Mübariz Xəlilov, Nazlı Həsənova



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə42/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   355
INFORMATIKA KITAB BUTOV-1

Antivirus 
proqramları kompüterdəki virusları təsbit edə bilən
passivləşdirən və silə bilən, eyni zamanda virusların kompüterə daxil olmasının 
qarşısını alan xüsusi təyinatlı utilit proqramlardır. Misal üçün: Norton 
Antivirus, Kaspersky, AV
P və s. Kompüter virusu özü kiçik həcmli ziyanverici 
proqram məhsuludur. Virus proqramları Antivirus proqramlarından bir addım 
qabaqda gedir. 
Utilitlər
latınca utilitas “fayda” sözündən götürülmüş və ikinci dərəcəli 
sistem proqramlarını təşkil edən proqramlardır. Utilitlər əsas olaraq əməliyyat 
sisteminin əlavə imkanlarını həyata keçirir və ya özünə məxsus funksiyaları 
həyata keçirir. Utilitlər aşağıdakı qruplara bölünür: 
1.
Kontrol, test və diaqnostika proqramları. 
2.
Drayver proqramları. 
3.
Arxivator proqramları. 
4.
Antivirus proqramları. 


52 
5.
CD və ya DVD yazıcı proqramları. 
3.2. 
Əməliyyatlar Sistemi 
 
Əməliyyatlar sistemi
(ƏS) – kompüterin işləməsi üçün zəruri sistem 
proqramlar paketi olub, kompüterin ayrı-ayrı qurğularının, proqramlarının iş 
prinsipini və istifadəçi ilə qarşılıqlı əlaqəsini təmin edir. Qeyd edək ki, ilk 
kompüterlər əməliyyatlar sisteminə malik olmamışlar. Onlar yalnız hesablama 
üçün nəzərdə tutularaq, kompüter işə düşərkən avtomatik daimi yaddaş 
qurğusundan (
BIOS
) yüklənən sadə 
Basic 
translyatoruna malik olmuşlar. 
ƏS sistem və xidməti proqram vasitələrinin kompleksindən ibarətdir. 
Bir tərəfdən ƏS BIOS (Basic Input Output System) -a daxil olan baza proqram 
təminatına əsaslanır. Digər tərəfdən isə proqram təminatının daha yüksək 
səviyyələri olan tətbiqi və bir çox xidməti proqram əlavələri üçün dayaq rolunu 
oynayır. ƏS-nin proqram əlavələri dedikdə bu sistemin idarəsi ilə işləyən 
proqramlar nəzərdə tutulur. Bütün ƏS-lərinin əsas funksiyası vasitəçiliyin 
həyata keçirilməsidir. Bu funksiya aşağıdakı interfeyslərin təmin edilməsində 
əks olunur: 

kompüterin proqram-
aparat vasitələri ilə istifadəçi arasında olan 
interfeys (
istifadəçi interfeysi
); 

proqram ilə aparat arasındakı interfeys (
aparat-proqram interfeysi
); 

müxtəlif növ proqram təminatları arasında olan interfeys (
proqram 
interfeysi
). 
ƏS həmçinin aşağıdakı vasitələrə malikdir: 

fayl sisteminin idarə olunması; 

prosesl
ər arasında operativ yaddaşın paylanmasının idarə edilməsi; 

proqramların yüklənməsi və onların işinin idarə edilməsi; 

qurğuların və proqramların işinin etibarlılığının və dayanıqlığının 
təmin edilməsi. 
ƏS-ləri artıq 2-ci nəsil EHM-lərin yaradılması ilə onların tərkib hissəsi 
oldu. IBM PC tipli kompüterlər üçün Microsoft şirkəti 1981-ci ildə MS DOS 
sistemini yaratdı. Hal-hazırda bu ƏS-nin 1994-cü ildə hazırlanmış MS DOS 
6.22 versiyasından istifadə olunur. Bu sistem ən etibarlı və sadə sistemdir. 
Laki
n bu sistemlə kompüteri idarə etmək çətinliklər yaratdığından onların 
aradan qaldırılması üçün proqram örtüklərindən istifadə olunurdu. MS DOS ƏS 
üçün proqram örtüklərindən bir neçə tip hazırlanmışdı. Onlardan ən geniş 
yayılanları Norton Commander, Norton Navigator, XTree, Norton Desktop, 
MS DOS Shell 
və başqalarıdır. Sonrakı illərdə fərdi kompüterlər üçün MS 
DOS əsasında Windows 3.1 sistemi yaradıldı. Bu ƏS üzərində iş aparılaraq 
onun daha mükəmməl variantları Windows 95, Windows 98, Windows 2000, 


53 
Windows NT, Windows XP, Windows Vista, 

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə