərdən ibarətdir.
Fərdi maya dəyəri – istehsalın təşkili, avtomatlaşdırma və mexanikləşdirilmə, ixtisaslaşdırılma və təmərküzləşdirilməsi dərcəsini xarakterizə edir və müxtəlif müəssisələrdə eyni olmur.
Orta sahə maya dəyəri – müəyyən növ məhsulun fərdi maya dəyərlərinin məcmusu kimi müəyyən olunur və əsas ölçü kimi hər bir müəssisənin əmtəəlik məhsulunun həcmi qəbul edilir. Orta sahə maya dəyəri sənaye məhsullarına topdansatış qiymətlərinin qoyulması üçün əsas hesab edilir.
Plan maya dəyəri – maddi – enerji, tədarük – nəqliyat xərclərinin mütərəqqi məsrəf normaları, iş vaxtından, maşın və avadanlıqdan istifadə edilməsini texniki norma və normativləri əsasında müəyyən edilir.
Faktiki maya dəyəri – müəyyən dövr ərzində məhsulun istehsalına və realizəsi üzrə faktiki məsrəflər əsasında hesablanır. Əgər müəssisədə əsas və köməkçi materiallardan səmərəli istifadə olunarsa, əmək məhsuldarlığı artarsa və əsas fondlardan istifadə olunması yaxşılaşarsa faktiki məsrəflər plan məsrəflərindən aşağı səviyyədə ola bilər ki, bu da faktiki maya dəyərinin plan maya dəyərindən az olması deməkdir.
Sənaye müəssisələri və istehsal birliklərində əmtəəlik məhsulun maya dəyərinin təhlili hesabat dövründə cəmi əmtəəlik məhsulun faktiki maya dəyərinin nəzərdə tutulmuş plana nisbətən kənarlaşmasının ( qənaət və ya artıq xərcin ) və o cümlədən müqayisəyə gələn və müqayisəyə gəlməyən əmtəəlik məhsulun maya dəyərinin müəyyən edilib qiymətləndirilməsi ilə başlanır. Bir qayda olaraq əmtəəlik məhsulun plan maya dəyəri ilə faktiki maya dəyəri arasındakı kənarlaşmalar həm mütləq mənada və həmdə faizlə ifadə olunur.
Hazırda müəssisə və istehsal birliklərində əmtəəlik məhsulun maya dəyəri üzrə plan tapşırığı 1 manatlıq əmtəəlik məhsula məsrəflər göstəricisi kimi qəpiklə nəzərdə tutulur. Bununla yanaşı istehsalın texnolgiyası tam mənimsənilmiş müəssisələrdə məhsul vahidinin maya dəyəri və yaxud müqayisəyə gələn əmtəəlik məhsulun maya dəyərini keçən ildəkinə nisbətən aşağı salınması faizlə planlaşdırılır
Müqayisəyə gələn əmtəəlik məhsulun maya dəyərinin keçən ildəkinə nisbətən aşağı salınması üzrə plan tapşırığı cari hesabat ilində istehsal edilmiş məhsul növünün keçən ilin müvafiq dövründəki orta illik maya dəyəri ilə plan maya dəyərinin cari ildəki müqayisəyə gələn həmin növ məhsulun keçən ildəki maya dəyərinə nisbətən fərqi kimi təyin edilir.
Texnolgiyası mənimsənilmiş məhsullar və yeni növ məhsullar üzrə dəyişiklikləri və ya onların artım sürətini müəyyənləşdirib qiymətləndirmək üçün müəssisə və istehsal birliklərinin hesabatında cəmi əmtəəlik məhsulun maya dəyəri həm plan, həm də hesabat üzrə əks etdirilir. Müqayisəyə gələn məhsulların maya dəyəri isə yalnız faktiki maya dəyəri nəzərdə tutulmuş planla və keçən ildəki göstərici ilə müqayisəli sürətdə göstərilir.” Məhsul istehsalı ( iş və xidmətlərin ) yerinə yetirilməsinə məsrəflər haqqında hesabat ” formasına əlavə edilən arayışda əmtəəlik məhsulun maya dəyərinə təsir göstərən xammalın, materialların və yarımfabrikatların qiymətinin, enerji və yükdaşıma tariflərinin dəyişməsi öz əksini tapır. Qiymət və tarifləin dəyişməsi, bir qayda olaraq, müəssisə kollektivindən asılı olmayan səbəblərdən baş verir. Onu da qeyd etmək lazımdır ki, belə olan hallarda əmtəəlik məhsulun maya dəyəri planına yenidən baxılmır və ya plan korrektiv edilmir.
Yuxarıda qeyd edildiyi kimi əmtəəlik məhsulun plan və faktiki maya dəyəri göstəricilərinin müqayisəyə gələn vəziyətə salınmasını təmin etmək üçün təhlil prosesində əmtəəlik məhsulun faktiki maya dəyərində qiymət və tariflərin dəyişməsi nəzərə alınmaqla düzəliş edilməlidir. Bu məqsədlə qiymət və tariflərin dəyişməsi ilə əlaqədar əldə edilən qənaət məbləği əmtəəlik məhsulun maya dəyərinə əlavə olunur və ya yol verilmiş artıq xərc məbləği ondan çıxarılır.
Müqayisəyə gəlməyən əmtəəlik məhsulların maya dəyəri planının yerinə yetirilməsini müəyyən etmək və qiymətləndirmək üçün ən əvvəl onların plan və hesabat üzrə maya dəyərini araşdırmaq lazımdır. Bunun üçün cəmi əmtəəlik məhsulun plan və faktiki həcmindən müqayisəyə gələn məhsulların həm plan, həm də faktiki həcmini çıxmaq lazımdır.Bu üsulla müəyyən edilmiş müqayisəyə gəlməyən əmtəəlik məhsulun plan və faktiki göstəriciləri ( qiymət və tariflərdə olan dəyişikliklər nəzərə alınmaqla ) bir – biri ilə müqayisə olunmalıdır.
Sənaye müəssisələri və istehsal birliklərində müqyisəyə gələn və müqayisəyə gəlməyən məhsulların maya dəyərini düzgün qiymətləndirmək üçün buraxılan məhsulun tərkibində müqayisəyə gələn və müqaysisəyə gəlməyən əmtəəlik məhsulun xüsusi çəkisi göstəricisindən də istifadə olunur.


  1. Yüklə 0,68 Mb.

    Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə