Mübariz Xəlilov, Nazlı Həsənova



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə43/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   355
INFORMATIKA KITAB BUTOV-1

Windows 7, Windows 8 
yaradıldı.
ƏS əməli yaddaşı, prosessoru, faylları və pereferiya qurğularını idarə edən 
və istifadəçilərlə dialoq apara bilən proqramlardan təşkil olunur.
ƏS bir çox parametrlərə görə 
təsnifatlaşdırılır:

sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə: biristifadəçili
çoxistifadəçili;

sistemin idarə olunması ilə eyni vaxtda yerinə yetirilən məsələlərin sayına 
görə: birməsələli, çoxməsələli;

prosessorların sayına görə: birprosessorlu, çoxprosessorlu;

prosessorun mərtəbələrinin sayına görə: 8 - mərtəbəli, 16 - mərtəbəli, 32 - 
mərtəbəli, 64 - mərtəbəli;

interfeysin tipinə görə: əmrli və obyektyönlü;

informasiya emalı rejminə görə: paket emallı, vaxt bölgülü, real vaxt 
miqyaslı;

resurslardan is
tifadənin tipinə görə: şəbəkə, lokal.
İdeal olaraq, ƏS ən az aşağıdakı tələblərə cavab verməlidir: 
1.
Asan mənimsənən və istifadə olunan; 
2.
Hər bir aparat platformasında universal və geniş funksional imkanlar
göstərən; 
3.
Etibarlı və davamlı; 
4.
Sadəliklə uyğunlaşmalı; 
5.
Mümkün qədər az yaddaş sahəsi tutmalı; 
6.
Geniş çeşidli proqram təminatına malik olmalı; 
ƏS-nin ən vacib “vəzifə” lərindən biri istifadəçi ilə kompüter arasında 
dialoq təşkili imkanının yaranmasıdır. Bu 
istifadəçi interfeysi
(user interface) 
adlanan proqramların vasitəsilə təmin edilir. Istifadəçi interfeysi istifadəçilər ilə 
kompüter 
arasında əlaqə vasitəsidir. 
Yaxın keçmişə qədər əksəriyyət kompüterlər Microsoft şirkətinin 
MS DOS
(Micros
oft Disk Operating System) əməliyyat sistemi bazasında işləyirdilər. Bu 
əməliyyat sistemi birməsələli olmuşdur. Bu və ona bənzər sistemləri yeni nəsl 
əməliyyat sistemləri əvəz etmişdir. Müasir ƏS-nin başlica fərqli cəhətləri 
çoxməsələlik, geniş imkanlı qrafiki istifadəçi interfeyslərinə (Graphical User 
İnterface GUİ) malik olması, müasir mikroprosessorların təqdim etdiyi bütün 
imkanlardan istifadə olunması, təhlükəsiz və dayanıqlı işlənməsi, aparat 
təminatından asılı olmaması (müxtəlif tipli printerlərlə, moniotorlarla və başqa 
qurğularla işləyə bilməsi), MS DOS bazasinda yaradilmiş proqram paketlərilə 
uyğunlaşması, mültimedia imkanlarına malik olması və s.-dir. Bu cür ƏS-nə: 
Microsoft 
şirkətinin 

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə