94
Hərbi Təhcizat
Haşiyə 7.3. Hərbi Təhcizat Zamanı Şəffafl ığın Olmamasının Nəticələri
Aydın ifadə olunmayan və ya örtülü silah alışı siyasətləri, həmçinin, çox
konfi densiyal silah alışı mexanizmləri daimi aşağıdakılara gətirir:
• Hərbi texnika və silah təhcizatının məqsədə uyğunluğunun kifayət
qədər aşağı səviyyədə analiz edilib qiymətləndirilməsi;
• Hökümət qərarlarının aşağı səviyyədə olması və nəticədə milli və
bölgə təhlükəsizliyinin zəifl əməsi;
• Qonşu ölkələr tərəfi ndən inamsızlığın yaranması;
• Silah alınması qərarlarında və bütün başqa hərbi-xarakterli
təhcizat qərarlarında korrupsiyanın meydana gəlməsi;
• İctimaiyyətin inamını zədələyərək silahlı qüvvələrə olan inamın
etibardan düşməsinə və cəmiyyətdə lazımsız mübahisələrə.
Mənbə
:
Hans Born, et al., Parliamentary Oversight of the Security Sector: Principles,
Mechanisms and Practices, 6
th
edition (Lausanne: Inter-Parliamentary Union and the
Geneva Centre for the Democratic Control of Armed Forces, 2007), 173.
Hər bir mərhələ,hərbi avadanlığın həyat dövrünün konkret bir mühüm
hissəsini əks etdirir. Hərbi avadanlığın həyat dövrünün ayrı-ayrı mərhələlərə
bölünməsi, işin kiçik, başa düşülən və vaxtlı-vaxtında atılacaq addımlar-
la həyata keçirilməsinin praktikliyinə əsaslanır. Bu mərhələlər,əlavə olaraq
meydana çıxan qeyri-müəyyənlikləri və xərclərlə, layihənin yerinə yetirilmə
cədvəli ilə və ümumi məqsədlər və qərar-qəbul edilmə prosesləri ilə əlaqəli or-
taya çıxan riskləri həll etməyə imkan verir. Hər bir mərhələnin fərqli məqsədi
və bütövlükdə avadanlığın həyat dövrü üçün öz rolu var. Mərhələlər-arası
keçid haqda o zaman qərar verilir ki, cari mərhələdəki işlərə yekun vurulur və
görülən işlərin əvvəlcədən müəyyən edilmiş tələblərə nə qədər cavab verdiyi
yoxlanılır və uyğun keçid baş tutur.
Beləliklə, İSO15288 və AAP-48 standartlarının tətbiqi, sistemlərin
işlənib- hazırlanması prosesini və layihələrin idarə olunmasını vahid birləşmiş
mexanizmlə təmin edir və tam işləmə dövrü ərzində, layihənin idarə edilməsi
və bütün istiqamətlərdə fəaliyyətlərin koordinə edilməsinə və iştirakçı
təşkilatlar arasında şəffaf qarşılıqlı əlaqənin yaradilmasına şərait yaradır.
Müdafi ə sisteminin həyat dövrünün bu cür strukturlaşdırılması həm də
hərbi təhcizat məsələlərində parlament nəzarətini də təmin edir. Haşiyə 7.4
təhcizat üzərində nəzarət üzrə Hollandiya parlamentinin təcrübəsini təqdim
95
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
edir
51
. Boynumuza almalıyıq ki, parlamentin bu işə qarışması silah alma pro-
sesinin sürətini azaldır, lakin, eyni zamanda dürüslüyə yardımçı olur və qərar-
qəbul etmə prosesinin şəffafl ığını mühüm dərəcədə artırır və beləliklə,hərbi
təhcizatla bağlı potensial korrupsiyanı önəmli şəkildə azaldır.
Xüsusi narahatlıq doğuran məsələ, offset anlaşmaları zamanı meydana
gələn korrupsiya riskləridir. Bu haqda növbəti fəsildə danışılır.
İştirakçı Təşkilatların Dürüstlüyü
Silahlanma prosesinin dürüstlüyündən əlavə tələbat və təhcizatla məşğul
olan təşkilatların özləri də korrupsiya risklərinin aşağı olması üçün dürüst
olmalıdırlar.
Bu fəsil tələbatçı tərəfi , yəni müdafi ə nazirliyinin və hərbi idarələrin hərbi
təhcizata məsul olan təşkilatını və hərbi podratçılara hökümətlərin tələblərini
analiz edir və qiymətləndirir. 20- ci Fəsil təminatçı tərəfə həsr olunur, yəni
müdafi ə sənayelərinin və onların birliklərinin beynəlxalq miqyasda dürüst-
lük standartlarını müəyyən etmək və icra etmək səylərinə həsr olunur. Hərbi
texnika və silah alqı-satqısı üçün əsaslanmış ümumi modellər yoxdur. Bir
dənə ümumi qayda ondan ibarətdir ki, hərbi texnika və silah alqı-satqısi başqa
əsas müdafi ə planlaşdırması və idarəetmə prosesləri ilə bərabər üst səviyyədə
koordinasiya edilməlidir. Yaxşı təşkil olunmuş silah və texnika alışının baş-
qa bir əlaməti tələb olunan funksiyaların, qərar vermə səlahiyyətlərinin və
nəzarət etmə məsuliyyətlərinin dəqiq bölünməsidir. 7.5 Haşıyəsində müdafi ə
sektorunda idarəçilik və ordu üzərində demokratik nəzarətin düzgün qurul-
duğu ölkələrdə silah və hərbi texnika alma prosesində iştirak edən maraqlı
tərəfl ərin səlahiyyətlərinin bölünməsi izah edilir. Lakin, post-totalitar müdafi ə
nazirliklərində, uyğun səlahiyyətləri müəyyən etmək və qərar-qəbul etmə
mexanizmlərinin şəffaf olması və həqiqi qərar verənlərin hamıya məlum ol-
ması üçün lazımi təcrübəni təmin edib koordinasiya etmək çox vaxt problemə
çevrilir.
Bolqaristanın təcrübəsi burada maraq doğurur. 2009-cu ilin payızın-
da, Bolqarıstan Müdafi ə Naziri Nikolay Mladenov, ölkənin Müdafi ə və Si-
lahlı Qüvvələr haqda Qanununa düzəlişlər təklif etdi və bu düzəlişlər onun
hərbi təhcizat məsələsində səlahiyyətlərini məhdudlaşdırdı. Bu düzəlişlərə
görə nazir ancaq 25 milyon Euro-dan aşağı silah alışları ilə bağlı qərar verə
bilər. Əgər silah alma 25 milyon ilə 50 milyon Euro arasında olarsa, o zaman
Müdafi ə Nazirliyi öncədən Nazirlər Kabinetindən səlahiyyət almalıdır. Əgər
bu məbləğ 50 milyon Euro-nı keçərsə, o zaman Nazirlər Kabineti əvvəlcə bu
51
Daha ətrafl ı bax: Willem F. van Eekelen, The Parlia mentary Dimension of Defence
Procurement: Requirements, Production, Cooperation and Acquisition, Occasional Paper
No. 5 (Geneva: Geneva Centre for the Democratic Con trol of Armed Forces, 2005).