98
Hərbi Təhcizat
Alqı-satqı mütəxəssisləri əsasən alqı-satqı layihələrinin çoxlu mərhələlərinin
idarə edilməsinə məsul olurlar: tələbatların ətrafl ı dəqiqləşdirilməsi,
təminatçı ilə müqavilə imzalalanması,tələb olunan avadanlıq və ya
xidmətlərin təhvil verilməsi, gətirilən avadanlığın saxlanılması və istismar
dövrü ərzində ona xidmət göstərilməsi və sonra istismar dövrü başa
çatdıqdan sonra ondan istifadə etmək tədbirlərinin görülməsi. Silah və
texnika əldə etmək mürəkkəb proses olduğundan, çoxlu ölkələr sadəcə
bu işlə məşğul olan xüsusi şöbələr və idarələr qurmağı lazımlı saymış və
silah alqı-satqısı prosesinin idarə edilməsini bir ixtisaslaşma sahəsi kimi
qəbul etmişdir. Bu cür yanaşmanın bir çox üstünlükləri var. Bir tərəfdən
o həm fərdi, həm də təşkilati baxımdan bu sahədə toplanan təcrübənin
yayılmasına səbəb olur və digər tərəfdən istifadəçiyə özünün sırf hərbi
məsələləri ilə məşğul olmağa imkan verir. Bundan əlavə,lakin, alqı-satqı
layihəsinin idarə edilməsi tələb edir ki, maliyyə məsuliyyəti- yəni ayrılan
pulun ağıllı və səmərəli istifadə öhdəliyi- alış prosesinə rəhbərlik edən
şəxsin üzərinə qoyulsun və layihəyə ayrılan pulun düzgün istifadəsi təmin
edilsin. Buradan mühüm bir fi kir ortaya çıxır: istifadəçinin funksiyası
maliyyə funksiyasından tam ayrılmışdır. Bu onunla izah edilir ki, istifadəçi
başa düşülən və tam əsaslandırılan səbəblərə görə, öz tələblərinə uyğun
ən yaxşı texnika və ya silahın alınmasına üstünlük verəcək, eyni zamanda
Müdafi ə Nazirliyinin ümumi maraqları, həmçinin, hökümətin,parlamentın
və vergi verənlərin maraqları, silahlı qüvvələrin ehtiyaclarının ən yüksək
səviyyədə ödənilməsi ilə ayrılan dövlət büdcəsinin düzgün xərclənməsi
arasında tarazlıq yaradılmasından ibarətdir. Bu da öz növbəsində tələb edir
ki, daha da neytral alqı-satqı müdürü seçilib və ona bu iş tapşırılsın ki, o da
bu iki tələb arasında gərginlik yaradacaq məsələdə ən yaxşı variantı seçsin.
Maraqlı tərəfi n üçüncü kateqoriyası o adamlardan təşkil olunur ki, onlar
alqı-satqı prosesini nəzarət edib yoxlayacaqlar. Adətən onlar Müdafi ə
Nazirliyinin yüksək rəhbərliyinin nümayəndələri olur. Maraqlı tərəfl ərin
sonuncu kateqoriyası kənar agentliklərdir, onlar əldə edilmək istənilən
avadanlıq və ya xidmətləri təmin etmək vasitələrinə malik kənar idarələrdir.
Onlar adətən özəl şirkətlər olur, ancaq bu kateqoriyaya hökümətin başqa
idarələri və ya başqa ölkələrin hökümətlərinin idarələri də daxil ola bilər.
Mənbə: Lawrence, “Acquisition Management” (2009), 157–159.
Əgər bütün bu səlahiyyətlər əldə olmasa da, hökümətlərin səlahiyyətlərində
olan vasitələrlə təşkilatı dürüstlüyü artıra bilər və təhcizat-xarakterli korrup-
siya risklərini azaldar. Haşiyə 7.6 Syerra-Leone-nin təcrübəsini nümunə kimi
təqdim edir və o da yaxşı təcrübə hesab olunur.
99
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Haşıyə 7.6. Təhcizat Zamanı Korrupsiyaya Qarşı Mübarizə
Syerra- Leonenin Anti-Korrupsiya Komissiyasının (Anti Corruption
Commission -ACC)komissarı Abdul Tejan Kole Syerra-Leonenin
nazirlikləri, idarələri və şöbələri içərisində şəffafl ığın, cavabdehlik və
məsuliyyətin gücləndirilməsinə yönəlmiş çox sərt kampaniya başlatmışdır.
ACC korrupsiyaya qarşı mübarizənin önündə getmək üçün yaradılmışdır.
ACC etiraf etmişdir ki, siyasi liderlər, nazirliklər korrupsiyanın ilk müdafi ə
səddidir.İlkin olaraq, doqquz korrupsiya cinayəti üzə çıxarıldı, lakin 2008-
ci ilin Sentyabrında qəbul edilmiş yeni korrupsiya qanunu korrupsiya
cinayətlərini 22-ə qaldırdı.Təhcizat cinayətləri,o cümlədən tender prosesi
zamanı baş verən pozuntular da indi anti-korrupsiya qanunu ilə tənzimlənir.
Əvvəllər təhcizat haqda müqavilələrin imzalanması keyfi yyətsiz və
dəyərindən bahalı silah və texnikanın alınması ilə nəticələnirdi və təhcizat
işlərinə cavabdeh olan Müdafi ə Nazirinin müavinlərini bu işlərə görə
məsuliyyətə cəlb etmək mümkün deyildir. Təhcizat zamanı korrupsiya
halları dünyanın hər yerində mühüm məsələ kimi qəbul edilir. Maraqlar
toqquşması indi qanunçuluğun pozulması sayılır. Hər hansı davranış
kodeksinin pozulması (silah və texnika alışı zamanı) inzibati məsuliyyətə
gətirir. Qanun, hökümət rasmilərinin özlərinin də gəlir bəyannaməsi
vermələrini tələb edir.
Bu cür cinayət prosedurları olduğu zaman hakimə üstünlük verilir, çünki
komissarın qeyd etdiyi kimi, arzu olunan qərarları almaq üçün Apelyasiyada
işləyən on iki nəfərin içərisində rüşvətlə adam tapmaq daha asandır nəinki
bir hakimlə danışıb onu ələ almaq. İndi Syerra-Leonenin korrupsiya
ilə ixtisaslaşan iki hakimi var. Həmçinin korrupsiya cinayətləri ilə bağlı
minimal cəza səviyyəsi də müəyyən edilmişdir. Əvvəlki zamanlarda isə,
korrupsiya cinayətlərinə görə ancaq xəbərdarlıq edirdilər.
Korrupsiyaya qarşı BMT Konvensiyasının maddələri Syerra-Leone-nin
milli qanununa çevrilmişdir. Bu qanun korrupsiyaya qarşı mübarizəni
gücləndirir. İndiki qanun korrupsiya hallarını xəbər verən şəxslərin
təhlükəsizliyinin qorunmasını əhəmiyyətli dərəcədə təkmilləşdirir.
Korrupsiya hallarını xəbər verənlər indi qanunun himayəsi altındadırlar
və əgər verdikləri xəbər doğru olarsa və günahgarlar məhkəmə olunub
məhkum olunarlarsa, o zaman dəyəcək zərərin (geri qaytarılan) 10%-ni
almaq hüququna malikdirlər.Uyğun orqana xəbər vermək üçün “qaynar”
xətlər qurulmuşdur. Potensial xəbər verənlərə də xəbərdarlıq edilmişdir ki,
yalan ittihamlara görə onlar məsuliyyət daşıyacaqlar.